Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2191/2024 28.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: a) İddiaçı tərəfindən tədqiq edilmiş sübutlar:
1. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 6 aprel 2023-cü il tarixli, **********886500 nömrəli qərarına əsasən, “X5” MMC-nin Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 161.853,17 manat məbləğində müəyyən olunmuşdur. Qərarda qeyd edilmişdir ki, 2020-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması ilə bağlı 10 may 2022-ci il tarixli müraciətə Dövlət Vergi Xidmətində baxılaraq, nəticəsinə dair “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 80.1.1-ci maddəsinə əsasən, “İnzibati şikayətin təmin edilməməsi haqqında” 3 avqust 2022-ci il tarixli, **********037000 nömrəli Qərar çıxarılmış və “X5” MMC-yə 3 avqust 2022-ci il tarixli, **********698500 nömrəli məktubla göndərilmişdir.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 9 oktyabr 2023-cü il tarixli, **********349700 nömrəli məktubu ilə 6 aprel 2023-cü il tarixli, **********886500 nömrəli “Vergilər, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın surəti “X5” MMC-yə təqdim edilmişdir.
b) Cavabdeh tərəfindən təqdim edilmiş sübutlar:
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 avqust 2022-ci il tarixli, **********037000 nömrəli qərarı ilə “X5” MMC-nin 10 may 2022-ci il tarixli, **********157000 nömrəli inzibati şikayətinin araşdırılması ilə müəyyən edilmişdir ki, “X5” MMC şikayətində kameral vergi yoxlamasının nəticəsi ilə razı olmadığını bildirərək, 2020-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə hesablanmış vergi məbləğinin azaldılmasını xahiş etmişdir. Qərarda qeyd olunmuşdur ki, uçot-baza məlumatına əsasən, cəmiyyətin 10 avqust 2012-ci il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına, həmin tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyata alındığı, ərizəsinə əsasən əsas fəaliyyətinin “sair plastik məmulatların istehsalı” olduğu müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı uçot baza məlumatlarına əsasən, MMC-nin 2020-ci il ərzində gəlirlərinin və xərclərinin olmasına baxmayaraq, həmin dövr üçün hesablama metodu ilə Mənfəət vergisi bəyannaməsinin göstəricisiz təqdim edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərə əsasən, vergi ödəyicisinə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 21 may 2021-ci il tarixli, **********791600 nömrəli məktub göndərilərək, müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba münasibət bidirilmədiyi üçün, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – “VM”) 37, 67, 83-cü maddələrinə əsasən, 2020-ci il üçün 288.621,53 manat mənfəət vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 23 iyun 2021-ci il tarixli, **********547300 nömrəli Qərar qəbul olunmuşdur. Vergi ödəyicisi tərəfindən 14 aprel 2022-ci il tarixdə 2020-ci il üçün dəqiqləşdirilmiş Mənfəət vergisi bəyannaməsi təqdim edilmiş, lakin bəyannamədə olan uyğunsuzluqlar aradan qaldırılmadığı üçün vergi orqanı tərəfindən kameral vergi yoxlaması aparılaraq 288.621,53 manat vergi məbləği hesablanaraq 11 may 2022-ci il tarixli, **********037100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Daha sonra vergi ödəyicisi tərəfindən 18 iyun 2022-ci il tarixdə hesablama metodu ilə 2020-ci il üçün təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin “Xammal və materiallar” (221.3-cü), “Malın dəyəri” (221.4-cü), “Enerji xərcləri” (221.7-ci), “Qaz xərcləri” (221.8-ci), “Yanacaq xərcləri” (221.9-cu), “Su və kanalizasiya xərcləri” (221.10-cu), “Rabitə xərcləri” (221.11-ci), “Mühafizə xərcləri” (221.12-ci), “Reklam xərcləri” (221.14-cü), “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (221.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı), "Nəqliyyat xərcləri" (229-cu) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (3.766.580,05 manat), vergi ödəyicisi tərəfindən əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsinin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 №- li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (3.414.896,91 manat) (+) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların və alış aktlarının məbləği (920.447,51 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların (5.577.389,41 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0 manat) cəmi məbləğindən (9.912.733,83 manat) bəyannamənin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (7.318.610,70 manat) çıxılması nəticəsində yaranan (2.594.123,13 manat) məbləğin müqayisəsi nəticəsində 1.172.456,92 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmiş , eyni zamanla bəyannamənin 200-cü (Malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir) sətrində 4.461.022,77 manat + 201-ci (Amortizasya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir) sətrində 0,0 manat + 202-ci (Amortizasya olunmayan aktivlərin təqdim edilməsindən gəlir) sətrində 0,0 manat + 203-cü (Daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir) sətrində 0,0 manat + 206-cı (Əvəzsiz əsasla təqdim edilmiş aktivlərin dəyəri) 0,0 manat + 217-ci (digər gəlirlər - o cümlədən mənfəət vergisindən azad edilən gəlirlər) sətrində 0,0 manat, cəmi 4.461.022,77 manat məbləğ, təqvim ili üzrə təqdim edilən ƏDV bəyannamələrinin 305-ci (Əməliyyatlar üzrə cəmi) sətirlərinin “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)” sütunlarındakı (dəqiqləşdirilən dövriyyələr nəzərə alınmaqla) 4.492.050,83 manat - həmin bəyannamələrin 3 nömrəli əlavələrinin 301.1.4-cü (ƏDV üzrə qeydiyyatı ləğv edilmə tarixinə olan mal qalığının məbləği) sətrində 0,0 manat - təqvim ili üzrə təqdim edilən Aksiz bəyannamələrinin 406-cı sətrində (cəmi hesablanmış aksiz) 0,0 manat məbləğin fərqindən kiçik olduğuna görə uyğunsuzluq yaranmışdır. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 20 iyun 2022-ci il tarixli, **********759400 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba münasibət bildirilmədiyi üçün, VM-in 37, 67, 83-cü maddələrinə əsasən, 2020-ci il üçün 161.853,17 manat mənfəət vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 29 iyul 2022ci il tarixli, **********776800 nömrəli qərar qəbul olunmuşdur ki, həmin qərara əsasən vergi orqanı tərəfindən əvvəl qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 11 may 2022-ci il tarixli, **********037100 nömrəli qərarla hesablanmış 288.621,53 manat vergi məbləği 126.768,36 manat azaldılaraq dəqiqləşdirilmələr aparılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 24, 52.3-cü maddələrinə əsasən, inzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə inzibati şikayətin icra müddəti artırılmış və bu barədə maraqlı şəxsə 9 iyun 2022-ci il tarixli, **********695600 nömrəli və 18 iyul 2022-ci il tarixli, **********561000 nömrəli məktublarla məlumat verilmişdir. Cəmiyyətə 12 may 2022-ci il tarixli, **********713700 nömrəli “Müraciətə baxılması haqqında” məktub göndərilərək, müraciətdə qaldırılmış məsələnin tam, obyektiv və hərtərəfli araşdırılması məqsədilə iş üçün əhəmiyyət kəsb edən məlumat və sənədlərin (sübutların), vergi tutulan dövriyyənin həcminə və məzmununa dair sənədlərin (olduğu halda: alınmış və təqdim edilmiş malların (işlərin, xidmətlərin) tərkibi, alınmış malların müvafiq təsərrüfat obyektində saxlanılması barədə məlumatları, icarə, alqı-satqı müqavilələrini, kassa mədaxil-məxaric sənədlərini, bank hesablarından çıxarışı (bank idarəsi tərəfindən təsdiq edilmiş şəkildə), bank ödəniş tapşırıqları (bank idarəsi tərəfindən təsdiq edilmiş şəkildə), müqavilələri, malların hərəkəti barədə məlumatları (aylar üzrə alınma, təqdim edilmə və qalıqda qalan mallar barədə tarixlər göstərilməklə, idxal edilmiş və olduğu təqdirdə daxili bazardan alınmış mallar üzrə ayrı-ayrılıqda mal çeşidləri üzrə ticarət əlavələri göstərilməklə), idxal edilmiş mallarla bağlı bağlanmış müqavilələr, ödəniş sənədləri, idxal edilmiş malların daşınması ilə bağlı daşıyıcı xarici şirkətlərlə bağlanmış müqavilələri, ödəniş sənədlərini, yük gömrük bəyannamələrinin surəti, anbar uçot sənədlərini, malların mədaxili və satışı üzrə tərtib edilmiş və rəsmiləşdirilmiş sənədlərin (elektron qaimə-faktura, Malların alış aktı, Yük avtonəqliyyatı üçün yol vərəqi, Malların alınması üçün vəkalətnamə, Malların təhvil-qəbul aktı, Malların təsərrüfat daxili yerdəyişməsi qaimə-fakturası, Malların qaytarılması aktı, İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt, Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt və s.), nəzarət kassa aparatından həmin dövrə aid “Z” və dövrü hesabatları, barkod oxuyucudan çıxarış, ƏDV-nin depozit hesabı və bank hesabları vasitəsilə aparılmış əməliyyatlara dair sənəd və məlumatları, debitor-kreditor borcları barədə təsdiqedici sənədləri, təhvil-təslim aktları, aparılmış ödəniş məbləğləri və formaları (nağd və ya nağdsız qaydada), istehsal olunmuş məhsulun maya dəyərinin faktiki kalkulyasiyasını, istehsal prosesi zamanı sərf olunmuş elektrik enerjisi, qaz və suyun texniki sərf normaları barədə məlumatları, araşdırılan dövr üzrə aparılmış əməliyyatlara dair açıqlama və təsdiqedici sənədləri, cəlb edilmiş işçilər, xərc sənədləri və nağd ödənişlər zamanı tərtib edilmiş digər sənədlər və s), bəyannamənin 1 nömrəli əlavəsində qeyd olunmuş məbləğlər barədə açıqlamaları (aktivlərin və passivlərin hərəkət cədvəli-dövriyyə cədvəli), həmçinin bəyannamələrin gəlirlər və xərclər hissəsində göstərilmiş məlumatların açıqlamasını və müvafiq təsdiqedici sənədləri və araşdırma üçün zəruri hesab etdiyi digər sənədləri 19 may 2022-ci il tarixədək elektron kargüzarlıq vasitəsilə təqdim edilməsi bildirilməsinə, məktubun 14 may 2022-ci il tarixdə oxunmasına baxmayaraq, bu günədək sənədlər təqdim edilməmişdir. Daxil olmuş şikayət üzrə araşdırmada iştirak etmək üçün 19 iyul 2022-ci il tarixli, **********081600 nömrəli "xxxx" məktub göndərilərək MMC-nin rəhbəri 25 iyul 2022-ci il tarixdə saat 15:00-da Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət edilməsinə və qeyd edilən məktubun 25 iyul 2022-ci il tarixdə oxunmasına baxmayaraq, MMC-nin rəhbəri Dövlət Vergi Xidmətinə gəlməmişdir. Beləliklə, vergi ödəyicisinə kameral vergi yoxlaması ilə hesablanmış əlavə vergi məbləği ilə əlaqədar məsələnin onun iştirakı ilə birgə araşdırılması mümkün olmamışdır. Uçot-baza məlumatlarında MMC-nin adına qeyd olunmuş (*** *** ** **) telefon nömrəsi ilə dəfələrlə əlaqə saxlamağa cəhd edilməsinə baxmayaraq, əlaqə yaratmaq mümkün olmamışdır. Bununla bağlı MMC-yə 30 iyul 2022-ci il tarixli, **********964000 nömrəli “Məlumatın təqdim edilməsi haqqında” məktub göndərilərək 012 ***-**-** nömrəli telefonla əlaqə saxlanılması və ya dəqiqləşmiş telefon nömrəsini vergi orqanına göndərilməsi və ya hüquqi şəxsin məlumat dəyişikliyi ərizəsi ilə müraciət edərək telefon məlumatlarının dürüstləşdirilməsi tövsiyyə olunmuşdur. Şikayət üzrə işin faktiki halları, gətirilmiş dəlillər və toplanmış materiallar (sənədlər) əsas götürülməklə, habelə vergi qanunvericiliyinin müddəaları rəhbər tutulmaqla belə nəticəyə gəlinmişdir ki, vergi ödəyicisinin inzibati şikayəti təmin edilməməlidir. Belə ki, MMC tərəfindən 18 iyun 2022-ci il tarixdə hesablama metodu ilə təqdim edilmiş dəqiqləşdirilmiş Mənfəət vergisi bəyannaməsinin “Hesabat dövrünün gəlirləri” hissəsinin 200.1-ci (Malların təqdim edilməsindən gəlir) sətrində 4.461.022,77 manat məbləğ, “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” hissəsində 4.855.241,92 manat məbləğ qeyd edilərək ilin yekunlarına əsasən 394.219,15 manat zərər bəyan edilmişdir. MMC tərəfindən 2020-ci ilin yanvar-dekabr ayları üçün təqdim edilmiş əlavə dəyər vergisi bəyannamələrinin 305-ci (Əməliyyatlar üzrə cəmi) sətirlərinin "Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)" sütunlarındakı (dəqiqləşdirilən dövriyyələr nəzərə alınmaqla) 4.492.050,83 manat, həmin bəyannamələrin 3 № əlavələrinin 301.1.4-cü (ƏDV üzrə qeydiyyatı ləğv edilmə tarixinə olan mal qalığının məbləği) sətrində 0,0 manat məbləğ bəyan edilmişdir. Vergi orqanı tərəfindən 2020-ci il üçün Mənfəət vergisi üzrə kameral vergi yoxlaması ilə vergi məbləği hesablanarkən, bəyannamənin “Hesabat dövrünün gəlirləri” hissəsinin 200.1- (Malların təqdim edilməsindən gəlir) sətrində 4.492.050,83 manat məbləğ, “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” hissəsində 3.682.785 manat (4.855.241,92-1.172.456,92) məbləğ qeyd edilərək 161.853,17 manat mənfəət vergisi hesablanmışdır. Bundan əlavə, Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, MMC tərəfindən 2020ci il ərzində idxal edilmiş malların statistik və invoys dəyəri arasında 493.295,16 manat fərqin olduğu müəyyən edilmişdir. Beləliklə, MMC tərəfindən 18 iyun 2022-ci il tarixdə hesablama metodu ilə təqdim edilmiş dəqiqləşdirilmiş Mənfəət vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlarla bağlı göndərilmiş 20 iyun 2022-ci il tarixli, **********759400 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubun 23 iyun 2022ci il tarixdə, 12 may 2022-ci il tarixli, **********713700 nömrə ‘Müraciətə baxılması haqqında məktubun 14 may 2022-ci il tarixdə, 19 iyul 2022-ci il tarixli, **********081600 nömrəli “Araşdırmada iştirak və sənədlərin təqdim edilməsi barədə məktubun 25 iyul 2022-ci il tarixdə oxunmasına baxmayaraq, MMC-nin rəhbərinin inzibati araşdırmada iştirak etmədiyini, həmçinin kameral vergi yoxlaması ilə 2020-ci ilin Mənfəət vergisi bəyannaməsi üzrə hesablanmış vergi məbləğinin azaldılması ilə bağlı təsdiqedici sənədlərin təqdim edilmədiyini (istehsal olunmuş məhsulun maya dəyərinin faktiki kalkulyasiyası cədvəli və s.), vergi orqanı tərəfindən 2020-ci il üçün Mənfəət vergisi üzrə kameral vergi yoxlaması ilə əlavə vergi məbləği hesablanarkən MMC tərəfindən 18 iyun 2022-ci il tarixdə hesablama metodu ilə təqdim edilmiş dəqiqləşdirilmiş Mənfəət vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar əsasında aparıldığını nəzərə alaraq, mövcud vəziyyətdə vergi ödəyicisinin inzibati şikayəti təmin edilməməli, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 29 iyul 2022-ci il tarixli, **********776800 nömrəli Qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Cəmiyyət tərəfindən təqdim edilmiş ƏDV və mənfəət vergisi bəyannamələrində bəyan edilmiş dövriyyə, gəlir və xərc məbləğlərinin, habelə malların təqdim edilməsi zamanı tətbiq edilmiş ticarət əlavəsinin, alınmış malların (işlərin, xidmətləri) alış qiymətinin bazar qiymətlərinə uyğunluğunun, debitor və kreditor borcları üzrə öhdəliklərinin, xarici iqtisadi fəaliyyətlə bağlı öhdəliklərinin, malların təqdim olunması ilə bağlı bəyannamə dövrlərinin, aparılmış əməliyyatların xarakterinin və bu əməliyyatlar üzrə vergi öhdəliklərinin müəyyənləşdirilməsinin, uyğun olaraq vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılmasının inzibati araşdırma yolu ilə dəqiq müəyyən edilməsinin mümkün olmadığını nəzərə alaraq yerində sənədli yoxlama aparılmaqla vergi ödəyicisinin maliyyə-təsərrüfat fəaliyyətinin səyyar vergi yoxlaması ilə əhatə olunması məqsədəmüvafiq hesab olunur. Qərara əsasən, “X5” MMC-nin kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə 10 may 2022-ci il tarixli inzbati şikayəti təmin edilməmiş, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 29 iyul 2022-ci il tarixli, **********776800 nömrəli Qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin sənədlərlə iş və və vətəndaş müraciətlərinə baxılması şöbəsinin möhürü ilə təsdiq edilmiş “Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat”a əsasən, Dövlət Vergi Xidmətinin 3 avqust 2022-ci il tarixli, **********037000 nömrəli qərarı 3 avqsut 2022-ci il tarixdə “X5” MMC-yə göndərilmiş və 4 avqust 2022-ci il tarixdə oxunmuşdur.
5. “X5” MMC tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatına göndərilmiş 28 aprel 2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, 2020-ci ilin Mənfəət Vergisi üzrə 2 saylı Vergilər Baş İdarəsi tərəfindən KYB ilə əlavə hesablama verilmiş 161.853,17 manat mənfəət vergisinin şəxsi vərəqəsinə bərpa edilməsi üçün dəfələrlə orqana MMC tərəfindən müraciət edilmiş və 16 mart 2023-cü il tarixdə son dəqiqləşmiş bəyannamə təqdim edilmişdir. Orqan qeyd edilən məbləğin MMC-nin şəxsi vərəqəsinə bərpa edilməsi və ya KYB-nin ləğv edilməsi üçün MMC tərəfindən Apellyasiya Şurasına və ya məhkəməyə müraciət edilməsini tövsiyyə etmişdir. MMC məhkəməyə deyil, 27 aprel 2023-cü il tarixdə İqtisadiyyat Nazirliyinin Appelyasiya Şurasına müraciət etmişdir. Apellyasiya Şurasına etdiyi müraciətinin surəti qoşma ilə göndərilmişdir.
6. “X5” MMC tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına göndərilmiş 25 aprel 2023-cü il tarixli, 20 nömrəli müraciətdə mənfəət vergisi bəyannaməsində göstərilən məbləğlərin düzgün olduğunu, uyğunsuzluqların aradan qaldırıldığını bildirərək, 2 saylı Vergilər Baş İdarəsi tərəfindən KYB ilə əlavə hesablanmış 161.853,17 manat məbləğin şəxsi vərəqəyə bərpa edilməsi xahiş edilmişdir.
7. “X5” MMC tərəfindən 2 saylı Ərazi Vergilər Baş İdarəsinə göndərilmiş 1 sentyabr 2023-cü il tarixli və 5 sentyabr 2023-cü il tarixli şikayətləri ilə bildirilmişdir ki, hesablanan məbləğin əsassız olduğunu (2020-ci ildə müəssisə 1.637.352,55 manat zərərlə işləmişdir), dəqiqləşdirilmiş bəyannamə təqdim edildiyi, izahat məktubları yazılmağı, həmçinin 2020-ci ildə böyük məbləğdə zərərlə işlədikləri halda mənfəət vergisi hesablanmasının qəbul edilməz olduğunu nəzərə alaraq sonuncu dəfə 6 aprel 2023-cü il tarixdə KYB ilə hesablanan 161.853,17 manat 2020-ci ilin mənfəət vergisi məbləğini şəxsi vərəqəyə bərpa edilməsi və KYB-ni ləğv edilməsi xahiş edilmişdir.
8. “X5” MMC tərəfindən 2 saylı Ərazi Vergilər Baş İdarəsinə göndərilmiş 12 sentyabr 2023-cü il tarixli şikayəti ilə bildirilmişdir ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən şəxsi vərəqəyə əsassız olaraq KYB ilə artıq hesablanmış 161.853,17 manat 2020-ci ilin mənfəət vergisi məbləği müraciətdən sonra 6 aprel 2023-cü il tarixdə şəxsi vərəqəyə bərpa edilmiş, lakin elə həmin gündə də yenidən təkrar olaraq manat məbləğə KYB ilə hesablama verilmişdir. 2020-ci il üçün təqdim edilən sonuncu dəqiqləşdirilmiş Mənfəət vergisi bəyannaməsində həmin KYB məbləğinin hesablanmasına səbəb ola biləcək heç bir uyğunsuzluq əlamətləri yoxdur və bu barədə Dövlət Vergi Xidmətinə və 2 saylı Vergilər Baş İdarəsinə dəfələrlə geniş izahat məktubları yazılmışdır və KYB ilə hesablanmış vergi məbləğinin şəxsi vərəqəyə bərpa edilməsi üçün xahişlər edilmişdir. Qeyd edilən məbləğ 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 3 avqust 2022-ci il tarixli, **********037000 nömrəli qərarı ilə KYB ilə hesablansa da, sonradan bir neçə dəfə həmin KYB-lər təkrar-təkrar ləğv edilmiş və yenidən təkrar olaraq bir neçə dəfə hesablamalar verilmişdir. Belə ki, birinci dəfə 29 iyul 2022-ci il tarixdə KYB ilə şəxsi vərəqəyə hesablanmış, sonra 13 mart 2023-cü il tarixdə KYB ləğv edilmiş, yenidən 13 mart 2023-cü il tarixdə KYB ilə şəxsi vərəqəyə hesablama verilmiş, daha sonra 6 aprel 2023-cü il tarixdə yenidən KYB ləğv edilmiş (müraciətlərdən sonra), lakin elə həmin gündə, yəni 6 aprel 2023-cü il tarixdə yenidən KYB ilə hesablama verilmişdir. Müraciətlərin cavabında isə 2 saylı Ərazi Vergilər Baş İdarəsi iddia müddəti buraxıldığına görə Apellyasiya Şurasına və ya məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir. Halbuki, qərardan sonra həmin KYB-lər dəfələrlə ləğv edilmiş və yenidən bərpa edilmişdir. Bununla da KYB-nın tarixi yenilənmişdir. Eyni zamanda bildirilir ki, VM-in 85.5-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılmasını 5 il ərzində tələb etmək hüququna malikdir. Qeyd edilənləri və KYB ilə hesablanan məbləğin əsassız olduğunu (2020-ci ildə müəssisə 1.637.352,55 manat zərərlə işləmişdir), dəqiqləşdirilmiş bəyannamə təqdim edilməsini, izahat məktubları yazılmasını, həmçinin 2020-ci ildə böyük məbləğdə zərərlə işləməsi halda, 2 saylı Vergilər Baş İdarəsi tərəfindən həmin mənfəət vergisinin hesablanmasının qəbuledilməz olduğunu nəzərə alaraq, sonuncu dəfə 6 aprel 2023-cü il tarixdə KYB ilə hesablanan 161.853,17 manat 2020-ci ilin mənfəət vergisi məbləğini şəxsi vərəqəyə bərpa edilməsi və KYB-nın ləğv edilməsi xahiş edilmişdir. 2 saylı Vergilər Baş İdarəsi tərəfindən hesablanmasına heç bir əsas olmayan 161.853,17 manat vergi məbləğinin şəxsi vərəqəyə hesablanması hal-hazırda onsuz da ciddi çətinlik dövrü yaşayan müəssisənin maliyyə təsərrüfat fəaliyyətini daha da iflic vəziyyətinə salmışdır.
c) Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq:
9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestrinə daxil edilmiş məlumatlara əsasən, “X5” MMCnin (VÖEN **********) hüquqi ünvanı ünvan 3 X1r, 10 avqust 2012-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.
10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin sənədlərlə iş və və vətəndaş müraciətlərinə baxılması şöbəsinin möhürü ilə təsdiq edilmiş “Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat”a əsasən, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 6 aprel 2023-cü il tarixli, **********886500 nömrəli qərarı 7 aprel 2023-cü il tarixdə “X5” MMC-yə göndərilmiş və həmin sənəd 10 aprel 2023-cü il tarixdə oxunmuşdur.
MÜBAHİSƏLİ HÜQUQİ MƏSƏLƏNİN QİSA XÜLASƏSİ:
11. İddiaçı “X5” MMC (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş 6 aprel 2023-cü il tarixli, **********886500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsini xahiş etmişdir.
12. İddia tələbinin əsasları: - iddiaçı barəsində cavabdeh tərəfindən 6 aprel 2023-cü il tarixli, **********886500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar tərtib edilmişdir. İddia ərizəsinə əlavə edilmiş məktubdan da göründüyü kimi, qərar rəsmi qaydada təqdim edilməsi üçün 9 oktyabr 2023-cü il tarixli müşayiət məktubu ilə iddiaçıya təqdim edilmişdir. Nəticədə, iddiaçı barəsində 161.853,17 manat məbləğində vergi borcu müəyyən edilmişdir; - halbuki, eyni cavabdeh orqan tərəfindən eyni əsaslarla tərtib edilmiş və eyni məbləğin müəyyən edildiyi hazırkı vergi borcu məbləği bir neçə dəfə iddiaçı şirkət barəsində müəyyən edilmiş, iddiaçı tərəfindən müvafiq şikayət məktubları göndərildiyi üçün cavabdeh orqan tərəfindən silinmiş və bir gün sonra yenidən həmin vergi borcu məbləği yenidən təyin edilmişdir. Nəzərə almaq lazımdır ki, bu proses dəfələrlə təkrarlanmış və hər dəfə iddiaçı tərəfindən edilən şikayət əsasında borc silinmiş və bir gün sonra yenidən şəxsi vərəqədə eyni borc məbləği təyin edilmişdir; - hesablanmış bu borc məbləği tamamilə əsassız və hüquqazidd şəkildə tərtib edilmişdir. Qəbul edilmiş qərar şirkətin 2020-ci il tarixə aid fəaliyyəti və hesabatları aid edilmişdir ki, ümumiyyətlə cavabdeh inzibati orqanın həmin dövrə aid məlumatlara dair vergi borcu hesablaması qanunsuzdur.
13. İddia tələbinin prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 35.1, 35.2-ci maddələrinə istinad olunmuşdur.
14. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
15. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar.
TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ:
16. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yuxarıda istinad olunmuş sənədlərə istinad edərək (§ 3-8, 10) iddianın mümkün sayılmamasını xahiş etmişdir.
17. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı tərəf məhkəmə iclasında öz səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır. ...
42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
19. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
20. Məhkəmənin 25 yanvar 2024-cü il tarixli iclasında iştirak etmiş iddiaçının hüquq şöbəsinin müdiri vəzifəsini icra edən səlahiyyətli nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, cavabdeh tərəfindən mübahisə predmeti olan qərar aprel ayında sistemə yüklənilmişdir. Lakin həmin qərar imza (elektron), möhürlə təsdiq olunmamışdır. Qərarın əslini almaq üçün müraciət etdikdə isə cavabdeh tərəfindən onlara bildirilmişdir ki, qərar hazır olduqdan sonra təqdim ediləcəkdir. İmza ilə təsdiq olunmuş qərarın surətini 16 oktyabr tarixində əldə etmişdirlər. Qərar möhür olmasa belə, imza ilə təsdiq edilməli idi. Vergi qanunvericiliyinə əsasən elektron yüklənən sənədlərdə mütləq gücləndirilmiş imza olmalıdır. Göstərilənləri əsas götürərək bildirmişdir ki, iddia ərizəsi qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmədən verildiyi üçün, iddia mümkün hesab edilməlidir (§ 1-2, 11-13).
21. Məhkəmənin sonuncu iclası ilə bağlı iddiaçının səlahiyyətli nümayəndəsi elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirakının qeyri-mümkün olduğunu bildirərək, iclasın növbəti tarixə təxirə salınmasını xahiş etmişdir.
22. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.
23. Eyni zamanda, məhkəmə tərəfindən nəzərə alınmışdır ki, əvvəlki məhkəmə proseslərində tərəflər öz sübutlarını təqdim etmiş olsalar belə, məhkəmə 25 yanvar 2024-cü il tarixli məhkəmə iclasını hər iki tərəfin xahişini nəzərə alaraq, 7 mart 2024-cü il tarixə təyin etmiş olsa da, iddiaçı tərəf həmin iclasda öz səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Bu səbəbdən həmin iclasda cavabdeh tərəfindən təqdim edilmiş sübutların (elektron kabinetə də əlavə edilmiş) İPM-in 12, 15-ci maddələrinin tələbləri çərçivəsində araşdırılması məqsədi ilə məhkəmə prosesi yenidən təxirə salmışdır.
24. Odur ki, məhkəmə, hazırki işin mümkünlük iclası olduğunu, bununla bağlı kifayət qədər sübutların toplandığını, məhkəmə prosesinin (7 mart 2024-cü il tarixli) tarixinin tərəflərlə razılaşdırılmaqla əvvəlcədən təyin edildiyini, iddiaçının səlahiyyətli nümayəndəsinin əvvəlki prosesdə mövqeyinin öyrənildiyini, bütün sübutların elektron kabinetdə yerləşdiyini, tərəfin yazılı və ya elektron kabinet vasitəsi ilə də məhkəməyə müraciət etmək imkanının olduğunu, o cümlədən İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alaraq işə iddiaçının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın növü və mümkünlüyü
25. Qanunvericiliyin tələblərinə əsasən, iddianın mümkünlüyü şərtlərinin mövcudluğu tərəflərin tələbindən asılı olmayaq məhkəmə tərəfindən öz xidməti vəzifəsinə uyğun olaraq yoxlanılmalıdır. Belə olan halda isə, iddianın mümkünlük şərtlərinin mövcudluğunun sübuta yetirilməsi iddiaçının üzərinə düşür.
26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; - 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; - 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur.
27. Məhkəmə qeyd edir ki, İPM inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur.
28. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir.
29. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”
30. İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, İPM-in 12.1ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
31. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
32. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı barəsində cavabdeh tərəfindən 6 aprel 2023-cü il tarixli, № **********886500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar tərtib edilmişdir və hazırda iddiaçı həmin qərarın ləğv edilməsini xahiş edir. Göründüyü kimi hazırkı iddia mübahisələndirmə haqqında iddiadır (İPM-in 2.2.1-ci maddəsi).
33. Mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərtləri də mövcud olmalıdır. Bunlar: - İPM-in 35-ci maddəsinə əsasən, iddia qaldırmaq səlahiyyəti; - İPM-in 38.1-ci maddəsinə əsasən, iddia qaldırmaq müddətinə riayət edilməsi.
34. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının (§ 29) 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
35. Beləliklə, iddia müddətlərinə riayət edilməsi iddianın mümkünlüyü elementlərindən biridir.
36. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
37. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir.
38. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
39. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan qərar iddiaçıya qəbul edildiyi ərəfədə məlum olmuşdur və bu, İPM-in 38.1-ci maddəsinin tələbi baxımından “elan” edilmə anlayışının mahiyyətinə tam cavab verir.
40. İddia müddətinə riayət edilmədiyi bütün hallarda müddətin bərpası məsələsi ortaya çıxır, eləcə də inzibati aktda hüquqi müdafiə vasitələrini barədə məlumatın olub-olmaması yoxlanılır.
41. Məhkəmə tərəfindən proses iştirakçılarına hazırki mübahisəyə münasibətdə 21 noyabr 2023-cü il tarixdə İPM-in 13-cü maddəsinin tələbi və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarında qeyd edilən hallara dair məktub ünvanlanmışdır.
42. İddia ərizəsinin məzmunundan (§ 12), həmçinin iddiaçının məhkəmə iclasında izahatından (§ 20) görünür ki, iddiaçı tərəf ümumiyyətlə iddia müddətinin ötürülmədiyini hesab etmiş və prosessual müddətin 9 oktyabr 2023-cü il tarixdən hesablanmalı olduğunu bildirmişdir.
43. Cavabdeh tərəf isə iddiaçı tərəfin istinad etdiyi halları əsassız hesab edərək bildirmişdir ki, “Vergi ödəyiciləri ilə yazışmalar barədə” 6 aprel 2023-cü il tarixli, **********886500 nömrəli hesabata əsasən, iddiaçıya 7 aprel 2023-cü il tarixdə Elektron kameral hesablama barədə qərar göndərilmiş və bu qərar 10 aprel 2023-cü il tarixdə oxunmuşdur.
44. Bundan əlavə, cavabdeh iddiaçı tərəfindən ona ünvanlanmış 1 sentyabr 2023-cü il tarixli şikayətə də istinad etmişdir.
45. İş materialına əlavə edilmiş qeyd olunan şikayətin məzmunundan görünür ki, cavabdeh tərəfindən şəxsi vərəqə KYB ilə artıq hesablanmış 161.853,17 manat 2020-ci ilin mənfəət vergisi məbləği dəfələrlə müraciət edildikdən sonra 6 aprel 2023-cü il tarixində şəxsi vərəqə bərpa edilmiş, lakin elə həmin gündə də yenidən təkrar olaraq 161.853,17 manat məbləğə KYB ilə hesablama verilmişdir. 2020-ci il üçün təqdim edilmiş sonuncu dəqiqləşdirilmiş Mənfəət vergisi bəyannaməsində həmin KYB məbləğinin hesablanmasına səbəb ola biləcək heç bir uyğunsuzluq əlamətləri yoxdur və bu barədə dəfələrlə geniş izahat məktubları yazılmışdır. Qeyd edilən məbləğ Qərarla KYB ilə hesablansa da, sonradan bir neçə dəfə həmin KYB-lər cavabdeh tərəfindən təkrar-təkrar ləğv edilmiş və yenidən təkrar olaraq bir neçə dəfə hesablamalar verilmişdir. Belə ki, cavabdeh tərəfindən birinci dəfə 29 iyul 2022-ci ildə KYB ilə şəxsi vərəqə hesablanmış, sonra 13 mart 2023-cü həmin KYB ləğv edilmiş, yenidən 13 mart 2023-cü ildə KYB ilə şəxsi vərəqə hesablama verilmiş, daha sonra 6 aprel 2023-cü ildə yenidən KYB ləğv edilmiş (müraciətlərdən sonra), lakin elə həmin gündə, yəni, 6 aprel 2023-cü ildə yenidən KYB ilə hesablama verilmişdir. Edilmiş müraciətlərin cavabında isə iddia müddəti buraxıldığına görə Apelyasiya Şurasına müraciət edilməsi bildirilmişdir. Halbuki, Qərardan sonra cavabdeh tərəfindən həmin KYB lər dəfələrlə ləğv edilmiş və yenidən bərpa edilmişdir. Bununla da KYB-nin tarixi yenilənmişdir. Qeyd edilənləri və KYB ilə hesablanan məbləğin əsassız olduğunu (2020-ci ildə müəssisə 1637352,55 manat zərərlə işləmişdir), dəqiqləşdirilmiş bəyannamə təqdim etdiyi, izahat məktubları yazdıqları həmçinin 2020-ci ildə böyük məbləğdə zərərlə işlədiyi halda mənfəət vergisi hesablanmasinin qəbuledilməz olduğunu nəzərə alaraq xahiş edilmişdir ki, sonuncu dəfə 6 aprel 2023-cü ildə KYB ilə hesabladığınız 161.853,17 manat 2020-ci ilin mənfəət vergisi məbləğini şəxsi vərəqə bərpa edilsin və KYB-ni ləğv edilsin.
46. Oxşar məzmunlu şikayətlə 5 sentyabr, 12 sentyabr 2023-cü il tarixlərdə də cavabdehə müraciət edilmişdir. Həmin şikayətlər iş materialına əlavə olunmuşdur (§ 7-8 ).
47. Qüvvədə olan qanunvericilik (İPM-in 38.1-ci maddəsi) belə aktların mübahisələndirilməsi (dəyişdirilməsi və ya ləğv edilməsi) ilə bağlı iddiaların irəli sürülməsi üzrə 30 gün müddət müəyyən etmişdir. İddiaçı isə 13 noyabr 2023-cü il tarixdə məhkəməyə müraciət etməklə həmin iddia müddətini ötürmüşdür.
48. Məhkəmə prosesinin ilk iclasında iştirak etmiş iddiaçının səlahiyyətli nümayəndəsi VM-in 70-ci maddəsinin hazırki halda cavabdeh tərəfindən pozulması ilə bağlı bildirdiklərinə münasibətdə aşağıdakıları bildirir.
49. Maddə 70. Vergi ödəyiciləri ilə yazışma 70.1. Vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. 70.2. Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. 70.2-1. Sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün; 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. 70.2-2. Sənədlər (onların surətləri) bu Məcəllənin 70.2-1.1-ci maddəsinə əsasən şəxsən verildikdə, vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. 70.2-3. Bu Məcəllənin 70.2-1.2-ci və 70.2-1.3-cü maddələrində nəzərdə tutulmuş qayda vergi ödəyicisinin (onun səlahiyyətli nümayəndəsinin) inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. 70.2-4. Vergi ödəyicilərinin müraciətlərinə vergi orqanının cavabları elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərilir. Vergi ödəyicisinin müraciəti əsasında həmin cavabların kağız daşıyıcıda olan surəti ona verilir.
50. VM-in 13.2.72-ci maddəsinə əsasən, elektron kabinet - vergi ödəyicisi kimi uçota alınma zamanı təqdim edilən ərizəyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, gücləndirilmiş elektron imza və (və ya) vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifə;
51. Vergi orqanının vergi ödəyicisinə göndərdiyi qərarın vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməli olması ilə bağlı məhkəmə bildirir ki, bu tələb maddənin digər normaları ilə birlikdə və əlaqəli şəkildə qiymətləndirilməlidir. Bu baxımdan sənəd elektron üsulla elektron kabinetinə göndərildikdə elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra vergi orqanı tərəfindən vergi ödəyicisinə lazımi qaydada çatdırılmış sayılır. Vergi ödəyicilərinin müraciətlərinə vergi orqanının cavabları elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərilir. Vergi ödəyicisinin müraciəti olduqda həmin cavabların kağız daşıyıcıda olan surəti ona verilir.
52. İşin mübahisəsiz halıdır ki, iddiaçı tərəf mübahisə predmeti olan qərara dair məlumatlı olmuşdur ki, həmin qərara dair şikayətlərlə cavabdehə müraciət etmişdir. Bu səbəbdən də iddia müddətinin axımının 9 oktyabr 2023-cü il tarixdən hesablanmalı olması ilə bağlı iddia tərəfin istinad etdiyi dəlili qanunvericiliyin tələbinə ziddir.
53. Eyni zamanda, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2023-cü il tarixli, 2-1(102)-1871/2023 saylı qərarında qeyd olunmuşdur ki, “29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, mübahisələndirilən qərarın iddiaçıya rəsmi olaraq məhz hansı tarixdə təqdim edilməsinin bəlli olmaması halı iddianın mümkün sayılmamasına mane təşkil etmir. Belə ki, İPM-in 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə, “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır.”
54. Göründüyü kimi, toplanmış sübutlar iddiaçı tərəfin hər bir halda 6 aprel 2023-cü il tarixli qərardan məlumatlı olması nəticəsinə gəlməyə əsas verir.
55. Bundan əlavə, məhkəmə qeyd edir ki, hazırki məsələyə münasibətdə həmçinin, vergi ödəyicisinin məsuliyyət məsələsinin də nəzərə alınmalı olması iddia müddətinin mahiyyətindən, onun əhəmiyyətindən irəli gəlir.
56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.
57. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir, iddia mümkün sayılmamalıdır.
58. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
NƏTİCƏVİ HİSSƏ
59. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı “X5” MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən tərtib edilmiş 6 aprel 2023-cü il tarixli, **********886500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi” tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.
Hakim: Könül Həbibova