Məhkəmə qərarları › İş №2-1(118)-2192/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2192/2021

01.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2192/2021 01.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Şəmşir qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçı1 cavabdehlər Qusar rayonu Dövlət notariat kontoru, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və qeyrilərinə qarşı iddia müddətinin bərpa edilməsi, Qusar rayon Dövlət Notariat Kontoru tərəfindən 29.11.2005-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi və iddiaçılara məxsus 7.22 ha torpaq sahəsinin qaytarılması öhdəliyinin cavabdehlər Qusar rayon Dövlət Notariat Kontoru və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat İdarəsinə həvalə edilməsi tələbinə dair iddiasının mümkünlüyünü ünvan 1 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 cavabdehlər Qusar rayonu Dövlət notariat kontoru, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və qeyrilərinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, iddia müddətinin bərpa edilməsi, Qusar rayon Dövlət Notariat Kontoru tərəfindən 29.11.2005-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi və iddiaçılara məxsus 7.22 ha torpaq sahəsinin qaytarılması öhdəliyinin cavabdehlər Qusar rayon Dövlət Notariat Kontoru və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar ailə üxvü olmaqla Qusar rayonu Aşağı Ləyər kəndində yaşayırlar. Həmin kənddə yerləşən 7.22 ha torpaq sahəsi Aqrar İslahat Komissiyasının 16.06.1998-ci il tarixli qərarı ilə onların mülkiyyətinə verilmişdir. Lakin sonradan onların xəbəri və razılıqları olmadan Qusar rayon Dövlət notariat kontorunun təsdiq etdiyi alqı-satqı müqaviləsinə əsasən X1. Torpaq sahəsinin bir qismi hazıradək iddiaçıların istifadəsindədir, alqı-satqı müqaviləsi barəsində son bir neçə ayda xəbər tutmuşlar. Dövlət Aktının əsli hazıradək iddiaçılardadır, kim isə saxta yollarla onların adından alqı-satqı müqaviləsi bağlanmasına nail olmuşdur. Bununla bağlı onlar hazırki iddia ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahan verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia ərizəsindən göründüyü kimi hazırki mübahisənin predmeti daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi və mübahisəli torpaq sahəsinin geri qaytarılması barədədir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Lakin, hazırki iddia tələbi üzrə mübahisə inzibati deyil, mülki-hüquqi xarakterlidir. Bu səbəbdən də hazırki iddia tələbinə inzibati məhkəmə icraatı çərçivəsində baxıla bilməz. Alqı-satqı müqaqviləsi mülki-hüquqi münasibətlərindən əmələ gələrək həmin münasibətlərin nəticəsi kimi ifadə olunur. Məhkəmə qeyd edir ki, hazırki iddia mübahisələndirilən alqı-satqı müqaviləsinin ləğv edilməsi və torpaq sahəsinin qaytarılması barədə olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının 15.3-cü bəndinə görə mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı1 cavabdehlər Qusar rayonu Dövlət notariat kontoru, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və qeyrilərinə qarşı iddia müddətinin bərpa edilməsi, Qusar rayon Dövlət Notariat Kontoru tərəfindən 29.11.2005-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi və iddiaçılara məxsus 7.22 ha torpaq sahəsinin qaytarılması öhdəliyinin cavabdehlər Qusar rayon Dövlət Notariat Kontoru və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat İdarəsinə həvalə edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı1 cavabdehlər Qusar rayonu Dövlət notariat kontoru, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və qeyrilərinə qarşı iddia müddətinin bərpa edilməsi, Qusar rayon Dövlət Notariat Kontoru tərəfindən 29.11.2005-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi və iddiaçılara məxsus 7.22 ha torpaq sahəsinin qaytarılması öhdəliyinin cavabdehlər Qusar rayon Dövlət Notariat Kontoru və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat İdarəsinə həvalə edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar