Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-220/2023 27.04.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Təhsildə X3rşı Ukrayna Respublikası Regionlararası X2 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli B20 seriyalı 271091 nömrəli bakalav diplomunun tanınması və bu barədə ekvivalentlik şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Təhsildə X3rşı Ukrayna Respublikası Regionlararası X2 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli B20 seriyalı 271091 nömrəli bakalav diplomunun tanınması və bu barədə ekvivalentlik şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıbarədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2020-ci ildə Ukrayna Respublikası Regionlararası X1 “Psixologiya” ixtisası üzrə qiyabi təhsil formasında bitirmiş və ona 20 oktyabr 2020-ci il tarixli B20 seriyalı N271091 qeydiyyat nömrəli bakalavr diplomu verilmişdir. O, həmin diplomu aldıqdan sonra Azərbaycan Respublikasında tanınması və ixtisas ekvivalentliyinin müəyyən edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin diplom üzrə ixtisasın tanınmasından imtina edilmişdir. İmtinanın əsası kimi iddiaçının tədris dilinə qənatəbəxş səviyyədə malik olmadığı göstərilmişdir. İddiaçı imtinanı əsassız hesab edir. Belə ki, o qanuni şəkildə qeyd edilən ali təhsil müəssisəsinə daxil olmuşdur. Təhsil müddətində vaxtı vaxtında dərslərdə iştirak etmiş və bütün imtahanları uğurlu verərək diplom almışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli aralıq qərardadı ilə iddiaçının təkrar müsahibədən keçirilməsi qərara alınmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə müraciət edərək iddiaçının aldığı ixtisasın tanınması məsələsinin yenidən araşdırıldığını və ona ixtisasın tannması ilə bağlı müvafiq şəhadətnamələrin verilməsi bildirilmişdir. Məktuba əlavə edilmiş şəhadətnamələrdən görünür ki, İddiaçı Ukrayna Respublikası Regionlararası X2 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli B20 N217091 nömrəli bakalavr diplomu Azərbaycan Respublikasında tanınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual-Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəlləsinin 67.3-cü maddəsinə görə bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında mübahisə məhkəmədən kənar qaydada nizama salınmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisə öz həllini tapdığından iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Təhsildə X3rşı Ukrayna Respublikası Regionlararası X2 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli B20 seriyalı 271091 nömrəli bakalav diplomunun tanınması və bu barədə ekvivalentlik şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-220/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-220/2023
27.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver