Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-221/2020 16.06.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X20 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1, İddiaçı4 cavabdeh ƏMDK DƏDRX-in 5 saylı X28rşı Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X32 üçüncü şəxs X23 qızının mülkiyyətinə Quba rayonu İkinci Nügədi kəndi Ərazisindən 2.010772 ha torpaq sahəsinin verilməsinə dair xx.xx.2008-ci il tarixli, **********4 nömrəli qeydiyyat aparılması ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi və həmin qeydiyyatın nəticələrinin, yəni Seriya MH ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dairişə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1, İddiaçı4 cavabdeh ƏMDK DƏDRX-in 5 saylı X28rşı Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X32 üçüncü şəxs X23 qızının mülkiyyətinə Quba rayonu İkinci Nügədi kəndi Ərazisindən 2.010772 ha torpaq sahəsinin verilməsinə dair xx.xx.2008-ci il tarixli, **********4 nömrəli qeydiyyat aparılması ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi və həmin qeydiyyatın nəticələrinin, yəni Seriya MH ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı tərəfə hüquqi yardım edilmiş, məhkəmə tərfindən sorğular edilərək müvafiq sənədlər məhkəməyə təqdim olunmuşdur. Daha sonra iddiaçılar iddialarını dəqiqləşdirərək X14 və onun ailə üzvlərinin mülkiyyətinə 2.23 ha torpaq sahəsinin verilməsi barədə Quba rayonu X15 1997-ci il 01 noyabr tarixli, 14 nömrəli qərarının və bunun əsasında verilmiş JN:339 KOD ********* saylı Toprağa Mülkiyyət Hüququna dair Dövlət Aktının ləğv edilməsi, 1.26 ha torpaq sahəsinin 0.96 ha hissəsinin X14 və onun ailə üzvlərinin mülkiyyətinə verilməsinin əsassız hesab edilməsi, X14 və onun ailə üzvlərinin həmin 0.96 ha torpaq sahəsi də daxil olmaqla 2.23 ha torpaq sahəsi üzərində sərəncam vermə hüquqlarının olmaması faktının müəyyən edilməsi və bu xüsusatda torpaq sahəsinin X3 barədə xx xxxx 2005-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız sayılması, göstərilən müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X32 üçüncü şəxs X4 mülkiyyətinə Quba rayonu İkinci Nügədi kəndi ərazisindən 2.010772 ha torpaq sahəsinin verilməsinə dair xx.xx.2008-ci il tarixli, **********4 nömrəli qeydiyyat aparılması ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi və həmin qeydiyyatın nəticələrinin, yəni Seriya MH ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair qərar qəbul edilməsini istədiklərini məhkəməyə bildirmişlər. İddiaçı tərəfə hüquqi yardım edilmiş, Quba rayonu X15 qərarının ayrı cavabdehə qarşı ayrı iddia olması, müxtəlif inzibati orqanlara qarşı bu iddiaların hamısına birlikdə baxılmasının inzibati məhkəmə icraatında nəzərdə tutulmadığı, Quba rayonu X15 qərarının mübahisələndirilməsi üçün ayrı iddia qaldırılmalı olması izah edilmişdir. İddiaçı tərəf cavabdeh ƏMDK DƏDRX-in 5 saylı X28rşı iddiaya baxılmasını, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X32 üçüncü şəxs X23 qızının mülkiyyətinə Quba rayonu İkinci Nügədi kəndi Ərazisindən 2.010772 ha torpaq sahəsinin verilməsinə dair xx.xx.2008-ci il tarixli, **********4 nömrəli qeydiyyat aparılması ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi və həmin qeydiyyatın nəticələrinin, yəni Seriya MH ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsini xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, Quba rayonu X15 1997-ci il 01 noyabr tarixli 14 saylı qərarı ilə cizgidə göstərilən sərhəd daxilində Quba rayonu İİ Nügədi kəndi ərazisindən 1.26 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün İddiaçı2, X22, İddiaçı3, İddiaçı4 birgə mülkiyyətinə verilmiş və JN 3xx xxx 30320018 nömrəli Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktı tərtib edilərək İddiaçı2 təqdim edilmişdir. 2004-cü ildə Quba rayonunun İİ Nügədi kənd sakini olmuş, hazırda Bakı şəhərində yaşayan X8 tərəfindən həmin torpaq sahəsinin 9648,72 kv.m hissəsi qanunsuz olaraq zəbt edilmişdir. O həmin sahədə özbaşına olaraq gilas ağacları əkmiş və hazırda onların bəhərindən faydalanır. Dəfələrlə ona və onun ailə üzvlərinə həmin torpaq sahəsindən çıxmağısı xahiş və tələb edilmiş və gilas bağının qanunsuz olaraq salındığı bir neçə dəfə onun nəzərinə çatdırılmışdır. X29 və onun ailə üzvləri buna baxmayaraq adı çəkilən torpaq sahəsini tərk etməmiş və hazırda da sahə onun qanunsuz istifadəsindədir. Zülbalayeva Xədicə tərəfindən Çıxarışın əldə edilməsini dəqiqləşdirmək üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə rəsmi müraciət edərkən idarənin göndərdiyi xx xxxx 2017-ci il tarixli **********60 nömrəli cavab məktubunda göstərilir ki, Quba rayonu İİ Nügədi kəndində yerləşən 9648,72 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə verilmiş JN 25xx xxx 30320018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktına əsasən X7 xx xxxxxx 2008-ci il tarixdə MH ******* seriyalı **********15 Reyestr nömrəli dövlət Çıxarışı verilmişdir. Həmin məktuba əlavə edilmiş sənədlərə nəzər yetirdikdə aydın olur ki, X6 verilmiş MH ******* seriyalı, **********15 nömrəli Çıxarışda torpaq sahəsinin ölçüsü 2,010772 ha göstərilmişdir. Əlavə olunmuş Torpağa Mülkiyyət Hüququna Dair JN 25xx xxx 30320018 saylı Dövlət Aktında isə torpaq sahəsinin ölçüsü 22.90 ha qeyd edilmişdir. Dövlət Aktı xx xxxxxxxx 2005-ci ildə verilmişdir. Dövlət Aktında həmçinin göstərilir ki, torpaq sahələri Quba rayonu Notariat Kontorunun 28.12.01 və 01.06.05 tarixli 46-181-273-312-436-38 nömrəli alqı-satqı müqavilələri ilə satılmışdır. Quba rayon Notariat Kontoruna müraciət edilərək qeyd olunan torpaq sahəsinin 9648,72 kv metr hissəsinin hansı hüquqi əsaslarla X1, əgər satılıbsa alqı-satqı müqavilələrinin surətinin göndərilməsi xahiş edilmişdir. Quba rayon Notariat Kontorunun xüsusi notariusu Zaur Dəmirov tərəfindən göndərilmiş xx xxx 2017-ci il tarixli, 243 nömrəli məktubunda xx.xx.2005-ci il tarixli, 4Ə/436 reyestr nömrəli alqı-satqı müqaviləsi (1,40 ha torpaq sahəsinin satılmasma dair) X31 və ailə üzvləri Məmmədova(Zülbalayeva) Xədicə Bahadur qızına aid olduğu göstərilmişdir. xx.xx.2005-ci il tarixli, 46/46,181,273,312,438 reyestr nömrəli alqı-satqı müqavilələrinin isə Quba rayon Notariat Kontoruna təhvil verilmiş arxiv sənədləri əsasında aşkar olunmadığı qeyd edilir. Təkrarən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə müraciət edilərək X6 564872 kv.m torpaq sahəsinə verilmiş Çıxarışın hansı hüquqi əsaslarla verildiyini, əgər Çıxarış alqı-satqı müqaviləsi əsasında verilibsə alqı-satqı müqavilələrinin surətlərinin göndərilməsi xahiş edilmişdir. 5 saylı Ərazi İdarəsi xx.xx.2017ci il tarixli, **********60 nömərli məktubla bildirmişdir ki, X16 yuxarıda göstərilən JN 25xx xxx 30320018 nömrəli Dövlət Aktına Əsasən verilmişdir. Məktuba əlavə olunmuş mülkiyyətə verilmiş torpaq sahəsinin cizgisində Zülbalayeva Xədicə tərəfindən zəbt olunmuş torpaq sahəsi də aydın görünür. 5 saylı Ərazi İdarəsi də iddiaçı ilə Zülbalayeva Xədicə arasındakı alqı-satqı müqaviləsinin surətini göndərə bilməmişdir. Çünki belə bir alqı-satqı müqaviləsi heç vaxt mövcud olmamışdır. Xədicə Zülbalayevaya verilən JN 2.5xx xxx 30320018 nömrəli Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktının hansı hüquqi əsaslarla verildiyini isə onu verən orqanın hazırda mövcud olmadığına görə aydınlaşdırmaq mümkün olmamışdır. Bütün bunlar onu göstərir ki, X9 sözügedən 1,26 ha torpaq sahəsinin 9648,72 kv.metr hissəsini qanunsuz zəbt etmiş, onu əldə etdiyi torpaq sahələrinə əlavə edərək 22,90 hektar üçün Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktı almış, 2.010772 hektar sahə üçün Daşınmaz Əmlakın Döviət Reyestrindən Çıxarış əldə etmişdir. Beləliklə, üçüncü şəxs tərəfindən qeyd olunan torpaq sahəsinin 9648,72 kv.m hissəsinin heç bir hüquqi əsas olmadan özbaşına zəbt edilməsi, iddiaçının və onun ailə üzvlərinin torpaq sahəsindən istifadə və sərəncam vermə hüquqlarını məhdudlaşdırmışdır. Hazırki mübahisəyə dair Quba rayon məhkəməsinin icraatında olmuş mülki işin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Quba Regional «Asan Xidmət» X17 notariusu Azər Hacıyevin xx xxxxxx 2019-cu il tarixli, 96 №li məktubundan görünür ki, adları qeyd olunmuş şəxslər arasında bağlanmış alqı-satqı müqaviləsinə dair 2000-2008-ci illər üzrə axtarış aparılmış lakin həmin dövrə məxsus arxiv sənədləri arasında belə bir alqı-satqı müqaviləsi aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə mühəndis-texniki ekspertizasının xx xxxxxx 2018-ci il tarixli, 24339 saylı rəyində ƏMDK-nın yanında Daşınmaz Əmlakın Kadastırı və Ünvan Reyestri Xidmətinin **********21 saylı xx xxxxxx 2018-ci il tarixli məktubu ilə təqdim olunmuş Xaçmaz LTİ-nin mütəxəssis rəyinə əsasən aparılmış ekspertiza tədqiqatı nəticəsində MH seriyalı, № ******* saylı, xx.xx.2008-ci il tarixli X2 mülkiyyətinə verilmiş 2,010772 ha torpaq sahəsinin sərhədlərinin yerində müəyyən edilməklə həmin torpaq sahəsinin plan və ölçü sənədinin 2.010772 ha torpaq sahəsinə uyğun verildiyinin, Torpağa Mülkiyyət Hüququna Dair JN -3xx xxx 30320018 saylı Dövlət Aktı ilə İddiaçı2 və 3 nəfər ailə üzvünün mülkiyyətinə verilmiş 1,26 ha torpaq sahəsinin sərhədlərinin yerində müəyyən edilməklə həmin torpaq sahəsinin pian və ölçü sənədinin mübahisəli 1,26 ha torpaq sahəsinə uyğun verildiyinin müəyyən edildiyi, MH seriyalı,№ ******* saylı xx.xx.2008-ci il tarixli X2 mülkiyyətinə verilmiş 2,010772 ha torpaq sahəsinin 0,96 ha hissəsi ilə Torpağa Mülkiyyət Hüququna Dair JN -3xx xxx 30320018 saylı Dövlət Aktı ilə İddiaçı2 və 3 nəfər ailə İüzvünün mülkiyyətinə verilmiş 1,26 ha torpaq sahəsinin 0,96 ha hissəsi ilə eyni torpaq sahələri olduğu, vahid elektron baza məlumatlarında JN 3338 Dövlət Aktı ilə X26 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2,23 ha torpaq sahəsinin 0,96 ha hissəsi ilə JN 340 Dövlət Aktı ilə İddiaçı2 Saiam oğlu və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,26 ha torpaq sahəsinin 0,96 ha hissəsi ilə eyni topraq sahələri olduğunun göründüyü təsdiq edilmiş, MH seriyalı, ******* № Çıxarışın koordinatlarında sürüşmənin olduğu qeyd edilmişdir. Həmin ekspertiza rəyində xx.xx.2008-ci il tarixli, MH seriyalı çıxarışla X5 mülkiyyətinə verilmiş 2.010772 ha torpaq sahəsinin 0,96 ha hissəsi ilə JN-3xx xxx 30320018 saylı Dövlət Aktı ilə İddiaçı2 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,26 ha torpaq sahəsinin 0,96 ha hissəsi ilə eyni torpaq sahələri olması, həmin 0,96 ha torpaq sahəsinin X8 tərəfindən zəbt olunması, qanunsuz istifadə olunması və zəbt olunması anlamına gələ bilməz. Belə ki, həmin xx xxxxxx 2018-ci il tarixli ekspertiza rəyində birbaşa göstərilir ki, JN-3398 Dövlət Aktı ilə X26 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2 ,23 ha torpaq sahəsinin 0,96 ha hissəsi ilə JN-340 Dövlət Aktı ilə İddiaçı2 və ailə üzvlərinin verilmiş 1.26 ha torpaq sahəsinin 0,96 ha hissəsi eyni torpaq sahələridir. Məhkəmədə bildirilmişdir ki, Orucbəy Baharova və onun ailə üzvlərinin mülkiyyətinə, İddiaçı2 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.26 ha torpaq sahəsinin 0,96 ha hissəsi əsassız verilməklə 2,23 ha torpaq sahəsinin verilməsi barədə Quba rayonu X15 1997-ci il 01 noyabr tarixli, 14 nömrəli qərarı və JN:339 KOD ********* saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktı ləğv olunmadan və ya etibarsız sayılmadan, Orucbəy Baharovun və onun ailə üzvlərinin həmin 0,96 ha torpaq sahəsi də daxil olmaqla 2,23 ha torpaq sahəsi üzərində sərəncam verilməsi hüququnun olmaması faktı müəyyən olunmadan və bu xüsusda torpaq sahəsinin Xədicə Zülbalayevaya satılması barədə xx xxxx 2005-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız sayılmadan, X13 Baharovdan və ailə üzvlərindən aldığı həmin 0,96 ha torpaq sahəsinin məhz iddiaçıların mülkiyyətində olan torpaq sahəsi olması, bunun nəticəsində Xədicə Zülbalayevaya həmin 0,96 ha torpaq sahəsinə də mülkiyyət hüququ verilən JN- 2540KOD 30320018 Dövlət Aktı və MH seriyalı ******* saylı Çıxarışın düzgün verilməməsi və iddiaçıların həmin 0,96 ha torpaq sahəsinə (iddiaçıların qeyd etdiyi 9648,72 kv.metr torpaq sahəsinə) mülkiyyət hüquqlarının bərpa olunması qənaətinə gəlinməsi qeyri-mümkündür və əsassızdır. Göstərilənlərə əsasən JN-25xx xxx 30320018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair şəhadətnamə əsasında verilmiş Çıxarış ləğv edilməli və 9648,72 kv.metr torpaq sahəsinə iddiaçının və onun ailə üzvlərinin mülkiyyət hüququ bərpa edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının” təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanının 2.3cü bəndinə əsasən, kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarışlar qeydiyyat üçün əsas hesab edilir. Həmin Fərmanın 2 və 2.5-ci bəndlərinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair, yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri qeydiyyat üçün əsas hesab edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.2-ci maddələrinə əsasən subyektin ona mənsub əmlaka (əşyaya) öz ar kimi sahib olmaq, əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirmək hüququ mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik hüququnun əsasını təşkil edir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Göstərilən Məcəllənin 139-1.1 və 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunan Məcəllənin 146.1 və 146.2-ci maddələrinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə nəyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Sözügedən Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İstinad olunan hüquq normalarının dispozisiyasından göründüyü kimi qanunverici torpaq sahəsi üzərində hüquqların yaranmasını onun müvafiq qaydada qeydiyyata alınması ilə şərtləndirir. Bu normaların mənasına görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Göstərilən hüquq normalarını daha geniş təsvir edən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur və onların fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının xx xxxx 1996-cı il tarixli 155-İQ saylı Qanununun 8-ci maddəsinə əsasən xüsusi mülkiyyətdə olan torpaqlara dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, torpaqların alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin bağlanması, habelə torpaqların hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında üzərində fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyət hüququ yaranmış torpaq sahələri aiddir. Qeyd olunan Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə verilir. Həmin qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3,İddiaçı4 nümayəndəsi və vəkili Vəkil iştirak etmiş iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdeh iddiaya etirazında qeyd edir ki, iddia ərizəsində qeyd edilən X4 adına olan 2.010772 ha torpaq sahəsinə aid xx.xx.2008-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış DTXK-nın Quba rayon şöbəsi tərəfindən verilmiş JN-25xx xxx 30320018 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” əsasında hazırlanmışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən “ bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzrəində, o cümlədən torpaq sahələri hüquqları təsdiq edən aktlar” daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən “Bu qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.” Odur ki, iddia ərizəsində göstərilən xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış qeyd olunan qanunun tələblərinə riayət etməklə hazırlanmışdır. Sonda cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs X26 hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında istirak etmiş, yazılı izahat məhkəməyə təqdim etmişdir. Həmin izahatda qeyd olunur ki, Azərbaycan Respublikası Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində cavabdeh Bakı şəhəri, Zərdabi pr.74, mənzil 8-də yaşayan X7 qarşı və ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X28rşı torpaq üzrə qardaşım İddiaçı2 və onun ailə üzvlərinin tələbinə dair iş sizin icraatınızda baxılır. İzahat verərək bildirmək istəyirəm ki, mənim mülkiyyətimə verilmiş 2.23 ha torpaq sahəsinin 0.96 ha torpağın hissəsi qardaşım İddiaçı2 mülkiyyətidir. Bu barədə Bələdiyyə bizə yazılı sənəd vermişdir ki, mənim i.26 ha, İddiaçı2m isə 0.96 ha torpaq sahəmiz vardır. Mən öz torpaq sahəmi Zülbalayev Altaya satanda ona bildirmişəm ki, mənim aktım səhvdir, bu aktda göstərilən ərazinin yalnız 1.26 ha hissəsi mənə və ailə üzvlərimə məxsusdur. Mən sizə ancaq mənə məxsus 1.26 ha hissəni sizə sata bilərəm və həmin hissənin pulunu sizdən ala bilərəm. Zülbalayev Altay mənə bildirdi ki, mən bilirəm ki, akt səhvdir , sən mənə aktı verməlisən. Nəzərinizə çatdırıram ki, mən X10 ilə yox, onun ərinin qardaşı Altay Zülbalayevlə danışmışam. Bir gün mən Altaya sual verdim ki, Altay, mən sənə nə qədər yer satmışam? Altay dedi ki, 1.26 ha torpaq sahəsini satmısan. Altaya dedim ki, bəs qardaşım Osmanın yeri hanı? Altay mənə cavab verdi ki, “ Orucbəy, mənim günahım yoxdur, hamısı Bakıdakının işləridir (yəni Bakıda yaşayan qardaşı Zülbalayeva Xədicənin ərinin Asim Zülbalayevin işləridir)". Bu hadisədən qardaşım İddiaçı2 xəbər tutandan sonra Zülbalavev Altayın və Zülbalayeva Xədicənin bizə qarşı etdikləri hərəkətlərindən aidiyyatı orqanlara müraciətlər, ardı-arası kəsilmədən şikayətlər etmişdir. X35 barəsində 2012-ci ilin avqust ayında Quba Rayon Polis idarəsinə həmin torpağın 0.96 ha hissəsinin X27 tərəfindən zəbt olunması haqqında ərizə ilə müraciət etmişdir. Qardaşım Osmanın çoxsaylı şikayət və müraciətlərindən sonra qardaşıma izah olunmuşdur ki, bu iş mülki məsələdir məhkəməyə müraciət etmək daha məqsədəuyğundur. Ona görə də qardaşım İddiaçı2 növbəti şikayətini məhkəməyə verdi. Hörmətli Məhkəmə qardaşım İddiaçı2 və onun ailəsi neçə illərdir ki, öz mülkiyyətləri olan 0.96 ha torpaq sahəsi uğrunda Altay, Xədicə, Asim Zülbalayevlərlə mübarizə apararaq öz haqları olan torpaqlarını tələb edirlər. Xahiş edirəm izahatımı nəzərə alaraq işə ədalətlə baxasınız Üçüncü şəxs X5 iddiaya münasibəti məhkəməyə təqdim edilmişdir. Üçüncü şəxsin etirazında qeyd olunur ki, aşağıda qeyd olunanlara əsasən iddia rədd edilməlidir: 1.mübahisəli torpaq sahəsi Quba rayon X21 xx xxxxxx 1997-ci il tarixli 14 nömrəli qərarına əsasən 2.23 ha olmaqla iddiaçının qardaşı X19 verilmişdir. 2.2.23 ha torpaq sahəsi üç konturda: 339A-sahəsi 21.76 kv.m 339B-sahəsi 9648.72 kv.m 339B-sahəsi 10459.00 kv.m Cəmi: 2.23 ha olmuşdur. Bu 339 saylı Dövlət Aktından açıq-aydın görünür.
3. O, topraq sahəsini xx xxxx 2005-ci il tarixdə X12 (2.23 ha) Quba rayonu Dövlət Notariat Kontorunda təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən almışdır. Bundan sonra bu və digər alqı-satqı müqavilələrini Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim edərək torpağa mülkiyyət hüququna dair JN 2540 saylı Dövlət Aktını almışdır. Həmin koordinatlar bu Dövlət Aktında: 2540 K-2176.66 kv.m 2540 L-9648.72 kv.m 2540 Z-10459.00 kv.m Cəmi: 2.23 ha. Deməli iddiaçı mülkiyyət hüququnu 2008-ci ildə deyil, artıq xx xxxxxxxx 2005-ci ildə əldə etmişdir. 5.daha sonra 2008-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş, yenə ona 3 kontur olmaqla :
1. **********15 Reyestr nömrəli, ********** qeydiyyat nömrəli-2.010772 ha
2. **********14 Reyestr nömrəli, ********** qeydiyyat nömrəli-0.217666 ha Cəmi: 2.23 ha Reyestrdən çıxarış verilmişdir. Göründüyü kimi o qanunvericilikdə nəzərdə tutulmuş mülkiyyəti qeydiyyata aldırmışdır. Həmin torpaq sahəsində 16 illik gilas ağacları mövcuddur. Həmin bağı 2005-ci ildə salmışdır. Dövlət tərəfindən də ancaq dövlət reyestrində qeydiyyatdan keçən mülkiyyət qorunur. JN 2540, KOD 30320018 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən Quba rayonu İİ Nügədi kənd sakini X11 Quba rayon DNK-nın xx.xx.2001, xx.xx.2005-ci il tarixli 46-181-273-312-436-438 saylı müqavilələri əsasında 22.90 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün satılmış, X4 adına xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış JN 2540, KOD 30320018 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən hazırlanmışdır. Cavabdehin nümayənədəsi və üçüncü şəxslər şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etməmişlər.
Əsaslandırma hissəsi:
Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə tərəfindən edilmiş sorğuya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 5 saylı X32 cavab məktubuna X4 adına olan Quba rayonu, İİ Nügədi kəndində yerləşən 2.010772 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair MH ******* seriyalı çıxarış və həmin çıxarışın verilməsinə əsas olan sənədlərin təsdiq olunmuş surətləri məhkəməyə təqdim olunmuşdur. Təqdim edilmiş sənədlərdən görünür ki, mübahisələndirilən Seriya MH ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış JN 2540, KOD 30320018 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən hazırlanmışdır. Məhkəmə hesab edir ki, məhkəmə qərarı ilə və ya digər bir formada ləğv edilməmiş Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı mülkiyyət sənədi hesab olunduğuna görə, onun əsasında Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilməsi qanunsuz hesab oluna bilməz. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan mülkiyyət hüququnun qeydiyatını aparması inzibati akt yox, hüquqi akt hesab olunur. Mülkiyyət hüququ digər əsaslarla əmələ gəlir, cavabdeh inzibati orqan isə yaranmış hüququn sadəcə olaraq dövlət qeydiyyatını aparır. Hazırkı işdə mübahisələndirilən Seriya MH ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mülkiyyət sənədi sayılan JN 2540, KOD 30320018 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən hazırlandığına görə məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.
Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İsmayıl Quliyev