Məhkəmə qərarları › İş №2-1(118)-2209/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2209/2023

06.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2209/2023 06.03.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X7 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********23- 10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda düzəliş edilərək həmin çıxarışda göstərilən 0.24 ha torpaq sahəsinin xüsusi mülkiyyət hüququ üzrə mərhum əri X2 adına qeydiyyata alınaraq müvafiq Çıxarış verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmasına” dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilən iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, **********23-10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Qusar rayonu Əvəcuq kəndində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə əri X2 adına qeydiyyata alınmışdır. Həmin çıxarışda evin yerləşdiyi 0.24 ha torpaq sahəsinin mülkiyyətçisi kimi isə X4 qeyd edilmişdir. Fətəli Fətəliyev əri, Səlimə Fətəliyeva isə qaynanasıdır. Səlimə Fətəliyeva xx.xx.2000-ci il tarixdə, Fətəli Fətəliyev isə 29 sentyabr 2013-cü il tarixdə vəfat etmişdir. Qusar rayon Vəkil Bürosunun vəkili X9 tərəfindən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, **********23-10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda Qusar rayonu Əvəcuq kəndində yerləşən 0.24 ha torpaq sahəsinin mülkiyyətçisi kimi X1 hansı əsasla, hansı sənədlər əsasında göstərilməsi barədə ətraflı məlumat verilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə sorğu göndərilmiş və həmin idarə tərəfindən 15 sentyabr 2022-ci il tarixli **********85 saylı məktubla bildirilmişdir ki, aprel 1989-cu il tarixli texniki pasporta, Qusar RD arxivinin xx.xx.2018-ci il tarixli 375 saylı arxiv arayışına, JN-4F nömrəli şəhadətnamənin itməsi barədə qəzet elanına və Qusar rayon PŞ-nin xx.xx.2019cu il tarixli arayışına əsasən Qusar rayonu Əvəcuq kəndində yerləşən 0.24 ha torpaq sahəsai və üzərində yerləşən fərdi yaşayış evinə (fərdi yaşayış evi X2 adına, torpaq sahəsi X1 adına) dövlət reyestrindən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli **********23-10301 reyestr nömrəli çıxarış işlənmişdir. Fakin, həmin evə dair texniki pasporta və torpaq sahəsinə dair arxiv arayışına əsasən fərdi yaşayış evinin və torpaq sahəsinin sahibi məhz X5 olmuşdur. Bu səbəbdən də, X11 Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə əsasən fərdi yaşayış evi ilə birlikdə həmin evin yerləşdiyi 0.24 ha torpaq sahəsi də, mərhum əri Fətəli Fətəliyevin adma qeydiyyata alınmalı idi. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, **********23-10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda düzəliş edilərək həmin çıxarışda göstərilən 0.24 ha torpaq sahəsinin xüsusi mülkiyyət hüququ üzrə mərhum əri X2 adma qeydiyyata alınması və adına müvafiq Çıxarış verilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir, bu barədə ərizə 10 oktyabr 2022-ci il tarixdə həmin idarəyə daxil olmuş, lakin həmin idarə tərəfindən indiyədək heç bir cavab bildirilməmişdir. Halbuki, Daşınmaz Əmlakın Dövlət reyestri haqqındsa Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən mənim ərizəmə 15 iş günü ərzində cavab verilməli idi. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, **********23-10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməsinə əsas olmuş arxiv arayışına və texniki pasporta əsasən xx.xx.2000-ci il tarixdə vəfat etmiş Səlimə Fətəliyevanın adına qeydiyyata alınmış 0.24 ha torpaq sahəsi torpaq islahatı zamanı məhz mərhum əri Fətəli Fətəliyevin qanuni istifadəsində, torpaq sahəsinin üzərində olan fərdi yaşayış evi isə onun şəxsi mülkiyyətində olmuşdur. Bu səbəbdən də, X11 Qanunun tələblərinə əsasən torpaq sahəsi mərhu Səlimə Fətəliyevanın adına qeydiyyata alma bilməzdi, çünki torpaq sahəsi həmin şəxsin qanuni istifadəsində olmamışdır. Bu səbəbdən də, qeydiyyat orqanı olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin həmin qeydiyyatı əsassız olmuş, mərhum ərim Fətəli Fətəliyevin əsassız olaraq torpaq sahəsinə dair mülkiyyət hüququndan məhrum edilməsinə səbəb olmuşdur. Odur ki, hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, **********23-10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda düzəliş edilərək həmin çıxarışda göstərilən 0.24 ha torpaq sahəsinin xüsusi mülkiyyət hüququ üzrə mərhum əri X2 adına qeydiyyata alınması və adma müvafiq Çıxarış verilməsi öhdəliyi cavabdehin üzərinə qpoyulmalıdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 hüquqi yardım edilmiş, iddiaçının tələbi aydınlaşdırılmış, əlverişli hüquq müdafiə imkanları izah edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 05 saylı qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdırlar. Belə ki, iddiaçı torpaq sahəsinin xüsusi mülkiyyət hüququ üzrə mərhum əri X2 adına qeydiyyata alınmasını istəyir. Lakin iddiaçı tərəfindən mərhum əri X2 vərəsəsi olması ilə bağlı sənəd məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi bu halda iddiaçının iddia tələbini qaldırmağa subyektiv hüququ yoxdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. İddiaçıya izah edilsin ki, ilkin olaraq vərəsə olmasını qanunvericiliyə uyğun olaraq müəyyən edilməsinə nail olmalıdır. Bundan sonra isə əlverişli hüquq müdafiə vasitəsi seçilməsi istisna edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar