Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-224/2021 19.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Prokurorluğuna qarşı 10-15 avqust tarixlərdə X3 və X1 qanunazidd əməllərinin araşdırılması, onların cinayət xarakterli əməllərində cinayət tərkibi olduğu üçün cinayət işinin başlanması barədə qərar qəbul olunmuş qərarın ləğv olunaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 442-450-ci maddələrinə istintaq hərəkətlərinin məcburi aparılması barədə qərarın qəbul edilməsi tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sumqayıt şəhər Prokurorluğuna qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 10-xx xxxxxx 2018-ci il tarixlərdə verdiyi ərizəsi əsasında X3 və X1 qanunazidd əməllərinin araşdırılması, onların cinayət xarakterli əməllərində cinayət tərkibi olduğu üçün cinayət işinin başlanmaması barədə qəbul olunmuş qərarın ləğv olunaraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 442-450-ci maddələrinə əsasən istintaq hərəkətlərinin məcburi aparılması barədə qərarın qəbul edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 3.2, 3.2.1-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur. Məhkəmə hesab edir ki, tərəflər arasında mövcud mübahisənin mahiyyəti cinayət-prosessual fəaliyyətinə aid olduğundan hazırki işə inzibati məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 saylı Qərarının 15.3-cü bəndinə görə mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Sumqayıt şəhər Prokurorluğuna qarşı 10-15 avqust tarixlərdə X3 və X1 qanunazidd əməllərinin araşdırılması, onların cinayət xarakterli əməllərində cinayət tərkibi olduğu üçün cinayət işinin başlanması barədə qərar qəbul olunmuş qərarın ləğv olunaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 442-450-ci maddələrinə istintaq hərəkətlərinin məcburi aparılması barədə qərarın qəbul edilməsi tələbinə dair iddiası mümkün sayılmamalı, iddiaçıya müvafiq iddia ilə cavabdeh orqanın yerləşdiyi yer üzrə ümumi məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Sumqayıt şəhər Prokurorluğuna qarşı 10-15 avqust tarixlərdə X3 və X1 qanunazidd əməllərinin araşdırılması, onların cinayət xarakterli əməllərində cinayət tərkibi olduğu üçün cinayət işinin başlanması barədə qərar qəbul olunmuş qərarın ləğv olunaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 442-450-ci maddələrinə istintaq hərəkətlərinin məcburi aparılması barədə qərarın qəbul edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-224/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-224/2021
19.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver