Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-22/2020 10.03.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədirliyi, X1 katibliyi, İddiaçı nümayəndəsi X5,cavabdehin nümayəndəsi X2 iştrakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsinə qarşı “cavabdehin hərəkətlərini qanunsuz hesab edilməsi və xx.xx.2015-ci il tarixli 7356 nömrəli qəbzə əsasən ondan alınmış 741 manat xidmət haqqının qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması və təqsirkar şəxslərin barəsində xüsusi qərardad çıxarmaqla prokurorluğa məlumat verilməsi tələbinə” dair iddiası üzrə inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçının xx.xx.2015-ci il tarixli2915U05020 qeydiyyat nömrəli müraciətinə əsasən, Şamaxı rayon NotariatKontorunda xx.xx.2015-ci il tarixdə təsdiq edilmiş 4Ə-766 reyestr nömrəli alqı- müqaviləsi ilə əldə etdiyi digər təyinatlı (sahibkarlıq məqsədilə) 1.0 hektar torpaq sahəsinə Azərbaycan Respublikası X8 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi idarəsi tərəfindən A031427 nömrəli torpaq sahəsinin planı və ölçüsü, seriya RX, ******* blank nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Buna görə Azərbaycan Respublikası X8 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi xx.xx.2015-ci il tarixli, 7107 nömrəli qəbzə əsasən 80 (səksən) manat məbləğində ondan dövlət rüsumu almışdır. Bu məbləğin 50 manatı texniki sənədlərin (texniki pasport, plan və ölçü) hazırlanması üçün 30 manatı isə dövlət reyestrindən çıxarışın verilməsi üçün alınmışdır.Eyni zamanda Azərbaycan Respublikası X8 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi iddiaçı tərəfindən, ona (cavabdehə) Azərbaycan Respublikası X8 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarələri tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının xx xxxx 2009-cu il tarixli 04 nömrəli Qərarına müvafiq hər hansı bir xidmətin göstərilməsi ilə bağlı heç vaxt ərizə ilə müraciət etmədiyi halda, habelə faktiki olaraq ona (iddiaçıya) heç birankret xidmət göstərilmədiyi halda ondan (iddiaçıdan) xx.xx.2015-ci il tarixli, 7353 nömrəli qəbzə əsasən 741 manat əsassız və qanunsuz olaraq xidmət haqqı almışdır. İddiaçı dəfələrlə Azərbaycan rablikası X8 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin rəhbər vəzifəli şəxslərinin qəbulunda olmuş və 741 manat qanunsuz alınmış xidmət haqqının qaytarılmasını tələb etmişdir.Təəssüf ki, idarə rəhbərliyi və vəzifəli şəxslər 45 gün müddətində pulun qaytarılcağına söz versələr də, sonradan ondan aldıqları pulu qaytarmaqdan birmənalı şəkildə, nümayişkaryanə imtina etmişlər və iddiaçının 741 manat pulun tələbi barədə ərizəsini rədd etmişlər.Azərbaycan Respublikası X8 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi iddiaçının hüquqlarını və qanunla qorunan mənafelərini pozmuş və ona (iddiaçıya) maddi zərər vurmuşdur. Yəni 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən qanunun tələbləri və iddiaçının hüquqları və qanunla qorunan mənafeləri kobud şəkildə pozulmuşdur.Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alaraq iddiaçıcavabdehin hərəkətlərini qanunsuz hesab edilməsi və qanunsuz olaraq saxta sənədlər əsasında ondan alınmış 741 manat xidmət haqqının qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması və onun adından DƏDRX-nin 14 saylı ərazi idarəsinə ünvanlanan xx xxxxxx 2015-ci il tarixli ərizədə imzasını saxtalaşdıran şəxslər barəsində xüsusi qərardad çıxarmaqla prokurorluğa məlumat verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmədə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, İddiaçı cavabdeh ƏMDK-nın yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi idarəsinə qarşı “cavabdehin hərəkətlərini qanunsuz hesab edilməsi və xx.xx.2015-ci il tarixli 7356 nömrəli qəbzə əsasən ondan alınmış 741 manat xidmət haqqının qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair ” iddiasını əsassız hesab edirik.Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.Məlumat üçün bildirir ki, İddiaçı Ərazi İdarəsinə daxil 3212.2015-ci il tarixli ********** qeydiyyat nömrəli ərizəsinə əsasən, Şamaxı rayon Notariat Kontorunda xx.xx.2015-ci il tarixdə təsdiq olunmuş 4Ə-766 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə əldə etdiyi digər təyinatlı (sahibkarlıq məqsədilə) 1.0 ha torpaq sahəsinə xx.xx.2015-ci il tarixli A 031427 nömrəli torpaq sahəsinin planı və ölçüsü, seriya RX, ******* blank nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Bunun müqabilində,o, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununa əsasən texniki sənədlərin (texniki pasport, plan və ölçü və s.) hazırlanması üçün 50 manat, dövlət reyestrindən çıxarışın verlməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Bundan əlavə, “Taarif (Qiymət) Şurası”nın “X8 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” xx xxxx 2009-cu il tarixli 04 nömrəli qərarına uyğun olaraq 739 manat 50 qəpik xidmət haqqı ödənilmişdir.İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və xidmət haqqı mövcud qanunvericiliyə tamamilə uyğundur və Ərazi idarəsi tərəfindən heç bir qanun pozuntusuna yol verilməmişdir.Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştrak edən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsinin nümayəndəsi X4 eyni məzmunlu izahat verərək, bildirmişdir ki, inventarlaçdırma işlərinin aparılması ilə bağlı müraciəti iddiaçı elektron qaydada etmiş və heç kim onun ərizədə olan imzasını saxtalaşdırmamışdır. Xətşunaslıq ekspertizasının qərarından razı deyil. Çünki həmin ərizənin iddiaçıdan başqa heç kim edə bilməzdi. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və xidmət haqqı mövcud qanunvericiliyə tamamilə uyğundur.Qeyd olunanlara əsasən Ş.Zeynalova iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Torpaq sahəsinə dair daşınmaz əmlakın reyestrindən verilmiş çıxarışın surəti, ödəniş qəbzi, cavabdeh inzibati orqanın imtina məktubu, etirazı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanuna ziddir. Cavabdeh inzibati orqanın bu hərəkəti iddiaçının hüquqlarını pozur (İPM-in 34.1-ci maddəsi). İddia mümkün iddia olmaqla yanaşı, həm də qismən əsaslıdır. Bu səbəbdən də iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). Belə ki, iddaçı cavabdeh inzibati orqanın hüquqların dövlət qeydiyyatı ilə və xidmət haqqının tələb edilməsi ilə bağlı faktiki xarakterli xarakterli hərəkətlərini mübahisələndirir ki, sonuncunun bu sahədə olan fəaliyyəti onun publik (ümumi) hüquq sahəsinə aid olan səlahiyyətləri ilə bağlıdır. İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. Cavabdehin etirazından və imtinasından müəyyən olunur ki, iddiaçı hazırki tələbləri ilə bağlı əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Mübahisənin araşdırılması məqsədi ilə məhkəmə tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nə verilmiş sorğuya cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2015-ci il tarixli 319 saylı qərarı ilə təstiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu,yoxlanması və verilməsinin prosedur Qaydalara”, Torpaq Məcəlləsinin 65.3-cü maddəsinə və Mülki Məcəllənin 238.1-ci maddəsinə əsasən inventarlaşma işlərinin apalması zəruridir. Qeyd olunan Qaydaların 4-cü hissəsində göstərilmişdir ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir. Həmin Qaydadların 4.2-ci bəndinə əsasən mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Məhkəmə qeyd etməyi zəruri bilir ki, qeyd olunan Qaydalardada mərzçəkmə və inventarlaşma işlərinin aparılması hüquq sahibinin iradə ifadəsinə uyğun olaraq aparılması göstərilmişdir. Yəni həmin Qaydalarda mərzçəkmə və inventarlaşma işlərinin aparılmasının imperativ xarakterli olması öz əksini tapmamışdır. Məhkəmənin təyin etdiyi xətşunaslıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 26223 saylı rəyinə əsasən İddiaçı adından DƏDRX-nin 14 saylı Ərazi İdarəsinə ünvanlanmış xx xxxxxx 2015-ci il tarixli ərizədə “Ərizəçinin imzası” qrafasındakı imza, xx xxxxxx 2015-ci il tarixdə tərtib edilmiş smetada “Sifarişçi” qrafasındakı imza-İddiaçı tərəfindən yox,başqa şəxs tərəfindən icra olunmuşdur. Göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2015-ci il tarixli 319 saylı qərarı ilə təstiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu,yoxlanması və verilməsinin prosedur Qaydalar”ın 4-cü bəndinə əsasən tələb edilən ərizə sifarişçi olmalı olan İddiaçı tərəfindən təqdim edilməyib. İddiaçıdan alınmış 741 manat xidmət haqqının qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması öhdəliyinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tələbində haqlıdır və ondan əsassız yerə tutulmuş xidmət haqqı geri qaytarılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 26.1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeyd alınması barədə çıxarışın verilməsi üçün 30 (otuz) manat, həmin Qanunun 26.1.2-ci maddəsinə əsasən isə daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsinə görə 50 manat dövlət rüsumu ödəmişdir. Mubahisə predmeti olan 741 manat isə mərzçəkmə və inventarlaşdırma işləri üçün nəzərdə tutulmuşdur ki, oda Tarif (Qiymət) Şurasının xx xxxx 2009-cu il tarixli 04 saylı Qərarı əsasında müəyyən olunur. Göründüyü kimi iddiaçı daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeyd alınması barədə çıxarışın verilməsi və həmin daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsinə görə nəzərdə tutulmuş dövlət rüsumlarını ödəmişdir. Çünki qeyd olunan dövlət rüsumlarının ödənilməsi hüquq sahibinin istəyindən asılı deyil, yəni “Dövlət rüsumu haqqıda” və “Daşınmaz Əmlakın dövlət reyesteri haqqında ” Qanunda dövlət rüsmunun ödəməsi imperativ xarakter daşıyır. Lakin mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması üçün ilk növbədə hüquq sahibinin iradə ifadəsi yəni razılığı lazımdır. Göründüyü kimi həmin razılıq mövcud deyil. Bundan başqa Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanunun 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Göründüyü kimi dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının və daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə məhz cavabdehin vəzifəli şəxsləri məsuliyyət daşıyır ki, iddiaçı cavabdehin vəzifəli şəsxlərinin məsuliyyətsizliyinə görə xidmət haqqının ödənilməsinə məcbur edilə bilməz. Qanunun 23.3-cü maddəsi dəymiş ziyana görə məsuliyyəti müəyyən edir ki, cavabdeh ona maddi ziyan dəydiyi təqdirdə bunu ziyan vurandan tələb edə bilər ki, bu tərəfdə iddiaçı tərəf deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin xidmət haqqının tələb edilməsinə dair hərəkətləri qanunsuz, dəlilləri isə əsassız olduğundan iddia bu hissəsə təmin edilməlidir. Ona görədə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilərək 741 manat pul Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsindən tutularaq İddiaçı ödənilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli ödəniş qəbzindən görünür ki, xidmət haqqı olaraq DƏDRX-nin Şamaxı şöbəsinin hesabına ödənilmişdir. İddia tələbinin İddiaçı adından DƏDRX-nin 14 saylı ərazi idarəsinə ünvanlanan xx xxxxxx 2015-ci il tarixli ərizədə imzasını saxtalaşdıran şəxslər barəsində xüsusi qərardad çıxarmaqla prokurorluğa məlumat verilməsi hissəsini araşdıraraq, məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, qeyd olunan ərizədə olan imzanın İddiaçı məxsus olmaması öz təstiqini tapsada həmin ərizədə olan imzanın başqa şəxs tərəfindən qəsdən imzalanması yəni sənədi saxtalaşdırması öz təstiqini tapmamışdır.Həmin ərizədə olan imzanın səhvən başqa sifarişçi və ya icraçı tərəfindən imzalanması istisna hal deyil. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320ci maddəsinə əsasən rəsmi sənədlərin saxtalaşdırılması (mövcud praktikaya görə imzanın saxtalaşdırılması üzrə cinayət işlərinə qeyd olunan maddə ilə baxılır) qəsdən törədilmiş cinayətlərin kateqoriyasına aiddir. İddiaçıya izah olunmalıdır ki, hazır ki, qətnamə qanuni qüvvəsini alarsa onun adından imza saxtalaşdırılması ilə bağlı müstəqil şəkildə şikayət ərizəsi ilə istintaq və təhqiqat orqanlarına müraciət etmək hüququ var. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası X8 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinin 14 saylı Ərazi İdarəsinin İddiaçı 741 manat xidmət haqqının alınmasına dair etdiyi hərəkətlər qanunsuz hesab edilsin və xidmət haqqı olaraq alınmış 741 manat pulun İddiaçı qaytarılması öhdəliyi cavabdehin üzərinə qoyulmasun. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xətşunaslıq ekspertiza tədqiqatının dəyəri olan 127 manat Azərbaycan Respublikası X8 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinin 14 saylı Ərazi İdarəsindən tutularaq X3 (kod 210005,VÖEN **********,Muxbir hesab AZ41NABZ********************) ödənilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətindəziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-22/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-22/2020
10.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver