Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2239/2022 20.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “18 oktyabr 1976-cı ildə tərtib edilmiş doğum akt qeydində onun adının “Sultan”dan “Səbinə” adına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1976-cı ildə Ağsu rayonu Musabəyli kəndində anadan olmuş, atası X2, anası X1r. 17 dekabr 2003-cü ildə X3 ilə nikaha daxil olmuş, həmin nikahdan 3 uşağı vardır. Nikah haqqında şəhadətnamədə, uşaqların doğum haqqında şəhadətnamələrində, şəxsiyyət vəsiqəsində adı Səbinədir. Cavabdehnə doğum haqqında şəhadətnamənin təkrarən verilməsi üçün müraciət etmiş, cavabdeh təkrar şəhadətnamənin verilməsi mümkün olmamasını bildirmiş və məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhəkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə münasibət bildirirək qeyd etmişdir ki,İddiaçı xx.xx.2022-ci ildə doğum haqqmda təkrar şəhadətnaməsinin istənilməsi barədə şöbəyə ərizə vermiş, ərizə aidiyyatı üzrə icra olunması üçün Ağsu rayon qeydiyyat şöbəsinə göndərilmişdir. Ağsu rayonunun Qaraqoyunlu kənd icra nümayəndəyinin 1976-cı ilə dair doğum haqqında akt qeydi nəzərdən keçirilərkən vətəndaş-Zeynalova (Abdullayeva) Səbinə Valı qızının adının “Səbinə" deyil, ‘‘Sultan” olduğu aşkar edilmişdir. Sənədlərində ziddiyyət olduğu üçün vətəndaşa doğum haqqmda təkrar şəhadətnamənin verilməsi mümkün olmamış və ərizə icra olunmadan geri qaytarılmışdır. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırkı mübahisəyə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə mübahisə predmetinə dair sənədlər təqdim edilmişdir. Həmin sənədlərə: Cavabdeh tərəfindən verilmiş 12 fevral 2022-ci il tarixli, 05/9-24/11 nömrəli imtina məktubu, Ağsu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1976-cı il tarixli 64 nömrəli akt qeydinin təsdiqlənmiş surəti, Şəxsiyyət vəsiqələrin surəti və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinə dəyişikliyin edilməsi, kifayət qədər əsaslar olduqda VVAQ şöbələri, mübahisə olduqda isə məhkəmə qətnaməsi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv edilməsindən imtina edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı barəsində xx.xx.1976-cı il tarixdə VVAQ-da tərtib edilmiş 64 saylı doğum haqqında akt qeydində adı “Sultan” kimi qeyd edilmişdir. Halbuki, iddiaçının adı Səbinədir. Belə ki, bu fakt onun adına olan bütün rəsmi sənədlərdə öz təsdiqini tapır. Lakin iddiaçının adı doğum qeydində Sultan kimi qeyd olunub. Ona görə də iddiaçı Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”da əks olunmuş hüquqlarından istifadə edərək akt qeydində adının dəyişdirilməsi qərarına gəlib. Bunula bağlı iddiaçı Cavabdehnə müraciət edərək, adının “Sultan”dan “Səbinə” adına dəyişdirilməsi istəmiş, lakin cavabdeh təşkilat dəyişikliyin məhkəmə qərarı əsasında ola biləcəyini ona bildirərək tələbin təmin edilməsindən imtina etmişdir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, iddiaçının adının dəyişdirilməsini istisna edəcək hər hansı bir hal müəyyən edilmədiyinə görə, Ağsu rayon VVAQ-da xx.xx.1976-cı il tarixdə 64 nömrə ilə qeydə alınmış doğum akt qeydində iddiaçının adının “Sultan”dan “Səbinə” adına dəyişdirilməsi öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı adına qeydə alınmış 64 nömrəli, 18 oktyabr 1976-cı il tarixli doğum akt qeydlərində onun adının “Sultan”dan “Səbinə” adına dəyişdirilməsi öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-2239/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2239/2022
20.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver