Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2218/2023 09.08.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” xx.xx.2022-ci il tarixli **********180600 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli **********431700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub göndərilərək Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsidən daxil olmuş **********443800 nömrəli xidməti məruzəyə əsasən operativ vergi nəzarəti tədbirləri zamanı elektron yaddaş qurğusunda olan məlumatlarda və sənədlərdə güya mənim bəyannamələrimdə əks olunmayan satış dövriyyələrim və vergidən yayınmaya dair digər müxtəlif məlumatlar olan fayıllar müəyyən edilmişdir. Belə ki, məktubda əks olunanlara görə, 2021 -ci ilin apreldekabr ayları, 2022-ci il ilin yanvar-may ayları üzrə 2443501,58 manat satış dövriyyəsinin olduğu, həmin aylar üzrə təqdim edilmiş bəyannamələrdə dövriyyənin 957170,0 manat göstərildiyi və nəticədə 1486331,58 manat kənarlaşma yarandığı bildirilmişdir. Bununla da, mənə Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında xx.xx.2022-ci il tarixli **********180600 nömrəli qərarla 2022-ci ilin iyul ayı üzrə 222.896,76manat məbləğində ƏDV hesablanmışdır. Aşağıda qeyd olunanlara görə həmin hesablama tamamilə qanunsuz olduğu üçün ləğv edilməlidir. Belə ki, qanunsuz olaraq VCİABİ tərəfindən həyata keçirilən tədbir zamanı mənim kompüterimdə olan məlumatları özlərinin yaddaş qurğusuna olduğu kimi köçürmüşdür. Amma qəbul edilən fayllar düzəliş edilə bilən və dəyişdirilən format olmuşdur. Sonradan cavabdeh tərəfindən göndərilən uyğunsuzluq məktubunda tamam fərqli göstəricilər əks olunmuşdur. Məlumatlar götürülərkən mənim kompüterimdə olan 1C muhasibatlıq proqramında 2021-ci ilin apreldekabr ayları, 2022-ci il ilin yanvar-may ayları üzrə ƏDV-li satış dövriyyəm 959655,92 manat (proqram təminatı 2021-ci ilin aprel ayının 25-dən istifadə olunur) olmuşdur. Necə ola biiər ki, satış dövriyyəm ƏDV-li 2443501,58 manat olsun. Həmin göstərici ilə bağlı nə VCİABİ tərəfindən, nə də yerli vergi orqanından heç bir əsaslandırıcı izah təqdim olunmamış, yalnız göndərilən uyğunsuzluq məktubarrnda şişirdilmiş rəqəmlər əks etdirilmişdir. VCİABİ tərəfindən sənədlər qanunsuz olaraq götürüldükdən sonra mən həmin idarəyə dəvət olundum və orada satış dövriyyəsi barədə heç bir göstərici mənə təqdim olunmadı. Üzərindən 3 ay keçdikdən sonra isə qeyd etdiyim kimi, yerli vergi orqanından fantastik həcmdə vergi hesablanmışdır.İddia ərizəsinə əlavə olunan uçot sənədlərindən göründüyü kimi, onun satış dövriyyəsi 2021-ci ilin aprel-dekabr ayları, 2022-ci il ilin yanvarmay ayları üzrə ümumilikdə 959655,92 manat (ƏDV ilə birlikdə) olmuşdur. Götürülən proqram təminatının baza məlumatı açıq məlumatdı və mühafizə ilə təmin edilməmişdir. Baza məlumatı götürüldükdən sonra məlumatlara istənilən formada dəyişiklik etmək, məbləği artırmaq mümkündür. Hesabat alarkən aidiyyatı seçim düzgün seçifmədikdə yanlış hesabatlar hazırlanması mümkündür. Bundan başqa proqram təminatında xəta baş verə bilər ki, xəta nəticəsində də yanlış hesabat hazırlanır. Hər bir alınan hesabatın mənbəyi olmalıdır. Yəni mal alışı olmalı, alınmış mallar proqram təminatına işlənməli və sonra satış olmalıdır. Lakin 2443501,58 manat satışın olduğunu iddia edərkən vergi orqant tərəfindən mal alışı və obyektdə olan mal qalığı araşdırılmamışdır. Əgər satış proqram təminatında varsa, deməli alış və mal qalığı da proqram təminatında var. Təqdim etsinlər biz də baxaq ki, olmayan malı necə satmışam. Gördüyünüz kimi, vergi orqanının kənarlaşma iddiası və vergi hesablaması nəinki qanunvericiliyə, həmçinin məntiqi, riyazi və maliyyə qaydalarına da ziddir. Vergi orqanı tərəfindən 2021-ci ilin aprel-dekabr ayları, 2022-ci il ilin yanvar-may ayları ərzində, yəni 14 ay ərzində 2443501,58 manat dövriyyə olduğu göstərildiyi üçün, onun bir ay ərzində ortalama 180 000,0 manat satışı olmalı idi. Aylıq 180 000,0 manat satış olması üçün də marketdə və anbarda satışın ən azı 2-3 misli miqdarında mal olmalıdır. Yəni, ay ərzində obyektdə mal qalığı təxmini 360 000,0 - 540 000 manat aralığında olmalı idi. Çünki marketdə mal alındığı gün satılmır ki, mal qalığı ilə satış bərabər olsun. Mal qalığı araşdırılsa idi aşkar müəyyən olunacaqdı ki, bu obyektdə aylıq mal qalığı ortalama 180 000, 0 manat civarındadır. Demək ki, vergi orqanın iddia etdiyi 180 000,0 manat aylıq satışla eyni göstərici alınardı ki, bu da market üzrə satış əməliyyatlarında mümkünsüzdür və cavabdehin ümumi satış dövriyyəsini şişirtməsini açıqaşkar göstərən haldır.Vergi orqanı inzibati orqan kimi yoxlama zamanı mənbəyi və həqiqiliyi bəlli olmayan məlumatlarla kifayətlənməməli, həmin məlumatlann həqiqiliiiyi istiqamətində əlavə araşdırma aparmalı (məs.: mal qalığının müəyyən edilməsi, xronometraj yolu ilə müşahidə aparılması, götürülən məlumatların mal alışı və mal qalığı ilə müqayisə etməklə təhlil olunması və s.), başqa sözlə, vergi ödəyicisinin real satış dövriyyəsinin artıq olması ilə bağlı mötəbər, şübhədən kənar sübutlar əldə etməli idi. Lakin, vergi orqanı bunu etməyərək, əlavə araşdırma aparmadan, ekspert və mütəxəssisdən istifadə etmədən, apardığı hesablamanı əsaslandırmadan, beləliklə də, mübahisəsəndirilən inzibati aktın qəbul edilməsinin zəruri edən faktiki şərtləri sübuta yetirmədən qərar qəbul etmişdir. Göründüyü kimi, ƏDV üzrə hesabat dövrü təqvim ayı olduğu üçün yalnız həmin ay ərzində aparılmış satış əməliyyatları dövriyyə kimi müəyyən olunmalıdır. Cavabdeh isə təqdim etdiyi uyğunsuzluq məktublarında əks olunan dövriyyənin 2021-ci ilin aprel-dekabr ayları, 2022-ci il ilin yanvar-may ayları üzrə olduğunu, bununla da hesablamanın tam qanunsuz olduğunu özü etiraf edir. Çünki, nə əvvəlki aylarda, nə də hesablanmanın aparıldığı 2022-ci ilin iyul ayı üzrə mənim qeyd olunan həcmdə dövriyyəm mövcud olmamışdır. Həmçinin, aprel/2021-may/2022 dövrləri üzrə ƏDV bəyannamələri təqdim edilmişdir və Vergi Məcəlləsinin 37,2-ci maddəsinə əsasən qeyd olunan dövrlər üzrə vergi orqanı 30 iş günü ərzində kameral vergi yoxlamasını həyata keçirə bilərdi. Həmin müddət başa çatdıqdan sonra həmin dövrün bəyannaməsi üzrə (o cümlədən uyğunsuzluq məktubları üzrə təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə) yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Göründüyü kimi, vergi orqanı kameral vergi yoxlaması ilə vergilərin yenidən hesablanmasını konkret hesabat dövrü (ƏDV üzrə təqvim ayı) üzrə ayrılıqda aparmalıdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbini əsassız hesab edilir. Belə ki, Baş idarədə vergi ödəyicisi kimi qeydiyyatda olan İddiaçı Amil oğluna (VÖEN: **********) 2022-ci ilin iyul ayına əlavə dəyər vergisi ləyannaməsi üzrə 226728,54 manat kameral qaydada vergi məbləği hesablanmışdır. Vergi Cinayətlərinin İbtidai Araşdırmaları Baş İdarəsindən daxil olmuş **********443800 nömrəli xidməti məktuba əsasən aparılmış operativ vergi nəzarəti tədbirləri zamanı elektron yaddaş qurğusunda olan məlumatlarda və sənədlərdə iddiaçı ərəfindən bəyannamələrdə əks olunmayan satış dövriyyələri və vergidən yayınmaya dair digər müxtəlif məlumatlar olan fayllar müəyyən edilmişdir. 2021-aprel-dekabr üzrə '545330,31 manat, 2022 yanvarmay ayları üzrə 898171,27 manat olmaqla cəmi 2443501,58 manat olmasına baxmayaraq dövr üzrə təqdim edilmiş bəyannamələrə əsasən dövriyyəniz 957170,00 manat olduğu üçün 1486331,58 manat kənarlaşma yaranmışdır. Kənarlaşma üzrə 226728,54 manat vergi məbləği hesablanmalıdır. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********431700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir.Lakin vergi ödəyicisi tərəfindən qeyd edilən məktuba heç bir əsaslı münasibət oildirilmədiyi üçün vergi orqanı tərəfindən 2022-ci ilin iyul ayına əlavə dəyər vergisi bəyannaməsi üzrə 226728,54 manat kameral qaydada vergi məbləği hesablanılmış və vergi ödəyicisinə vergi orqanının “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının nesablanması barədə” xx.xx.2022-ci il tarixli **********180600 nömrəli kameral hesablama barədə qərar göndərilmişdir.Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Həmin Məcəllənin 67.1 -ci, 67.1.3-cü, 67.1.6-cı və 67.1.9-cü maddələrinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1 -ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri və vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlardan, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara - “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********180600 nömrəli qərarın surəti, cavabdehin etirazı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 9/3813 nömrəli, 21 iyul 2023-cü il tarixli ekspert rəyi və digər sənədlər. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir və iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ barəsində vergi orqanı tərəfindən vergi borcunu hesabladığı vaxtdan yaranmış olur. Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq 2 saylı Ərazi Vergilər Baş İdarəsi hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, mübahisə predmeti olan qərar Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmişdir, cavabdeh təşkilatın hüquqi ünvanı ünvan 1t göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə vergi yığımları 2 saylı Ərazi Vergilər Baş İdarəsinin səlahiyyətlərinə aiddir. Belə olduğu tədqirdə 2 saylı Ərazi Vergilər Baş İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, hazır ki, iddia tələbi mübahisələndirmə iddia tələbi növünə aid olduğuna görə məhkəmədə iddia tələbi qaldırmadan öncə qərarın ləğv edilməsi ilə bağlı Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət etməsinə, yəni pretenziya qaydasına riayət olunmasına zərurət yoxdur. Mübahisələndirmə növündə iddia tələbi üzrə prosessual müddətlərə riayət olunması imperativ xarakter daşıyır. İş materiallarından məlum olur ki, İddiaçı barəsində 2 saylı Ərazi Vergilər Baş İdarəsinin tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********180600 nömrəli qərarından məhkəmədə iddia qaldırmaq üçün nəzərdə tutulmuş prosessual müddətlərin ötürülməməsi məlum olur. İddia tələbinin məhkəmə aidiyyatının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Sumqayıt şəhəri 44-cü məhəllə ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəməyə təqdim edilmiş iş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin əməkdaşları tərəfindən iddiaçıda Vergi Məcəlləsinin 50.2.2-ci maddəsinə əsasən aksiz markaları ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müəyyən olunmuş qaydalara əməl olunmasına nəzarət, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərə(xidmətlərə) cəlb edilməsi hallarına nəzarət edilməsi məqsədilə operativ vergi nəzarəti (bundan sonra -OVN) tədbiri həyata keçirilmişdir. Tədbir zamanı 1 (bir) nəfər şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərə cəlb edildiyi müəyyən edilməklə 2000,0 manat, eyni zamanda X2 çeki təqdim edilmədən pul hesablaşması aparıldığına görə 1000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin həmin tədbir zamanı iddiaçıya məxsus elektron məlumatlar və dəftərlər götürülmüş, bununla bağlı **********443800 nömrəli xidməti məruzə ilə cavabdehə müraciət olunmuş, cavabdeh isə həmin məlumatlar əsasında mübahisələndirilən qərarı qəbul etmişdir. Qeyd olunanlarla bağlı Məhkəmə bildirir ki, hazırkı mübahisənin predmetini kameral qaydada həyata keçirilən hesablama təşkil etsə də, mübahisələndirilən inzibati akt məhz OVN tədbir nəticəsində məcburi götürülən sənədlər əsasında həyata keçirildiyi üçün həmin hissədə vergi orqanının hərəkətlərinin qanuniliyinə qiymət verilməlidir. Bununla bağlı bildirilir ki, Vergi Məcəlləsinin 50.6-cı maddəsinə görə, operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 43.5-ci maddəsinə görə, səyyar vergi yoxlaması zamanı vergilərin hesablanması üçün zəruri olmayan sənədlərin və nümunə kimi əşyaların götürülməsi qadağandır. Həmin Məcəllənin 43.8-ci maddəsinə görə, sənədlərin və nümunə kimi əşyaların götürülməsi barədə bu Məcəllənin 48-ci maddəsinin tələblərinə riayət etməklə protokol tərtib edilir. Həmin Məcəllənin 43.11-ci maddəsinə görə, vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Göründüyü kimi, vergi orqanları OVN tədbiri zamanı yalnız həmin tədbirin əhatə etdiyi məsələyə dair sənədləri vergi ödəyicisindən tələb edə bilər. Bu tələb könüllü şəkildə yerinə yetirilmədikdə isə vergi orqanı həmin sənədləri yalnız məhkəmə qərarı əsasında götürə bilər. Həmçinin, OVN tədbiri zamanı götürülən elektron yaddaş qurğusunda olan məlumatlar və dəftərlər həmin tədbirin predmetinə uyğun olmamışdır. Belə ki, yuxarıda qeyd olunduğu kimi, tədbir əmək münasibətlərinin, X2 istifadə qaydalarının və aksizli mallarla bağlı qaydalara riayət olunub-olunmaması məqsədilə həyata keçirilmişdir.Vergi orqanı isə həmin məsələlərə nəzarəti həyata keçirmək üçün zəruri olmayan məlumat və sənədləri götürmüşdür. Belə ki, iddiaçıya məxsus proqram təminatından götürülən məlumatların emal edilməsi xüsusi bilik tələb edən sahə olduğu üçün vergi orqanı həmin prosesi hər hansı mütəxəssisin iştirakı ilə həyata keçirməli idi. Lakin qeyd olunanlara dair hər hansı sübut iş materialında mövcud deyil. İddiaçı özü də proqram təminatı üzrə çıxarışı məhkəməyə elektron qaydada təqdim etmişdir ki, həmin məlumatlar vergi orqanının təqdim etdiyi göstəricilərlə uzlaşmır. Bu hal isə proqram təminatından əldə olunan məlumatların emalı prosesinin obyektivliyini şübhə altına alır. Göründüyü kimi, cavabdeh hesablama apararkən vergi orqanın Vergi Məcəlləsinin 43-cü maddəsinin tələbləri pozulmaqla əldə etdiyi məlumatlara istinad etmişdir. (Qeyd olunan hüquqi mövqe iş materialına əlavə olunan Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-1245/2022 saylı iş üzrə Qərarında da əksini tapmışdır). Məhkəmə həmçinin bildirir ki, Vergi Məcəlləsinin 37.1-ci maddəsinə görə, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Hazırkı işin hallarından isə müəyyən olunur ki, hesablama vergi orqanının iddiaçının fəaliyyət göstərdiyi obyektə getməklə və oradan proqram təminatındakı məlumatları əsassız olaraq götürməklə həyata keçirilən tədbir nəticəsində aparılmışdır. (Qeyd olunan hüquqi mövqe iş materialına əlavə olunan Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023cü il tarixli 2-1(102)-1205/2022 saylı iş üzrə Qərarında da əksini tapmışdır). Eyni zamanda, Məhkəmə bildirir ki, proqram təminatından əldə olunan məlumatların və dəftərlərin ilk növbədə həqiqətən iddiaçıya məxsus olub-olmaması, kim tərəfindən tərtib olunması, proqram təminatının baza məlumatlarının açıq olub–olmaması, mühafizə ilə təmin edilib-edilməməsi, məlumatlara istənilən formada dəyişiklik edilib-edilməməsi imkanı müəyyən olunmalıdır. Bundan başqa, qeyd olunan məlumatlar vergi hesablaması üçün yetərli hesab olunması üçün müəyyən məlumatları əks etdirməlidir. Yəni, qeydlərin hansı əməliyyata aid olması (alış, satış, borc, barter və ya digər), əməliyyatın mal, iş və ya xidmət olması, malın(işin, xidmətin) adı, ölçü vahidi, miqdarı, hansı dövrdə aparılması, göstərilən rəqəmlərin pul vahidini ifadə etməsi və faktiki olaraq daxil olub-olmaması məsələləri müəyyən olmalıdır ki, düzgün hesablama üçün əsas versin. Cavabdeh inzibati orqanın işə əlavə etdiyi hesablamaya əsas olan sənədlərin iddiaçıya məxsusluğuna dair hər hansı mötəbər sübut mövcud deyil. Belə ki, cavabdehin işə əlavə etdiyi diskdə əks olunan “24 Bol Market” faylında eyni adlı cədvəl əks olunmuş və oxunması mümkün olmayan tərzdə həmin vərəqədə qeyd aparılaraq “xx.xx.2022”-ci il tarixinə imzalandığı göstərilmişdir. Aparılmış həmin qeydi araşdıraraq məhkəmə bildirir ki, OVN tədbiri xx.xx.2022-ci il tarixdə həyata keçirilmiş və eyni tarixdə iddiaçıya komputer avadanlığı ilə hazırlanmış formada dövriyyə əks olunan sənəd imzalatdırılmışdır. Vergi orqanı proqram təminatında əks olunmuş məlumatları xx.xx.2022-ci il tarixdə götürmüşdürsə, qeyd olunan dövriyyələrin kompüter avadanlığı vasitəsilə ümumiləşdirilərək həmin tarixdə cədvəl formasında əks olunub iddiaçıya imzalanması üçün təqdim olunması qeyd olunan sənədin mötəbərliyini şübhə altına alır. Həmçinin, qeyd aparan şəxsin yazı bacarığına malik olmaması görünür. Bu fakt isə onun hazırkı mübahisə üzrə göstərilən sahibkarlıq fəaliyyətini həyata keçirmədiyi fikrini formalaşdırır. Lakin vergi orqanı qeyd olunan halı da araşdırmamışdır. Eyni zamanda, cavabdehin işə əlavə etdiyi diskdə əks olunan “24 Bol Market” faylında əks olunan excel və pdf formatlı fayllarda vergi hesablaması üçün əsas olan vacib məlumatlar mövcud deyildir. Belə ki, dəftərlərdəki qeydlərin hansı əməliyyatı əks etdirməsi, malın (işin, xidmətin) adı, ölçü vahidi, miqdarı, qeydlərdəki rəqəmlərin pul vahidini ifadə edibetməməsi, ifadə etdiyi halda pulun daxil olub-olmaması, qarşı tərəf vergi ödəyicilərinin kimliyi müəyyən olunmalı, qeyd olunanlarla bağlı vergi orqanlarına verilmiş səlahiyyətlər çərçivəsində tədbirlər görülməklə təkzibolunmaz mötəbər sübutlar əldə edilməli idi. Lakin, hazırkı mübahisə üzrə cavabdehin təqdim etdiyi sənədlərdəki göstəricilərin iddiaçıya məxsus olması sübuta yetirilməməklə yanaşı, həmin məlumatlar vergilərin hesablanması üçün yetərli hesab olunacaq yuxarıda sadalanan əsasları əks etdirmir. Bundan əlavə, cavabdeh tərəfindən iş materiallarına əlavə olunan diskdə “2021aprel-2022-may” adlı pdf faylı və “İddiaçı NEÖV) **********) aparılan ilkin araşdırmanın nəticəsi barədə Arayış” əlavə olunmuşdur. Qeyd olunan fayllar araşdırılarkən müəyyən olunmuşdur ki, cavabdeh hesablama aparılması üçün bir-birindən kəskin məbləğlə və metodla fərqlənən 2 variant müəyyən etmiş, sonda isə yüksək məbləğ olan variant üzərində hesablama aparmışdır. Bununla da müəyyən olunur ki, cavabdeh özü də apardığı hesablamanın vahid olaraq düzgünlüyünə şübhə etmiş, fərqli yanaşmalarla hesablama aparılması imkanlarını göstərmişdir. Göründüyü kimi, vergi hesablamasının variant seçimi əsasında aparılması həmin hesablamanın vergi qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada həyata keçirilmədiyini əks etdirir. Məhkəmə həmçinin bildirir ki, cavabdeh xx.xx.2021-xx.xx.2022 dövrü üzrə əməliyyatları qeyd etsə, ƏDV üzrə hesablamanı 2022-ci ilin iyul ayı üzrə aparmışdır.Bununla bağlı bildirilir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 12-ci, 177.2. və 178-ci maddələrində aşağıdakılar göstərilmişdir: Vergi Məcəlləsinin 12-ci maddəsinə görə, vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 1.vergitutma obyekti; 2.vergitutma bazası; 3.vergi dövrü; 4.vergi dərəcəsi; 5.verginin hesablanması qaydası; 6.verginin ödənilməsi qaydası və müddəti 177.2. ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verilir.
178. ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Göründüyü kimi, cavabdeh tərəfindən ƏDV hesablanarkən Vergi Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələbləri nəzərə alınmamış, hesablama aparılan ay üzrə əməliyyatlar deyil, əvvəlki dövrün məlumatlarına istinad olunmaqla vergi qanunvericiliyinin müddəaları pozulmuşdur. Həmçinin, məhkəmənin 2-1(118)-2218/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aparılmış hesablamaya dair suallar qoyulmuşdur. Təqdim edilən xx.xx.2023-cü il tarixli 9/3813 nömrəli ekspert rəyi üzrə aşağıdakılar göstərilmişdir: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən 21.10,2022-ci il tarixli, **********180600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla hesablanmış vergi məbləğinin düzgünlüyü müəyyən olunmur. Eyni zamanda qeyd edilir ki, yuxarıda göstərildiyi və iş materiallarından göründüyü kimi, xx.xx.2022-ci il tarixli, **********180600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” qərar əsasında əlavə olaraq hesablanmış əlavə dəyər vergisi ciddi hesabat blankı hesab olunan sənəndlər əsasında deyil, vergi ödəyicisinə məxsus elektron yaddaş qurğusunda olan məlumatlara və 2 (iki) ədəd dəftərə istinad edilməklə müəyyən edilmişdir. Bununla bağlı qeyd edilir ki, hazırkı iş üzrə “qara mühasıbatlıq” sənədləri əsasında hər hansı hesablamanın müəyyən edilməsi imkan xaricindədir. Belə ki, “qara mühasibatlıq” sənədlərinin təqdim edilməli olması ilə yanaşı, həmin “qara mühasıbatlıq” sənədlərində olan yazılışların bilavasitə vergi ödəyicisi üztə aparılmış əməliyyatlara (alış, satış, borc və ya digər) aid olub-olmaması, “qara mühasibatiıq” adlanan sənədlərdə olan yazılışları icra edən şəxs, yazılışların hansı dövrə aid olması, alqı-satqı və digər əməliyyatların predmeti olan malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, göstərilən rəqəmlər pul vəsaitini ifadə edirsə həmin vəsaitin faktiki olaraq daxil olub- olmaması, proqram təminatının baza məlumatının açıq məlumat olubolmaması, mühafizə ilə təmin edilib-edilməməsi, məlumatlara istənilən formada dəyişiklik edilib- edilməməsi imkanı və s. müəyyən olunmalıdır ki, həmin sənədlər mötəbər hesab edilsin. Hazırkı iş üzrə “qara mühasibatiıq adlanan elektron yaddaş qurğusunda və dəftərlərdə əksini tapmış məlumatların hansı əməliyyata aid olması (alış, satış və ya diger), rəqəmlərin pul ifadəsi, malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, göstərilən rəqəmlər pul vəsaitini ifadə edirsə həmin vəsaitin faktiki olaraq daxil olubolmaması müəyyən edilmir. Əlavə olaraq bildirilir ki, hazırkı iş üzrə “qara mühasibatiıq” adlanan sənədlər (elektron yaddaş qurğusunda olan məlumatlar və s.) mötəbər hesab olunsa belə, yuxarıda da qeyd edildiyi kimi, vergi orqanı tərəfindən həmin melumatlar əsasında vergilər hesablanarkən vergi ödəyicisinin dövriyyəsindən ƏDV-dən azadolmalar nəzərə alınmalı və Vergi Məcəlləsinin hazırkı rəyin tədqiqi hissəsində də göstərilən tələblərinə uyğun hesablama aparılmalı idi. Buna görə də, aparılmış hesablama təsdiqini tapmır. Təqdim edilmiş iş materiallarında olan mühasibat sənədlərinə, bəyannamələrə əsasən isə İddiaçı 04/20xx-xx/2022 dövrü üzrə ƏDV-yə cəlb olunmalı dövriyyəsi və həmin dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələrinin vergi ödəyicisinin uçot sənədlərinin göstəricilərinə uyğun olub-olmaması aşağıdakı kimi müəyyən olunur. Vergi ödəyicisinin kassa sənədlərinə əsasən ƏDV-li dövriyyə məbləğləri : 04/2021- 64295,23 manat, 05/2021-61677.25 manat, 06/2021- 64820.48 manat,07/2021- 62529.47 manat, 08/2021 - 66378.77 manat, 09/2021- 71053.53 manat, 10/2021- 69649.53 manat, 11/2021- 67936.74 manat, 12/2021 - 76154.3 manat, 01/2022- 73522,38 manat, 02/2022- 65960.37 manat, 03/2022 - 76567.66 manat, 04/2022 - 82675.8 manat, 05/2022-85316.62 manat, ümumilikdə pərakəndə satış dövriyyəsi ƏDV- li 988538.13 manat təşkil etmişdir. Bununla da 04/20xx-xx/2022 dövrü üzrə vergi ödəyicisinin ƏDV-yə cəlb olunmalı dövriyyəsi 837744,17 manat (988538.13/1.18) təşkil edir. İş materiallarında əks olunan sənədlərə əsasən vergi ödəyicisi tərəfindən qeyd olunan dövr üzrə ƏDV bəyannamələrində göstərilən dövriyyə məbləği ƏDV-li 957170,0 manat təşkil edir. Bununla da, vergi ödəyicisinin 04/2021 - 05/2022 dövrü üzrə ƏDV-yə cəlb etdiyi dövriyyəsi = 811161,01 manat (957170,0 /1,18) təşkil etmişdir. Qeyd olunanlara əsasən, 04/20xx-xx/2022 dövrü üzrə vergi ödəyicisinin uçot sənədləri ilə bəyannamə məlumatları arasında 26583,16 manat dövriyyədən (837744,17 - 811161,01) x 18 % = 4784,97 manat ƏDV məbləği fərqi mövcuddur. Yəni, iş materiallarında olan mühasibat sənədlərinə, bəyannamələrə əsasən İddiaçı 04/20xx-xx/2022 dövrü üzrə ƏDV-yə cəlb olunmalı dövriyyəsi 837744,17 manat və həmin dövr üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş ƏDV bəyannamələri ilə vergi ödəyicisinin uçot sənədlərinin göstəriciləri arasında 26583,16 manat məbləində fərqin olması müəyyən olunur.Yəni vergi ödəyicisi tərəfindən dövlət büdcəsinə 4784,97 manat məbləğində ƏDV az hesablanmışdır. Göründüyü kimi, ekspert rəyi üzrə iddiaçının xx.xx.2021-xx.xx.2022 dövrü üzrə uçot sənədlərinə əsasən 4784,97 manat ƏDV-nin az hesablandığı əks olunsa da, mübahisələndirilən inzibati akt həmin dövrü deyil, 2022-ci ilin iyul ayını əhatə etdiyi üçün qeyd olunan hissədə azaldılmış vergilər iyul ayının göstəricilərində əks oluna bilməz. Odur ki, məhkəmə iddianı tam həcmdə əsaslı sayır. Belə ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2,53.3 və 54.0.1-ci maddələri) İstinad olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıya vergi yoxlamasının nəticəsi olaraq vergi məbləği hesablanarkən yuxarıda sadalanan pozuntulara yol verildiyindən, inzibati orqan qəbul etdiyi inzibati aktı əsaslandıra, həmçinin onun qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən, mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********180600 nömrəli qərarı ləğv edilməli və həmin qərara əsasən hesablanmış əlavə vergi məbləği silinməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsindən 100 (yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14, 68, 69, 73, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022ci il tarixli **********180600 nömrəli qərarı ləğv edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsindən 100 (yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ceyhun Məmmədov