Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2223/2024 25.11.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi ilə, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “İddiaçı dair tərtib olunmuş məlumat vərəqəsinin iddiaçının aldığı bütün əlavələrin nəzərə alınaraq yenidən tərtib olunaraq Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi, vurulmuş ziyana görə 5 illik pul təminatı məbləğində kompensasiyanın iddiaçıya ödənilməsi, “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 20.6-cı maddəsinə əsasən iddiaçının xidmət etdiyi xx.xx.1999-cu ildən xx.xx.2021-ci il tarixinə qədər olan dövr üçün hər il məzuniyyətə çıxarkən verilməli olan iki aylıq pul təminatı məbləğində müavinətin və həmin dövr üzrə həmin qanunun 20.7-ci maddəsinə əsasən müalicə olunması ilə əlaqədar ildə bir dəfə verilməli olan iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinətin, eləcə də paraşütlə tullanmaq üçün pul mükafatının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabdehin üzərinə İddiaçı dair tərtib olunmuş məlumat vərəqəsinin iddiaçının aldığı bütün əlavələrin nəzərə alınaraq yenidən tərtib olunaraq Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi, yeni pul təminat xərcliyi əsasında hesablanan üç illik təminatı məbləğində kompensasiya məbləğinin iddiaçıya ödənilməmiş hissəsinin və vurulmuş ziyana görə 5 illik pul təminatı məbləğində kompensasiyanın iddiaçıya ödənilməsi, Kəşfiyyat və əks-kəşfiyyat haqqında Azərbaycan Respublikasının Qanununun 20.6-cı maddəsinə əsasən iddiaçının xidmət etdiyi xx.xx.1999-cu ildən xx.xx.2021-ci il tarixinə qədər olan dövr üçün hər il məzuniyyətə çıxarkən verilməli olan iki aylıq pul təminatı məbləğində müavinətin və həmin dövr üzrə həmin qanunun 20.7-ci maddəsinə əsasən müalicə olunması ilə əlaqədar ildə bir dəfə verilməli olan iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinətin, eləcə də paraşütlə tullanmaq üçün pul mükafatının ödənilməsi üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dair dəqiqləşmə ərizəsi təqdim edərək, “İddiaçı dair tərtib olunmuş məlumat vərəqəsinin iddiaçının aldığı bütün əlavələrin nəzərə alınaraq yenidən tərtib olunaraq Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi, vurulmuş ziyana görə 5 illik pul təminatı məbləğində kompensasiyanın iddiaçıya ödənilməsi, “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 20.6-cı maddəsinə əsasən iddiaçının xidmət etdiyi xx.xx.1999-cu ildən xx.xx.2021-ci il tarixinə qədər olan dövr üçün hər il məzuniyyətə çıxarkən verilməli olan iki aylıq pul təminatı məbləğində müavinətin və həmin dövr üzrə həmin qanunun 20.7-ci maddəsinə əsasən müalicə olunması ilə əlaqədar ildə bir dəfə verilməli olan iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinətin, eləcə də paraşütlə tullanmaq üçün pul mükafatının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 1994-cü ildən 1999-cu ilədək kursant kimi təhsil almış, 1999-cu ildən təxris olduğu xx.xx.2021-ci il tarixinə qədər Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin tərkibində tabor komandiri kimi xidmətdə olmuşdur. 2020-cı ildə Vətən Müharibəsində iştirak etmiş, Kəlbəcər, Cəbrayıl, Xocavənd rayonlarının və Şuşa şəhərinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuş, müxtəlif medallarla təltif olunmuşdur. Ehtiyata buraxıldıqdan sonra pul təminatına dair arayış tərtib olunaraq 3 illik təminat xərcliyi həcmində kompensasiya məbləği hesabına köçürülmüşdür. Lakin pul təminatında iddiaçının xidmət etdiyi illər ərzində aldığı bütün əlavələr deyil, yalnız vəzifə, hərbi rütbə maaşı, xidmət illərinə görə faiz əlavəsi və ixtisas dərəcəsi göstərilmiş, ümumilikdə 1701.7 manat pul təminatı hesablanmışdır. İddiaçının xidmət göstərdiyi sahə Kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinə aid olduğu üçün ona xidməti illər zamanı daim bu məbləğdən daha yuxarı məbləğ bank hesabına köçürülmüş, ehtiyata buraxılmamışdan qabaq sonuncu dəfə 4307.80 manat məvacib almışdır. Bu da onu göstərir ki, iddiaçı bütün xidməti illər zamanı aldığı aylıq əmək haqqısı pul təminatı haqqında arayışda qeyd olunan məbləğdən çox olmuşdur. Bununla əlaqədar cavabdehə müraciət olunsa da, cavabdehin xx.xx.2023-cü il tarixli cavab məktubu ilə iddiaçının tələbinin icrasından imtina olunmuşdur. Buna görə də iddiaçının xidməti illər zamanı aldığı bütün əlavələrin hesablanaraq məlumat vərəqəsinə düzəliş olunmasına zərurət vardır. Qeyd olunan təminat xərcliyinin düzgün hesablanmaması iddiaçıya ödənilən həm kompensasiya məbləğində, həm də pensiya məbləğində öz əksini tapmışdır. Cavabdeh bununla bağlı cavab məktubunda qeyd etmişdir ki, hərbi qulluqçuların vəzifə və rütbə maaşlarına xidməti vəzifələrinin icra edildiyi dövrdə tətbiq edilən artım əmsalları (qatlar) xidmətdə olan hərbi qulluqçuların hərbi xidmətinin stimullaşdırılması məqsədilə yalnız xidmət dövründə ödənilir və bu əmsallar (qatlar) daimi xarakter daşımır. Eyni zamanda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 562 nömrəli Qərarına istinad olunaraq, iddiaçıya verilən əlavələrin həmin qərarda göstərilmədiyi qeyd olunmuşdur. Halbuki işin mübahisəsiz halıdır ki, iddiaçı xidməti dövrdə vəzifə maaşına əlavələr almışdır. Əgər cavabdehin qeyd etdiyi kimi bu əlavələr Nazirlər Kabinetinin siyahısında əks olunmayıbsa, bu əlavələrin verilməsi də qanunsuz olardı. Halbuki rəsmi qaydada, bank kartına köçürmə yolu ilə, istisnasız bütün xidməti dövrdə aldığı əlavələrin qanunsuz olmasını iddia etmək tamamilə absurddur. Xüsusilə qeyd olunmalıdır ki, bu əlavələrin müvəqqəti xarakter daşıdığı qeyd olunmuşdur. Burada fərq ondan ibarətdir ki, iddiaçıya verilən əlavələr hər hansı şərtdən asılı olmamış, hər hansı zaman (xəstəlik, ezamiyyətdə olarkən və s.) verilməsi dayandırılmamış, bu əlavələrdən məcburi dövlət sosial sığorta haqqı tutulmuşdur. Bununla da sübut olunur ki, iddiaçıya verilən əlavələr müvəqqəti xarakter daşımamışdır. İndiki halda iddiaçının sosial təminat hüquqları həm də ona görə pozulur ki, xidməti dövrdə hesablanan 3000 manat əmək haqqından 500 manatdan çox məcburi dövlət sosial sığorta haqqı tutulmuş və iddiaçı təxminən 2500 manat əmək haqqı almışdır. Bu tutulan vəsaitlərin mahiyyəti ondan ibarətdir ki, gələcəkdə həmin vəsaitlər şəxsə pensiya olaraq geri qaytarılsın. Bu halda isə iddiaçı həm böyük miqdarda sosial sığorta haqqı ödəmiş olur, həm də onları pensiya olaraq əldə edə bilmir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri: İşlə bağlı təyin edilmiş şifahi məhkəmə iclasında iştirak etmiş İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İşlə bağlı təyin edilmiş şifahi məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı "5 illik pul təminatı həcmində sığorta ödənişinin" iddia tələbi ilə bağlı aşağıdakıları bildirirlər: "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 418-VİQD nömrəli Qanun 3 dekabr 2021-ci il tarixdə qəbul edilmişdir. 3 dekabr 2021-ci il tarixli Qanunda göstərilmişdir: 2.1.3."sığortaolunan - barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər"; 4,1. Sığortaolunan on bir min manat məbləğində sığorta edilir. 4.2. Sığorta haqqı bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Müdafiə Nazirliyində xidmət edən hərbi qulluqçular, o cümlədən kəşfiyyat və əkskəşfiyyat subyektlərinin əməkdaşları "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə uyğun olaraq sığortalanırlar. Həmin Qanunun 4-cü maddəsində sığortaedən, yəni Müdafiə Nazirliyi tərəfindən sığorta şirkətinə hər bır hərbi qulluqçu üçün ödənilməli olan sığorta məbləği, 5-ci maddəsində isə sığorta hadisələri və qruplar üzrə sığorta ödənişlərinin məbləği göstərilmişdir. Bu qanunun tələblərinə uyğun olaraq sığorta hadisəsi baş verdikdə, hərbi qulluqçulara, o cümlədən kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin əməkdaşlarına sığorta ödənişləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (01.01 2022-ci ilə qədər Dövlət Kommersiya Sığorta Şirkəti) tərəfindən aparılır. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun 10.5-ci maddəsinə əsasən yeni normativ hüquqi akt, eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. Qeyd edilən normaların məzmunundan aydın olur ki, Sizə münasibətdə "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının xx.xx.2004-cü iltarixli 711- İİQ nömrəli Qanunu tətbiq edilə bilməzdi. Belə ki, sözügedən Qanun 2004-cü ildə qəbul olunsa da, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 418-VİQD nömrəli Qanun 3 dekabr 2021-ci il tarixdə qüvvəyə minmişdir. Göründüyü kimi, Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişiklik yeni qəbul olunduğundan daha üstün hüquqi qüvvəyə malikdir. "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun 2.1.2-ci yarımbəndində nəzərdə tutulan "xxxx" dedikdə, 01.01,2022-ci il tarixədək Dövlət Kommersiya Sığorta Şirkəti, həmin tarixdən sonra isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu nəzərdə tutulur. Hərbi qulluqçulara sığorta ödənişi qeyd edilən orqanlar tərəfindən həyata keçirilir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 62 nömrəli Qərarı ilə təsdiq edilmiş "Sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların və sığortalıların sığortaçıda uçotu, habelə sığortalılar tərəfindən dövlət icbari şəxsi sığorta haqlarının hesablanması, sığortaçıya ödənilməsi, ödənilməsinə nəzarət və artıq ödənilmiş dövlət icbari şəxsi sığorta haqlarının qaytarılması QaydasTnm 7.1.3-cü yarımbəndində Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər və mülki müdafiə qüvvələrinin şəxsi heyəti üzrə sığorta haqları on bir min manat sığorta məbləğinin 1 (bir) faizi miqdarında müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq bildirirlər ki, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşları, "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının xx.xx.2004-cü il tarixli 711-İİQ nömrəli Qanununun 20.11-ci maddəsi ilə deyil, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 296-İQ nömrəli Qanunu(bu Qanuna dəyişiklik edilməsi barədə 418-VİQD nömrəli3 dekabr 2021-ci il tarixli Qanun nəzərə alınmaqla) və Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 62 nömrəli Qərarı ilə sığorta olunurlar.
2. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydaya uyğun olaraq xəsarət (yaralanma, travma, kontuziya) almış xəstəliklə əlaqədar sağlamlığına ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarına 3 illik miqdarında kompensasiyanın ödənilməsinə dair. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində xüsusi təyinatlı qüvvələrin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 04 may 2000-ci il tarixli 409-3 nömrəli Sərəncamının 2-ci bəndinin icrası ilə bağlı tərtib edilmiş Müdafiə nazirinin 03 fevral 2014-cü il tarixli 020 nömrəli əmrinə (məxfi olduğu üçün əlavə edilmir) uyğun olaraq N nömrəli hərbi hissənin, o cümlədən N nömrəli hərbi hissənin hərbi qulluqçularının vəzifə və hərbi rütbə maaşlarına xidməti vəzifələrinin icra edildiyi dövrdə artım əmsalları tətbiq edilir. Bu əmsallar həmin hərbi hissələrdə xidmət edən hərbi qulluqçuların xüsusilə ağır olan hərbi xidmətlərinin stimullaşdırılması məqsədilə yalnız xidmət dövrü ərzində ödənilir. Bu səbəbdən əmsallar daimi xarakter daşımır. Belə ki, Müdafiə nazirinin yuxarıda qeyd edilən əmrinin 3-cü bəndində göstərilir: "Xidməti vəzifələrin icra edilmədiyi dövrlərdə (xəstəlik (bilavasitə xidməti vəzifələrin icrası zamanı zədə, travma alınması səbəbindən hospitalda müalicə müddəti istisna olmaqla), təhsillə bağlı ezamiyyətlər, həbs) hərbi rütbə və vəzifə maaşları üzrə artım əmsalları tətbiq edilmədən ödənilsin." Göründüyü kimi, rütbə və vəzifə maaşlarına tətbiq olunan əmsallar daimi deyil, yalnız hərbi qulluqçunun kəşfiyyat subyektinin əməkdaşı qismində xidməti vəzifələrin icra edildiyi dövrdə ödənilir. Xidməti vəzifələrini icra etdiyi dövrlərdə iddiaçıya ödənilən hərbi rütbə və vəzifə maaşlarına tətbiq olunan artım əmsalları daimi xarakter daşımadığı üçün qeyd edilən əmsalların təminat xərcliyinə daxil edilməsi qanunsuz və əsassızdır. Qeyd edilənləri nəzərə alaraq bildirirəm ki, təminat xərcliyinə yalnız pul təminatının daimi xarakter daşıyan ödənişləri, o cümlədən: hərbi rütbə maaşı; vəzifə maaşı; xidmət illərinə görə faiz əlavəsi; məharət (ixtisas) dərəcəsinə görə əlavə daxil edilir. Pensiya təminatına dair. İddiaçı xx.xx.2021-ci il tarixdə hərbi xidmətdən tərxis olunarkən ona əmək pensiyası təyin olunması üçün "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5. maddəsinin, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 135 nömrəli xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları"nın tələblərinə uyğun olaraq hərbi xidmətdən buraxıldığı günə aldığı - aşağıda qeyd olunan ödəniş növlərindən ibarət təminat xərcliyi hesablanmışdır: vəzifə maaşından; rütbə maaşından; xidmət illərinə görə faiz əlavəsindən; vəzifə maaşından hesablanan ixtisas dərəcəsinə görə əlavədən; ərzaq payı əvəzinə verilən pul kompensasiyasından. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının xx.xx.1991-ci il tarixli 36 nömrəli Qanununun 10-cu maddəsinin 2-ci bəndində hərbi qulluqçulara təminat xərcliyi verilməsinin qaydası və bu xərcliyin normalarının dəyişdirilməsinin müəyyən edilməsi səlahiyyətləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilmişdir (Qanundan çıxarış əlavə olunur). Göstərilən Qanunun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.1992-ci il tarixli 633 nömrəli Fərmanının icrası ilə bağlı qəbul edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 562 nömrəli Qərarında hərbi qulluqçuların aylıq maaşlarına üstəlik verilən pul təminatı növləri göstərilmişdir (Qərarın surəti əlavə olunur). İddiaçı pensiya təyin edilməsi üçün məlumat vərəqində göstərilən pul təminatı növləri (təminat xərcliyi) Nazirlər Kabinetinin qeyd edilən Qərarına uyğun tərtib olunmuşdur. Hərbi qulluqçulara pul təminatının ödənilməsi qaydaları, Nazirlər Kabinetinin qeyd edilən Qərarının 2-ci bəndinin tələblərinə uyğun olaraq hazırlanmış Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında” Əsasnamə ilə tənzimlənir. Qeyd edilən Əsasnamənin tələblərinə uyğun olaraq hərbi qulluqçulara aid ödəniş növlərindən yalnız "uzun müddət xidmətə görə verilən faiz əlavəsi" eyni zamanda həm hərbi rütbə, həm də vəzifə maaşlarından, digər əlavələr isə yalnız vəzifə maaşından hesablanır. İddiaçıya xidmət müddətində tətbiq olunan artım əmsalları Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 562 nömrəli Qərarında nəzərdə tutulmadığından qeyd edilən artım əmsallarının pul təminatı növlərinə (təminat xərcliyinə) daxil edilməsi qanunsuz və əsassızdır. Belə ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.5. maddəsinin tələblərinə uyğun olaraq təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Bildirirlər ki, N nömrəli hərbi hissənin hərbi qulluqçularının hərbi rütbə və vəzifə maaşlarına xüsusi təyinatlı kəşfiyyat ixtisaslı hərbi qulluqçular üçün nəzərdə tutulan artım əmsallarının tətbiq edilməsi - bu maaşların bir neçə qat miqdarında olması kimi hesab edilir. Bu səbəbdən də xüsusi təyinatlı kəşfiyyat ixtisaslı hərbi qulluqçular üçün nəzərdə tutulan artım əmsallarının iddiaçı oğluna pensiya təyin edilməsi üçün tərtib edilmiş Məlumat vərəqində göstərilən pul təminatı növlərinə (təminat xərcliyinə) daxil edilməsi mümkün deyildir: Belə ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.5- ci maddəsindən də göründüyü kimi hərbi qulluqçuların aylıq vəzifə maaşı dedikdə, onların ştat üzrə təsdiq edilmiş bir qat, bir aylıq vəzifə maaşı nəzərdə tutulur. Bundan başqa bildirirlər ki, Azərbaycan Ordusunun xüsusi təyinatlılarından başqa, həm də bəzi hərbi hissələrdə xüsusi ağır qulluq şəraitini nəzərə alaraq Müdafiə nazirinin müvafiq əmrlərinə əsasən hərbi qulluqçuların aylıq vəzifə və rütbə maaşları müəyyən dövrlərdə bir neçə qat ödənilmişdi. Buna misal olaraq bildirirlər ki, hərbi qulluqçuların vəzifə və hərbi rütbə maaşları döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrdə - üç qat və iki qat, döyüş şəraitində döyüş əməliyyatlarında iştirak etməyə hazır olan hərbi hissələrdə - bir qat yarım, xüsusi təyinatlı qüvvələrdə - dörd qatadək, hərbi hava qüvvələrinin uçuş qalxma heyətində və uçuşların təhlükəsizliyini təmin edən vəzifələrdə isə 01 oktyabr 1997-ci il tarixədək beş qatadək olmuşdur. Bir daha qeyd edirlər ki, Müdafiə nazirinin əmri ilə bir neçə qat həcmində ödənilən maaşlar müvəqqəti xarakter daşıyır. Pensiya təyin olunarkən həmin qatların nəzərə alınması hərbi qulluqçular arasında onların sosial təminatı sahəsində ədalət prinsipinin pozulması vəziyyətinə gətirib çıxara bilər. Təsəvvür edin ki, bir hərbi qulluqçu uzun müddət (20 il) döyüş şəraitində yerləşən (Xüsusi təyinatlı qüvvələrə daxil olan) hərbi hissədə xidmət edir və xidmətdən buraxılmamışdan bir ay qabaq döyüş şəraitində olmayan (Xüsusi təyinatlı qüvvələrə daxil olmayan) və ya aylıq vəzifə maaşı bir qat olan hərbi hissəyə dəyişdirilərək xidmətdən tərxis edilir. Bu hərbi qulluqçuya pensiya bir qat maaşdan hesablanır. Digər hərbi qulluqçu isə uzun müddət döyüş şəraitində yerləşməyən hərbi hissədə xidmət edir və tərxis olunmamışdan bir ay qabaq döyüş şəraitində yerləşən hərbi hissədən tərxis olunur. Bu hərbi qulluqçuya isə iki və ya üç qat maaşdan pensiya təyin edilməsini digər hərbi qulluqçuya qarşı sosial ədalətsizlik kimi qiymətləndirmək olar. Əlavə olaraq bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 1-ci bəndində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağınş üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji X2 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili işlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması müəyyən edilmişdir. Həmin Qaydaların 2-ci bəndində isə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğ kimi göstərilmişdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Bu səbəbdən də, iddiaçı ehtiyatda olan polkovnik-leytenant İddiaçı sonuncu xidmət yeri olan N nömrəli hərbi hissə tərəfindən təqdim edilmiş MN № 036846 nömrəli 31 iyul 2021-ci il tarixli “Pul attestatına” müvafiq olaraq tərəfimizdən tərtib edilmiş MN-15358 nömrəli 01 sentyabr 2021-ci il tarixli “Məlumat vərəqi” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilmişdir. Əlavə olaraq bildirirlər ki, 'Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçularının vəzifə maaşləarının artırılması haqqında” Azərbyacan Respublikası Prezidentinin 07 noyabr 2023-cü il tarixli 2342 nömrəli Fərmanına müvafiq olaraq iddiaçı ehtiyatda olan polkovnik-leytenant İddiaçı daha öncə təyin olunmuş əmək pensiyasının yenidən hesablanması məqsədi ilə tərəfimizdən yenidən tərtib etdiyi MN-15358 nömrəli 30 yanvar 2024-cü il tarixli “Məlumat vərəqi” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Elektron məlumatlar bazası”na daxil edilmişdir. Məlumat üçün bildirirlər ki, iddiaçının iddiası təmin edildiyi təqdirdə, bu hal hərbi xidmətdən tərxis olunmuş, eləcə də hal-hazırda xidmətdə olan hərbi qulluqçuların çoxsaylı müraciətlərinə, məhkəmə mübahisələrinə və nəticədə külli miqdarda dövlət vəsaitinin qanunsuz və əsassız xərclənməsinə səbəb olacaqdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsini rəhbər tutaraq, məhkəmədən iddianın təmin edilməməsini xahiş edirlər.
3.Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli imtina məktubları;hesabdan çıxarışlar; №00074 saylı, № İ-8136 saylı; №İ-5264 saylı; № İ-216 saylı; № İ-89 saylı; № İ-128 saylı; № İ-192 saylı ; № İ-66425 saylı “Azərbaycan Respublikası Medalının Vəsiqəsi”; EZ ******* saylı hərbi biletin surəti və digər sənədlər aiddir.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü:
İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunun 2.1.3-cü maddəsinə əsasən sığortaolunan – barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərdir. Həmin Qanunun 4-cü maddəsinə əsasən: 4.1. Sığortaolunan on bir min manat məbləğində sığorta edilir. 4.2. Sığorta haqqı bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 4-4-cü maddəsinə əsasən: Dövlət icbari şəxsi sığortası məqsədilə sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların və sığortalıların sığortaçıda uçotu, habelə sığortalılar tərəfindən sığorta haqlarının hesablanması, sığortaçıya ödənilməsi, ödənilməsinə nəzarət və artıq ödənilmiş sığorta haqlarının qaytarılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 20 -ci maddəsinə əsasən: 20.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçularının sosial müdafiəsi "Hərbi qulluqçuların statusu haqqında", "Əmək pensiyaları haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunları, bu qanunla və digər qanunvericilik aktları ilə müəyyən edilir. 20.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının pul təminatı (təminat xərcliyi) vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, üstəlik verilən pul təminatının digər növlərindən, kompensasiyalardan və müavinətlərdən ibarətdir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri həmin subyektin hərbi qulluqçularına bu qanuna və xidmətin xüsusiyyətləri nəzərə alınmaqla digər qanunvericilik aktlarına əsasən üstəlik verilən pul təminatı növlərinin normalarını və ödəniş qaydalarını müəyyən edir. 20.3. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası qanununa və bu qanuna uyğun pensiya hüququna malik olan kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularına pensiya təyin edilən zamanı onların xidmətdən tərxis olunan günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda bütün növ pul təminatı (ərzaq payı əvəzinə verilən pul kompensiyasından başqa digər növ kompensasiya, birdəfəlik ödəmələr, müavinətlər, büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) nəzərə alınır. 20.4. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri həmin subyektin əməkdaşlarına peşəkarlığa, mühüm vəzifə və tapşırıqların yerinə yetirilməsinə, xidmətdə fərqlənməyə görə vəzifə maaşının 50 faizindən çox olmamaqla əlavələr təyin edə bilər. 20.5. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşının və onun ailə üzvlərinin yeni xidmət yerinə köçməsi və əmlakının daşınması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin hesabına həyata keçirilir. 20.6. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin hərbi qulluqçularına hər il məzuniyyətə çıxarkən iki aylıq pul təminatı məbləğində müavinət verilir. 20.7. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları (pensiyaya çıxmış əməkdaşlar da daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət verilir. 20.8. Yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədərki əmək stajı Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üçün onların xidmət illərinə hesablana bilər. 20.9. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının xarici dövlətlərin xüsusi xidmət orqanlarında və təşkilatlarında, həmçinin cinayətkar qruplarda tapşırıqlar yerinə yetirdiyi zaman xidmət müddəti Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, pensiya məbləğinin hesablanması, hərbi rütbələrin verilməsi, xidmət illərinə görə əlavə faiz hesablanması üçün xidmət illərinə əlavə olunmalıdır. 20.10. Məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya digər məlumat daşıyıcıları ilə işləyən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının və işçilərinin vəzifə maaşlarına artımların miqdarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 20.11. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir. 20.12. Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. 20.13. Xidməti vəzifələrinin icrası zamanı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarının əmlakına dəyən zərər dövlət büdcəsinin vəsaiti hesabına tam həcmdə ödənilir. 20.14 Əks-kəşfiyyat fəaliyyətinin subyekti olan müvafiq icra hakimiyyəti orqanı tərəfindən istintaqı aparılan cinayət işləri üzrə dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə ödənilməsi təmin edilmiş vəsaitin 5 faizi və Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişdən daxil olan vəsaitin 5 faizi müvafiq icra hakimiyyəti orqanının əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və maddi-texniki azasını möhkəmləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının xəzinə hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci bəndinə əsasən: Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji X2 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. Məhkəmə iddiaçının ilk tələbinə münasibətdə bildirir ki, vətəndaş İddiaçı bəzi dövrlərdə xüsusi ağır qulluq şəraitlərində xidmət üçün Müdafiə Nazirliyinin əmrinə əsasən bir neçə qat həcmində əmək haqqı almışdır. Yəni iddiaçının vəzifə maaşının bir neçə qat həcmində maaş alması müvəqqəti xarakter daşımışdır. Həmçinin məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi öz izahatında bildirmişdir ki, iddiaçının xidmət etdiyi dövr ərzində Müdafiə Nazirliyinin əmri ilə 2-3 qat vəzifə maaşı verilib, həmin pul əlavə vəzifə maaşı sayılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Yuxarıda qeyd edilən normaların məzmunundan aydın olur ki, kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyektləri “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunun müddəalarına əsasən sığortalanırlar. Məhkəmə iddia tələbinin “vurulmuş ziyana görə 5 illik pul təminatı məbləğində kompensasiyanın iddiaçıya ödənilməsi, “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 20.6-cı maddəsinə əsasən iddiaçının xidmət etdiyi xx.xx.1999-cu ildən xx.xx.2021-ci il tarixinə qədər olan dövr üçün hər il məzuniyyətə çıxarkən verilməli olan iki aylıq pul təminatı məbləğində müavinətin və həmin dövr üzrə həmin qanunun 20.7-ci maddəsinə əsasən müalicə olunması ilə əlaqədar ildə bir dəfə verilməli olan iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinətin ödənilməsi” hissəsinə münasibətdə bildirir ki, yuxarıda sadalanan qanunvericilik normalarının qarşılıqlı təhlilindən aydın olur ki, iddiaçının tələb etdiyi müavinətlərin kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektlərinə münasibətdə ödənilməsi nəzərdə tutulmuşdur. Məhkəmə vətəndaş İddiaçı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri sırasına aid olub-olmamasını müəyyənləşdirmək məqsədilə cavabdehə müvafiq sorğu ünvanlamışdır. Cavabdeh tərəfindən məhkəmə sorğusuna cavab olaraq daxil olmuş xx.xx.2024-cü il tarixli məktubunda aşağıdakılar qeyd edilmişdir: 052 və onun tabeçiliyində olan hərbi hissələrdə, kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının siyahıları Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrlərinə əsasən təyin edilir. İddiaçının sorğusuna verilmiş cavabda (N nömrəli hərbi hissə tərəfindən) qeyd olunmuşdur ki, N nömrəli hərbi hissədə kəşfiyyat subyekti hesab edilən vəzifələr (bütün vəzifələr deyil) yalnız 2015-ci ildən etibarən təsdiq edilmişdir. N nömrəli hərbi hissədə xidmət etmək və ya döyüş əməliyyatlarında iştirak etmək kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşı olması anlamını vermir və əməkdaş hesab edilən vəzifələr ayrıca əmr ilə elan olunur. Əlavə olaraq bildirirlər ki, bizim sorğumuza əsasən N və N nömrəli hərbi hissələrdən İddiaçı xidmət dövründə tutduğu vəzifələrin kəşfiyyat fəaliyyəti həyata keçirən əməkdaşların siyahısına daxil edilib-edilməməsi barədə bizə məlumat verilmiş və həmin məktublarda İddiaçı tutduğu vəzifələr Qanunun 7-ci maddəsində qeyd olunan kəşfiyyat fəaliyyəti həyata keçirən əməkdaşların siyahısına daxil edilmədiyi qeyd olunmuşdur (məktubların surəti əlavə olunur). Göründüyü kimi İddiaçı kəşfiyyat və əks kəşfiyyat fəaliyyətini həyata keçirən əməkdaşların siyahısına daxil deyildir. Eyni zamanda məhkəmə iddiaçının sonuncu tələbinə münasibətdə isə bildirir ki, cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən məktubda həmçinin qeyd edilmişdir ki, iddiaçının xidmət etdiyi hərbi hissə qeyd olunan pul mukafatının alınmasına dair şərtlərə uyğun gəlmədiyi üçün həmin hissələrdə pul mukafatının ödənilməsi tətbiq edilməmiş və heç bir qulluqçuya ödənilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Məhkəmə əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı döyüş əməliyyatları aparan hərbi hissədə hərbi xidmətdə olduğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “İddiaçı dair tərtib olunmuş məlumat vərəqəsinin iddiaçının aldığı bütün əlavələrin nəzərə alınaraq yenidən tərtib olunaraq Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi, vurulmuş ziyana görə 5 illik pul təminatı məbləğində kompensasiyanın iddiaçıya ödənilməsi, “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 20.6-cı maddəsinə əsasən iddiaçının xidmət etdiyi xx.xx.1999-cu ildən xx.xx.2021-ci il tarixinə qədər olan dövr üçün hər il məzuniyyətə çıxarkən verilməli olan iki aylıq pul təminatı məbləğində müavinətin və həmin dövr üzrə həmin qanunun 20.7-ci maddəsinə əsasən müalicə olunması ilə əlaqədar ildə bir dəfə verilməli olan iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinətin, eləcə də paraşütlə tullanmaq üçün pul mükafatının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “İddiaçı dair tərtib olunmuş məlumat vərəqəsinin iddiaçının aldığı bütün əlavələrin nəzərə alınaraq yenidən tərtib olunaraq Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi, vurulmuş ziyana görə 5 illik pul təminatı məbləğində kompensasiyanın iddiaçıya ödənilməsi, “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 20.6-cı maddəsinə əsasən iddiaçının xidmət etdiyi xx.xx.1999-cu ildən xx.xx.2021-ci il tarixinə qədər olan dövr üçün hər il məzuniyyətə çıxarkən verilməli olan iki aylıq pul təminatı məbləğində müavinətin və həmin dövr üzrə həmin qanunun 20.7-ci maddəsinə əsasən müalicə olunması ilə əlaqədar ildə bir dəfə verilməli olan iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinətin, eləcə də paraşütlə tullanmaq üçün pul mükafatının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva