Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2239/2021 30.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi ilə, İddiaçı Qusar rayon Şirvanlı Bələdiyyəsinin Cavabdeh qarşı cavabdehə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 25,95 ha torpaq sahəsinin ayrılması barədə keçmiş Qusar rayonu Qullar, indiki Şirvanlı Bələdiyyəsinin 17 oktyabr 2005-ci il tarixli 08 saylı qərarının ləğv edilməsi və mülkiyyət hüququna dair JN-0253, kod 30124028 olan torpağa mülkiyyət hüququna dair dövlət aktının etibarsız sayılması barədə iddia ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 25,95 ha torpaq sahəsinin ayrılması barədə keçmiş Qusar rayonu Qullar, indiki Şirvanlı Bələdiyyəsinin 17 oktyabr 2005-ci il tarixli 08 saylı qərarının ləğv edilməsi və mülkiyyət hüququna dair JN-0253, kod 30124028 olan torpağa mülkiyyət hüququna dair dövlət aktının etibarsız sayılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraati inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya yardım göstərilməklə cavabdehi düzgün müəyyən edərək iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verməsi təklif olunaraq 10 gün müddət verilsə də, iddiaçı ərizəni məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatını xarakterizə edən xüsusiyyətə görə bu icraatda bütün hallarda tərəf kimi və bir qayda olaraq cavabdeh qismində inzibati orqan çıxış edir. Lakin hazırkı iş üzrə cavabdeh qismində inzibati orqan deyil, fiziki şəxs qeyd olunmuşdur. Buna görə də məhkəmə hesab edir ki, hazırkı işə inzibati icraat qaydasında baxılmalı olmadığından iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-2239/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2239/2021
30.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver