Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2196/2025 26.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ X11 Təşəkkül oğlunun sədrliyi, X5 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “cavabdehin “Məişət zorakılığı haqqında iş üzrə” xx.xx.2024-cü il tarixli 15 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “cavabdehin “Məişət zorakılığı haqqında iş üzrə” xx.xx.2024-cü il tarixli 15 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X6 ilə birgə nigahdan anadan olmuş uşaqlarının atanın yanından alınaraq ananın yanında qalması və uşaqlar yetikinlik yaşına çatanadək hər birinə görə sabit pul məbləğində aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, işə Sumqayıt şəhər məhkəməsinin hakimi Günel Tanrıverdiyevanın sədrliyi ilə baxılır. Sumqayıt şəhər məhkəməsinin 2(060)-4094/2020-006 saylı xx.xx.2020-ci il tarixli Qətnaməsinə əsasən mənimlə iddiaçı İbrahimova (Quliyeva) Günel Cavadovna arasında bağlanmış 21 oktyabr 2005-ci il tarixli 1299 nömrəli nigah pozulmuşdur. Qətnaməyə əsasən azyaşlı övladlarım-xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X4 onunla, yəni atalarının yanında qalması qət edilmişdir......xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının aparatının “Məişət zorakılığı haqqında iş üzrə” xx.xx.2024-cü il tarixli 15 nömrəli Qərarını almışdır. Qərarla tanış olarkən ona məlum olmuş ki, X1 tərəfindən məişət zorakılığına məruz qalması ilə bağlı şikayət ərizəsi ilə yerli icra hakimiyyətinə müraciət etmiş və Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini, Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun sədri Müzəffərova Ülviyyə Baba qızının sədrliyi ilə keçirilmiş iclas nəticəsində sözügedən qərar qəbul olunmuş və qərara əsasən ona xəbərdarlıq elan olunması və X2 60 gün müddətində qısamüddətli mühafizə orderi verilməsi qət edilmişdir. Qeyd olunan qərar qanunun tələblərini kobud şəkildə pozulmaqla qəbul edildiyindən ləğv olunmalıdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh təşkilat iddia tələbinə münasibət bildirməmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt, inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri kimi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” 13 iyun 2013-cü il tarixli Qərarında inzibati aktın anlayışnın verilməsi ilə yanaşı, habelə göstərilmişdir ki, hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, məzmunu da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Qərarda inzibati aktın anlayışını şərh edərək bildirmişdir ki, inzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. İnzibati hüquqi akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir. Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir. İnzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: 1. inzibati orqan tərəfindən qəbul edilməli; 2. ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; 3. ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; 4. hakimiyyət tədbiri olmalıdır. Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir. Göründüyü kimi inzibati aktın xarakterik xüsusiyyətləri ondan ibarətdir ki, akt idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olunması üçün qəbul edilməli, ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı, ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı, habelə hakimiyyət tədbiri olmalıdır. Hazırda mübahisələndirilən “Məişət zorakılığı haqqında iş üzrə” xx.xx.2024-cü il tarixli 15 nömrəli qərarı inzibati aktın əlamətlərinə malik deyildir. Belə ki, həmin qərarla iddiaçının keçmiş həyat yoldaşı X2 60 gün olmaqla qısamüddətli mühafizə orderi verilmişdir. Göründüyü kimi, həmin qərar özlüyündə ümumi (publik) hüquq sahəsinə aid olan hər hansı məsləni həll etməmiş və hakimiyyət tədbiri deyildir.Mübahisələndirilən qərar ünsiyyət hüququnun həyata keçirilməsi ilə bağlıdır ki, həmin hüququn həyata keçirilməsinə nəzarəti yerli icra hakimiyyətinin müvafiq komissiyalarının səlahiyyətidir. Həmçinin bu qəbildən olan mübahisələrin həllinə dair hüquqi tənzimləmə məsələri Azərbaycan Respublikasının Mülki və Ailə Məcəlləri ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki və Ailə Məcəlləri isə ümumi hüququn deyil xüsusi hüququn tənzimləmə dairəsinə aid olan hüquqi məsələləri tənzim edir. Göründüyü ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin “Məişət zorakılığı haqqında iş üzrə” xx.xx.2024-cü il tarixli 15 nömrəli qərarı inzibati akın əlamətlərini özündə əks etdirmir və inzibati akt deyildir. Həmin qərar inzibati akt olmadığından inzibati məhkəmə icraatında mübahisələndirilməsi də mümkün deyildir. Bu səbəbdən də iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “cavabdehin “Məişət zorakılığı haqqında iş üzrə” xx.xx.2024-cü il tarixli 15 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. X12
Məhkəmə qərarları › İş №2-1(118)-2196/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2196/2025
26.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver