Məhkəmə qərarları › İş №2-1(118)-224/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-224/2024

17.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-224/2024 17.01.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi ilə, İddiaçı cavabdeh “Təhsildə X1rşı X3 və Texnologiyalar Universiteti tərəfindən verilmiş gəmi elektrik mühəndisliyi ixtisası üzrə verilmiş 30 iyun 2019-cu il tarixli B19№154944 saylı bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Təhsil X2 üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Təhsildə X1rşı X3 və Texnologiyalar Universiteti tərəfindən verilmiş gəmi elektrik mühəndisliyi ixtisası üzrə verilmiş 30 iyun 2019-cu il tarixli B19№154944 saylı bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Təhsil X2 üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2015-2019-cu illərdə X3 və Texnologiyalar Universiteti tərəfindən verilmiş gəmi elektrik mühəndisliyi ixtisası üzrə bakalavr təhsili almışdır. O, təhsil aldığı müddətdə dərs davamiyyəti və fənləri mənimsəməsi yaxşı səviyyədə olmuşdur. 2019-cu ildə universitet tərəfindən ona diplom təqdim edilmişdir. O, artıq həmin sahədə işləyir, uzun müddət ölkədə olmadığından diplomunu ölkə ərazisində tanınması üçün təqdim edə bilməmişdir. Bununla bağlı cavabdeh Agentliyə müraciət etdikdə ona imtina cavabı verilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsinin xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsindən məlum olur ki, iddiaçıya verilmiş bakalavr diplomunun tanınması barədə qərar qəbul edilmiş və tanınma haqqında elektron şəhadətnamə ərizəçinin şəxsi kabineti vasitəsilə ona təqdim olunmuşdur. Ərizəyə əlavə edilmiş şəhadətnamədən görünür ki, İddiaçı X3 və Texnologiyalar Universiteti tərəfindən verilmiş gəmi elektrik mühəndisliyi ixtisası üzrə verilmiş 30 iyun 2019-cu il tarixli B19№154944 saylı bakalavr diplomu Azərbaycan Respublikasında tanınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual-Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəlləsinin 67.3-cü maddəsinə görə bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında mübahisə məhkəmədən kənar qaydada nizama salınmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisə öz həllini tapdığından iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh “Təhsildə X1rşı X3 və Texnologiyalar Universiteti tərəfindən verilmiş gəmi elektrik mühəndisliyi ixtisası üzrə verilmiş 30 iyun 2019-cu il tarixli B19№154944 saylı bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Təhsil X2 üzərinə qoyulması tələbinə dair iddiası üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar