Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2207/2025 07.08.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi ilə, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Quru Qoşunlarının N nömrəli hərbi hissəsinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Quru Qoşunlarının N nömrəli hərbi hissə komandiri tərəfindən İddiaçı barəsində qəbul edilmiş hərbi xidmətdən ehtiyyata buraxılmasına dair xx.xx.N4-cü il tarixli, 028əç nömrəli əmrin ləğv edilməsi, İddiaçı N saylı hərbi hissəsinin 1-ci taborunun 2-ci bölüyünün 2-ci taqımının 2-ci qrupunun kəşfiyyatçı-operatoru vəzifəsinə bərpa edilməsi və ona məcburi iş buraxdığı dövr üçün əmək haqqı hesablanaraq ona ödənilməsi” barədə iddiasına Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Quru Qoşunlarının N nömrəli hərbi hissəyə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Quru Qoşunları Komandanlığının N nömrəli hərbi hissəsinin komandirinin xx.xx.N4-cü il tarixli 028əç nömrəli əmrinin ləğv olunması, iddiaçının ordu sıralarına xx.xx.N4-cü il tarixdən bərpa olunması, eləcə də, vurulmuş maddi ziyana görə 3000 manat, mənəvi ziyana görə 15000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dair dəqiqləşmə ərizəsi təqdim edərək, “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Quru Qoşunlarının N nömrəli hərbi hissə komandiri tərəfindən İddiaçı barəsində qəbul edilmiş hərbi xidmətdən ehtiyyata buraxılmasına dair xx.xx.N4-cü il tarixli, 028əç nömrəli əmrin ləğv edilməsi, İddiaçı N saylı hərbi hissəsinin 1-ci taborunun 2-ci bölüyünün 2-ci taqımının 2-ci qrupunun kəşfiyyatçıoperatoru vəzifəsinə bərpa edilməsi və ona məcburi iş buraxdığı dövr üçün əmək haqqı hesablanaraq ona ödənilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 14 iyun N2-ci il tarixdən Azərbaycan Ordusunun N nömrəli hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi kiçik çavuş rütbəsində kəşfiyyatçı-operator vəzifəsində xidmət etmişdir. Bundan öncə 2019- N1-ci illərdə Azərbaycan Ordusunun 1-ci Ordu Korpusunun N və N nömrəli hərbi hissələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Əsgəri hərbi xidməti zamanı 44 günlük Vətən Müharibəsində iştirak etmiş və döyüşlər zamanı ağır xəsarət almışdır. Döyüşlərdə yaralanmağına, xidmətinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandam cənab İlham Əliyev tərəfindən “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının müharibə veteranıdır. 30 aprel N4-cü il tarixdə iddiaçıya məlumat verilmişdir ki, N nömrəli hərbi hissəyə təlimə gedəcək. Hazırlaşmaqları üçün tapşırıq verilmişdir. Həmin zaman iddiaçı hərbi hospitalın rəyi ilə sıradankənar idi. İddiaçı aidiyatı üzrə taborun idarə heyətinə və hərbi hissənin qərargah rəisi mayor X2 yaxılaşaraq kəskin ağrılarının olduğunu, hərbi hospitalın həkiminin rəyi ilə əməliyyat olunacağını və sıradan kənar olduğunu bildirərək təlimdə fəal iştirak edə bilməyəcəyini bildirmişdi. Daha sonra həmin gün iddiaçı N nömrəli hərbi hissəyə təlim keçmək üçün göndərilmişdir. Qəfildən səhətində döyüşlər vaxtı yaralanmağı səbəbi ilə bağlı ağırlaşma baş vermiş və iddiaçı Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına müraciət etmişdir. İddiaçı hərbi hospitalda ola-ola N nömrəli hərbi hissənin qərargah rəisi mayor Kənan Şirinov iddiaçı fərari elan etmişdir. Xidməti araşdırma aparıldıqdan sonra üzrlü səbəblərə görə xidmət yerinə gəlmədiyi ortaya çıxdıqdan sonra material arxivə verilmişdir. Lakin iddiaçıya qarşı daima düşmən mövqedə duran mayor Kənan Şirinov onu sıranın qarşısında şəxsi heyətin yanında hərbi qulluqçu kimi təhqir etməsi azmış kimi xidməti otağına çağıraraq 600 azn pul tələb etmişdir ki, ona versin. Həmin pulun yarısını kadrlar bölməsinə yarısını isə özünə götürəcəyini iddiaçıya deyərək ondan əl çəkəcəyini bildirmişdir. Əks təqdirdə isə iddiaçını bütün imkanlarından istifadə edərək ordu sıralarından tərxis edəcəyi ilə hədələmişdir. İddiaçı isə mayor Şirinov Kənana atasız uşaq olduğunu, anasının xəstə olduğunu, xidməti ilə bağlı heç bir nöqsanının olmadığını bildirərək pulu verə bilməyəcəyini demişdir. Şirinov Kənan isə “get sən baxarsan başına nə oyun açacam deyərək” iddiaçını xidməti otağından qovmuşdu. İyun ayının ortasında olan bu söhbətdən təxminən bir ay sonra xx.xx.N4-cü il tarixdə iddiaçının N nömrəli hərbi hissə komandirinin 028əç nömrəli əmri ilə ordu sıralarından xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılmağı ilə bağlı qanunsuz əmr çıxmışdır. Kənan Şirinovun pulunu verə bilmədiyinə görə xidməti uyğunsuzluq damğası ilə ordu sıralarından qanunsuz uzaqlaşdırılması Kənan Şirinovun məqsədinə çatması kimi qiymətləndirilməklə onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün bilavasitə əsas ola bilər. Həmçinin qeyd etmək istəyir ki, iddiaçının hərbi xidmətdən ehtiyata buraxılması mayor X1 qanunsuz əməlləri, iddiaçıdan rüşvət tələb etməsi, təhqir etməsi öz vəzifə və səlahiyyətlərindən sui-istifadə etməsi səbəbləri ilə qanunsuz şəkildə təşkil edildiyi kimi, iddiaçının hərbi xidmətdən buraxılma prosesi də qanunsuz olaraq həyata keçirilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 yazılı etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İcraatınızda İddiaçı cavabdeh N nömrəli hərbi hissəsinə qarşı “əmrin ləğv edilməsi və ona vurulmuş maddi ziyana görə 3000 manat, mənəvi ziyana gör 15000 manat məbləğində pul vəsaitinin ödənilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə baxılır. İddiaçı öz ərizəsində qanunsuz olaraq ordu sıralarından N nömrəli hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli 028əç nömrəli əmri ilə tərxis edildiyini və N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə, həmin hərbi hissənin qərargah rəisi- hərbi hissə komandirini müavini vəzifəsində xidmət etmiş mayor Kənan Şirinov tərəfindən təhqir olunduğunu, sonuncunun ondan 600 (altı yüz) manat pul tələb etməsini bildirmişdir. İddiaçı xidmət müddət ərzində Azərbaycan Respublikası Müdafiə Nazirini 06 aprel N0-ci il tarixli 9 nömrəli qərarı ilə qüvvəyə minmiş “Azərbaycan Ordusunun hərf qulluqçularının etik davranış Qaydaları”nın tələblərini kobud surətdə pozduğuna və onun b əməlləri şəxsi heyətin nizam intizamına mənfi təsir göstərdiyinə görə N nömrəli hərbi hiss komandirinin vəsatəti əsasında N nömrəli hərbi hissə komandirinin xx.xx.N4-cü il tarix 028əç nömrəli əmri ilə ordu sıralarından tərxis edilmişdir. Belə ki, Azərbaycan Respublikası müdafiə nazirinin 06 aprel N0-ci il tarixli 9 nömrə qərarı ilə qüvvəyə mTnmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranı Qaydaları”nın 10-cu bəndində qeyd edilmişdir ki, davranış qaydalarında təsbit edilmiş müddəaların hərbi qulluqçular tərəfindən pozulması hərbi qulluqçuların şərəf məhkəməsində dindirilməsinə əsas ola bilər. 12 iyun N4-cü il tarixdə İddiaçı “müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına aid şərəf məhkəməsi” keçirilmiş və “xidmətə uyğunsuzluğa görə” ordu sıralarındaı ehtiyata buraxılması qərarı qəbul edilmişdir. İddiaçı hərbi xidmətə yararlılıq dərəcəsinin müəyyən edilməsi məqsədi ilə 43(nömrəli hərbi hissə komandirinin N iyun N4-cü il tarixli 1107 nömrəli göndərişi əsasında Müdafiə Nazirliyinin hərbi həkim komissiyasına göndərilsədə, o, bundan imtina etdiyi üçün xx.xx.N4-cü il tarixdə bu barədə 5236 nömrəli akt tərtib edilmişdir. İddiaçı ordu sıralarından tərxis olunması səbəbindən söhbətləşmə gəlmədiyi üçün N nömrəli hərbi hissə tərəfindən N iyun N4-cü il tarixli 5318 nömrəli akt tərtib edilmişdir. Həmçinin bildirilir ki, 27 avqust N4-cü il tarixdə İddiaçı eyn məzmunlu ilkin ərizə ilə Sumqayıt hərbi prokurorluğuna müraciət etmiş və araşdırma aparılmasın xahiş etmişdir. Araşdırma zamanı ərizədə göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından 25 dekabr N4cü il tarixdə Sumqayıt hərbi prokurorluğunda Azərbaycan Respublikası CPM-nir 39.1.1, 39.1.2 və 212-ci maddələrinin tələbləri rəhbər tutularaq cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, hal-hazırda həmin qərar qüvvədə olmaqla, bu barədə İddiaçı məlumat verilmiş, onun ordu sıralarından ehtiyata buraxılması ilə bağlı hə hansı bir qanunsuzluq aşkar edilməmişdir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb, iddia tələbinin təmin edilməməsini xahiş edirlər. 3.Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:xx.xx.N4-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı; Azərbaycan Respublikası Müdafiə Nazirinin 9№-li, xx.xx.N0-ci il tarixli “Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış qaydalarının” təsdiq edilməsi haqqında Qərarı və məhkəmə sorğusu əsasında əldə edilmiş digər sənədlər. Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü:
Məhkəmə ilk növbədə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 37-ci maddəsinə görə bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldıra bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Qeyd edilməlidir ki, iddiaçının tələbi “mübahisələndirmə” növündə – “əmrin ləğvi barədə” iddiadır. Məhkəmə qeyd edir ki, mübahisələndirilən N iyul N4-cü il tarixli, 028əç nömrəli əmr iddiaçıya münasibətdə “əlverişsiz inzibati akt” olduğundan, o hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. İddia müddətinə gəldikdə isə, nəzərə alınmalıdır ki, İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilmiş iddia müddəti buraxılmamışdır. Qeyd olunanları və iddianın mümkünlüyünü istisna edən başqa halların olmamasını, o cümlədən hazırkı iddia tələblərinin İPM-in 37-ci maddəsi ilə uzlaşmasını nəzərə alaraq, məhkəmə iddianın mümkün sayılması nəticəsinə gəlir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi”nin:
1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu öz Vətəni Azərbaycan Respublikasının müdafiəçisidir. Hərbi qulluqçu öz Vətəninin müdafiəsi üçün şəxsi məsuliyyət daşıyır. O, Azərbaycan dövlətinin mənafeyini qorumağa, onun nüfuzunun və qüdrətinin möhkəmlənməsinə səy göstərməyə, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müqəddəscəsinə və sarsılmaz surətdə riayət etməyə, hərbi andı yerinə yetirməyə, intizamlı, vicdanlı, doğruçu və cəsarətli olmağa, hərbi borcunu yerinə yetirərkən, bütün qüvvəsini və lazım gəldikdə, canını əsirgəməməyə, komandirlərə (rəislərə) sözsüz tabe olmağa və döyüşdə onları müdafiə etməyə, öz hərbi hissəsinin Döyüş Bayrağını göz bəbəyi kimi qorumağa borcludur.
2. Hərbi qulluqçu hərbi nizamnamələrin tələblərini və öz vəzifələrini yaxşı bilməli və vicdanla yerinə yetirməli; hərbi biliklərini müntəzəm surətdə təkmilləşdirməli; ona tapşırılmış silahları, döyüş texnikasını və digər texnikanı mükəmməl bilməli, həmçinin hərbi əmlakı və xalq əmlakını qorumalı; ağlabatan təşəbbüslər göstərməli; hərbi xidmətin bütün çətinlik və məhrumiyyətlərinə mətinliklə dözməli; döyüşçü yoldaşlığına sadiq olmalı, öz yoldaşlarına sözü və işi ilə kömək etməli, onları nalayiq hərəkətlərdən çəkindirməli, həyatını əsirgəmədən təhlükədən xilas etməli; sayıq olmalı, dövlət sirrini ciddi surətdə saxlamalı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları (dövlət orqanları (qurumları) tərəfindən ictimaiyyətə açıqlanan məlumatlar istisna olmaqla) yaymamalıdır.
3. Hərbi qulluqçu Azərbaycan Respublikası vətəndaşının yüksək adını ləyaqətlə daşımalı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, xidmət etdiyi hərbi hissənin şərəfini və döyüş şöhrətini, öz hərbi rütbəsinin şərəfini qorumalıdır. Həmin Nizamnamənin 379-cu bəndinə əsasən Hərbi qulluqçu öz xəstəliyini gizlətməməlidir. O, xəstələndikdə bu barədə dərhal öz bilavasitə rəisinə məlumat verməyə və onun icazəsi ilə tibbi yardım almaq üçün alay (briqada) tibb məntəqəsinə müraciət etməyə borcludur. Xəstələnənlərə həkim (feldşer) baxdıqdan sonra xəstəliyinin xarakterindən asılı olaraq müalicə üçün alay (briqada) tibb məntəqəsinə, hərbi hissədən kənarda olan müalicə müəssisəsinə (qospitala, xəstəxanaya) göndərilir, yaxud onlara ambulator müalicə təyin edilir. Zabitlər, gizirlər və müddətindən artıq xidmət çavuşları həkimin rəyi ilə müalicə üçün evdə də qala bilərlər. Həmin Nizamnamənin 380-ci bəndinə əsasən Hərbi qulluqçunun xəstəliyinə görə onun xidmət vəzifəsini yerinə yetirməkdən (məşğələdən) azad edilməsi barədə icazəni həkimin (feldşerin) rəyinə əsasən bölmə hərbi hissə, yaxud komandiri verir. Zabitlərin və gizirlərin xidmət vəzifələrini yerinə yetirməkdən (məşğələlərdən) azad edilmələri, sağaldıqdan sonra isə işə çıxmaları alay (briqada) üzrə verilən əmrlə elan edilir. Belə ki, iş materiallarında olan N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına aid şərəf məhkəməsinin xx.xx.N4-cü il tarixli qərarına əsasən, 1-ci taborun, 2-ci bölüyün, 2-ci taqımın, 2-ci qrupunun kəşfiyyatçı heyət nəfəri vəzifəsində xidmət edən mahhxhq kiçik çavuş İddiaçı xidməti dövründə yol verdiyi nöqsanlara və kobud intizam pozuntularına görə “Azərbaycan Ordusu sıralarından ehtiyyata buraxılması” qərara alınmışdır. Daha sonra N nömrəli hərbi hissə komandirinin N iyul N4-cü il tarixli, 028əç nömrəli əmrinə əsasən “Hərbi xidmət keçmə haqqında” əsasnamənin 156-cı maddəsinin e bəndinə (xidməti uyğunsuzluğa) uyğun olaraq ehtiyata buraxılmışdır. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən qeyd edir ki, iddiaçı barəsində qəbul edilmiş N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına aid şərəf məhkəməsinin xx.xx.N4-cü il tarixli qərarını mübahisələndirməmişdir. Bununla yanaşı “Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kiçik çavuş İddiaçı Hərbi Həkim Komissiyasına getməkdən imtina etməsi haqqında” xx.xx.N4-cü il tarixli, 5236 saylı aktdan isə aydın olur ki, İddiaçı Hərbi Həkim Komissiyasına getməkdən imtina etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Quru Qoşunlarının N nömrəli hərbi hissəyə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Quru Qoşunlarının N nömrəli hərbi hissə komandiri tərəfindən İddiaçı barəsində qəbul edilmiş hərbi xidmətdən ehtiyyata buraxılmasına dair xx.xx.N4-cü il tarixli, 028əç nömrəli əmrin ləğv edilməsi, İddiaçı N saylı hərbi hissəsinin 1-ci taborunun 2-ci bölüyünün 2-ci taqımının 2-ci qrupunun kəşfiyyatçıoperatoru vəzifəsinə bərpa edilməsi və ona məcburi iş buraxdığı dövr üçün əmək haqqı hesablanaraq ona ödənilməsi” barədə iddiası təmin edilməməlidir.
Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Quru Qoşunlarının N nömrəli hərbi hissəyə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Quru Qoşunlarının N nömrəli hərbi hissə komandiri tərəfindən İddiaçı barəsində qəbul edilmiş hərbi xidmətdən ehtiyyata buraxılmasına dair xx.xx.N4-cü il tarixli, 028əç nömrəli əmrin ləğv edilməsi, İddiaçı N saylı hərbi hissəsinin 1-ci taborunun 2-ci bölüyünün 2-ci taqımının 2-ci qrupunun kəşfiyyatçı-operatoru vəzifəsinə bərpa edilməsi və ona məcburi iş buraxdığı dövr üçün əmək haqqı hesablanaraq ona ödənilməsi” barədə iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva