Məhkəmə qərarları › İş №2-1(118)-2236/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2236/2023

25.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2236/2023 25.04.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, Azərboru ASC-nin “2(85)-639/2009 saylı, xx.xx.2009-cu il tarixli icra sənədi üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 7 faiz icra ödənişinin tutulması haqqında 17 oktyabr 2016-cı il tarixli Qərarının ləğv edilməsinə” dair şikayət ərizəsinin mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi Azərboru ASC yuxarıdaki şikayət ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt Yerli İqtisad Məhkəməsinin 2(85)- 639/2009 saylı, xx.xx.2009-cu il tarixli Qiyabi Qətnaməsi ilə (hakim Çingiz Bəşirov) cavabdeh İddiaçı ASC-dən iddiaçı Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş üzrə Departamentinin xeyrinə ödənilməmiş məcburi dövlət sosial sığorta haqqı qismində 2 272 376,04 manat və dövlət büdcəsinin nəfinə dövlət rüsumu qismində 20 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Qətnamə xx.xx.2009-cu il tarixində qanuni qüvvəyə minmişdir. xx.xx.2009-cu il tarixində Sumqayıt Yerli İqtisad Məhkəməsi tərəfindən qeyd olunan iş üzrə İcra Vərəqəsi verilmiş və icra olunması üçün Sumqayıt şəhər Məhkəmə İcraçıları şöbəsinə göndərilmişdir. xx.xx.2011-ci il tarixində borclu İddiaçı ASC və tələbkar Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş üzrə Departamenti arasında yuxarıda qeyd olunan borcun ödənilməsi barədə 07A saylı Barışıq Sazişi bağlanılmış və Sumqayıt İnzibati- İqtisad Məhkəməsinin 2(85)-639/2011 saylı xx.xx.2011-ci il tarixli Qərardadı ilə (hakim Çingiz Bəşirov) həmin Barışıq Sazişi təsdiq edilmiş və icra sənədi üzrə icraata xitam verilmişdir. Eyni zamanda həmin Qərardadla qərara alınmışdır ki, Sığortaedən (İddiaçı ASC) tərəfindən barışıq sazişinin müddəalarından biri pozulduğu halda İri Sığortaedənlərlə İş üzrə Departamenti həmin sazişin ləğv edilməsi və sazişin ləğv olunduğu tarixə sığortaedən tərəfindən yaranmış borcun tam məbləğdə ödənilməsi barədə məhkəmədə iddia qaldıra bilər. “İcra haqqında” AR Qanununun 20.1.2-ci maddəsinə əsasən - məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə icra sənədi üzrə icraata xitam verilir. Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin 2(85)-639/2011 saylı xx.xx.2011-ci il tarixli Qərardadının özündə birbaşa olaraq “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun qeyd edilən 20.1.2-ci maddəsinə istinad edilir və “vəsaitin tutulması barədə icra sənədi üzrə icraata xitam verilməsi” haqqında məhkəmə tərəfindən qərar qəbul edilir. “İcra haqqında” AR Qanununun həmin dövrdə qüvvədə olmuş 21.1,-ci maddəsinə əsasən məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibati-iqtisadi məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibati-iqtisadi məhkəmə və ya icra məmurunun olduğu yer üz məhkəmə tərəfindən dayandırılır və ya ona xitam verilir. “İcra haqqında” AR Qanununun 21,8-ci maddəsinə əsasən Dayandırılmış icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Qanunun bu normalarına baxmayaraq xx.xx.2016-cı ildə Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2(85)-639/2011 saylı xx.xx.2011-ci il tarixli Qərardadına zidd olaraq, həmin Qərardadla icraata xitam verilməsinə baxmayaraq, yəni qüvvədə olmayan - icraata xitam verilməsi barədə Qərardaddan əvvəl verilmiş köhnə icra vərəqəsinin dublikatı əsasında icraata başlama haqqında Qərar qəbul edilmişdir. “İcra haqqında” AR Qanununun 25.1-ci maddəsinə əsasən - həmin sənədin müvafiq məhkəmə və digər orqan tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada dublikatı - İcra sənədinin əsli itdikdə verilir. Normanın tələbindən göründüyü kimi dublikatın verilməsi üçün əsas icra sənədinin əslinin itməsidir. Halbukli, icra sənədinin əsli itməmişdir, məhkəmə qərardadı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Dövlət Sosial Müdafiə Fondu və Dövlət Vergi Xidməti ilə İddiaçı ASC arasında əldə olunmuş razılığa əsasən məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borc, o cümlədən, xx.xx.2011-ci il tarixli 07A saylı Barışıq Sazişində nəzərdə tutulan məbləğ hissə-hissə könüllü qaydada tərəflərindən ödənilməyə başlanılmış və son ödəniş 2022-ci ilin yanvar ayında başa çatmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********90956 saylı Arayışa əsasən İddiaçı ASC-nin məcburi dövlət sosial sığorta haqları üzrə dövlət büdcəsinə borcu yoxdur. Bunlara baxmayaraq Sumqayıt şəhəri üzrə İcra İdarəsi 06 dekabr 2022-ci il tarixində 23779/20 saylı məktubla İddiaçı ASC-yə müraciət edərək yenə də 2(85)- 639/2009 saylı icra sənədinin könüllü icrasını tələb etmişdir. Həmin məktubunda Sumqayıt şəhəri üzrə İcra İdarəsi bildirmişdir ki, qeyd edilən icra sənədi icra olunmasa əmlakılarının üzərinə həbs qoyularaq tələbə yönələcəkdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin bu məktubuna İddiaçı ASC tərəfindən xx.xx.2022-ci il tarixli AZB01/118 saylı məktubla cavab verilərək göstərilən tələbin artıq çoxdan ödənildiyi bildirilmişdir. Bundan sonra Sumqayıt İcra İdarəsi bu icra sənədi üzrə İddiaçı ASC-dən 7% həcmində icra ödənişini də tələb etməyə başlamışdır. Təəssüflər olsun ki, qanunvericiliyin tələblərinə zidd olaraq uzun müddət bu ödənişlər yalnız şifahi qaydada tələb edilir, hər hansı əsaslandırım sənəd təqdim edilmirdi. Cavabdehdən 7% həcmində icra ödənişinin tələbinə dair müvafiq qərarın təqdim edilməsini xahiş etsələr də, müxtəlif bəhanələr gətirərək həmin qərar təqdim edilmirdi. Bu azmış kimi icra məmurları tərəfindən İddiaçı ASC-yə və onun əməkdaşlarına qarşı qanunsuz hərəkətlər edilmiş və qeyri-qanuni şəkildə, heç bir sənəd, qərar təqdim etmədən və zor tətbiq etməklə 23 dekabr 2022- ci il tarixində İddiaçı ASC-nin ərazisində olan və ona məxsus 3 ədəd - “Nissan Sunny” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı, “Nissan Maxima” markalı,, ** AA *** dövlət qeydiyyat nişanlı və “Foton Forland” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi götürülərək naməlum istiqamətdə aparılmışdır. Bu günə qədər həmin nəqliyyat vasitələrinin harada olması və aqibətləri haqqında Cavabdeh tərəfindən məlumat verilmir, nəqliyyat vasitələrinin götürülməsinə dair hər hansı qərar, akt təqdim edilmir. Müraciətlərinə baxmayaraq qanunsuz götürülmüş bu nəqliyyat vasitələri də geri qaytarılmır, İddiaçı ASC İcra İdarəsindən 7% məbləğində icra ödənişinin tutulmasını əsaslandıran qərarların təqdim edilməsi tələbləri də nəticəsiz qalırdı. Nəhayət son məktuba xx.xx.2023-cü il tarixli 419/20 saylı məktubla cavab verərək Sumqayıt İcra İdarəsinin guya istinad etdiyi həmin qərarları təqdim etmişdir. 2023-cü ildə tərtib edilmiş bu Qərarların içində həmçinin 2(85)-639/2009 saylı icra sənədi üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 2023-cü ildə tərtib etdiyi 7% icra ödənişi tutulması haqqında 17 oktyabr 2016-ci il tarixli Qərarı da təqdim edilmişdir. Hazırkı Şikayətə əlavə edilmiş zərfdən göründüyü kimi, məktubun Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən 30 yanvar 2023-cü il tarixində poçta təhvil verildiyi sübut olunur. Bu isə əyani şəkildə təsdiq edir ki, məktub tələbləri daxil olandan sonra göndərilmişdir. 2(85)-639/2009 saylı icra sənədi üzrə 7% məbləğində icra ödənişinin tutulmasına dair Sumqayıt şəhəri üzrə İcra İdarəsinin nəhayət təqdim edilmiş xx.xx.2016 tarixli qərarını nəzərdən keçirdikdə isə onun özündə də bir çox qanun pozuntularının olduğu aşkar edilmişdir. “İcra haqqında” AR Qanununun 85.2.7-ci maddəsinə əsasən - qərarda mütləq şəkildə qərardan şikayət verilməsi qaydası və müddəti göstərilməlidir. Lakin qərarda nə şikayət vermə qaydası, nə də şikayət vermə müddəti göstərilməmişdir. Digər pozuntu qərarların çıxarılma tarixi ilə bağlıdır. Belə ki, 05 oktyabr 2016-cı il tarixində 2(85)-639/2009 saylı, xx.xx.2009-cu il tarixli icra sənədini icraatına icra məmuru Kazım Kazımov qəbul etmiş və həmin tarixdə icraata başlama haqqında qərarı özü imzalamışdır. Yeni, 2023-cü ildə təqdim edilmiş, 7% məbləğində icra ödənişinin tutulması barədə qərarda isə icra məmuru Orxan Məmmədovun imzası ilə tarix olaraq keçmiş tarix - 17 oktyabr 2016-cı il yazılmışdır, halbuki göründüyü kimi, 2016-cı ildə işin icraçısı Orxan Məmmədovun deyil Kazım Kazımov olmuşdur. Yuxarıda göstərilən bütün bu faktlar həqiqətdə İcra idarəsi tərəfindən İddiaçı ASCdən 7% məbləğində icra ödənişinin tutulması barədə heç bir qərarların olmadığını və 2023-cü ildə İcra İdarəsinin icra məmuru Orxan Məmmədov tərəfindən başqa icra məmurlarının icraatlarında olmuş icra işləri üzrə səlahiyyəti olmadığı halda geriyə tarixlə və özünün imzası ilə qanunsuz qərarlar hazırlanmışdır. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. 15 mart 2023-cü il tarixli məhkəmə iclasında Azərboru ASC-nin nümayənəsi X2 iştirak etmiş, məhkəmə tərəfindən hüquqi yardım edilmiş, ərizəçi tərəf vaxt istəsədə məhkəməyə hər hansı bir məlumat verilməmişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, ilkin olaraq məhkəmə qeyd edir ki, hazırki ərizə şikayət formasında verilmiş, məhkəmə dəftərxanasından iddia kimi keçmişdir. Məhkəmə ilkin olaraq qeyd edir ki, hazırkı ərizə iddia kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 46-cı maddəsinin tələblərinə ziddir. (İddia ərizəsinin məzmunu) Məhkəmə qeyd edir ki, əgər ərzəçinin iradəsi inzibati orqanın qərarını inzibati məhkəmə icraatı qaydasında mübahisələndirmək isə bu tələbə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyil. Çünki, ərizədə qeyd edilənlər və 7% məbləğində icra ödənişinin tutulması məhkəmə qərarının icrasına nəzarət formasında baxıla biləcək işlərə aiddir. Bu kateqoriya işlərə isə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməməsinin formalaşmış məhkəmə təcrübəsi vardır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, İnzibati məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir”. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, “İcra haqqında” Qanun məcəlləşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə (mülki prosessual, cinayət-prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. Ona görə də, hazırkı halda icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ-hüquqi akt kimi “İcra haqqında” Qanun deyil, Mülki Prosessual və İnzibati Prosessual Məcəllələr çıxış edir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki, məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Bundan əlavə məhkəmə qeyd edir ki, ərizəçi məhkəmə qərarının icrasına nəzarət formasında şikayət kimi müraciət etsə belə, Sumqayıt İnzibati Məhkəməsinə deyil, Sumqayıt Komerrsiya Məhkəməsinə müraciət etməlidir. Məhkəmə sistemində aparılan islahatlar nəticəsində İnzibati Məhkəmələrin və Kommersiya Məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Sumqayıt İnzibati Məhkəməsi – Sumqayıt şəhərində; Sumqayıt Kommersiya Məhkəməsi – Sumqayıt şəhərində təşkil edilməsi qərara alınmışdır. İnzibati-İqtisadi Məhkəmələrdə həm inzibati məhkəmə icraatı qaydasında inzibati mübahisələrə baxılmış, həmdə mülki məhkəmə icraatı qaydasında iqtisadi mübahisələrə baxılmışdır. Həmin məhkəmələrdə iqtisadi mübahisə kimi baxılmış işlərə nəzarəti kommersiya məhkəmələri həyata keçirməlidir, iqtisadi mübahisə kimi baxılmış işin icrasasına nəzarətə inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Eyni zamanda Sumqayıt Yerli İqtisad Məhkəməsində baxılmış iqtisadi mübahisələrin icrası ilə bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. İş materiallarından göründüyü kimi Sumqayıt Yerli İqtisad Məhkəməsinin 2(85)- 639/2009 saylı, xx.xx.2009-cu il tarixli Qiyabi Qətnaməsi ilə (hakim Çingiz Bəşirov) işə iqtisadi mübahisə kimi baxıldığı üçün həmin işin icrasına nəzarətə inzibati məhkəmə icraatı qaydasında baxılmasının hüquqi əsası yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, məhkəmə qərardadının icrasına nəzarət edən müvafiq məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar