Məhkəmə qərarları › İş №2-1(118)-2239/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2239/2023

07.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2239/2023 07.03.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi idarəsinə qarşı “6 sot istifadələrində olan torpaq üzərində hüquqlarının tanınması və torpağın çıxarışının iddiaçının adına keçirilməsi”nə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi idarəsinə qarşı iddia qaldıraraq “6 sot torpağın uzun müddət (30 ildən çox) istifadələrində olaraq kommunal xidmətləri ödədiklərini, cənab Prezidentə sıx bağlılığını, dövlətçiliyə dəstəyini, yaradıcılığını, seydiliyini və İ qrup əlil olduğunu nəzərə alaraq sözügedən 6 sot istifadələrində olan torpaq üzərində hüquqlarının tanınması və torpağın çıxarışının iddiaçının adına keçirilməsinə” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində qeyd edir ki, 30 ildən çox Məhəmmədi sovxozunda sağıcı kimi çalışan anasına Kürdəxanıda əmlak payı verilmişdir. O zaman həmin torpaqda ev və tövlə tikmişdirlər. Oradakı 6 sot torpağa çıxarış almaq üçün Əmlak Komitəsinə müraciət etdikdə sabiq sədr Kərəm Həsənovun tapşırığı ilə çertyoj çəkilmişdir. İcra başçısı və arxitektorun imzası möhürü ilə tikintiyə icazə verildikdə 4-cü şöbənin rəisi İldırım kənd təsərrüfatı təyinatlı olduğunu bəhanə edərək tikintiyə rəy verməmişdir. İndi isə əksinə bəhanə edirlər ki, bələdiyyənin ehtiyat fonduna aiddir deyə təyinatın dəyişdirməlisiz ki, kənd təsərrüfatı təyinatlı olsunki çıxarış verək. Bu minvalla 5 ildən çoxdur ki, iddiaçını get-gələ salırlar, işi yubadırlar. 2022-ci ildə 30 il istifadələrində olan 6 sot torpağı notariusda bələdiyyənin adına etibarnamə vermək məcburiyyətində qalaraq, 200 (iki yüz) manat rüsum ödəyərək, çıxarış almışdır. X4 İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Baş nazirə müraciəti və qəbullarda olduğu 3 Baş nazir müavinləri Əli Həsənov, Şahin Mustafayev, Əli Əhmədovun, İqtisadi İnkişaf Nazirliyinin, Əmlak Komitəsinin (2 sabiq sədri və hazırki sədrin) dərkənarı ilə bir diplomat sənəd BTİ-də saxlanılır (Hətta şəxsən görüşü zamanı 3 il öncə Leyla xanımın da tapşırığı olmuşdur). Nəticədə 3 BTİ-nin rəisi işdən çıxarılmış, 1 rəis və şöbə rəisi İldırım həps olunmuşdur. Bir bələdiyyə sədri Vaqif dünyasın dəyişmiş, digəri Xəyaləddin və İcra Başçısı isə işdən çıxarılmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı hüquqi yardım edilmiş, iddia tələbi aydınlaşdırılmışdır. İddiaçının Abşeron rayonu Məmmədli bələdiyyəsindən narazılığı yoxdur, o uzun müddət istifadəsində olan torpaq sahəsinə mülkiyyət hüququ əldə etmək niyyətindədir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia öhdəliyin icrası haqqında iddiadır. X1rılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırki iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3ci maddəsinə uyğun olaraq inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara aiddir. (öhdəliyin icrası haqqında iddia) Bu halda isə iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl inzibati orqana müraciət etməli, inzibati orqan imtina və ya hərəkətsizlik edərsə məhkəmədə iddia qaldıra bilər. Belə ki, iddiaçı 6 sot istifadələrində olan torpaq üzərində hüquqlarının tanınması və torpağın çıxarışının iddiaçının adına keçirilməsini istəyir. Məhkəmə ilkin olaraq qeyd edir ki, inzibati məhkəmə icraatında torpaq sahəsinə mülkiyyət hüququnun tanınması formasında iddia növü mövcud deyil. Bundan əlavə cavabdeh inzibati orqana müraciətləri iddiaçı yox, Abşeron rayonu Məmmədli bələdiyyəsi etmiş və ona müvafiq imtina verilmişdir. Bu qeyd edilənlər iddianın mümkünsüz sayılması üçün əsas təşkil edir. İşin hallarından görünür ki, torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsində olsa da həmin torpaq sahəsi ilə bağlı bələdiyyə bəzi zəruri sənədləri əldə edib, sənədləşdirmə işlərinin yekunlaşdırılması ilə məşğuldur. Belə ki, Abşeron rayonu Məmmədli bələdiyyəsinin ərazisindən hərrac və ya müsabiqə yolu ilə satılması nəzərdə tutulan 06/173 saylı qərarı ilə ayrılmış 0.06 ha torpaq sahəsinə rəy verilməsi üçün bələdiyyə tərəfindən reyestr xidməti müraciət olunmuş, torpaq sahəsi həyətyanı məqsədilə ayrılmış ərazidə yerləşməməsi səbəbindən müvafiq rəyin verilməsi mümkün olmamışdır. (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi idarəsinin 22 iyul 2019-cu il tarixli, **********15 saylı məktubu) Məhkəmə qeyd edir ki, Abşeron rayonu Məmmədli bələdiyyəsinin iddiaçının müraciəti əsasında torpaq sahəsinin sənədləşmə işlərinin tamamlanması zamanı yaranan problemlərlə bağlı iddianı ancaq bələdiyyə qaldıra bilər. İddiaçının isə bələdiyyə müvafiq sənədləri tamamlandıqdan, iddiaçının torpaq üzərində bələdiyyə qərarı əsasında hüququ yarandıqdan sonra inzibati orqana müraciət hüququ yaranar. Eyni zamanda iddiaçıya izah edilsin ki, torpaq sahəsinin hərraçdan kənar satılmasının istisnalarıda vardır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar