Məhkəmə qərarları › İş №2-1(118)-221/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-221/2021

12.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-221/2021 12.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X12 Ramiz qızının katibliyi, Üçüncü şəxs X5 nümayəndəsi X1 (Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili, Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi ev 56/22-də yaşayan) iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı Cavabdeh Başçısının xx xxxx 2020-ci il tarixlı 45 saylı sərəncamının ləğv edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh Başçısının xx xxxx 2020-ci il tarixlı 45 saylı sərəncamının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi 5 saylı evdə yerləşən 43,62 kv m sahəyə malik 3 otaqlı 29 saylı mənzil iddiaçının mərhum atası X3 məxsus olmuşdur. Atası vəfat edəndən sonra o, həmin mənzili faktiki olaraq vərəsəlik qaydasında qəbul etmiş və müvəqqəti olaraq mərhum bacısının qızı X5 istifadəsinə vermişdir. Lakin iddianı qaldırmamışdan bir neçə gün əvvəl ona məlum olmuşdur ki, Cavabdeh başçısının xx xxxx 2020-ci il tarixli 45 nömrəli sərəncamına əsasən həmin mənzilin şəxsi hesab vərəqəsi X5 adına dəyişdirilmişdir. O, cavabdeh orqana rəsmi ərizə ilə müraciət edərək həmin sərəncamın surətinin ona təqdim olunmasını xahiş etmişdir. Hüquq şöbəsinin müdirinin xx.xx.2020-ci il tarixli 1258 nömrəli məktubu ilə sərəncam ona göndərilmişdir. Sərəncamla mənzilin icarə müqaviləsi mərhumun 1 nəfərdən ibarət ailə üzvü olan Səmayə Məmmədovanın adına dəyişdirilməsi qərara alınmışdır. Belə ki, icra hakimiyyəti orqanının iddiaçının vərəsə kimi mövcudluğundan xəbəri olmamış, Səmayə Məmmədova özünü mərhumun yeganə vərəsəsi kimi təqdim etmişdir. Halbuki, mərhum İnqilab Şahsuvarovun yeganə və birinci növbəli vərəsəsi iddiaçı olmuşdur. Səmayə Məmmədova iddiaçının bacısı qızı olmaqla beşinci növbə vərəsələr sırasına aiddir. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmişlər, lakin məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinin tələbinə uyğun olaraq işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının vəkili X20 iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində bildirmişdir ki, iddiaçı iddia tələbində mərhum atasına məxsus olmuş mənzili faktiki olaraq vərəsəlik qaydasında qəbul etdiyini və S.Məmmədovanın istifadəsinə verdiyini bildirir, lakin vərəsəlik haqqında şəhadətnamə və həmin mənzili S.Məmmədovanın istifadəsinə verməsi barədə iş materiallarında hər hansı müqavilə mövcud deyildir. Mənzilin icarədarı X6 vəfat etdikdən sonra həmin mənzildə yeganə daimi pasport qeydiyyatında olmaqla orada yaşayan mərhumun nəvəsi Səmayə Məmmədovanın müraciəti əsasında mənzilin şəxsi hesab vərəqəsi rayon İcra Hakimiyyəti Başçsının xx.xx.2020-ci il tarixli 45 saylı sərəncamı ilə onun adına dəyişdirilmişdir. Üçüncü şəxs X5 nümayəndəsi X7 iddianı qəbul etmədi və izah etdi ki, mənzil dövlət fonduna aid olmaqla, iddiaçının mərhum atasının mülkiyyətində olmamışdır. İddiaçı göstərilən mənzildən qeydiyyatdan çıxaraq xx xxxxxx 1990-cı il tarixli 882-saylı orderə əsasən Nizami küçəsi 4 saylı evdə yerləşən 33 saylı mənzilə qeydiyyata düşmüşdür. Məmmədova Səmayə babası İqilab Şahsuvarovun razılığı ilə mübahisəli mənzilə qeydiyyata düşmüşdür və onunla birlikdə yaşamışdır. Babası vəfat etdikdən sonra mənzildə qeydiyyatda olan yeganə ailə üzvü kimi mənzilin şəxsi hesab vərəqəsi S.Məmmədovanın adına dəyişdirilmişdir. Mübahiəsləndirilən sərəncam tam qanunidir, mənzil dövlət fonduna aid olduğundan vərəsəlik hüququndan söhbət gedə bilməz. İş materiallarında olan : -Cavabdeh tərəfindən verilmiş 1258 saylı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi 5 saylı evdə yerləşən 29 saylı mənzilin şəxsi hesabı həmin mənzildə pasport qeydiyyatında yaşayan yeganə şəxs X5 cavabdehə ünvanladığı müraciət əsasında onun adına dəyişdirilmişdir. İddiaçı mərhum X2 vərəsəsi olması barədə hər hansı sənəd olmadığından müraciətin təmin olunması mümkün olmamışdır. - Abşeron rayonu Ceyranbatan qəsəbə icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İ № 466497 saylı xx xxx 2011-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. - Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli 45 saylı sərəncamından görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi 5 saylı evin 29 saylı mənzilin əsas icarədarı – mərhum babası X8 bəfat etdiyi üçün icarə müqaviləsi X5 adına bağlanmaqla mənzilin şəxsi hesabı 1 nəfər ailə üzvü ilə onun adına dəyişdirilmişdir. - Ceyranbatan qəsəbəsi MTİİTS tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 08 saylı arayışdan görünür ki, ünvan 2 ünvanında yaşayan İddiaçı yaşadığı mənzilə xx xxxxxx 1990cı ildə 882 saylı Ceyranbatan qəsəbə X19 İcra Komitəsi tərəfindən order verilmişdir. -Ceyranbatan qəsəbə X19 İcra Komitəsi tərəfindən verilmiş 882 saylı orderdən görünür ki, İddiaçı Ceyranbatan qəsəbəsi, Nizami küçəsi ev 4 mənzil 33 ünvanında qeydiyyatdadır və orda yaşayır. -Ceyranbatan qəsəbəsi MTİİTS tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 114 saylı arayışdan görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi 5 saylı evin 29 saylı mənzilində həmin ünvana xx.xx.2001-ci il tarixdən X11 qeydiyyatdadır. X8 xx.xx.2011-ci il tarixdə, Şahsuvarova Yekaterina xx.xx.1996-cı il tarixdə vəfat etmişlər, X9 xx.xx.1990-cı il tarixdə, X10 isə xx.xx.1991-ci ildə qeydiyyatdan çıxmışlar. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisəli mənzilin icarədarı iddiaçının mərhum atası X8 olmuşdur. Mənzil dövlət fonduna aid olmaqla onun tərəfindən özəlləşdirilməmişdir. İddiaçı 1991-ci ildə ailə quraraq ər evinə köçmüş və mübahisəli mənzildən qeydyyatdan çıxmışdır. Üçüncü şəxs Məmmədova Səmayə mənzilin icarədarı İ.Şahsuvarovun digər qızı mərhum Tərlanın qızı, yəni icarədarın nəvəsidir. O, xx.xx.2001-ci ildə, yəni mənzilin icarədarı olan babasının sağlığında mənzilə qeydiyyata düşərək onunla birlikdə yaşamışdır. Babası vəfat edikdən sonra S.Məmmədovanın ərizəsinə əsasən Cavabdeh Başçısının sərəncamı ilə mənzilin şəxsi hesab vərəqəsi onun adına dəyişdirilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllnin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Mənzil Məcəlləsinin 81.2-ci maddəsinə görə kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. Məhkəmə hesab edir ki, hazırki iş üzrə Cavabdeh mənizlin icarədarının vəfatından sonra mənzilin icarə müqaviləsinin onun ailə üzvü olan və onunla birgə yaşayan nəvəsi X5 adına dəyişdirərkən hər hansı qanunpozuntusuna yol verməmişdir. Mənzil xüsusi mənzil fonduna aid edilmədiyindən vərəsəlik münasibətlərindən söhbət gedə bilməz. Mənzil dövlət mənzil fonduna aid olmaqla icarədarı mərhum İ.Şahsuvarov olmuş və onun vəfatından sonra mənzil icarə müqaviləsi onunla birgə yaşamış və mənzildə qeydiyyatda olan nəvəsi S.Məmmədovanın adında dəyişdirilmişdir. Cavabdeh tərəfindən mənzil icarə müqaviləsinin və şəxsi hesab vərəqəsinin üçüncü şəxs S.Məmmədovanın adına dəyişdirilməsinə dair sərəncamının qanunsuz hesab edilməsi üçün hər hansı əsas müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Bununla bağlı məhkəmə hesab edir ki, mübahisələndirilən sərəncamın ləğv edilməsi üçün qanuni əsas müəyyən edilmədiyindən iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. NƏTİCƏVİ HSİSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 70, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı Cavabdeh Başçısının xx xxxx 2020-ci il tarixlı 45 saylı sərəncamının ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar