Məhkəmə qərarları › İş №2-1(118)-2217/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2217/2022

10.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2217/2022 10.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X3 (Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 33B, mənzil 1 yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı cavabdehin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində ona dəymiş maddi ziyanın əvəzi olaraq 104.400 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi və mənzilində məskunlaşmış məcburi köçkün ailəsinin mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində ona dəymiş maddi ziyanın əvəzi olaraq 104.400 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi və mənzilində məskunlaşmış məcburi köçkün ailəsinin mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması öhdəliyi Qaçqınların və X5 üzrə Dövlət Komitəsi üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Sumqayıt şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikası İPM-nin 28.1-ci maddəsinə əsasən adi cəlbetmə qaydasında inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddai tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının işlədiyi müəsissə tərəfindən ona və ailəsinə verilmişdir. Mənzil onun xüsusi mülkiyyətində olsa da, o, ailəsi ilə birlikdə həmin mənzilə köçə bilməmişdir. Çünki mənzil məcburi köçkün ailəsi tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Uzun müddət bir çox dövlət orqanlarına müraciət etməsinə baxmayaraq hər dəfəsində müxtəlif vədlər və bəhanələrlə süründürməçiliyə salınmışdır. Bunun qarşılığında isə o, uzun müddətdir ki, öz şəxsi mülkiyyətindən məhrum olmuşdur. Bununla da ona maddi ziyan dəymişdir. Sumqayıt şəhər Məhkəməsinin 08 may 2017-ci il tarixli, 2(060)-3307/2017 saylı qətnaməsi ilə məcburi köçkünlərin onun mənzilindən çıxarılmasına dair iddiası təmin edilmişdir. Azərbaycan Respublikası adından çıxarılmış qətnamə mövcud olduğu halda o, bu günə kimi icra olunmur. Qətnaməyə əsasən ona məxsus mənzildə məskunlaşmış məcburi köçkün ailəsi mənzildən çıxarılmalı, o isə ailəsi ilə birlikdə həmin mənzilə köçürülməli idi. Qətnamə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün müvafiq orqanlara göndərilmişdir. Qətnamənin qəbulundan uzun müddət ötməsinə baxmayaraq qətnamə hələ də icra edilməmişdir. Bunun da nəticəsində dəyən maddi ziyanın məbləği artmışdır. Məcburi köçkünlərin yerləşdirilməsi və onların problemlərinin həll olunması üzrə dövlət siyasətini həyata keçirən orqan Qaçqınların və X5 üzrə Dövlət Komitəsidir. Buna görə də, iddia haqlı olaraq həmin orqana qarşı qaldırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərk iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh və üçüncü şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəm iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati prosessual Məcəlləsinin 65.3-cü maddəsimnə əsasən cavabdehin üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, İddiaçı müvafiq iddia tələbi tam əsassız və qanunsuz olduğundan, həmçinin heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki,İddiaçı “vurulmuş ziyanın ödənilməsi" ilə bağlı Komitəyə daxil olmuş müraciətləri Komitə tərəfindən cavablandırılaraq bildirilmişdir ki, Qubadlı rayonundan məcburi köçkünlər X6 və həyat yoldaşı X8 ailə üzvləri ilə birgə sıx məskunlaşma obyekti olan Sumqayıt şəhəri, 12-ci mikrorayondda yerləşən 7A saylı evin 35 nömrəli mənzilində kommunal qeydiyyatda olmaqla məskunlaşmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışlar. Hazırda işğaldan azad edilmiş ərazilərdə geniş miqyaslı profilaktik təhlükəsizlik tədbirləri həyata keçirilir ki, növbəti mərhələlərdə həmin ərazilərdə infrastruktur və daimi yaşayış yerləri inşa edilməklə, bütün məcburi köçkünlər, o cümlədən X2 ailəsi də uzun illər yaşadıqları mənzilləri və ictimai binaları tərk edərək həmin ərazilərə köçürüləcəklər. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Əsasnaməsi”nin tələblərinə əsasən, Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün olmuş şəxslərin yerləşdirilməsi, məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vahid büdcə təsnifatı”na əsasən dövlət büdcəsi hesabına maliyyələşən dövlət təşkilatı dövlət büdcəsindən onun üçün ayrılmış vəsaitdən təsdiqlənmiş xərclər smetasında nəzərdə tutulmuş təyinatdan kənar hər hansı məqsədlə vəsait xərcləyə bilməz.Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Əsasnamə ilə ona verilmiş səlahiyyət və funksiyalarını yalnız Azərbaycan Respublikasının dövlət büdcəsindən onun üçün ayrılmış vəsait hesabına və yalnız "Azərbaycan Respublikasının vahid büdcə təsnifatı"na əsasən Komitə üçün təsdiqlənmiş xərclər smetasında nəzərdə tutulmuş təyinatlar üzrə həyata keçirir.Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Əsasnaməsi"nin tələblərinə əsasən, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 24 fevral 65 nömrəli Qərarı ilə təsdiq olunmuş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın tələblərinə uyğun olaraq, yalnız Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarına əsasən qəbul olunmuş Dövlət Proqramında göstərilən obyektlər üzrə faktiki məskunlaşan və müvəqqəti qeydiyyatda olan məcburi köçkün ailələrinin köçürülməsini həyata keçirir. İddiaçı dəymiş ziyan bilavasitə Komitənin qəbul etdiyi inzibati akt və ya hərəkət (hərəkətsizliyi) nəticəsində baş verməmişdir. Belə ki, iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında ailə üzvləri ilə birgə müvəqqəti məskunlaşmış məcburi köçkün X6 ailə üzvləri ilə birlikdə, həmin ünvanda Komitə tərəfindən yerləşdirilməmiş, Komitə ilə məcburi köçkünlər X6 və digərləri arasında hər hansı bir öhdəliyin verinə yetirilməsi ilə bağlı müqavilə bağlanılmamışdır. Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş etirazda göstərilmişdir ki, mübahisə predmetı olan yaşayış sahəsi 39,60 kvm olan 3 otaqlı Sumqayıt şəhəri, 12-ci mikrorayon ev 7A mənzil 35 dövlət fonduna asd olmaqla, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli 243 saylı sərəncamı ilə İddiaçı əri X1 6 nəfərdən (özü. arvadı və 4 övladı) ibarət ailə tərkibinə ayrılmışdır. Qeyd edilən mənzil 1993-cü ildən Qubadlı rayonu məcburi köçkün ailəsi tərəfindən tutulduğundan iddiaçı və ailə üzvləri göstərilən yaşayış sahəsinə köçə bilməmişdir. Məlum hadisələrlə əlaqədar Azərbaycan Respublikası Prezidentinin ölkədaxili siyasətinə uyğun olaraq məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərdə məskunlaşdırılması nəzərdə tutulmuşdur. Qeyd edilənlər nəzərə alınaraq iddia tələbinin təmin edilməsinə qarşı etiraz olunur. İş materiallarına əlavə edilmiş : -RX № ******* seriyalı xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrdən çıxarışdan görünür ki, ünvan 1 (Yeni qaydalarla AZ 5011 Sumqayıt şəhəri, Çerkassi küçəsi, 559, M9, m1) İddiaçı adına qeydə alınmışdır. - Sumqayıt şəhər Məhkəməsinin 08 may 2017-ci il tarixli 2(060)-3307/2017 saylı qətnaməsindən görünür ki,İddiaçı cavabdehlər X6 və digərlərinə qarşı yaşayış sahəsindən çıxarılma və mənzil köçürülmə tələbinə dair iddiası təmin edilmişdir. - Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Qubadlı rayonundan məcburi köçkünlər - X6 ailə üzvləri ilə birgə sıx məskunlaşma obyekti olan Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən 7A saylı evin 35 nömrəli mənzilində müvəqqəti məskunlaşmışdır. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin boş mənzil fondu olmadığı üçün sözügedən ailənin yeni yaşayış sahəsi ilə təmin edilməsi mümkünsüzdür. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamının 2-ci bəndinə əsasən, məcburi köçkünlərin mülkiyyət formasından asılı olmayaraq, 1992-1998-ci illərdə məskunlaşdıqları mənzillərdən çıxarılması hallarına yol verilmir.Ərazilərimiz işğaldan azad olunanadək Komitə tərəfindən məcburi köçkünlərin müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman, sərəncam və bu sahədə qəbul olunmuş Dövlət Proqramına əsasən həyata keçirilmişdir. Hazırda işğaldan azad edilmiş ərazilərdə geniş miqyaslı profilaktik təhlükəsizlik tədbirləri həyata keçirilir. Növbəti mərhələlərdə həmin ərazilərdə infrastruktur və daimi yaşayış yerləri inşa edilməklə, bütün məcburi köçkünlər, o cümlədən X2 ailəsi də uzun illər yaşadıqları mənzilləri və ictimai binaları tərk edərək həmin ərazilərə köçürüləcəklər. -Sumqayıt şəhər İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı xx.xx.2022-i il tarixli məktubdan görünür ki, məcburi köçkünlərin mənzil sahəsi ilə təmin olunması Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamları əsasında həyata keçirilir. Həmin sənədlərdə konkret olaraq hansı ərazidə məskunlaşmış məcburi köçkünlərin yeni yaşayış sahəsi ilə təmin olunması göstərilir və köçürülmə Azərbaycan Respublikası Qaçqınların və X5 Üzrə Dövlət Komitəsi tərəfindən mərhələli şəkildə aparılır.Eyni zamanda məlum hadisələrlə əlaqədar Azərbaycan Respublikası Prezidentinin ölkədaxili siyasətinə uyğun olaraq məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərdə məskunlaşdırılması nəzərdə tutulmuşdur.Bu istiqamətdə görülən işlərin nəticəsi olaraq, başqalarına məxsus mənzillərdə məskunlaşmış məcburi köçkün ailələri köçürüldükdən sonra qaldırılan məsələyə qanuna uyğun olaraq baxıla bilər. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, 7a saylı evdə yerləşən 35 saylı mənzil İddiaçı mülkiyyətindədir. Həmin mənzil məcburi köçkünlər tərəfindən zəbt edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən məcburi köçkünlər X2 və qeyrilərinin mənzildən çıxarılmalı və iddiaçının həmin mənzilə köçürülməlidir. Lakin qətnamə hazıradək icra edilməmişdir. Hazırda İddiaçı məcburi köçkünlərin mənzillə təmin edilməməsi və bununla bağlı onun mənzilindən çıxarılmaması ilə bağlı ona vurulmuş ziyanın ödənilməsini və məcburi köçkünlərin başqa yaşayış sahəsi ilə təmin olunması öhdəliyinin cavabdeh Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin üzərinə qoyur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Əsasnaməsi”nin tələblərinə əsasən, Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün olmuş şəxslərin yerləşdirilməsi, məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Əsasnaməsi"nin tələblərinə əsasən, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 24 fevral 65 nömrəli Qərarı ilə təsdiq olunmuş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın tələblərinə uyğun olaraq, yalnız Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarına əsasən qəbul olunmuş Dövlət Proqramında göstərilən obyektlər üzrə faktiki məskunlaşan və müvəqqəti qeydiyyatda olan məcburi köçkün ailələrinin köçürülməsini həyata keçirir. İddiaçı iddia ərizəsində cavabdehin təqsirki hərəkətini onn mənzilini zəbt etmiş məcburi köçkünlərin başqa mənzillə təmin edilməməsi və nıəticədə ona maddi ziyanın dəyməsi ilə əlaqələndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Göstərilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxiyyətinə və əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə qeyd edir ki, qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir : zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə hesab edir ki, caabdeh iddiaçının mənzilinin məcburi köçkünlər tərəfindən zəbt edilməsində təqsirli deyildir, onları həmin mənzilə cavabdeh və ya onun əməkdaşları yerləşdirməmişlər. Hazırda da məcburi köçkünlərin başqa mənzillə təmin edilməsi öhdəliti cavabhdein üzərinə qoyulmasına dair tələb əsassız heab edilməlidir. Belə ki, bu məsələ Dövlət Proqramı çərçivəsində mərhələli şəkildə həyata keçirilir və ayrı-ayrı şəxslərin barəsində icra edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vahid büdcə təsnifatı”na əsasən dövlət büdcəsi hesabına maliyyələşən dövlət təşkilatı dövlət büdcəsindən onun üçün ayrılmış vəsaitdən təsdiqlənmiş xərclər smetasında nəzərdə tutulmuş təyinatdan kənar hər hansı məqsədlə vəsait xərcləyə bilməz. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Əsasnamə ilə ona verilmiş səlahiyyət və funksiyalarını yalnız Azərbaycan Respublikasının dövlət büdcəsindən onun üçün ayrılmış vəsait hesabına və yalnız "Azərbaycan Respublikasının vahid büdcə təsnifatı"na əsasən Komitə üçün təsdiqlənmiş xərclər smetasında nəzərdə tutulmuş təyinatlar üzrə həyata keçirir. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Əsasnaməsi"nin tələblərinə əsasən, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 24 fevral 65 nömrəli Qərarı ilə təsdiq olunmuş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın tələblərinə uyğun olaraq, yalnız Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarına əsasən qəbul olunmuş Dövlət Proqramında göstərilən obyektlər üzrə faktiki məskunlaşan və müvəqqəti qeydiyyatda olan məcburi köçkün ailələrinin köçürülməsini həyata keçirir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasyianın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə qeyd edir ki, iddiaçı ziyanın ona məhz cavabdeh tərəfindən vurulduğu və ziyanın həcminin müəyyən edilməsi ilə bağlı təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Halbuki, iddia tələbi vurulmuş ziyanın ödənilməsi ilə bağlı olduğundan ziyanın yetirilməsini və həcminin məbləğini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə hesab edir ki, iddia tələbinni təmin edilməsi üçün qanuni əsaslar müəyən edilmədiyindən iddia təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar