Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2199/2022 06.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı “cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cavabdeh vəzifəli şəxslərinin üzərinə şikayət ərizələri üzrə qərarın qəbul edilməsi öhdəliyinin qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı iddia qaldıraraq “cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cavabdeh vəzifəli şəxslərinin üzərinə şikayət ərizələri üzrə qərarın qəbul edilməsi öhdəliyinin qoyulması”na dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. 26 aprel 2022-ci il tarixdə müvafiq sərəncam verilmiş, iddiaçılardan iddia ilə bağlı sənədlərin əsli və ya təsdiq olunmuş surətlərini məhkəməyə təqdim etməsi tələb olunmuşdur. Bundan sonra iddiaçılar 06 sentyabr 2022-ci il tarixdə məhkəməyə dəvət olunmuşdur. 19 avqust 2022-ci il tarixdə daxil olmuş ərizəyə əsasən İddiaçı3 inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmənin iddia ərizəsi üzrə inzibati icraat barədə bildiriş aldıqdan sonra ərizəsinə baxılmış və Polis Şöbəsinin TB-nin baş tədqiqatçısı polis mayoru, X1 tərəfindən şikayət ərizəsi üzrə “cinayət işinin başlanılmasının rədd edilməsi” barədə 20 iyun 2022-ci il tarixli qərar qəbul edilmiş və qərarın surətini qəbzə imza etməklə almışdır. Qeyd edilənlərə əsasən inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə iddiaçılar məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Hazırki iş üzrə Məhkəmə iddiaçıların məhkəmə iclasında iştirak etməməsini və İddiaçı3 inzibati iş üzrə icraata xitam verilməsi barədə ərizəsini nəzərə alaraq iddianın geri götürüldüyü qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin X4 şikayətinə dair 08 iyul 2013-cü il tarixli Qərardadı ilə İnzibati-iqtisadi məhkəmələr tərəfindən Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 55.3-cü maddəsi ilə müəyyən olunmuş qaydada iddianın geri götürülmüş sayılması və həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən bu barədə qərardadın mübahisələndirilməsinin qanunvericilikdə nəzərdə tutulmamasının, iddiaçının yenidən bu məsələyə mahiyyəti üzrə baxılması barədə müraciət etmək hüququnu istisna etməməsi qərara alınmışdır. İddiaçılara izah olunsun ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəfə qarşı, eyni əsaslarla və eyni predmet barədə təkrarən məhkəməyə müraciət etməsini istisna etmir. M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 aprel 2014-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququnun təmin olunması qərara alınmışdır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü, 55-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı “cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cavabdeh vəzifəli şəxslərinin üzərinə şikayət ərizələri üzrə qərarın qəbul edilməsi öhdəliyinin qoyulması”na dair iddiası geri götürülmüş hesab edilsin. İş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-2199/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2199/2022
06.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver