Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2221/2021 17.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədirliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “müəssisənin şəxsi hesab vərəqəsində qeyd edilən 38062,3 manat təsdiqlənməmiş azalmanın ləğv edilməsi və oktyabr 2021-ci il ƏDV bəyannaməsinə kameral münasibət bildirilməsi“ tələbinə dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia qaldıraraq “müəssisənin şəxsi hesab vərəqəsində qeyd edilən 38062,3 manat təsdiqlənməmiş azalmanın ləğv edilməsi və oktyabr 2021-ci il ƏDV bəyannaməsinə kameral münasibət bildirilməsi“ tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 11 noyabr 2021-ci il tarixdə məhkəməyə "xxxx" MMC-nin nümayəndəsi X1 iddia ərizəsinin və müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin geri qaytarılmasına dair ərizəsi daxil olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsinin qaytarılmasına dair ərizəsi tərəflərin hüquqlarına və qanunla qorunan mənafelərinə toxunmur və prosesual qanunvericiliyin tələblərinə zidd deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən həmin Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “müəssisənin şəxsi hesab vərəqəsində qeyd edilən 38062,3 manat təsdiqlənməmiş azalmanın ləğv edilməsi və oktyabr 2021-ci il ƏDV bəyannaməsinə kameral münasibət bildirilməsi“nə dair iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh küçəsi 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-2221/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2221/2021
17.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver