Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-223/2021 20.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi, X11 Mövlətxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Cavabdeh üzərinə Sumqayıt şəhəri, 11-ci mikrorayon, Çerkassi küçəsində yerləşən X4 ayrılmış 0.0028 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, plan və ölçünün verilməsi öhdəliyinin qoyulmasına” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Cavabdeh üzərinə Sumqayıt şəhəri, 11-ci mikrorayon, Çerkassi küçəsində yerləşən X4 ayrılmış 0.0028 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, plan və ölçünün verilməsi öhdəliyinin qoyulmasına” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddiasını dəqiqləşdirərək Cavabdeh üzərinə Sumqayıt şəhəri, 11-ci mikrorayon, Çerkassi küçəsində yerləşən X4 ayrılmış 0.0028 ha torpaq sahəsi üzərində icarə hüququnun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, plan və ölçünün verilməsi öhdəliyinin qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1971-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır və hal-hazırda ünvan 2şayır. Bildirir ki, Sumqayıt şəhər Bələdiyyəsinin 16 dekabr 2005-ci il tarixli Qərarı ilə şəhid anası X5 Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 05 avqust 2003-cü il tarixli 214 saylı sərəncamı ilə 11-ci mikrorayon ərazisində kommersiya obyekti tikinti-quraşdırılması məqsədilə ayrılmış 24 kv.m. torpaq sahəsinin əvəzinə ona 11-ci mikrorayonda, Çerkassi küçəsində avtomobillərə texniki xidmət məntəqəsinin tikintisi məqəsədilə 28 kv.m. torpaq sahəsi ayrılmışdır. Sumqayıt şəhər İcra Hakimiyyətinin 26 aprel 2006-cı il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsində obyektin tikintisinə icazə verilmişdir. İddiaçının anası X7 25 dekabr 2012-ci ildə vəfat etmişdir. Anasının vəfatından sonra iddiaçı və qardaşı notariat kontoruna müraciət etmişdir. Sumqayıt “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X8 29.12.215-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi ilə iddiaçı və qardaşı X12 anasının vərəsəsi olaraq tanınmışdır. Elə həmin tarixdə də qardaşı miras payını iddiaçıya bağışlamışdır. Bundan sonra iddiaçı həmin torpaq sahəsinə dair Sumqayıt Bələdiyyəsinin sədri X13 17 dekabr 2019-cu ildə 133 nömərli torpaq icarəsi müqaviləsi bağlamışdır. Hazırda həmin torpaq sahəsi iddiaçının istifadəsindədir. İddiaçı Cavabdehnə müraciət edərək, Sumqayıt şəhəri, 11-ci mikrorayon, Çerkassi küçəsində yerləşən X5 ayrılmış 0.0028 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, habelə plan və ölçünün verilməsim xahiş etmişdir. Lakin Cavabdeh 18 iyun 2020-ci il tarixli cavab məktubu ilə iddiaçının xahişinin təmin olunmasından imtina olunmuşdur. İddiaçı hesab edir ki, bu qanunsuz və əsassızdır. Cavabdeh qanunsuz və əsassız olaraq onun xahişimi təmin etməkdən imtina etmişdir. Bu “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun və digər qanunvercilik aktlarının tələbinə ziddir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı hesab edir ki, Cavabdeh üzərinə Sumqayıt şəhəri, 11-ci mikrorayon, Çerkassi küçəsində yerləşən X5 ayrılmış 0.0028 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, habelə plan və ölçünün verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməlidir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, iddia ərizəsində göstərilən hallar tərəflərindən araşdırılmış və müəyyən edilmişdir ki, İddiaçı Sumqayıt şəhəri, 11-ci mikrorayon, Çerkassi küçəsində yerləşən, X4 ayrılmış 0,0028 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, habelə plan və ölçünün verilməsi ilə əlaqədar 10 iyun 2020-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar İddiaçı bildirilmişdir ki, təqdim edilmiş sənədlər ekspertiza edilən zaman bir sıra çatışmazlıqlar aşkar edilmişdir. Belə ki, 0,0028 ha torpaq sahəsinin Sumqayıt Şəhər Bələdiyyəsinin 16 tarixli 55 nömrəli qərarı ilə X4 ayrılmasına baxmayaraq, sənədlərə əlavə edilmiş icarə müqaviləsinin 17 dekabr 2019-cu il tarixli olduğu və sənədlərə hər hansı əsas əlavə edilmədən birbaşa İddiaçı adına olduğu, torpaq sahəsi ayrılarkən ləğv edilmiş DT və XK-nin rəyinin alınmadığı aşkar edilmişdir. Həmçinin, müayinə zamanı torpaq sahəsi üzərində tikintialtı sahəsi 28.0 kv.metr olan qeyri-yaşayış binasının olduğu, qeyri-yaşayış binasına dair hüquqmüəyyənedici sənədlərin müraciətə əlavə edilmədiyi müəyyən edilmişdir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunun 9.1 -ci maddəsinə əsasən bələdiyyələr tərəfindən 01 dekabr 2007-ci il tarixdən sonra qəbul edilən qərarlarda bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilməsi məqsədəmüvafiq hesab edilmiş və bu barədə İddiaçı 16 iyun 2020-ci il tarixli **********96 qeydiyyat nömrəli cavab göndərilmişdir. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1 -ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X10 iştirak etmiş, etirazı müdafiə etmişdir. Sumqayıt şəhər Bələdiyyəsinin 16 dekabr 2005-ci il tarixli Qərarına əsasən şəhid anası X4 Sumqayıt şəhər İcra Hakimyyəti başçısının 05 avqust 2003-cü il tarixli 214 saylı sərəncamı ilə 11-ci mikrorayon ərazisində kommersiya obyekti tikinti quraşdırılması məqsədilə ayrılmış 24 kv.m torpaq sahəsinin əvəzinə ona 11-ci mikrorayonda Çerkassi küçəsində avtomobillərə texniki xidmət məntəqəsinin tikintisi məqsədilə 28 kv.m torpaq sahəsi ayrılmışdır. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 26 aprel 2006-cı il tarixli 185 saylı Sərəncamına əsasən şəhid anası X4 11 a mikrorayon ərazisində ayrılmış 28 kv.m torpaq sahəsində avtomobillərə texniki xidmət məntəqəsinin tikintisinə icazə verilmişdir. Məhkəməyə təqdim edilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamədə qeyd olunur ki, X6 vərəsəsi İddiaçı miras əmlakdan ½ hissədə pay ayrılmalıdır. Miras payın bağışlanması müqaviləsinə əsasən X12 ona düşən miras payını İddiaçı bağışlamışdır. İddiaçı ilə Sumqayıt bələdiyyəsi arasında bağlanmış 17 dekabr 2019-cu il tarixli 133 saylı X21 Müqaviləsinə əsasən Sumqayıt Bələdiyyəsinin 16 dekabr 2005-ci il tarixli qərarı əsasında Sumqayıt şəhəri, Çerkassi küçəsi, 11A mikrorayon ərazisində yerləşən ümumi sahəsi 28 kv.m olan torpaq sahəsi müvəqqəti istifadə üçün İddiaçı verilmişdir. Müqavilə 17 dekabr 2019-cu il tarixdən 31 dekabr 2024-cü il tarixədək bağlanmışdır. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümükünsüz edən hər hansı bir hal müəyyən edilmir. İddianın mahiyyəti ilə bağlı isə, məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia əsaslıdır. Belə ki, Torpaq icarəsi haqqında Qanunun 15-ci maddəsinə əsasən İcarə müddəti tamam olanadək icarəçi fiziki şəxs vəfat etdikdə icarə müqaviləsi üzrə hüquqlar, Azərbaycan Respublikasının mülki qanunvericiliyində müəyyən olunmuş qaydada, onun hüquqi varislərinə keçir. İş materialları ilə müəyyən olunur ki, Sumqayıt şəhər Bələdiyyəsinin 16 dekabr 2005-ci il tarixli Qərarına əsasən şəhid anası X4 Sumqayıt şəhər İcra Hakimyyəti başçısının 05 avqust 2003-cü il tarixli 214 saylı sərəncamı ilə 11-ci mikrorayon ərazisində kommersiya obyekti tikinti quraşdırılması məqsədilə ayrılmış 24 kv.m torpaq sahəsinin əvəzinə ona 11-ci mikrorayonda Çerkassi küçəsində avtomobillərə texniki xidmət məntəqəsinin tikintisi məqsədilə 28 kv.m torpaq sahəsi ayrılmışdır. Eyni zamanda Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 26 aprel 2006-cı il tarixli 185 saylı Sərəncamına əsasən şəhid anası X4 11 a mikrorayon ərazisində ayrılmış 28 kv.m torpaq sahəsində avtomobillərə texniki xidmət məntəqəsinin tikintisinə icazə verilmişdir. İddiaçı və X1 Qızxanım Xanlar qızının qanuni vərəsələridir. Miras payın bağışlanması müqaviləsinə əsasən isə X12 ona düşən miras payını İddiaçı bağışlamışdır. İddiaçı ilə Sumqayıt bələdiyyəsi arasında bağlanmış 17 dekabr 2019-cu il tarixli 133 saylı X21 Müqaviləsinə əsasən Sumqayıt Bələdiyyəsinin 16 dekabr 2005-ci il tarixli 55 saylı Qərarı və Sumqayıt Asan Xidmət mərkəzinotariat ofisinin 17 dekabr 2019-cu il tarixli 8142 saylı məktubu əsasında Sumqayıt şəhəri, Çerkassi küçəsi, 11A mikrorayon ərazisində yerləşən ümumi sahəsi 28 kv.m olan torpaq sahəsi müvəqqəti istifadə üçün İddiaçı verilmişdir. Müqavilə 17 dekabr 2019-cu il tarixdən 31 dekabr 2024-cü il tarixədək bağlanmışdır. Hazırda iddiaçı Sumqayıt şəhəri, 11-ci mikrorayon, Çerkassi küçəsində yerləşən X4 ayrılmış 0.0028 ha torpaq sahəsi üzərində icarə hüququnun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, habelə plan və ölçünün verilməsini istəyir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları, torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.1-ci maddəsində göstərilmişdir ki, daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1-139-1.1.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Məhkəmə hesab edir ki, qeyd olunan normalar iddianın təmini üçün hüquqi əsas təşkil edir. Cavabdeh inzibati orqan etirazında qeyd edir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunun 9.1 -ci maddəsinə əsasən bələdiyyələr tərəfindən 01 dekabr 2007-ci il tarixdən sonra qəbul edilən qərarlarda bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Halbu ki, hazırkı işdə torpaq sahəsi Sumqayıt şəhər Bələdiyyəsinin 16 dekabr 2005ci il tarixli Qərarına əsasən ayrılmışdır və iddiaçının şəhid ailəsi olan anasının vərəsisi olaraq bu hüquqdan istifadə etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, iddiaçının ailəsinə şəhid ailəsi olaraq Sumqayıt şəhər Bələdiyyəsinin 16 dekabr 2005-ci il tarixli Qərarına əsasən 11-ci mikrorayonda Çerkassi küçəsində avtomobillərə texniki xidmət məntəqəsinin tikintisi məqsədilə 28 kv.m torpaq sahəsi ayrılması, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 26 aprel 2006-cı il tarixli 185 saylı Sərəncamına əsasən şəhid anası X4 11-ci mikrorayon ərazisində ayrılmış 28 kv.m torpaq sahəsində avtomobillərə texniki xidmət məntəqəsinin tikintisinə icazə verilməsi və həmin ailənin qeyd edilən ünvanda müvafiq tikililər tikməsi və iddiaçının vərəsə olaraq torpaq sahəsi və onun üzərində mövcud olan tikililərlə bağlı gözlənilən hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. «X18rşı» məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin müdafiə dairəsinə düşür. Göründüyü kimi İnsan Hüquqları üzrə Avropa Məhkəməsi İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsində olan mülkiyyət hüququ anlayışını daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmayan, daha geniş qavram kimi başa düşülməli olduğunu vurğulamışdır. Məhkəmə bu mövqeyini digər işlərdədə inkişaf etdirmişdir. Hazırkı işdədə iddiçı torpaq sahəsindən və onun üzərindəki tikililərdən qanunsuz istifadə etməmiş, müvafiq orqanların razılığı ilə torpaq sahəsindən istifadə edilmişdir . İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, iddiaçının torpaq sahəsindən istifadə hüququnun dövlət qeydiyyatına alınmaması «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və Sumqayıt şəhəri, 11-ci mikrorayon, Çerkassi küçəsində yerləşən X4 ayrılmış 0.0028 ha torpaq sahəsi üzərində icarə hüququnun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, plan və ölçünün verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmaldır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Sumqayıt şəhəri, 11-ci mikrorayon, Çerkassi küçəsində yerləşən X4 ayrılmış 0.0028 ha torpaq sahəsi üzərində icarə hüququnun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, plan və ölçünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-223/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-223/2021
20.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver