Məhkəmə qərarları › İş №2-1(118)-2200/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2200/2021

30.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2200/2021 30.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Xaçmaz rayon AİK-si tərəfindən onun, qızı Xəyalə İmran qızı və oğlu X1 mülkiyyətinə verilmiş, 284 nömrə ilə nömrələnmiş, Xaçmaz rayon Xaspoladoba kəndində yerləşən, 1998-ci ildən hazıra kimi istifadələrində və sahibliyində olan həmin 0.60 ha torpaq sahəsinə hüquqmüəyyənedici sənədlərin (dövlət aktı, torpaq sahəsinin planı və ölçüsü və sair) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “Xaçmaz rayon AİK-si tərəfindən onun, qızı Xəyalə İmran qızı və oğlu X1 mülkiyyətinə verilmiş, 284 nömrə ilə nömrələnmiş, Xaçmaz rayon Xaspoladoba kəndində yerləşən, 1998-ci ildən hazıra kimi istifadələrində və sahibliyində olan həmin 0.60 ha torpaq sahəsinə hüquqmüəyyənedici sənədlərin (dövlət aktı, torpaq sahəsinin planı və ölçüsü və sair) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1998-ci ildə Respublikada keçirilən torpaq islahatı zamanı Xaçmaz rayon AİK-sı tərəfindən ona, qızı X4 və oğlu X3 mülkiyyətinə Xaçmaz rayonun Xaspoladoba kənd ərazisindən 0.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Belə ki, həmin vaxt Xaspoladoba kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan hər bir vətəndaşın mülkiyyətinə 0.20 ha torpaq sahəsi pay torpaq kimi əvəzsiz verilirdi. Həmin torpaq sahəsi sxemdə 284 nömrə ilə nömrələnərək onların ailəsinə təhkim edilmiş və hüquqmüəyyənedici sənədlərin (dövlət aktı, təhkim aktı, torpaq sahəsinin planı və ölçüsü və si) hazırlanıb onlara veriləcəklərini bildirmişlər. Lakin həmin vaxtdan hazıra kimi Komissiyasının üzvlərinə Cavabdehnə və başqa təşkilatlara dəfələrlə sənədlərin verilməsi tələbi ilə müraciətlər etsək də müxtəlif bəhanələrlə onları arxayın edərək onlara ayrılmış torpaq sahəsinə sənədlərin hazırlayıb verəcəyini bildirmişlər. Lakin sonuncu dəfə Cavabdehnə etdiyi müraciətimizə cavab olaraq bildirilmişdir ki, bu məsələ ilə əlaqədar məhkəməyə müraciət olunmasını tövsiyyə etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi X5 eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırkı iddia tələbinə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçı Cavabdehnə qarşı “Xaçmaz rayon AİK-si tərəfindən onun, qızı Xəyalə İmran qızı və oğlu X1 mülkiyyətinə verilmiş, 284 nömrə ilə nömrələnmiş, Xaçmaz rayon Xaspoladoba kəndində yerləşən, 1998-ci ildən hazıra kimi istifadələrində və sahibliyində olan həmin 0.60 ha torpaq sahəsinə hüquqmüəyyənedici sənədlərin (dövlət aktı, torpaq sahəsinin planı və ölçüsü və sair) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə ilk növbədə qeyd edir ki, Torpaq İslahatı haqqında Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. “Sovxoz və Kolxozların İslahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər yerli aqrar islahat komissiyalarının çıxardığı qərarla razılaşmadıqda 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyası 20 gün müddətində həmin müraciətə baxıb qərar çıxarır. Şikayətçi həmin qərarla razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına müraciət edə bilər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası bir ay müddətində müraciətə baxıb qəti qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qəti qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel tarixli, 313 nömrəli Fərman ilə təsdiq edilmiş Əsasnamə əsasında fəaliyyət göstərmiş, həmin əsasnamə Azərbaycan Respublikası prezidentinin 20 aprel 2005-ci il tarixli № 226 fərmanı ilə qüvvədən düşmüşdür. Göründüyü kimi iddiaçı hal-hazırda mövcud olmayan orqan Xaçmaz rayon Aqrar İslahat Komissiyasının qərarını mübahisələndirir və iddia tələbini Cavabdehnə yönəltmişdir. Lakin hazırkı işdə iddiaçının qəbul edilməsi tələb etdiyi qərar Cavabdeh tərəfindən deyil, Xaçmaz rayon Aqrar İslahat Komissiyası tərəfindən qəbul edilmə idi. Həmçinin Cavabdeh Xaçmaz rayon Aqrar İslahat Komissiyasının hüquqi varisi olması ilə bağlı hər hansı bir hüquqi tənzimləmə mövcud deyil. Belə olan halda Cavabdeh qəbul edilməsi tələb edilən qərar ilə bağlı məsuliyyət daşımır və bu iş üzrə cavabdeh ola bilməz. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən ona aid olmayan qərarın qəbul edilməsi ilə bağlı tələbə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “Xaçmaz rayon AİK-si tərəfindən onun, qızı Xəyalə İmran qızı və oğlu X1 mülkiyyətinə verilmiş, 284 nömrə ilə nömrələnmiş, Xaçmaz rayon Xaspoladoba kəndində yerləşən, 1998-ci ildən hazıra kimi istifadələrində və sahibliyində olan həmin 0.60 ha torpaq sahəsinə hüquqmüəyyənedici sənədlərin (dövlət aktı, torpaq sahəsinin planı və ölçüsü və sair) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “Xaçmaz rayon AİK-si tərəfindən onun, qızı Xəyalə İmran qızı və oğlu X1 mülkiyyətinə verilmiş, 284 nömrə ilə nömrələnmiş, Xaçmaz rayon Xaspoladoba kəndində yerləşən, 1998-ci ildən hazıra kimi istifadələrində və sahibliyində olan həmin 0.60 ha torpaq sahəsinə hüquqmüəyyənedici sənədlərin (dövlət aktı, torpaq sahəsinin planı və ölçüsü və sair) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar