Məhkəmə qərarları › İş №2-1(118)-2223/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2223/2023

10.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2223/2023 10.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Məhdud Məsuliyyyətli Cəmiyyətinə qarşı işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkünlüyünü ünvan 1 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Məhdud Məsuliyyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 30 may 2019-cu il tarixdə Şamaxı rayon İcra Hakimiyyəti tərəfindən DOST İş Mərkəzinin xətti ilə sosial işlə təmin olunmuşdur. Belə ki, o üçüncü qrup əlil olmaqla yanaşı himayəsində nevroloji xəstə olan azyaşlı uşağı vardır. Həyat yoldaşı işləmir. İşə qəbul olarkən iddaçıya izah edilmişdir ki, işi xəstə uşağına qulluq etməkdən ibarət olacaqdır. Hər yoxlama gələndə gəlib onun evində söhbətləşmə aparıb,uşağı ilə maraqlanıb getmişlər. O, 4 il ərzində həmin işdə işləyib 285 manat əmək haqqı almışdır. Hər il rayon İcra Hakimiyyətinə gedin əmək müqaviləsi bağlamışdır. 2022ci ilin iyul ayında onun əmək haqqı ödənilməmişdir. O, şikayətlə rayon İcra Hakimiyyətinə getmişdir. İcra Hakimiyyəti Başçısının göstərişin əsasən yenidən işə bərpa edilmişdir. 2022-ci ilin noyabr ayında yenidən maaşı kəsilmişdir, səbəbi ilə maraqlananda ona yenidən işdən çıxarıldığı bildirilmişdir. Bundan sonra o, rayon İcra Hakimiyyəti və DOST Xidmət Mərkəzinə müraciət etmişdir. Lakin müraciətləri təmin olunmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahan verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X4 iddianı qəbul etmədi və izah etdi ki, pandemiya dövründə vətəndaşlara humanistlik prinsipi ilə yanaşılaraq DOST Xİdmət Mərkəzi tərəfindən aztəminatlı vətənadaşlarla əmək müqaviləsi bağlanmış və işə götürülmüşlər. Lakin artıq pandemiya bitdikdən sonra həmin işçilərin saxlanılmasına zərurət qalmamışdır. Gösətərilən işlərdə işləmək üçün 1 ay, 2 ay müddətinə müqavilələr bağlanılır. Bundan başqa iddiaçı ilə yaranmış münasibətlər əmək müqaviləsi əsasında yarandığından hazırki iddiaya inzibati məhkəmə icraatında baxıla bilməz. Məhkəmə iş materiallarını araşdıraraq, tərəfləri dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarından göründüyü kimi tərəflər arasında yaranmış münasibətlərin əsası əmək müqaviləsi olmuşdur. Hazırda iddiaçının tələbi işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədədir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Lakin, hazırki iddia tələbi üzrə mübahisə inzibati deyil, mülki-hüquqi xarakterlidir. Bu səbəbdən də hazırki iddia tələbinə inzibati məhkəmə icraatı çərçivəsində baxıla bilməz. Əmək müqaqviləsi mülki-hüquqi münasibətlərindən əmələ gələrək həmin münasibətlərin nəticəsi kimi ifadə olunur. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının 15.3-cü bəndinə görə mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı X2 cavabdehlər Qusar rayonu Dövlət notariat kontoru, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və qeyrilərinə qarşı iddia müddətinin bərpa edilməsi, Qusar rayon Dövlət Notariat Kontoru tərəfindən xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi və iddiaçılara məxsus 7.22 ha torpaq sahəsinin qaytarılması öhdəliyinin cavabdehlər Qusar rayon Dövlət Notariat Kontoru və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat İdarəsinə həvalə edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh Məhdud Məsuliyyyətli Cəmiyyətinə qarşı işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar