Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2228/2023 26.04.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı X1 “Abbaslı”dan “Ramazanlı”ya dəyişdirilməsi və bu barədə akt qeydləri kitabında müvafiq dəyişik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, X1 “Abbaslı”dan “Ramazanlı”ya dəyişdirilməsi və bu barədə akt qeydləri kitabında müvafiq dəyişik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıların birgə nikahından xx.xx.2022-ci il təvəllüdlü X4 adlı uşaqları vardır. Uşağın doğumu haqqında qeyd akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 4914 nömrə ilə qeyd edilmiş və xx.xx.2022-ci il tarixdə 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən AZ-İV № 773981 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Onların arzusu uşağın soyadının “Abbaslı” dan atasının babasnın adlna uyğun olaraq “Ramazanlı”ya dəyişdirmək olduğundan, bununla bağlı 1 saylı Sumqayıt Regional “ASAN Xidmər” mərkəzində qeydiyyat şöbəsinə müraciət etmişlər. Həmin qeydiyyat şöbəsinin məktubu ilə uşağın soyadının “Abbaslı”dan “Ramazanlı”ya dəyişdirməkdən imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia tələbini müdafiə etdilər və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş : - Sumqayıt “Asan Xidmət“ Mərkəzi tərəfindən verilmiş xx.xx.2008-ci tarixli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 oğlu və İddiaçı2 həmin tarixdə rəsmi nikaha daxil olmuşlar. -AZ-İV N 773981 seriyalı doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2022-ci ildə Bakı şəhərində anadan olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı1 və İddiaçı2 övladlarının soyadının “Ramazanlı”ya dəyişmək üçün cavabdeh Sumqayıt “Asan Xidmət” Mərkəzininin qeydiyyat şöbəsinə müraciət etmiş, lakin sonuncu tərəfindən 02 noyabr 2022-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçıların izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-ci maddəsinə görə uşağın soyadı valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Qeyd olunan müddəa Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 saylı Qərarı ilə təsdiq olunmuş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”n 4.1-ci bəndində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin Məcəllənin 54.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyi nəzərə alınaraq icazə verilə bilər. Qeyd olunan maddi hüquq normalarının məzmunundan da görünür ki, uşağın soyadı yalnız valideynlərin soyadı ilə müəyyən edilir, yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən uşaq 18 yaşına çatana qədər onun soyadının dəyişdirilməsinə icazə verilməsi isə yalnız soyad digər valideynin soyadına dəyişdirilərsə yol verilir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etdi ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıların iddia tələbinin təmin olunmasından imtina edilməsi qanunauyğun olmuşdur. İş materiallarından göründüyü kimi soyadının dəyişdirilməsi tələb olunan uşağın valideynlərinin soyadı müvafiq olaraq «Abbasov» və «Şahbazova » kimi qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının uşağının soyadının dəyişdirilməsi üçün əsas olan yuxarıda sadalanan hallardan heç biri mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsası müəyyən edilmədiyindən iddia təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı X1 “Abbaslı”dan “Ramazanlı”ya dəyişdirilməsi və bu barədə akt qeydləri kitabında müvafiq dəyişik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-2228/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2228/2023
26.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver