Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-220/2021 28.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “3 saylı Ərazi Vergilər İdarəsinin 19.06.2020-ci il tarixli **********137452 saylı qərarının əlavə dəyər vergisi və mənfəət vergisi üzrə əlavə vergilərin hesablanması və maliyyə sanksiyalarının tətbiq edilməsi hissəsində ləğv edilməsi və qərarın həmin hissəsi üzrə İddiaçı MMC-dən əlavə olaraq tutulmuş 10832.03 manat məbləğində əlavə dəyər vergisinin müvafiq olaraq 5416.02 manat məbləğində maliyyə sanksiyasının və 7709.40 manat məbləğində mənfəət vergisinin və müvafiq olaraq 3854.71 manat məbləğində maliyyə sanksiyasının İddiaçı MMC-yə geri qaytarılması” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “3 saylı Ərazi Vergilər İdarəsinin 19.06.2020-ci il tarixli **********137452 saylı qərarının əlavə dəyər vergisi və mənfəət vergisi üzrə əlavə vergilərin hesablanması və maliyyə sanksiyalarının tətbiq edilməsi hissəsində ləğv edilməsi və qərarın həmin hissəsi üzrə İddiaçı MMC-dən əlavə olaraq tutulmuş 10832.03 manat məbləğində əlavə dəyər vergisinin müvafiq olaraq 5416.02 manat məbləğində maliyyə sanksiyasının və 7709.40 manat məbləğində mənfəət vergisinin və müvafiq olaraq 3854.71 manat məbləğində maliyyə sanksiyasının İddiaçı MMC-yə geri qaytarılması”na dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı (VÖEN: **********) (bundan sonra "Şirkət") Xaçmaz rayonu, Yergüc kəndində plastik taraların istehsalı ilə məşğul olur. 3 saylı Ərazi Vergilər İdarəsinin 05.02.2020-ci il tarixli **********196852 saylı qərarına əsasən, 06.02.2020 - 16.06.2020-ci il tarixlərində Şirkətdə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Səyyar vergi yoxlamasının nəticələri haqqında 18.06.2020-ci il tarixində **********197134 saylı müvafiq akt (bundan sonra "Akt") tərtib olunmuş və Aktın əsasında, 19.06.2020-ci il tarixində 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********137452 saylı qərar qəbul edilmişdir. Vergi orqanının Qərarı ilə, Şirkətə bir sıra tədiyyə növləri üzrə hesablamalar aparılmış və maliyyə sanksiyaları tətbiq edilmişdir. Vergi orqanı tərəfindən hesablanmış vergilərin və maliyyə sanksiyalarının bir qisminin tam əsaslı və qanunauyğun olmasına baxmayaraq, əlavə dəyər vergisi və mənfəət vergisi üzrə aparılmış əlavə hesablamaların və maliyyə sanksiyalarının tam əsassız və qanunsuz olduğunu hesab edirlər və Qərarın həmin hissələrdə ləğv edilməli olduğu və müvafiq olaraq Şirkətdən tutulmuş vəsaitin Şirkətə geri qaytarılmalı olduğu qənaətindədirlər. Bunu aşağıdakı hüquqi əsaslar və faktiki hallarla əsaslandırırlar: Vergi orqanı Aktda yoxlama ilə əhatə olunan dövrdə əlavə dəyər vergisi və mənfəət vergisinin Şirkət tərəfindən az hesablandığını iddia etmiş, lakin Aktda bunu əsaslandıran heç bir sübut irəli sürməmişdir. Şifahi olaraq, Şirkətə bildirilən əsas bu olmuşdur ki, istehsal olunan plastik taraların Şirkət tərəfindən bəyan edilmiş qiymətlər: bazar qiymətindən aşağı olmuşdur. Qeyd etmək lazımdır ki, vergi orqanı öz iddiasını əsaslandırmaq üçün, 12.03.2020-ci il tarixli **********198248 saylı qərarla istehsal edilmiş plastik taraların orta bazar qiymətinin müəyyən edilməsi məqsədilə ekspert cəlb etmiş, lakin Aktda da qeyd olunduğu kimi, ekspert rəy verilməsindən imtina etmişdir Həmçinin, vergi orqanı 18.02.2020-ci il tarixli **********197407 saylı qərarla Şirkətin avadanlıqlarının istehsal gücünün və bu gücə uyğun olaraq məhsul istehsalı həcminin müəyyən edilməsi məqsədilə mütəxəssis dəvət etmiş və Aktda da qeyd olunduğu kimi, mütəxəssis araşdırması nəticəsində obyektiv nəticə əldə etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra "Məcəllə") 14.1-ci maddəsinə əsasən, bazar qiyməti malın tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Eyni zamanda Məcəllənin 14.2-ci maddəsinə əsasən, Məcəllənin 14-cü maddəsində başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Məcəllənin 14.4-cü maddəsinə əsasən, bazar qiyməti mal satılan anadək, lakin malın təqdim edildiyi andan çoxu 30 gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən müəyyənləşdirilir. Məcəllənin 14.5-ci maddəsinə əsasən, bazar qiyməti müəyyənləşdirilərkən, Məcəllənin 18-ci maddəsi ilə müəyyən edilən qarşılıqlı surətdə asılı olan şəxslər arasındakı əməliyyat yalnız o halda nəzərə alına bilər ki, onların münasibətləri həmin əməliyyatın nəticəsinə təsir göstərməmiş olsun. Məcəllənin 14.6-cı maddəsinə əsasən, Məcəllənin 14.4 və 14.5-ci maddələrinin müddəalarını tətbiq etmək mümkün olmadıqda, malın bazar qiyməti bu maddənin tələblərinə uyğun olaraq müəyyən edilir. Bu zaman malın istehsalına və (və ya) təqdim edilməsinə çəkilən adi məsrəflər (alınma qiyməti və ya qalıq dəyəri), nəqletmə, saxlanma, sığorta və digər bu cür məsrəflər, həmçinin adətən qarşılıqlı surətdə bağlı olmayan şəxslər arasında əməliyyatlar zamanı tələb və təkliflər amilinə əsasən əlavə yığım və güzəştlər nəzərə almır. Məcəllənin 14.6.1-ci maddəsinə əsasən, malların bazar qiymətləri müəyyənləşdirilərkən qiymətlərə təsir edə bilən aşağıdakı amillər nəzərə almır: göndərilmiş malların həcmi (əmtəə partiyasının həcmi); öhdəliklərin icra olunması müddəti, ödəniş şərtləri; mallara tələb və təklifin dəyişməsi, (o cümlədən istehlakçı tələbinin mövsümi olaraq artıb-azalması); malların mənşə ölkəsi, alındığı və ya təqdim edildiyi yer; malların göndərilmə şərtləri; malların keyfiyyətinin və digər istehlak göstəricilərinin səviyyəsi; marketinq siyasətinin aparılması ilə əlaqədar olaraq analoqu olmayan yeni malların bazara çıxarılması, yaxud malların yeni bazara çıxarılması, istehlakçıların tanış olması məqsədilə əmtəə nümunələrinin təqdim edilməsi və s. Məcəllənin 14,6.3.3-cü maddəsinə əsasən, malların bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir. Məcəllənin 14.6.6-cı maddəsinə əsasən, vergi ödəyicilərinin təqdim olunan mallara tətbiq etdikləri qiymətlərin səviyyəsi bu Məcəlləyə əsasən müəyyənləşdirilən bazar qiymətlərindən 30 faizdən çox aşağı olduqda, vergilər bazar qiymətləri əsasında, yuxarı olduqda isə faktiki təqdimolunma qiymətləri ilə hesablanır. Məcəllənin 15.1.4-cü maddəsinə əsasən, vergi ödəyicisinin artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək hüququ vardır və Məcəllənin 24.0.10-cu maddəsinə əsasən, vergi orqanları vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə borcludur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, 3 saylı Ərazi Vergilər İdarəsi iddia ərizəsində göstərilənləri aşağıdakı səbəblərə görə əsassız hesab edir. Belə ki, 3 saylı Ərazi Vergilər İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 05.02.2020-ci il tarixli **********196852 nömrəli qərarına əsasən, “A PLASTİC" MMC-nin fəaliyyəti üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 01.09.2017-ci il tarixdən 01.01.2020-ci il tarixədək olan dövr əhatə edilməklə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və vergi yoxlaması yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində 05.02.2020-ci il tarixdə KY201436637 nömrə ilə qeydiyyata alınmışdır. Yoxlamanın nəticəsi olaraq 18.06.2020-ci il tarixli **********197134 nömrəli “Səyyar vergi yoxlaması” Aktı tərtib edilmiş və həmin akt əsasında 19.06.2020-ci il tarixli **********137452 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən məfəət vergisinin 7709,40 manat, əmlak vergisi üzrə 7134,19 manat və ödəmə mənbəyində tutulan verginin 21250,0 manat olmaqla, ümumilikdə 36093,59 manat vergi məbləğinin azaldılması müəyyən edilmişdir. Həmçinin yoxlama zamanı vergi ödəyicisi tərəfindən əlavə dəyər vergisinin 14705,59 manat artıq hesablandığı müəyyən edilmişdir. Səyyar vergi yoxlaması ilə ümumilikdə vergi ödəyicisinə 21388,0 manat məbləğində əlavə vergi hesablanmışdır. Yoxlama ilə azaldılmış vergi məbləğlərinə görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 23462,83 manat və həmin məcəllənin 57.1-ci maddəsinə əsasən vergi hesabatlarını əsas olmadan müəyyən edilən müddətdə vergi orqanına təqdim etmədiyinə görə 160,0 manat olmaqla, ümumilikdə 23622,83 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinə “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” 06.02.2020-ci il tarixli **********196909 nömrəli tələbnamə verilmiş, sənədlərin təqdim edilməsi 26.02.2020-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Hesablamanın mahiyyəti ilə bağlı bildirirlər ki, vergi ödəyicisi vergi orqanında 10.05.2017- ci il tarixli **********4 nömrəli ƏDV qeydiyyat bildirişi əsasında qeydiyyata alınmış və ƏDV qeydiyyatı 01.02.2017-ci il tarixdən qüvvəyə minmişdir. Yoxlanılan dövr üzrə (01.09.2017-ci il tarixdən 01.01.2020-ci il tarixədək) vergi ödəyicisinin fəaliyyəti "Əmtəələrin qablaşdırılması üçün plastik məmulatların istehsalı" fəaliyyətindən ibarət olmuş və cəmiyyət faktiki olataq “Sair plastik məmulatların istehsalı” ilə məşğul olmuşdur. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə mal verilməsi, iş görməsi və ya xidmət göstərməsi, habelə barter əməliyyatlarının aparılması halları olmamışdır. Həmçinin, ƏDV-ni ödəməklə əldə edilmiş mallardan, iş və xidmətlərdən qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, malların itməsi, əskik gəlməsi və xarab olması halları olmamışdır. ƏDV üzrə vergi tutulan əməliyyatın dəyəri təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ƏDV nəzərə alınmadan dəyəri əsasında müəyyənləşdirilmişdir. Lakin, vergi tutulan əməliyyatların dəyərlərinin, aparılması vaxtlarının və əvəzləşdirmə məbləğlərinin vergi ödəyicisi tərəfindən düzgün müəyyənləşdirilməməsi nəticəsində yoxlama ilə əhatə edilən dövr ərzində ƏDV məbləğlərinin 25537,62 manat artıq hesablanması, 10832,03 manat az hesablanması, ümumilikdə isə vergi məbləğlərinin 14705,59 manat artıq hesablanması halı aşkar edilmişdir (ƏDV-nin hesablanması cədvəli etiraza əlavə olunur). Mənfəət vergisinin yoxlanılması zamanı yoxlama ilə əhatə olunan dövr ərzində vergi ödəyicisinin mülkiyyətində olan əmtəə-material ehtiyatlarının satınalma qiymətlərinə əsasən mədaxili, istehsal prosesinə silinməsi və qalıqlarının uçotu yoxlanılmışdır. Qeyd olunmalıdır ki, vergi ödəyicisi tərəfindən əldə olunmuş mənfəət və ya zərərin dəqiq müəyyənləşdirilməsi üçün sənədlərlə təsdiq olunan gəlir və xərclərin dəqiq uçotu aparılmalı, tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlər və xərclər onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid edilməli, təsərrüfat əməliyyatlarının başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçot aparılmalı və aparılan uçotun qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Vergi ödəyicisi tərəfindən təqdim edilən mənfəət vergisi bəyannaməsinə əsasən 2017-ci ilin nəticələri üzrə gəlirlər 81034,07 manat, gəlirlərinin əldə edilməsi ilə əlaqədar xərclər 104196,96 manat və nəticədə 23162,89 manat məbləğində zərər bəyan etmişdir. Lakin, aparılmış yoxlama ilə cəmiyyətin gəlirlərin 132881,39 manat, gəlirlərinin əldə edilməsi ilə bağlı xərclərin 71242,65 manat və mənfəətin 12327,75 manat olduğu müəyyənləşdirilmişdir. Qeyd olunmalıdır ki, vergi ödəyicisi tərəfindən 13.02.2017-ci il tarixində investisiya təşviqi sənədi alınmışdır. Vergi Məcəlləsinin 106.1.17.-ci maddəsinə əsasən investisiya təşviqi sənədini almış hüquqi şəxsin həmin sənədi aldığı tarixdən əldə etdiyi mənfəətin 50 faizi 7 il müddətinə vergidən azad olduğuna görə büdcəyə 6163,87 manat əlavə mənfəət vergisi hesablanmışdır. Vergi ödəyicisi tərəfindən təqdim edilən mənfəət vergisi bəyannaməsinə əsasən 2018-ci ilin nəticələri üzrə gəlirlər 51650,77 manat, gəlirlərinin əldə edilməsi ilə əlaqədar xərclər 74585,69 manat, nəticədə 22934,92 manat məbləğində zərər bəyan etmişdir. Lakin, aparılmış yoxlama ilə cəmiyyətin gəlirlərin 42056,35 manat, gəlirlərinin əldə edilməsi ilə əlaqədar xərclərin 42313,27 manat, zərərin 256,92 manat olduğu müəyyənləşdirilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilən mənfəət vergisi bəyannaməsinə əsasən 2019-cu ilin nəticələri üzrə gəlirlər 198840,41 manat, gəlirlərinin əldə edilməsi ilə əlaqədar xərclər 157595,53 manat, mənfəət 41244,88 manat, 22934,92 manat məbləğində keçmiş illərin zərərin çıxmaqla vergiyə cəlb olunacaq mənfəət isə 18309,96 manat, büdcəyə hesablanmış verginin məbləği 3661,99 bəyan etmişdir. Lakin, aparılmış yoxlama ilə cəmiyyətin gəlirlərin 198501,43 manat, gəlirlərinin əldə edilməsi ilə əlaqədar xərclərin 146426,19 manat, mənfəətin 52075,24 manat olduğu müəyyənləşdirilmişdir. Vergi Məcəlləsinin 106.1.17,-ci maddəsinə əsasən investisiya təşviqi sənədini almış hüquqi şəxsin həmin sənədi aldığı tarixdən əldə etdiyi mənfəətin 50 faizi 7 il müddətinə vergidən azad olduğuna görə büdcəyə 5207,52 manat mənfəət vergisi hesablanmışdır. 2019-cu il üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi məbləği nəzərə alınmaqla büdcəyə 1545,53 manat əlavə mənfəət vergisi hesablanmışdır (5207,52 - 3661,99 = 1545,53). Qeyd olunmalıdır ki, yoxlamanın nəticəsi olaraq tərtib edilmiş 18.06.2020-ci il tarixli **********197134 nömrəli “Səyyar vergi yoxlaması” Aktı 18.06.2020-ci il tarixində vergi ödəyicisinin rəhbəri X2 əlbə-əl təhvil verilmişdir. Vergi ödəyicisinin rəhbəri Rəhim Məmmədov həmin akt ilə tanış olaraq hesablanmış vergi məbləğləri ilə razı olmuş və akta etiraz etməmişdir. Həmçinin, vergi ödəyicisinin rəhbəri Rəhim Məmmədova 19.06.2020-ci il tarixli **********137452 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı əlbə-əl təhvil verilmiş və o, hesablanmış vergilərlə bağlı hər-hansı bir etiraz bildirməmişdir. Əlavə olaraq bildirirlər ki, vergi ödəyicisi 31.05.2020-ci il tarixli məktubla 3 saylı Ərazi Vergilər İdarəsinə müraciət edərək cəmiyyətdə aparılmış səyyar vergi yoxlamasından narazı olmadığını və hesablanmış vergi məbləğləri ilə razı olduğunu bildirsə də, sonradan vergiləri ödəməkdən yayınmaq məqsədi ilə əsassız olaraq məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Vergi Məcəlləsinin 39.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. Göründüyü kimi səyyar vergi yoxlamasının aparılması və yoxlama ilə vergilərin hesablanması zamanı qanunvericiliyin tələblərinə əməl edilmiş, vergilər iddiaçının faktiki dövriyyəsi nəzərə alınaraq hesablanmışdır. Belə ki, iddiaçı tərəfindən vergi tutulan əməliyyatlar aparılmasına baxmayaraq, qanunvericiliyin tələbləri pozularaq dövlət büdcəsinə ödənilməli olan vergiləri tam bəyan etməmiş və dövlət büdcəsinə ödənilməmişdir. Buna görə də hesab edirlər ki, iddia ərizəsi tamamilə əsassızdır və onun təmin edilməsi üçün heç bir əsas yoxdur. Həmçinin, iddia ərizəsində hər hansı bir mötəbər sübuta söykənməyən yalnız ümumi cümlələrdən və şəxsi subyektiv fikirlərdən istifadə edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsi ilə qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin, 24.0.1-ci maddəsi ilə vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasını həyata keçirmək vergi orqanının hüququdur. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə görə Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Bu funksiyaların həyata keçirilməsinin təmin edilməsi qanunla müəyyən edilmiş vergiləri ödəməklə bağlı fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrini yaradır. Konstitusiyanın 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Konstitusiyanın 73- cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 1.1-ci bəndinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergilərin, məcburi dövlət sosial sğorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Pzezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılmasını təmin edilməsi sahəsində dövlət nəzarətini həyata keçirilməsini təmin edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin struktruna daxil olan qurumdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə görə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim olunmasına dair sərəncam verir. İddia ərizəsini təqdim edərkən, cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunur. Məhkəmə bu məqsədlə ağlabatan müddət təyin edir. Məhkəmə təqdim edilmiş "xxxx" MMC-də keçirilmiş səyyar vergi yoxlaması haqqında izahatda qeyd edilmişdir ki, iddiaçıya məxsus olan müəssidə keçirilmiş vergi yoxlamasının nəticələri üzrə 4 vergi növü üzrə hesablamalar aparılmışdır. Mənfəət vergisi, əlavə dəyər vergisi, əmlak vergisi və ödəmə mənbəyində tutulan vergilər. İddiaçı Vergi Məcəlləsinin 14-cü maddəsinə əsaslanaraq akt üzrə mənfəət və əlavə dəyər vergilərinin artıq hesablanması barədə iddia qaldırmışdır. Məlumat üçün bildirirəm ki, müəssisə “X1 Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin (VÖEN **********1) şirkətlər qrupunun daxilindədir. 2017-ci ilin 4-cü rübü və 2018-cİ il ərzində birgə sahibkarlıq fəaliyyəti göstərmək niyyəti ilə müəssisə “X1 Şirkəti” QSC-nin tərkibinə daxil olan digər müəssisə "xxxx" MMC (VÖEN **********1) ilə müqavilə imzalamışdır. Müqavilənin şərtlərinə əsasən "xxxx" MMC (VÖEN **********1) tərəfindən təqdim ediləcək xammal əsasında iddiaçı müəssisə özünə məxsus olan istehsal avadanlıqlarından, öz işçi qüvvəsindən, özünün aldığı elektrik enerjisi və yanacaqdan istifadə etməklə və istehsal prosesi ilə bağlı digər xərcləri çəkməklə plastmas yeşik faraları istehsal etməli və hazır məhsulu qarşı tərəfə verməlidir. Müəssisənin 2017-ci ilin 4-cü rübündə bağladığı müqaviləyə əsasən bir ədəd yeşik tara istehsalı üçün qarşı tərəf müəssisəyə 10 (on) qəpik pul vəsaiti ödəmişdir. 2018-ci ildə isə bu məbləğ 20 (iyirmi) qəpiyə bərabər olmuşdur. İddiaçı ərizədə Vergi Məcəlləsinin 14-cü maddəsinin bəndlərini sadalayarkən məcəllənin 14.3.2,-ci maddəsini diqqətə çatdırmamışdır. Belə ki, müəssisə, 2017- 2018ci illər ərzində eyni şirkətlər qrupunun tabeçiliyində və qarşılıqlı surətdə əlaqəli olduğu digər müstəqil şəxslə təsərrüfat əməliyyatları aparmışdır. Təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması 14.3.2,-ci maddəsinə əsasən bazar qiyməti nəzərə alınmaqla həyata keçirilə bilər. Həmçinin, Vergi Məcəlləsinin 67.11.-ci maddəsinə əsasən vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda və əməliyyatlar qarşılıqlı surətdə asılı olan şəxslər arasında aparıldıqda, vergi orqanı həmin şəxslər arasındakı əməliyyatlar zamanı əldə edilə bilən vergi tutulan gəliri müəyyənləşdirmək üçün gəlirləri və ya xərcləri həmin şəxslər arasında bölə bilər. Formalaşma mexanizmindəki fərqlərə görə vergilər iki növə ayrılır, birbaşa və dolayı vergilər. Dolayı vergi növü özündə satılan məhsulların dəyərinə əlavə edilən məbləğlərdən gizli şəkildə vergi tutulmasını əks etdirir. Bu vergi növünə aid olan əlavə dəyər vergisi üzrə yoxlama nəticəsində yoxlanılan dövrün ayları üzrə vergi tutulan əməliyyatların dəyərlərinin, aparılması vaxtlarının və əvəzləşdirmə məbləğlərinin vergi ödəyicisi tərəfindən düzgün müəyyənləşdirilməməsi nəticəsində vergi məbləğlərinin vergi ödəyicisi tərəfindən 10832,03 manat az hesablandığı, 25537,62 manat artıq hesablandığı, və nəticədə bu vergi növü üzrə vergi ödəyicisi tərəfindən büdcəyə 14705,59 manat artıq vergi məbləği hesablandığı aşkar edilmişdir. Yoxlama ilə mənfəət vergisi üzrə hesablanmış 7709,40 manat əlavə vergi və tətbiq edilmiş 3854,71 manat maliyyə sanksiyası məbləğləri, cəmi 11564,11 manat əlavə hesablama məbləğləri, əlavə dəyər vergisi üzrə vergi ödəyicısı tərəfindən büdcəyə artıq hesablanmış 14705,59 manat vergi məbləği ilə əvəzləşdirilərsə, yoxlamanın nəticələrinə əsasən demək olar ki, bu iki vergi növü üzrə büdcəyə əlavə vəsait hesablanmamışdır. Vergi ödəyicisi iddiasına görə bu iki vergi növü üzrə hesablamaların aktda təsbit olunmuş hesablamalardan əlavə olaraq 27812,16 manat azaldılmasını tələb etmişdir. Birbaşa vergi növü əmlakın dəyərindən və yaxud gəlirdən birbaşa tutulan vergilərdir. Əmlak vergisi və ödəmə mənbəyində tutulan vergilər birbaşa mənbədən hesablanan vergilərdir. İnvestisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı tarixdən müvafiq investisiya layihəsi çərçivəsində investisiya vəsaiti hesabına əldə edilmiş (alınmış, gətirilmiş, istehsal edilmiş, tikilmiş və ya quraşdırılmış) əmlakına görə 7 il müddətinə əmlak vergisini ödəməkdən azaddır. Vergi Məcəlləsinin 199.11 ,-ci maddəsi ilə müəyyən edilmiş bu azadolma investisiya təşviqi sənədi alınan tarixədək əldə edilmiş və hüquqi şəxs və ya fərdi sahibkar tərəfindən sahibkarlıq fəaliyyətində istifadə edilmiş əmlaklara tətbiq edilmir. Vergi ödəyicisi investisiya təşviqi sənədini 13.02.2017-ci il tarixində əldə etmişdir. Sənəd əldə olunan tarixədək müəssisənin balansında sahibkarlıq fəaliyyətində istifadə olunan əmlakın dəyəri 713418,87 manat təşkil etmişdir. Ona görə də 2019-cu il üzrə büdcəyə 7134,19 manat əlavə əmlak vergisi məbləği hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 3567,10 manat maliyyə sanksiyasının tətbiq edilmişdir. 2019-cu ilin 4-cü rübü ərzində güzəştli vergi tutulan ölkədə (HONG KONG) qeydiyyatdan keçmiş “HAİTİAN HUAYUAN LİMİTED” adlı müəssisədən alınmış avadanlığa görə müəssisə tərəfindən 212500,00 manat məbləğində (STANDARD CHARTERED BANK LİMİTED) ödənişlər aparılmışdır. Vergi Məcəlləsinin 125.1.9.-cu maddəsinə əsasən güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlərdən 10% miqdarında ödəmə mənbəyində vergi tutulur. Ona görə də yuxarıda qeyd edilmiş ödəniş məbləğindən yoxlama zamanı büdcəyə 21250,00 manat ÖMV məbləği hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 10625,00 manat maliyyə sanksiyasının tətbiq edilmişdir. Göründüyü kimi, vergi ödəyicisi birbaşa hesablanan vergilərə qarşı iddia irəli sürməmişdir. Bu iki vergi növü üzrə ümumilikdə büdcəyə 42666,29 manat əlavə vəsait hesablanmış, vergi ödəyicisi yoxlamanın nəticələrindən yazılı surətdə razılığını bildirmiş, akta imza etmiş, möhürləmiş, vergi qanunvericiliyinin pozulmzsına görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərarı imzalamış, möhürləmiş və aktla hesablanmış əlavə vəsaiti büdcəyə ödəmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15.07.2021-ci il tarixli, 9/2667 nömrəli ekspert rəyinə dair Mülahizədə qeyd edilmişdir ki, Məhkəmə istintaqı zamanı, Sumqayıt inzibati Məhkəməsinin 08.04.2021 -ci il tarixli, 2- 1(118)-220/2021-008 nömrəli Qərardadına əsasən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası Mərkəzinə tapşırılmış və ekspert qarşısına aşağıdakı suallar qoyulmuşdur:
1. Yoxlama dövründə yoxlamaya təqdinm edilmiş əməliyyatlar əsasında İddiaçı MMC-nin 2017-2019-cu illər üzrə mənfəət vergisi və əlavə dəyər vergisi üzrə öhdəliyi nə qədər təşkil edir ?
2. İş materiallarında olan sənədlər və səyyar vergi yoxlaması aktında qeyd olunanlar nəzərə alındıqda İddiaçı MMC-nin 2017-2019-cu illər üzrə mənfəət vergisi və əlavə dəyər vergisi üzrə öhdəliyi nə qədər təşkil edir ? Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X4 tərəfindən 15.07.2021-ci il tarixli ekspert rəyi tərtib edilmiş və rəydə müəssisə tərəfindən ƏDV üzrə büdcəyə ödəniləsi cəmi 799,65 manat müəyyən edilmişdir. Qeyd olunanlarla bağlı bildiririk ki, Göründüyü kimi, səyyar vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi və maliyyə sanksiyaları ilə müqayisədə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X4 tərəfindən tərtib edilmiş rəydə olan rəqəm arasında kəskin və ciddi ziddiyətlər mövcuddur. Bildiririk ki, iddiaçıya məxsus olan müəssidə keçirilmiş vergi yoxlamasının nəticələri üzrə 4 vergi növü üzrə hesablamalar aparılmışdır. Mənfəət vergisi, əlavə dəyər vergisi, əmlak vergisi və ödəmə mənbəyində tutulan vergilər. Yoxlanılan dövr üzrə ƏDV-nin 14705,59 manat artıq hesablanması halı aşkar edilmiş əvəzləşdirmə məbləğlərinin vergi ödəyicisi tərəfindən düzgün müəyyənləşdirilməməsi nəticəsində 5416.02 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Mənfəət vergisi üzrə 7709.40 əlavə vergi hesablanmış 3854.71 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İnvestisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı tarixdən müvafiq investisiya layihəsi çərçivəsində investisiya vəsaiti hesabına əldə edilmiş (alınmış, gətirilmiş, istehsal edilmiş, tikilmiş və ya quraşdırılmış) əmlakına görə 7 il müddətinə əmlak vergisini ödəməkdən azaddır. Vergi Məcəlləsinin 199.11.-ci maddəsi ilə müəyyən edilmiş bu azadolma investisiya təşviqi sənədi alınan tarixədək əldə edilmiş və hüquqi şəxs və ya fərdi sahibkar tərəfindən sahibkarlıq fəaliyyətində istifadə edilmiş əmlaklara tətbiq edilmir. Vergi ödəyicisi investisiya təşviqi sənədini 13.02.2017-ci il tarixində əldə etmişdir. Sənəd əldə olunan tarixədək müəssisənin balansında sahibkarlıq fəaliyyətində istifadə olunan əmlakın dəyəri 713418,87 manat təşkil etmişdir. Ona görə də 2019-cu il üzrə büdcəyə 7134,19 manat əlavə əmlak vergisi məbləği hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 3567,10 manat maliyyə sanksiyasının tətbiq edilmişdir. 2019-cu ilin 4-cü rübü ərzində güzəştli vergi tutulan ölkədə (HONG KONG) qeydiyyatdan keçmiş “HAİTİAN HUAYUAN LİMİTED” adlı müəssisədən alınmış avadanlığa görə müəssisə tərəfindən 212500,00 manat məbləğində (STANDARD CHARTERED BANK LİMİTED) ödənişlər aparılmışdır. Vergi Məcəlləsinin 125.1.9.-cu maddəsinə əsasən güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlərdən 10% miqdarında ödəmə mənbəyində vergi tutulur. Ona görə də yuxarıda qeyd edilmiş ödəniş məbləğindən yoxlama zamanı büdcəyə 21250,00 manat ÖMV məbləği hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 10625,00 manat maliyyə sanksiyasının tətbiq edilmişdir. Vergi ödəyicisi yoxlamanın nəticələrindən yazılı surətdə razılığını bildirmiş, akta imza etmiş, möhürləmiş, vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərarı imzalamış, möhürləmiş və aktla hesablanmış əlavə vəsaiti büdcəyə ödəmişdir. Qeyd edilənlərə əsasən ekspert rəyinin sübut kimi qiymətləndirilməməsini məhkəmədən xahiş etmişdirlər.
Əsaslandırma hissəsi:
Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia qismən təmin edilməlidir. Belə ki, 3 saylı Ərazi Vergilər İdarəsinin 05.02.2020-ci il tarixli **********196852 saylı qərarına əsasən, 06.02.2020 - 16.06.2020-ci il tarixlərində növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Səyyar vergi yoxlamasının nəticələri haqqında 18.06.2020-ci il tarixində **********197134 saylı müvafiq Akt tərtib olunmuş və Aktın əsasında, 19.06.2020-ci il tarixində 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********137452 saylı qərar (bundan sonra "Qərar") qəbul edilmişdir. Həmin səyyar vergi yoxlaması nəticəsində müəssisə tərəfindən 7709,40 manat məbləğində mənfəət vergisinin, 10832,03 manat məbləğində ƏDV-nin, 7134,19 manat əmlak vergisinin, 21250,00 manat məbləğində ödəmə mənbəyində tutulan verginin az hesablanması, 25537,62 manat məbləğində ƏDV-nin artıq hesablanması və 23462,83 manat məbləğində Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən maliyyə sanksiyası hesablanması faktı aşkar edilmişdir. Yoxlamanın nəticələri öz əksini 18 iyun 2020-ci il tarixli səyyar vergi yoxlaması aktında tapmışdır. İddiaçı 3 saylı Ərazi Vergilər İdarəsinin 19.06.2020-ci il tarixli **********137452 saylı qərarının əlavə dəyər vergisi və mənfəət vergisi üzrə əlavə vergilərin hesablanması və maliyyə sanksiyalarının tətbiq edilməsi hissəsində ləğv edilməsi və qərarın həmin hissəsi üzrə İddiaçı MMC-dən əlavə olaraq tutulmuş 10832.03 manat məbləğində əlavə dəyər vergisinin müvafiq olaraq 5416.02 manat məbləğində maliyyə sanksiyasının və 7709.40 manat məbləğində mənfəət vergisinin və müvafiq olaraq 3854.71 manat məbləğində maliyyə sanksiyasının İddiaçı MMC-yə geri qaytarılmasını istəyir. İddiaçı qeyd edir ki, vergi orqanı Aktda yoxlama ilə əhatə olunan dövrdə əlavə dəyər vergisi və mənfəət vergisinin Şirkət tərəfindən az hesablandığını iddia etmiş, lakin Aktda bunu əsaslandıran heç bir sübut irəli sürməmişdir. Şifahi olaraq, Şirkətə bildirilən əsas bu olmuşdur ki, istehsal olunan plastik taraların Şirkət tərəfindən bəyan edilmiş qiymətlər: bazar qiymətindən aşağı olmuşdur. Vergi orqanı öz iddiasını əsaslandırmaq üçün, 12.03.2020-ci il tarixli **********198248 saylı qərarla istehsal edilmiş plastik taraların orta bazar qiymətinin müəyyən edilməsi məqsədilə ekspert cəllb etmiş, lakin Aktda da qeyd olunduğu kimi, ekspert rəy verilməsindən imtina etmişdir. Həmçinin, vergi orqanı 18.02.2020-ci il tarixli **********197407 saylı qərarla Şirkətin avadanlıqlarının istehsal gücünün və bu gücə uyğun olaraq məhsul istehsalı həcminin müəyyən edilməsi məqsədilə mütəxəssis dəvət etmiş və Aktda da qeyd olunduğu kimi, mütəxəssis araşdırması nəticəsində obyektiv nəticə əldə etmək mümkün olmamışdır. Cavabdeh inzibati orqan isə mübahisələndirilən inzibati aktı qəbul edilməsinin əsaslarını iddiaya etirazda aşağıdakı kimi qeyd edir. Yoxlamanın nəticəsi olaraq 18.06.2020-ci il tarixli **********197134 nömrəli “Səyyar vergi yoxlaması” Aktı tərtib edilmiş və həmin akt əsasında 19.06.2020-ci il tarixli **********137452 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir.Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən məfəət vergisinin 7709,40 manat, əmlak vergisi üzrə 7134,19 manat və ödəmə mənbəyində tutulan verginin 21250,0 manat olmaqla, ümumilikdə 36093,59 manat vergi məbləğinin azaldılması müəyyən edilmişdir. Həmçinin yoxlama zamanı vergi ödəyicisi tərəfindən əlavə dəyər vergisinin 14705,59 manat artıq hesablandığı müəyyən edilmişdir. Səyyar vergi yoxlaması ilə ümumilikdə vergi ödəyicisinə 21388,0 manat məbləğində əlavə vergi hesablanmışdır.Yoxlama ilə azaldılmış vergi məbləğlərinə görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 23462,83 manat və həmin məcəllənin 57.1-ci maddəsinə əsasən vergi hesabatlarını əsas olmadan müəyyən edilən müddətdə vergi orqanına təqdim etmədiyinə görə 160,0 manat olmaqla, ümumilikdə 23622,83 manat maliyyə sanksiyası tətbiq edilmişdir.Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinə “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” 06.02.2020-ci il tarixli **********196909 nömrəli tələbnamə verilmiş, sənədlərin təqdim edilməsi 26.02.2020-ci il tarixli aktla rəsmiləşdirilmişdir.Hesablamanın mahiyyəti ilə bağlı bildirirlər ki, vergi ödəyicisi vergi orqanında 10.05.2017- ci il tarixli **********4 nömrəli ƏDV qeydiyyat bildirişi əsasında qeydiyyata alınmış və ƏDV qeydiyyatı 01.02.2017-ci il tarixdən qüvvəyə minmişdir.Yoxlanılan dövr üzrə (01.09.2017-ci il tarixdən 01.01.2020-ci il tarixədək) vergi ödəyicisinin fəaliyyəti "Əmtəələrin qablaşdırılması üçün plastik məmulatların istehsalı" fəaliyyətindən ibarət olmuş və cəmiyyət faktiki olataq “Sair plastik məmulatların istehsalı” ilə məşğul olmuşdur. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə mal verilməsi, iş görməsi və ya xidmət göstərməsi, habelə barter əməliyyatlarının aparılması halları olmamışdır. Həmçinin, ƏDV-ni ödəməklə əldə edilmiş mallardan, iş və xidmətlərdən qeyrikommersiya məqsədləri üçün istifadə edilməsi, malların itməsi, əskik gəlməsi və xarab olması halları olmamışdır.ƏDV üzrə vergi tutulan əməliyyatın dəyəri təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ƏDV nəzərə alınmadan dəyəri əsasında müəyyənləşdirilmişdir. Lakin, vergi tutulan əməliyyatların dəyərlərinin, aparılması vaxtlarının və əvəzləşdirmə məbləğlərinin vergi ödəyicisi tərəfindən düzgün müəyyənləşdirilməməsi nəticəsində yoxlama ilə əhatə edilən dövr ərzində ƏDV məbləğlərinin 25537,62 manat artıq hesablanması, 10832,03 manat az hesablanması, ümumilikdə isə vergi məbləğlərinin 14705,59 manat artıq hesablanması halı aşkar edilmişdir (ƏDV-nin hesablanması cədvəli etiraza əlavə olunur).Mənfəət vergisinin yoxlanılması zamanı yoxlama ilə əhatə olunan dövr ərzində vergi ödəyicisinin mülkiyyətində olan əmtəə-material ehtiyatlarının satınalma qiymətlərinə əsasən mədaxili, istehsal prosesinə silinməsi və qalıqlarının uçotu yoxlanılmışdır. Qeyd olunmalıdır ki, vergi ödəyicisi tərəfindən əldə olunmuş mənfəət və ya zərərin dəqiq müəyyənləşdirilməsi üçün sənədlərlə təsdiq olunan gəlir və xərclərin dəqiq uçotu aparılmalı, tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlər və xərclər onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid edilməli, təsərrüfat əməliyyatlarının başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçot aparılmalı və aparılan uçotun qaydasına dair bütün tələblər nəzərə alınmalıdır.Vergi ödəyicisi tərəfindən təqdim edilən mənfəət vergisi bəyannaməsinə əsasən 2017-ci ilin nəticələri üzrə gəlirlər 81034,07 manat, gəlirlərinin əldə edilməsi ilə əlaqədar xərclər 104196,96 manat və nəticədə 23162,89 manat məbləğində zərər bəyan etmişdir. Lakin, aparılmış yoxlama ilə cəmiyyətin gəlirlərin 132881,39 manat, gəlirlərinin əldə edilməsi ilə bağlı xərclərin 71242,65 manat və mənfəətin 12327,75 manat olduğu müəyyənləşdirilmişdir. Qeyd olunmalıdır ki, vergi ödəyicisi tərəfindən 13.02.2017-ci il tarixində investisiya təşviqi sənədi alınmışdır.Vergi Məcəlləsinin 106.1.17.-ci maddəsinə əsasən investisiya təşviqi sənədini almış hüquqi şəxsin həmin sənədi aldığı tarixdən əldə etdiyi mənfəətin 50 faizi 7 il müddətinə vergidən azad olduğuna görə büdcəyə 6163,87 manat əlavə mənfəət vergisi hesablanmışdır.Vergi ödəyicisi tərəfindən təqdim edilən mənfəət vergisi bəyannaməsinə əsasən 2018-ci ilin nəticələri üzrə gəlirlər 51650,77 manat, gəlirlərinin əldə edilməsi ilə əlaqədar xərclər 74585,69 manat, nəticədə 22934,92 manat məbləğində zərər bəyan etmişdir. Lakin, aparılmış yoxlama ilə cəmiyyətin gəlirlərin 42056,35 manat, gəlirlərinin əldə edilməsi ilə əlaqədar xərclərin 42313,27 manat, zərərin 256,92 manat olduğu müəyyənləşdirilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilən mənfəət vergisi bəyannaməsinə əsasən 2019-cu ilin nəticələri üzrə gəlirlər 198840,41 manat, gəlirlərinin əldə edilməsi ilə əlaqədar xərclər 157595,53 manat, mənfəət 41244,88 manat, 22934,92 manat məbləğində keçmiş illərin zərərin çıxmaqla vergiyə cəlb olunacaq mənfəət isə 18309,96 manat, büdcəyə hesablanmış verginin məbləği 3661,99 bəyan etmişdir. Lakin, aparılmış yoxlama ilə cəmiyyətin gəlirlərin 198501,43 manat, gəlirlərinin əldə edilməsi ilə əlaqədar xərclərin 146426,19 manat, mənfəətin 52075,24 manat olduğu müəyyənləşdirilmişdir. Vergi Məcəlləsinin 106.1.17,-ci maddəsinə əsasən investisiya təşviqi sənədini almış hüquqi şəxsin həmin sənədi aldığı tarixdən əldə etdiyi mənfəətin 50 faizi 7 il müddətinə vergidən azad olduğuna görə büdcəyə 5207,52 manat mənfəət vergisi hesablanmışdır. 2019-cu il üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi məbləği nəzərə alınmaqla büdcəyə 1545,53 manat əlavə mənfəət vergisi hesablanmışdır (5207,52 - 3661,99 = 1545,53). İddiaçı tərəf qeyd edilənlərlə razılaşmamış məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 iyul 2021-ci il tarixli, 9/2667 nömrəli Ekspert rəyində qeyd edilir: Mənfəət vergisi üzrə: Ekspertiza tədqiqatına təqdim edilmiş iş materiallarında olan sənədlər (bank hesabından çıxarışlar, təhvil-təslim aktları, kassa mədaxil orderləri, e-qaimə fakturalar və s.) əsas götürülməklə İddiaçıdə 2017-2019-cu il tarixədək olan fəaliyyət dövrü əhatə olunmaqla mənfəət vergisi aşağıdakı kimi müəyyən olunur, o cümlədən:
mənfəət və cəmi toplanmış Tarix gəlir gəlirdən çıxılan xərc ya zərər zərər
2017 81034.07 104047.55 -23013.48 -23013.48 2018 42068.14 74132.95 -32064.81 -55078.29 2019 198501.43 149616.21 48885.22 -6193.07
Yəni göstərilənlərə əsasən müəssisə tərəfindən aparılmış əməliyyatlara görə səyyar vergi yoxlamasının əhatə etdiyi dövr (2017-2019-cu illər üzrə) ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə mənfəət vergisinin az hesablanması müəyyən olunmur, o cümlədən: 23013,48 (2017-ci ilin zərəri) + 55078,29 (2018-ci ilin zərəri) - 48885,22 (2019cu ilin vergiyə cəlb olunan mənfəəti) = 6193,07 (zərər)
ƏDV üzrə: İş materiallarında olan səyyar vergi yoxlaması aktından göründüyü kimi, yoxlama ilə müəssisə tərəfindən 2017-ci ilin sentyabr ayı üzrə 381,36 manat, 2017-ci ilin oktyabr ayı üzrə 6647,97 manat, 2017-ci ilin noyabr ayı üzrə 1148,65 manat, 2017-ci ilin dekabr ayı üzrə 1154,55 manat, 2018-ci ilin yanvar ayı üzrə 14,24 manat, 2018-ci ilin fevral ayı üzrə 30,51 manat, 2018-ci ilin mart ayı üzrə 1215,26 manat, 2018-ci ilin iyun ayı üzrə 198,30 manat, 2018-ci ilin avqust ayı üzrə 41,19 manat, ümumilikdə 10.832,03 manat məbləğində dövlət büdcəsinə çatası ƏDV-nin az hesablanması müəyyən edilmişdir. Ekspertiza tədqiqatına təqdim edilmiş iş materiallarında olan sənədlər (bank hesabından çıxarışlar, təhvil-təslim aktları, kassa mədaxil orderləri, e-qaimə fakturalar və s.) əsas götürülməklə İddiaçındə yoxlama ilə az hesablanması müəyyən olunmuş vergi dövrləri üzrə aşağıdakılar müəyyən olunur:
DÖVRİYYƏ FƏRQ (AZ və ya GÖSTƏRİCİLƏRİN ƏDV TUTULAN ƏVƏZLƏŞDİRİLƏ BÜDCƏYƏ TARİX Nİ N ƏDV- ARTİQ MƏNBƏYİ DÖVRİYYƏ N ƏDV ÇATASİ ƏDV Sİ HESABLANMA )
Bəyannamələr üzrə sentyabr 2017 53039,39 9547,09 9547,09 Tədqiqatla sentyabr 2017 53039.39 9547.09 - 9547.09 oktyabr 2017 6949,15 Bəyannamələr üzrə 1250,85 1250,85 oktyabr 2017 Tədqiqatla 6949.17 1250.85 - 1250.85 Bəyannamələr, Noyabr 2017 6381.36 1148,64 1148,64 -
Tədqiqatla noyabr 2017 6381.33 1148.64 - 1148.64 Bəyannamələr üzrə dekabr 2017 6414,15 1154,55 1154,55 - - Tədqiqatla dekabr 2017 6414.17 1154.55 1154.55 Bəyannamələr üzrə yanvar 2018 0 0 219,66 -219,66 -45 Tədqiqatla yanvar 2018 250 45 219.66 -174.66 Bəyannamələr üzrə fevral 2018 0 0 247,12 -247,12 -45 Tədqiqatla fevral 2018 250 45 247.12 -202.12 Bəyannamələr üzrə mart 2018 423,73 76,27 302,03 -225,76 - Tədqiqatla mart 2018 423.73 76.27 302.03 -225.76 Bəyannamələr üzrə iyun 2018 3418,15 615,27 226,89 388,38 339,26 Tədqiqatla iyun 2018 5302,9 954,52 226.88 727,64 Bəyannamələr üzrə avqust 2018 17156,79 3088,22 96,23 2991,99 550,39 Tədqiqatla avqust 2018 20214,5 3638,61 96,23 3542,38
Nəticə olaraq: Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə çatası ƏDV-nin 799,65 manat məbləğində az hesablanması müəyyən olunmuşdur. Mənfəət vergisinin isə az hesablanması müəyyən olunmamışdır. Lakin cavabdeh inzibati orqan həmin rəyin əsassız olduğunu əsaslandıra bilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Lakin cavabdeh inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, məhkəmə tərəfindən təyin edilmiş ekspert rəyi ilə iddiaçının iddiasının əsaslı olduğu öz təsdiqiqni taspmışdır. Beləliklə, Məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 15 iyul 2021-ci il tarixli, 9/2667 nömrəli ekspert rəyində əks etdirilən mövqe ilə və iddiaçının dəlilləri ilə razılaşaraq hesab edir ki, iddia qismən təmin edilməli. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin 19.06.2020-ci il tarixli **********137452 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ekpert rəyi ilə müəyyən edilmiş, 799.65 manat məbləğində az hesablanmış əlavə dəyər vergisi istisna olmaqla, əlavə dəyər vergisi və mənfəət vergisi üzrə əlavə vergilərin hesablanması hissəsində və həmin issələrə uyğun maliyyə sanksiyalarının tətbiq edilməsi hissəsində ləğv edilsin və həmin məbləğlərin İddiaçı MMCyə geri qaytarılması cavabdehə həvalə edlsin.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14, 68, 69, 73, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin 19.06.2020-ci il tarixli **********137452 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ekpert rəyi ilə müəyyən edilmiş, 799.65 manat məbləğində az hesablanmış əlavə dəyər vergisi istisna olmaqla, əlavə dəyər vergisi və mənfəət vergisi üzrə əlavə vergilərin hesablanması hissəsində və həmin issələrə uyğun maliyyə sanksiyalarının tətbiq edilməsi hissəsində ləğv edilsin və həmin məbləğlərin İddiaçı MMCyə geri qaytarılması cavabdehə həvalə edlsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsindən 145 (yüz qırx beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ünvan 1 ünvanında yerləşən) apellyasiya şikayəti verilə bilər.
Hakim İsmayıl Quliyev