Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2246/2023 19.04.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X4 (İddiaçı BOKT ASC-də hüquqşünas işləyən, ünvan 1i ünvanında qeydiyyatda olan) İddiaçı BOKT ASC-nin cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı X7, X3, X8, X9, Abasov Rahid Zahir oğlunun Sumqayıt şəhəri, 19-cu məhəllədə yerləşən 16/17A saylı evin 9 saylı mənzilindən (yeni qaydalarla Sumqayıt şəhəri,Azərbaycan pr, 148, M1, mənzil 2) qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ İddiaçı BOKT ASC cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, X7, X3, X8, X9, Abasov Rahid Zahir oğlunun Sumqayıt şəhəri, 19-cu məhəllədə yerləşən 16/17A saylı evin 9 saylı mənzilindən (yeni qaydalarla Sumqayıt şəhəri,Azərbaycan pr, 148, M1, mənzil 2) qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X7, X3, X8, X9, Abasov Rahid Zahir oğlu üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Məhkəməsinin 30 sentyabr 2016-cı İl tarixli 2(060)- 13933/2016 saylı qətnaməsi ilə cavabdeh X1 iddiaçı ‘Finoko" BOKT ASC-nin xeyrinə cəmi 27 193.73 ABŞ dolları borcun tutulması, tələbin X2 məxsus ünvan 6 (yeni qaydalarla ünvan 3 ünvanında yerləşən əmlaka yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və əldə olunan pul hesabına borcun ödənilməsi qət edilmişdir.Sumqayıt Apellyasiya Məhkəməsinin 16 may 2017-ci il tarixli qətnaməsi ilə X1 tutulmalı olan məbləğ hissəsində İ instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmiş və X1 cəmi 26 763.45 ABŞ dolları borcun tutulması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilməmiş saxlanılmışdır.X3 həmin qətnamədən kassasiya şikayəti vermişdir. AR Ali Məhkəməsinin 26 dekabr 2017-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir.Sumqayıt Apellyasiya Məhkəməsinin 16 may 2017-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almış və icra olunması üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun və “İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun tələbinə uyun olaraq Sumqayıt şəhəri üzrə İcra İdarəsi qətnamədə qeyd olunan daşınmaz əmlakın satışının təşkil edilməsi məqsədilə hərrac mərkəzinə şifariş vermişdir. Keçirilmiş hərrac zamanı əmlakın alıcısı olmadığı üçün hərrac baş tutmamışdır. “İpoteka Haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun xx.xx.2018- ci il tarixli, Y-741 saylı protokola əsasən İddiaçı BOKT ASC tərəfindən əldə edilmişdir. xx.xx.2018-ci il tarixli, Y-741 saylı protokol əsasında İddiaçı BOKF ASC ünvan 6 (yeni qaydalarla ünvan 4 ünvanında yerləşən əmlaka dövlət reyestrindən çıxarış almışdır. Hal-hazırda sözü gedən mənzil İddiaçı BOKT ASC-nin mülkiyyətindədir. X3 təşkilatımıza qarşı “kredit müqaviləsinin etibarsızlığı" və “ipoteka müqaviləsinin etibarsızlığı" tələbinə dair əsassız iddialar qaldırmış, iddiaçının İddia tələbləri təmin edilməmişdir.Daha sonra isə X3 “FİNOKO" BOKT ASC-nə qarşı “hərracın və onun nəticələri haqqında protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddia qaldırmış, Səbail rayon Məhkəməsinin 2(009)-1254/2021 saylı 23 iyun 2021-ci il tarixli qətnaməsi iddiaçının iddia tələbi təmin edilməmişdir.X3 qeyd olunan qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8672/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Səbail rayon Məhkəməsinin 2(009)- 1254/2021 saylı 23 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır.X3 apellyasiya istansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-1937/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir.Sumqayıt şəhəri. 19-cu məhəllə, ev 16/17A, mənzil 9 (yeni qaydalarla ünvan 5 ünvanında yerləşən əmlak boşaldılaraq İddiaçı BİKT ASC-nin nümayəndəsinə təhvil verilmişdir. Bu barədə Akt tərtib edilmişdir. Beləliklə, hal-hazırda həmin mənzildə heç kim yaşamır. Hal-hazırda sözügedən mənzildə heç kim yaşamasa belə, mənzilin keçmiş sakinləri - X7, X3, X8, X9. Abasov Rahid Zahir oğlu orada qeydiyyatda qalmaqda davam edir. Onların həmin mənzilə qeydiyyatı formal xarakter daşıyır.Sözügedən şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək mülkiyyətçi kimi “FİNOKO" BOKT ASC-nin həmin əmlaka dair qanundan irəli gələn sərəncam hüququnun tərkib hissəsidir. X7, X3, X8, X9, Abasov Rahid Zahir oğlunun mülkiyyətimizdə olan mənzildə qeydiyyatda qalması mənzil barəsində sərbəst şəkildə sərənacam vermək hüququmuzu pozur.Sumqayıt şəhər Polis idarəsinin 27,12.2022-ci il tarixli məktubundan da göründüyü kimi, mənzilin keçmiş sakinləri hal-hazırda da Sumqayıt şəhəri, 19-eu məhəllə, ev 16/17A. mənzil 9 (yeni qaydalarla ünvan 5 ünvanında qeydiyyatdadırlar. Bu isə bir mülkiyyətçi kimi "xxxx" BOKT ASC-nin mənzil barəsində sərəncam vermək hüququnu məhdudlaşdırır. Bir mülkiyyətçi kimi şirkətin hüquqları pozulduğundan, həmin şəxslərin mənzildən qeydiyyatdan çıxarılmasına zərurət yaranmışdır.X7, X3, X8, X9, X10 Sumqayıt şəhəri. 19-cu məhəllə, ev 16/17A, mənzil 9 (yeni qaydalarla ünvan 4 ünvanında yerləşən əmlakdan qeydiyyatdan çıxarılması barədə məktubla cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə müraciət edilmiş, 17 yanvar 2023-cü il tarixli cavab məktubu ilə ərizə icra edilmədən geri qaytarılmışdır. İddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilən dəlillərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəməən xahiş etdi. Cavabdeh və üçüncü şəxslər şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən tərəflərin və üçüncü şəxsı\rin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan : - Sumqayıt şəhər Məhkəməsinin 30 sentyabr 2016-cı İl tarixli 2(060)- 13933/2016 saylı qətnaməsindən görünür ki, cavabdeh X1 iddiaçı “Finoko" BOKT ASC-nin xeyrinə cəmi 27 193.73 ABŞ dolları borcun tutulması, tələbin X2 məxsus ünvan 6 (yeni qaydalarla ünvan 3 ünvanında yerləşən əmlaka yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və əldə olunan pul hesabına borcun ödənilməsi qət edilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin 16 may 2017-ci il tarixli qətnaməsindən görünür ki, X1 tutulmalı olan məbləğ hissəsində İ instansiya məhkəməsinin qətnaməsi dəyişdiriləsi və X1 cəmi 26 763.45 ABŞ dolları borcun tutulması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilməmiş saxlanılmışdır. -“Əmlak İxtisaslaşdırılmış hərrac mərkəzi”nin xx.xx.2018- ci il tarixli, Y-741 saylı protokoldan görünür ki, keçirilmiş iki hərrac baş tutmadığına görə ünvan 6 ipotekasaxlayan İddiaçı BOKT ASC tərəfindən alınmışdır. - **********73-05101-093011 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 6 (yeni qaydalarla ünvan 3 İddiaçı BOKT ASC mülkiyyətindədir. - Sumqayıt şəhər Polis İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X7, X3, X8, X9, Abasov Rahid Zahir oğlu ünvan 6 ünvanda qeydiyyatdadırlar. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması üçün cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, lakin cavabdeh inzibati orqan xx.xx.2023-cü il tarixli məktubla müraciəti təmin etməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan evdən üçüncü şəxslərin qeydyiyatdan çıxarılması üçün tələb hüququnun mövcudluğu müəyyən olunur. Cavabdeh inzibati orqan imtinanın əsası kimi, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmamasını göstərmişdir. Məhkəmə imtina cavabının dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, qanun yaşayış yeri üzrə qeydiyyatın məqsədini müəyyən etmişdir və bu məqsəd üçün hər bir şəxs yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdır. Şəxsin uzun müddət qeydiyyatda olduğu ünvanda yaşamaması qeyd edilən qanunun məqsədlərinə ziddir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Qərarının 3-cü bəndində göstərilmişdir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. X7, X3, X8, X9, Abasov Rahid Zahir oğlunun Sumqayıt şəhəri, 19-cu məhəllədə yerləşən 16/17A saylı evin 9 saylı mənzildən (yeni qaydalarla Sumqayıt şəhəri,Azərbaycan pr, 148, M1, mənzil 2) qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti,70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-2246/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2246/2023
19.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver