Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2238/2024 14.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbayan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə X6 Filialına qarşı müharibə bölgəsində çətin şəraitdəki xidmət illərinin üçqat-ikiqat hesablanması və dövlət qulluğunda işlədiyi müddətin iş stajına daxil edilməsi, pensiya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X6 Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək müharibə bölgəsində çətin şəraitdəki xidmət illərinin üçqat-ikiqat hesablanması və dövlət qulluğunda işlədiyi müddətin iş stajına daxil edilməsi, pensiya hüququnun yarandığı tarixdən yaşa ğörə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı sabiq prokurorluq orqanlarının işçisi kimi yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı güzəştli şərtlərlə pensiya təyin olunması Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına etdiyi müraciət etmişdir. Lakin cavabdeh tərəfindən imtina edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun müvafiq şöbəsi tərəfindən 01 oktyabr 2014-cü il tarixdən vəzifə borcunu yerinə yetirərkən mərmi qəlpələrindən aldığı xəsarətlə əlaqədar sabiq prokurorluq orqanlarının əməkdaşı kimi ona ll qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. 01 oktyabr 2021-ci ildə əlilliyi yüngülləşdiyi üçün pensiyası dayandırılmışdır. Birinci Qarabağ müharibəsi veteranıdır, 05 fevral 1991-ci il tarixdə Azərbaycan SSR Nazirlər Sovetinin 30P nömrəli sərəncamı ilə çətin hərbi əməliyyat şəraitində və hərbi zəmində baş verən cinayət işlərinin istintaqını aparmaqla bərabər, hərbi əməliyyatlarda iştirak etmək üçün Azərbaycan Respublikası Baş X1 və Milli Təhlükəsizlik Nazirliklərinin əməkdaşlarından ibarət tərkibdə yaradılmış vahid istintaq əməliyyat qurupunun üzvü kimi keçmiş X5 Vilayətinə Xankəndi (Stekanakert) şəhərinə mühim işlər üzrə böyük müstəndiq kimi 5 il müddətinə göndərilmişdir. Yaradılmış qurupun tərkibində Xankəndi, Xocalı, Əsgəran, Şuşa, Maılııni, Hadrut, Füzuli, Laçın, Kəlbəcər, Ağdərə, Tərtər, həmçinin səhər və rayonların ərazilərində gedən hərbi əməliyyatlarda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. Müharibədə qəlpə yarası almış, ürək-beyin sarsıntısı keçirmişdir. Yuxarıda göstərdiyi müddətdə 2-ci qrup əlil kimi pensiya almışdır. Hazırda dərmanların hesabına yaşayır. Müharibə veteranıdır. 20 fevral 1993-cü il tarixdə Kəlbəcər rayon prokurorunun köməkçisi, 13 iyul 1993-cü il tarixdə Siyəzən rayon prokurorunun böyük köməkçisi, 08 dekabr 1994-cü ildə Siyəzən rayon prokurorunun müavini, 11 iyun 1996-cı ildən 4 yanvar 2001-ci ilədək Xocalı rayon prokuroru vəzifələrində çalışmışdır. Həmin müddət ərzində iddiaçıya əmək haqqı mövcud qanunvericiliyin tələblərinə görə, ikiqat məbləğində ödənilmişdir. Həmin dövrdə “Vətəndaşların pensiya təminatı haqqında” Qanımıın 67-ci maddəsinin “z” bəndinə görə, əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən, eləcə də peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini itirən işləməyən İ və İİ qrup əlillərin pensiyada olduqları müddət işçinin əmək stajına daxil edilməlidir. Həmin Qanunun “iş stajının hesablanmasında güzəştlər”ə aid 68-ci maddəsinin 1-ci və 2-ci abzasına görə pensiya almaq hüququ verən iş stajına aşağıdakı dövrlər güzəştli şərtlə daxil edilir: Hərbi qulluqçuların döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrü (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında-ikiqat ölçüdə; Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına görə, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 1 sentyabr tarixli 7284İQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə otmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir). Qeyd etdiyi kimi dəfələrlə cavabdeh orqana müraciət etməsinə baxmayaraq prokurorluq orqanlarında stajının 15 ildən az (10 il 5ay 14gün) (xx.xx.1991-xx.xx.2001 ) olduğu qeyd edilərək, iddiaçıya pensiya təyin edilməsindən imtina edilmişdir. Ona görə də, iddiaçı məcbur olub inzibati orqanın qərarından məhkəməyə şikayət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X4 iddianı qəbul etmədi və izah etdi ki, Fondun Xüsusi Şərtlərlə X6 Filialının iddiaçının müraciətinə ünvanladığı 12 aprel 2023-cü il tarixli 3-17- 1/2-H-78381/2023 nömrəli cavab məktubunda ona dair mövcud olan sənədlərdə prokurorluq orqanlarında stajının 15 ildən az (10 il 5 ay 14 gün (xx.xx.1991- xx.xx.2001-ci il tarixləri arasındakı dövr)) təşkil etdiyi, bu səbəblə də ona sabiq prokurorluq orqanlarının işçisi kimi yaşa görə əmək pensiyasının hesablanmasının qanunvericiliyin tələbləri baxımından mümkün olmadığı bildirilmişdir. Bundan sonra İddiaçı iddia ərizəsində müharibə bölgəsində çətin şəraitdəki xidmət illərinin üçqat-ikiqat hesablanması və dövlət qulluğunda işlədiyi müddətin iş stajına daxil edilərək pensiya hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi tərəfindən 1 oktyabr 2014-cü il tarixdən sabiq prokurorluq orqanlarının əməkdaşı kimi əlilliyə görə (İİ qrup) əmək pensiyası təyin edilmişdir. İddiaçının müraciətinə əsasən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, 1 oktyabr 2014-cü il tarixdə vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 2491,67 manat, rütbə maaşı 130,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavə 747,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 346,67 manat olmaqla orta aylıq əmək haqqı 3715,84 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 20.8.3-cü maddəsinə əsasən 10 il 5 ay 14 gün qulluq stajına uyğun olaraq vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının (3715,84 manat) 55 faizi- 2043,71 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən xx.xx.2014xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 83792,11 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 91853,53 manat ödənilmişdir. Bu səbəbdən də yuxarıda qeyd olunan dövr ərzində 8061,42 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Prokurorluq orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 2740,83 manat, rütbə maaşı 130,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavə 822,25 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 381,33 manat olmaqla orta aylıq əmək haqqı 4074,41 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (3715,84 manat) ilə 1 mart 2018-ci il tarixdən sonrakı orta aylıq əmək haqqı (4074,41 manat) arasındakı fərq məbləğinin (358,57 manat) (34,72 faizi-124,50 manat 1 mart 2018-ci il tarixədək hesablanmış pensiyasının (2043,71 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 2168,21 manat müəyyən edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2018-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 75887,35 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 91201,75 manat ödənilmişdir. Bu səbəbdən də ona yuxarıda qeyd olunan dövr ərzində 15314,40 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2014-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 23375,82 manat artıq pensiya məbləğinin ödənildiyi müəyyən edilmişdir. Bildiririk ki, İddiaçı Fondun Sumqayıt şəhər şöbəsi tərəfindən 1 oktyabr 2014-cü il tarixdən təyin edilnmiş sabiq prokurorluq orqanlarının işçisi kimi İİ dərəcəli əlilliyə görə əmək pensiyasının ödənişi əlillik dərəcəsi müddətinin bitməsi ilə əlaqədar 10 oktyabr 2021-ci il tarixdən dayandırılmışdır. Eyni zamanda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.8.1-ci və 20.8.2-ci maddələrinə əsasən prokurorluq orqanlarının işçisi kimi yaşa görə əmək pensiyası prokurorluq orqanlarında 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Mərkəzi Filialda İddiaçı dair mövcud olan sənədlərdə prokurorluq orqanlarında stajı 15 ildən az (10 il 5 ay 14 gün (xx.xx.1991-xx.xx.2001-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Bu səbəbdən də, ona sabiq prokurorluq orqanlarının işçisi kimi yaşa görə əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İş materiallarında olan: - Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı 07 yanvar 1989-cu il tarixdən Kəlbəcər rayon partiya komitəsinin təlimatçısı vəsifəsinə təyin edilmiş, 01 fevral 1991-ci il tarixdə başqa işə keçməsi ilə əlaqədar vəzifəsindən azad edilmişdir. O, ixtisasca hüquqşünas olduğuna görə rayon hüquq-mühafizə təşkilatları və rayon partiya komitəsində hüquq sahəsinə aid olan məsələlərin icrası üzrə fəaliyyət göstərmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilmişdir. İddia tələbindən göründüyü kimi iddiaçı “əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci madəsinin “z” bəndinə və 68-ci maddəsinə əsaslanaraq döyüş əməliyyatlarında iştirak etdiyi və yaralandığı üçün əmək qabiliyyətini itirdiyi dövrü ikiqat hesablanmasını tələb edir. Bununla bağlı məhkəmə qeyd edir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci madəsinin “z” bəndinə əsasən əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən, eləcə də peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini itirən işləməyən l və ll qrup əlillərin pensiyada olduqları müddət işçinin əmək pensiyasına daxil edilməlidir. Məhkəmə iddiaçının döyüş əməliyyatları gedən bölgədə yaralanmasını qəbul edir, lakin normanın dispozisiya şərtində göstərildiyi kimi bu hal əmək qabiliyyətini itirən və işləməyən 1 və ll qrup əlillərə aid edilmişdir. Bundan başqa həmin Qanunun 68-ci maddəsinin 1-və 2-ci abzaslarına görə pensiya almaq hüququ verən iş stajına aşağıdakı dövrlər güzəştli şərtə daxil edilir : (...) Hərbi qulluqçuların döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrü (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) – ikiqat ölçüdə. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər Həmin Qanunun 10.2-ci maddəsinə görə hərbi xidmətin şəraitindən, ixtisasdan, hərbi peşədən, hərbi rütbədən və hərbi xidmətdə olmağın müddətindən asılı olaraq hərbi qulluqçuların dövlət hesabına təminat xərcliyi almaq hüququ vardır. Həm də zabitlərin, gizirlərin və miçmanların və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının vəzifə maaşlarının minimum məbləğləri Azərbaycan Respublikasında dövlət qulluqçularının orta əmək haqqından az ola bilməz. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanır. Bununla bağlı qeyd olunmalıdır ki, bu norma sırf hərbi qulluqçulara aid normadır ki, iddiaçının hərbi qulluqçu kimi döyüş əməliyyatlarında iştirak etməsi iş materialları ilə təsdiq edilmədiyindən bu norma ona şamil edilə bilməz. Burada qeyd olunmalıdır ki, iddiaçı SSRİ-nin ləğvindən sonra hərbi prokurorluğun mövcud olmadığı üçün Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1991-ci il tarixli 30P nömrəli sərəncamı ilə bahid istintaq əməliyyat qrupunun tərkibində Xankəndiyə göndərildyinə və Qarabağ rayonlararası İxtisaslaşdırılmış Prokurorluda böyük müstəntiq vəzifəsində işləməsinə və sonradan həmin İxisaslaşdırılmış Prokurorluğun Hərbi Prokurorluq statusunu əldə etməsinə istinad edir. Lakin faktiki olaraq iddiaçı həmin vaxt hərbi prokurorluğun əməkdaşı olmadığı üçün məhkəmə bu dəlili əsassız hesba edir. “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluq (bundan sonra – "prokurorluqda qulluq keçmə" adlanacaq) prokurorluğun fəaliyyət istiqamətləri üzrə prokurorluq işçilərinin səlahiyyətlərini yerinə yetirmələri ilə əlaqədar həyata keçirdikləri dövlət qulluğunun xüsusi növüdür. Həmin Qanunun 32.5-ci maddəsinə görə prokurorluq işçiləri məhkəmə, ədliyyə və ya digər hüquq-mühafizə, o cümlədən fövqəladə hallar orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Həmin orqanlardan, habelə hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdən prokurorluğa qulluğa qəbul edilmiş işçilərin xidmət illəri Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müəyyən olunmuş qaydada prokurorluqda xidmət illərinə daxil edilir “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.8.1-ci və 20.8.2-ci maddələrinə görə prokurorluq orqanlarının işçisi kimi yaşa görə əmək pensiyası prokurorluq orqanlarında 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. İş materialları ilə iddiaçının prokurorluq orqanlarında 15 il işləməsi öz təsdiqini tapmadığından məhkəmə ona sabiq prokurorluq orqanlarının işçisi kimi yaşa görə əmək pensiyasının təyin edilməsi barədə tələbini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildir. Məhkəmə hesab edir ki, təmin edilməsi üçün qanuni əsas müəyyən edilmədiyindən iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-2238/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2238/2024
14.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver