Məhkəmə qərarları › İş №2-1(118)-2198/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2198/2024

09.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2198/2024 09.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış, plan və ölçüsünün verilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış, plan və ölçüsünün verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 9 iyul 2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddia ərizəsinə qoşma şəklində əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş sənədlər:

1. 1 dekabr 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”dən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4005 ünvanda yerləşən 0,12 ha torpaq sahəsini miras əmlak olaraq mərhum X12 vərəsəsi İddiaçı almışdır.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən RX seriyalı, ******* nömrəli, 26 dekabr 2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4005 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.

3. Əmlak Məsələləri Dövlət Komitəsinin Sumqayıt Ərazi Şöbəsinin Sumqayıt bələdiyyəsinə göndərilmiş 31 iyul 2019-cu il tarixli, 123 nömrəli rəyindən görünür ki, Sumqayıt bələdiyyəsi tərəfindən bilavasitə mülkiyyətə verilməsi nəzərdə tutulan 965 kv.m (0,0965 ha) torpaq sahəsi Sumqayıt bələdiyyəsinin mülkiyyətinə aid olmaqla kateqoriyası - yaşayış məntəqələrinin torpaqları təyinatı - bağ evinin tikintisi uqodiyası sair (boş torpaq sahəsi) torpaqlarıdır və alqı-salqı predmetidir. Torpaq sahəsinin məqsədli təyinatı ərazinin yerquruluşu-təsərrüfat planına və ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğundur. Torpaq sahəsi 6 kVt elektrik xəttlərinin mühafizə zolağına düşür. Başqa hüquqi və fiziki şəxslərin mülkiyyətinə və icarəsinə verilməmişdir, üzərində məhdudiyyət (yüklülük) mövcud deyildir. Qeyd edilənlərə əsasən elektrik xəttlərinin mühafizə zolağı çıxıldıqdan sonra Sumqayıt bələdiyyəsi tərəfindən həmin torpaq sahəsinin (0,12 ha torpaq sahəsinin yerquruluşu planından çıxarış əlavə olunmuşdur, miqyas 1:1000) bilavasitə İddiaçı mülkiyyətinə verilməsinə baxıla bilər.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 26 avqust 2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanda yerləşən torpaq sahəsi Sumqayıt bələdiyyəsinin xüsusi mülkiyyətindədir.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 26 avqust 2019-cu il tarixli, AN seriyalı, 349299 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanda yerləşən, sənəd üzrə 0,12 ha, faktiki 0,965 ha olan torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin mülkiyyətindədir. Həmin sənəddə ayrılmış 0,0965 ha torpaq sahəsinin planı və ölçüsü (miqyas 1:10.000), döngə nöqtələri arasında məsafə, rəqəmli kadastr xəritəsindən çıxarış göstərilmişdir.

6. “Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair” 26 avqust 2019-cu il tarixli, 02/16525 nömrəli arayışdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanda yerləşən 0,0965 ha torpaq sahəsinin 22 avqust 2019-cu il tarixə bazar dəyəri 27.000 manat təşkil edir.

7. Sumqayıt bələdiyyəsinin 26 sentyabr 2019-cu il tarixli, 11 nömrəli protokol qərarı ilə Sumqayıt Bələdiyyəsinin 26 oktyabr 2018-ci il tarixli qərarını (protokol № 12), Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** saylı, 26 avqust 2019-cu il tarixli çıxarışı, torpaq sahəsinin plan və ölçüsünü nəzərə alaraq yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan “Novxanı” bağlar massivində yerləşən 4005 saylı bağ torpaq sahəsinin çıxarışda göstərilən ölçüdən artıq istifadə edilən 965 kv.m olan torpaq sahəsinin Bakı şəhəri, Qədirli küçəsi, ev 118-də qeydiyyatda olan vətəndaş İddiaçı mülkiyyətinə ayrılması; torpağın dəyəri ödənildikdən sonra İddiaçı ilə bələdiyyə arasında alqı-satqı müqaviləsinin bağlanılması; mülkiyyətə ayrılmış bağ torpaq sahəsinin mövqe sxeminə uyğun naturada nişanlanıb 4005 nömrəsi ilə İddiaçı təhvil verilməsi; ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin alınması üçün qərardan çıxarış, torpaq sahəsinin plan və ölçüsünün İddiaçı verilməsi qərara alınmışdır.

8. 21 noyabr 2019-cu il tarixli qəbzdən görünür ki, İddiaçı Oktay qızı tərəfindən 5.404 manat Sumqayıt Bələdiyyəsinin hesabına bağ sahəsinin alqı-satqı təyinatı ilə köçürülmüşdür.

9. 18 oktyabr 2023-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, satıcı Sumqayıt Bələdiyyəsi Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən, ümumi sahəsi 0,0965 ha olən torpaq sahəsinın tam mülkiyyət üzrə ona məxsus hissəsindən tam hissəsini İddiaçı mülkiyyətinə vermişdir.

10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin İddiaçı göndərilmiş 3 noyabr 2023cü il tarixli, 3-21-3-32/2-3846/2023 nömrəli məktubundan görünür ki, sənədlərin araşdırılması zamanı Sumqayıt Bələdiyyəsi tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq torpaq sahəsinə dair hərracdan kənar alqı-satqı müqaviləsinin bağlandığı müəyyən olunmuşdur. Belə ki, “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 2007-ci il 23 oktyabr tarixli, 466-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində edilmiş dəyişikliyə əsasən, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin Qanunun 9.6-cı maddəsində edilmiş dəyişikliyə əsasən, bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən torpaq sahəsinə texniki baxış keçirilən zaman 294 kv.m torpaq sahəsinin 6 kvt-lıq elektrik xəttinin mühafizə zolağına düşdüyü məlum olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi əsasında ərizənin icrasından imtina edilmişdir.

Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq:

11. Sumqayıt bələdiyyəsinin 27 dekabr 2023-cü il tarixli, 3920 nömrəli məktubu ilə Sumqayıt Bələdiyyəsinin “vətəndaş X8 çıxarışda göstərilən ölçüdən artıq istifadə etdiyi yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan bağ torpaq sahəsinin mülkiyyətinə ayrılması barədə” 26 sentyabr 2019-cu il tarixli, 11 saylı iclasının 16 saylı qərarının və həmin qərarın verilməsinə əsas olnuş sənədlərin təsdiq edilmiş surətləri göndərilmişdir: - 1 dekabr 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” (§1); - Əmlak Məsələləri Dövlət Komitəsinin Sumqayıt Ərazi Şöbəsinin Sumqayıt bələdiyyəsinə göndərilmiş 31 iyul 2019-cu il tarixli, 123 nömrəli rəyi (§3); - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 26 avqust 2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış (§4); - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 26 avqust 2019-cu il tarixli, AN seriyalı, 349299 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” (§5); - Sumqayıt Bələdiyyəsinin 26 sentyabr 2019-cu il tarixli, 11 nömrəli protokol qərarı (§7);

12. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 12 yanvar 2024-cü il tarixli, 3-21-3- 31/2-103/2024 nömrəli məktubu ilə mübahisəli torpaq sahəsinə keçirilmiş baxış zamanı tərtib olunan müayinə (baxış) aktı, ortofoto xəritəsindən çıxarış və qeyd olunan sənədlərin təsdiq olunmuş surətləri göndərilmişdir: - 2 saylı Sumqayıt Ərazi İdarəsinin 31 oktyabr 2023-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”ndan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanda yerləşən torpaq sahəsinin hüquq müəyyənedici sənəd üzrə 0,0965 ha, faktiki 0,1259 ha olduğu göstərilmişdir; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən RX seriyalı, ******* nömrəli, 28 iyul 2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4005 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi X12 xüsusi mülkiyyətindədir; - 8 sentyabr 1999-cu i tarixli, 1665 nömrəli “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün müqavilə”dən görünür ki, həmin müqavilə üzrə X18 Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4005 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi icarəyə verilmişdir; - 1 dekabr 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” (§1); - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən RX seriyalı, ******* nömrəli, 26 dekabr 2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış (§2); - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin İddiaçı adına verilmiş Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4005 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinə dair 17 may 2019-cu il tarixli, AN seriyalı, 348297 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”.

13. Azərbaycan Respublikası "xxxx" ASC-nin 15 yanvar 2024-cü il tarixli, 13- 9/2-1xx/xx/2024 nömrəli məktubundan görünür ki, Sumqayıt şəhəri, “Novxanı” bağları massivində yerləşən İddiaçı məxsus 4005 saylı torpaq sahəsindən "xxxx" ASC-yə məxsus elektrik verilişi xətti keçmir.

14. "xxxx" ASC-nin 1 aprel 2024-cü il tarixli, 13-13/2-1/16-4078/2024 nömrəli məktubundan görünür ki, torpaq sahəsindən “Fider-4” hava xəttindən 4087 saylı komplekt transformator məntəqəsini qidalandıran 6 kVt-luq budaqlanma keçir. Göstərilən KTM-in sxemdən çıxarılaraq şəbəkədən açılması və torpaq sahəsindən keçən budaqlanmanın gərginliksiz olması səbəbilə həmin torpaq sahəsi yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonasında yerləşmir.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia ərizəsinin dəlilləri

15. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt bələdiyyəsinin 26 sentyabr 2019-cu il tarixli, 11 saylı iclasının 16 saylı qərarı ilə mülkiyyətinə verilmiş Sumqayıt şəhəri, "Novxanı” bağları massivində yerləşən 4005 saylı bağ torpaq sahəsinin çıxarışda göstərilən ölçüdən artıq istifadə edilən 965 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı müvafiq reyestr çıxarışının və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhərinin “Novxanı” bağları massivi ərazisində yerləşən faktiki sahəsi 2.460 kv.m olan 4005 saylı bağ torpaq sahəsi 1965-ci ildə Sumqayıt şəhər ləğv edilmiş XDS İK-nin Bağlar təsərrüfatı idarəsi tərəfindən iddiaçının mərhum X4nun istifadəsinə verilmişdir. 1988-ci ildə Abşeron ərazisində yerləşən bağ sahələrinin ölçülərinin 1.200 kvadrat metrdən artıq olmaması ilə bağlı qərara əsasən həmin bağın müqaviləsi dəyişdirilərək 0,12 ha hissəsinə mərhum atası ilə icarə müqaviləsi bağlanılsa da, qalan 1.260 kvadrat metr torpaq sahəsi yenə də atasının və ailəsinin istifadəsində saxlanılmışdır. X4 6 aprel 2000-ci il tarixdə vəfat etmişdir. Sumqayıt şəhərinin “Novxanı” bağları massivində yerləşən sənəd üzrə sahəsi 1.200 kv.m olan 4005 saylı bağ torpaq sahəsi torpaq islahatı nəticəsində mərhum atasının əvəzsiz mülkiyyətinə verildiyindən, cavabdeh orqan tərəfindən 28 iyul 2016-cı il tarixdə mərhum atasının mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq bu barədə X12 adına qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 28 iyul 2016-cı il olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” verilmişdir. Abşeron rayon 2 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən verilmiş 1 dekabr 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən iddiaçı X12 vərəsəsi kimi tanınmış və mərhum atasından qalmış miras əmlak olan Sumqayıt şəhərinin “Novxanı” bağları massivi ərazisində yerləşən sənəd üzrə sahəsi 1.200 kv.m olan 4005 saylı bağ torpaq sahəsi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirilmişdir. Lakin sözügedən bağ torpaq sahəsi sənəd üzrə 1.200 kv.m olaraq mülkiyyətinə keçsə də, həmin bağ sahəsinə dair cavabdeh tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü"ndən də göründüyü kimi, torpağın faktiki ölçüsü 2.460 kv.m, yəni hüquq müəyyənedici sənəddən 1.260 kv.m artıq olaraq göstərilmişdir. Həmin sənədsiz bağ torpaq sahəsi torpaq islahatı nəticəsində bələdiyyə mülkiyyətinə aid edilmiş torpaq sahəsi olduğundan, iddiaçı müvafiq ərizə ilə Sumqayıt bələdiyyəsinə müraciət edərək hələ 1965-ci ildən 4005 saylı bağ sahəsinin daxilində mərhum atasının istifadəsində olmuş və onun ölümündən sonra iddiaçının adına verilmiş hüquq müəyyənedici sənəddə mülkiyyəti kimi göstərilən sahədən əlavə olaraq faktiki istifadə etdiyi bağ torpaq sahəsinin də mülkiyyətinə verilməsini xahiş etmişdir. Müraciəti müsbət qarşılandığından Sumqayrt bələdiyyəsi tərəfindən torpaq sahəsinin sənədləşdirilməsi işlərinə başlanılmış və müvafiq sənədləşmədən sonra Sumqayıt Bələdiyyəsinin 26 sentyabr 2019-cu il tarixli, 11 saylı iclasının 16 saylı qərarı ilə Sumqayıt şəhəri, "Novxanı” bağları massivində yerləşən 4005 saylı bağ torpaq sahəsinin çıxarışda göstərilən ölçüdən artıq istifadə edilən 965 kv.m torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.4-cü maddəsinə, eləcə də "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 10-cu və 23-cü bəndlərinə əsasən iddisçının mülkiyyətinə verilmişdir. Eyni zamanda, torpağın tələb olunan alqı-satqı haqqı məbləği olan 5.404 manat məbləğində pul da Sumqayıt bələdiyyəsinin hesabına ödədikdən sonra iddiaçı ilə bələdiyyə arasında torpağın alqı-satqısına dair notarial qaydada müqavilə bağlanılmışdır. Bir müddət əvvəl torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün ərizə ilə cavabdehə müraciət etdikdə, sözügedən torpaq sahəsi üzərində hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Hesab edilir ki, cavabdehin torpaq üzərində hüququnun dövlət qeydiyyatından imtinası dəlilləri tamamilə əsassız və qanunaziddir. Belə ki, Sumqayıt şəhərinin "Novxanı" bağları massivi ərazisində yerləşən 4005 saylı bağ torpaq sahəsinin çıxarışda göstərilən ölçüdən artıq istifadə edilən sahəsi 965 kv.m olan torpaq sahəsinin mülkiyyətinə verilməsi barədə Sumqayıt bələdiyyəsinin 26 sentyabr 2019cu il tarixli, 11 saylı iclasının 16 saylı qərarı "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 16.4-cü maddəsinə, eləcə də "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə"nin 10 və 23-cü bəndlərinə istinad edilməklə qəbul olunmuşdur. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 16.3-cü maddəsinə əsasən, bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 16.4-cü maddəsinə əsasən, torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə"nin 10-cu bəndinə əsasən "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması,habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi, "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Sözügedən bağ sahəsi 1965-ci ildə mərhum X4nun istifadəsinə verilmiş bağın daxilində yerləşməklə həmin vaxtdan faktiki istifadə olunur və ayrıca bir bağ sahəsi olaraq başqa şəxsə ayrılması mümkün olmayan torpaq sahəsidir. Sənədləşmə işlərinin aparılması yerli özünüidarə orqanının səlahiyyətlərində olan məsələ olduğundan, torpaq sahəsinin sənədləşdirilməsi üçün müraciət etmiş şəxs aidiyyəti inzibati orqan tərəfindən həmin sənədləşmənin aparılması üsulları və qaydalarına görə məsuliyyət daşıya bilməz. Torpaq sahəsinin sənədləşdirilməsi zamanı torpaq sahəsinin mülkiyyətinə bilavasitə satılması ilə bağlı rəyin verilməsi üçün Sumqayıt bələdiyyəsinin Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış müraciəti əsasında Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsi tərəfindən 31 iyul 2019cu il tarixli, 1123 saylı rəy verilmişdir ki, həmin rəydə elektrik xəttinin mühafizə zolağında yerləşən torpaq çıxıldıqdan sonra qalan torpaq sahəsinin Sumqayıt Bələdiyyəsi tərəfindən bilavasitə iddiaçının mülkiyyətinə verilməsinin mümkün olduğu bildirilmişdir. Cavabdehin hüququnun qeydiyyatının aparılmasından imtina zamanı göstərdiyi istifadəsində olan 294 kv.m torpaq sahəsinin 6 kvt-luq elektrik xəttinin mühafizə zolağına düşdüyünə dair dəlili bağlı isə qeyd etmək istəyir ki, yuxarıda sadalanan sənədlərdən də göründüyü kimi, sənədləşməsi üçün bələdiyyəyə müraciət etdiyi torpaq sahəsinin ölçüsü 1260 kv.m olduğu halda, Sumqayıt bələdiyyəsinin 26 sentyabr 2019-cu il tarixli, 11 saylı iclasının 16 saylı qərarı ilə Sumqayıt şəhəri, “Novxanı” bağları massivində yerləşən 4005 saylı bağ torpaq sahəsinin çıxarışda göstərilən ölçüdən artıq istifadə edilən 965 kv.m torpaq sahəsi mülkiyyətinə verilmişdir. Cavabdehin 6 kvt-luq elektrik xəttinin mühafizə zolağına düşdüyünü qeyd etdiyi 260 kv.m torpaq sahəsi bələdiyyə qərarı ilə iddiaçının mülkiyyətinə ayrılmamışdır və iddiaçı cavabdehə etdiyi müraciətində həmin torpaq sahəsinin deyil, bu torpaq çıxıldıqdan sonra mülkiyyətinə verilmiş qalan 965 kv.m torpaq sahəsi üzərində hüququnun qeydiyyatının aparılmasını xahiş etmişdir.

17. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinə, 149-cu maddəsinin Vİİ hissəsinə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə, “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 139.1, 139.3, 152.1, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.2, 8.0, 8.0.1, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 15.2, 24.1-ci, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 34.1-ci maddələrinə istinad olunmuşdur.

18. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

19. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

20. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, iddianın təmin olunmamasını xahiş etmişdir.

21. Etiraz onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0,0965 ha torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması barədə 18 oktyabr 2023-cü il tarixli ərizə ilə cavabdehə müraciət edilmiş və həmin müraciət ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq iddiaçıya bildirilmişdir ki, - Sumqayıt bələdiyyəsi tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq torpaq sahəsinə dair hərracdan kənar alqı-satqı müqaviləsinin bağlandığı müəyyən olunmuşdur. - idarənin mütəxəssisləri tərəfindən torpaq sahəsinə texniki baxış keçirilən zaman 294.0 kv.m torpaq sahəsinin 6 kvt-lıq elektrik xəttinin mühafizə zolağına düşdüyü məlum olmuşdur. Odur ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi" qaydaları nəzərə alınmalıdır.

22. Etirazın maddi hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1, 11.1-ci, prosessual hüquqi əsası kimi 35.1-ci maddələrinə istinad olunmuşdur.

c) Tərəflərin iştirakı və izahatları:

23. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş, həmçinin bildirmişdir ki, bağ sahəsi iddiaçının atasına məxsus olan torpaq sahəsi olduğundan və bələdiyyə yaranmamışdan əvvəl istifadə olunduğu üçün, imtinanın əsası mövcud deyildir. Bu səbəbdən də iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

25. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh öz nümayəndəsi ilə məhkəmə iclasında təmsil olunmamışdır.

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır.

27. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

28. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

29. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

30. 7 iyun 2024-cü il tarixli məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi X13 etirazı müdafiə edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

a) İddianın mümkünlüyü:

31. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

32. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

33. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

34. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

35. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

b) Tətbiq edilən hüquq:

36. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 13. Mülkiyyət Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ...

37. TM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri

1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.

2. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.

“ Maddə 5 5 . Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; ...”

“Maddə 6 6 . Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər

1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.

2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.

“Maddə 6 7 . Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. ...”

“Maddə 6 8 . Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

38. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqlarınməhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (-). 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (-).

Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-).

39. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.

Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-)

Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi Hüquqlarındövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir: 10.2. qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (-)

40. “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 28 oktyabr 2008-ci il tarixli Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

İX. Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin icarəsində olan sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşa edilmiş, habelə bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. X. Bu qanun qüvvəyə minənədək hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş bələdiyyə torpaqları üzərində istifadə müddəti bitdikdən sonra, həmin torpaqlar yalnız açıq torpaq hərracı və ya müsabiqəsi vasitəsilə icarəyə verilə bilər. Xİ. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir (12 dekabr 2008-ci il tarixdə dərc edilmişdir).

41. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 4. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; (-).

Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.

M a d d ə 1 6 . Qeyri-qanuni istifadə edilən torpaq sahələrinə dair tələblər

16.1. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. 16.2. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. 16.3. Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. 16.4. Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir.

42. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”

43. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

“Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.”

“Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir.”

“Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.”

“Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; ...”

“Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. ...”

Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. (-)

Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı (-) 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

44. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. …”

“Maddə 68. Məhkəmə qərarının əsası

68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. …”

c) Məhkəmənin mövqeyi

45. Məhkəmə tərəflərin vermiş olduğu izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb, onlara yuxarıda göstərilən qanunvericilik normaları ilə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir.

46. Belə ki, yuxarıda sadalanan normalardan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə olan əsaslardan biri əlavə edilməlidir. Cavabdeh orqan isə yalnız adıçəkilən Qanunun 15ci maddəsindəki əsaslardan biri olduğu halda daşınmaz əmlak üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasından imtina edə bilər.

47. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4005 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi X12 xüsusi mülkiyyətində olmuşdur və həmin torpaq sahəsini miras əmlak olaraq onun vərəsəsi kimi iddiaçı almışdır. Torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətində olmasına dair çıxarış mövcuddur və hazırda həmin sənəd qüvvədə olmaqla mübahisələndirilmir. Sumqayıt bələdiyyəsi tərəfindən bilavasitə mülkiyyətə verilməsi nəzərdə tutulan 965 kv.m (0,0965 ha) torpaq sahəsi isə Sumqayıt bələdiyyəsinin mülkiyyətinə aid olmaqla kateqoriyası - yaşayış məntəqələrinin torpaqları, təyinatı - bağ evinin tikintisi uqodiyası sair (boş torpaq sahəsi) torpaqlarıdır və alqı-salqı predmetidir. Torpaq sahəsinin məqsədli təyinatı ərazinin yerquruluşu-təsərrüfat planına və ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğundur. Başqa hüquqi və fiziki şəxslərin mülkiyyətinə və icarəsinə verilməmişdir, üzərində məhdudiyyət (yüklülük) mövcud deyildir.

48. Cavabdeh orqan etirazında bildirir ki, Sumqayıt bələdiyyəsi tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq torpaq sahəsinə dair hərracdan kənar alqı-satqı müqaviləsinin bağlandığı müəyyən olunmuşdur.

49. Məhkəmə etirazın göstərilən dəlilini əsassız hesab edir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, eyni vəziyyətdə olan digər şəxslərə münasibətdə “torpaq sahəsinə dair hərracdan kənar alqı-satqı müqaviləsinin bağlandığı müəyyən olunması” əsasına istinad edilməmişdir.

50. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2023-cü il tarixli, 2-1(102)-1842/2023 saylı qərarında qeyd olunmuşdur ki, “ ...

27. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir.

28. Belə ki, iddiaçıya münasibətdə bərabərlik prinsipinin pozuntusunun baş verdiyi qənaətinə gələ bilmək üçün məhkəmə, ilk növbədə aydınlaşdırmalıdır ki, iddiaçının təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunmuşdurmu, yoxsa iddiaçının halında hüququ qeydə alınmış şəxslərlə müqayisədə fərqli başqa hal və ya hallar vardır? ...

30. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir.

31. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.

32. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır.

33. İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir. ...”

50. Məhkəmə tərəfindən cavabdeh orqana çıxarışda göstərilən ölçüdən artıq istifadə etdiyi yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan bağ torpaq sahələrinə X17, X14, X5, X1 və X9 çıxarış, plan və ölçü sənədinin verilməsinə əsas olmuş sənədlərin təqdim edilməsinə dair məktub ünvanmışdır.

51. Cavabdeh tərəfindən təqdim edilmiş və iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 5 aprel 2024-cü il tarixli, 3-21-3- 31/2-1231/2024 nömrəli məktubundan görünür ki, X17, X19, X15, X6 və X10 məxsus çıxarışlarda göstərilən ölçüdən artıq istifadə etdiyi yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan bağ torpaq sahələrinə çıxarışın verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətinin göndərilməsi barədə məktuba “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, ərazi idarəsində mövcud olan arxiv materiallarına əsasən 0,077 ha, 0,0231 ha, 0,0728 ha, 0,0499 ha və 0,0158 ha torpaq sahələri üzərində yuxarıda qeyd edilən şəxslərin mülkiyyət hüquqlarının qeydiyyata alınmasına əsas olan hüquqmüəyyənedici sənədlərin təsdiq olunmuş surəti göndərilmişdir. Sözügedən əmlaklardan bir neçəsinin üzərində sonradan özgəninkiləşdirilmə və birləşmə əməliyyatları aparılmışdır: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 18 dekabr 2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Saray bağlar massivi, 1846D ünvanda yerləşən 0,077 ha torpaq sahəsi Ağa-əlizadə Emil Şamiyeviçin xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinin Sumqayıt Bələdiyyəsinin 25 iyul 2019-cu il tarixli, 09 nömrəli protokol Qərarı ilə Ağa-əlizadə Emil Şamiyeviçin mülkiyyətinə ayrılması qərara alınmışdır və 13 dekabr 2019-cu il tarixli, AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” ilə mülkiyyətinə verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 8 iyun 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Saray bağlar massivi, 4151D ünvanda yerləşən torpaq sahəsi X11 xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinin Sumqayıt Bələdiyyəsinin 11 dekabr 2019-cu il tarixli, 15 nömrəli protokol Qərarı ilə X11 mülkiyyətinə ayrılması qərara alınmışdır və 4 iyun 2020-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” ilə mülkiyyətinə verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 5 yanvar 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2061F ünvanda yerləşən 0,0728 ha torpaq sahəsi X2 xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinin Sumqayıt Bələdiyyəsinin 7 avqust 2020-ci il tarixli, 11 nömrəli protokol Qərarı ilə X2 mülkiyyətinə ayrılması qərara alınmışdır və 11 dekabr 2020-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” ilə mülkiyyətinə verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 16 avqust 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Corat bağları ərazisi, B-2251A ünvanda yerləşən 0,0499 ha torpaq sahəsi X3 xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinin Sumqayıt Bələdiyyəsinin 4 avqust 2021-ci il tarixli, 12 nömrəli protokol Qərarı ilə X3 mülkiyyətinə ayrılması qərara alınmışdır və 11 avqust 2021-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” ilə mülkiyyətinə verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 28 sentyabr 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Corat bağları ərazisi, B-2251A ünvanda yerləşən 0,0499 ha torpaq sahəsi X16 tərəfindən X1 21 sentyabr 2021-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” ilə mülkiyyətinə verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 27 sentyabr 2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1539E ünvanda yerləşən 0,0158 ha torpaq sahəsi X7 xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinin Sumqayıt Bələdiyyəsinin 4 oktyabr 2021-ci il tarixli, 15 nömrəli protokol Qərarı ilə X7 mülkiyyətinə ayrılması qərara alınmışdır və 22 sentyabr 2022-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” ilə mülkiyyətinə verilmişdir.

52. Etirazın digər dəlili torpaq sahəsinin 294.0 kv.m hissəsinin 6 kvt-lıq elektrik xəttinin mühafizə zolağına düşməsi ilə bağlıdır.

53. Məhkəmə bu dəlili də əsassız hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" ASC-nin məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi məktubundan görünür ki, torpaq sahəsindən “Fider-4” hava xəttindən 4087 saylı komplekt transformator məntəqəsini qidalandıran 6 kVt-luq budaqlanma keçir. Göstərilən KTM-in sxemdən çıxarılaraq şəbəkədən açılması və torpaq sahəsindən keçən budaqlanmanın gərginliksiz olması səbəbilə həmin torpaq sahəsi yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonasında yerləşmir. O cümlədən, cavabdehin 6 kvt-luq elektrik xəttinin mühafizə zolağına düşdüyünü qeyd etdiyi torpaq sahəsi bələdiyyə qərarı ilə iddiaçının mülkiyyətinə ayrılmamış və iddiaçı cavabdehə etdiyi müraciətində həmin torpaq sahəsinin deyil, bu torpaq çıxıldıqdan sonra mülkiyyətinə verilmiş qalan torpaq sahəsi üzərində hüququnun qeydiyyatının aparılmasını xahiş etmişdir.

54. Beləliklə, işin inzibati icraat qaydasında araşdırılması ilə müəyyən olunur ki, iddiaçı tərəf tələbin əsaslılığını sübuta yetirə bilmişdir. Bu səbəbdən də cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur.

55. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli 116 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 9.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 9.12-ci bəndinə görə qanuna uyğun olaraq daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış vermək DƏDRX-nin vəzifəsi kimi müəyyən edilmişdir.

56. Məhkəmə hesab edir ki, iddiaçının qanuni istifadəsində və sahibliyində olan əmlaka mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarış, plan və ölçüsünün verilməsindən cavabdeh orqanın imtina etməsi nəticədə iddiaçının mülkiyyət hüququnun pozulmasına gətirib çıxardığından qanuna ziddir.

57. Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, “... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). ...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.”

58. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək (§ 1- 14), qanunvericiliyin normalarını nəzərə alaraq (§ 36-44) belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Sumqayıt bələdiyyəsinin 26 sentyabr 2019cu il tarixli, 11 saylı iclasının 16 saylı qərarı ilə mülkiyyətinə verilmiş Sumqayıt şəhəri, “Novxanı” bağları massivində yerləşən 4005 saylı bağ torpaq sahəsinin çıxarışda göstərilən ölçüdən artıq istifadə edilən 965 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı müvafiq reyestr çıxarış və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ

59. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. Sumqayıt bələdiyyəsinin 26 sentyabr 2019-cu il tarixli, 11 saylı iclasının 16 saylı qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş Sumqayıt şəhəri, “Novxanı” bağları massivində yerləşən 4005 saylı bağ torpaq sahəsinin çıxarışda göstərilən ölçüdən artıq istifadə edilən 965 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı müvafiq reyestr çıxarışının və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar