Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-225/2020 09.12.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, Kazımova İradə Səlim qızının katibliyi ilə, İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X3rşı “Sumqayıt şəhər keçmiş X4 İcraiyyə Komitəsinin xx xxxxxx 1988-ci il tarixli 16 saylı qərarı və Sumqayıt şəhər Təhsil şöbəsinin nəzdində “Maarif” Bağçılıq Yoldaşlığı yaradılmış “Maarif” X2 Heyətinin 1995-ci il tarixli, 2 saylı iclas protokolunun Qərarı ilə “Yaşma” bağları ərazisində ona ayrılmış sahəsi 600 kvadrat metr olan 980 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X6 üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı “Yaşma” bağları ərazisində ona ayrılmış sahəsi 600 kvadrat metr olan 980 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. “xxxx” MMC iş üzrə icraata üçüncü şəxs kimi cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər keçmiş X4 İcraiyyə Komitəsinin xx xxxxxx 1988-ci il tarixli 16 saylı qərarı əsasında şəhərin müxtəlif idarə və təşkilatlarına işçilər araşında paylanılması və bağçılıq-bostançılıq yoldaşlıqlarının yaradılması məqsədi ilə “Yaşma” bağları ərazisində torpaq sahələri ayrılmışdır.Həmin dövrdə Sumqayıt şəhər Təhsil şöbəsinin nəzdində “Maarif” Bağçılıq Yoldaşlığı yaradılmışdır ki, iddiaçı da həmin yoldaşlığa üzv qəbul edilmişdir. “Maarif’ X2 Heyətinin xx xxx 1995-ci il tarixli,2 saylı iclas protokolunun Qərarı ilə iddiaçı Bağçılıq Yoldaşlığına üzv qəbul edilmiş və ona sahəsi 600 kvadrat metr olan 980 saylı bağ torpaq sahəsi ayrılmışdır. Həmin vaxtdan etibarən o, bağ torpaq sahəsinə mütəmadi olaraq qulluq və sahiblik edir.Bir müddət əvvəl ona məlum olmuşdur ki, adı çəkilən torpaq sahəsi ölkəmizdə həyata keçirilmiş torpaq islahatı nəticəsində əvəzsiz mülkiyyətinə verilmişdir. Buna görə də iddiaçı torpağın sənədləşdirilməsi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının həyata keçirilməsi məqsədi ilə “bağçılıq kitabçasını, torpaq sahəsinin ayrılması barədə protokoldan çıxarışı, torpağın planını və digər zəruri sənədləri toplayaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X9 təqdim etmişdir. Lakin sonuncu müraciətinə cavabdeh məktubla cavab verərək iddiaçının torpaq sahəsi üzərində hüququnun dövlət qeydiyyatından imtina etmişdir. Buna əsas kimi cavabdeh iddiaçıya məxsus torpaq sahəsinə dair keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən başqa şəxsin adına “torpaq sahəsinin planı və ölçüsü" tərtib edildiyini bildirərək torpaq sahələrinin üst-üstə düşdüyünü iddia etmişdir Ancaq cavabdeh qeyd olunan sənədin hansı şəxsin adına tərtib edildiyini göstərməyərək, bu sənədin hansı hüquqi əsaslara söykənərək hazırlandığını da bildirməmişdir. Halbuki, torpaq sahəsi 1995-ci ildə “Maarif” Bağçılıq Yoldaşlığı tərəfindən qanuni şəkildə iddiaçıya ayrılaraq əvəzsiz istifadəsinə verilmişdir. Başqa sözlə desək, sözügedən torpaq sahəsi üzərində faktiki olaraq iddiaçının əvəzsiz mülkiyyət hüququ yaranmışdır. Hesab edir ki, cavabdehin torpaq üzərində hüququnun dövlət qeydiyyatının həyata keçirilməsindən imtina etməsi qanunsuz və əsassızdır. Məlum olduğu kimi, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin,fərdi,kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan) torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Göründüyü kimi, cavabdeh istinad etdiyi Fərmana əsasən sözügedən torpaq üzərində hüququnun dövlət qeydiyyatını həyata keçirilməli idi. Nəzərə alınsa ki, məktubda adı çəkilməyən şəxsin adına torpaq barədə mülkiyyət hüququna dair Çıxarış verilməmiş və onun iddiaçıya məxsus torpaq sahəsi üzərində hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçməmişdir, aydın olur ki, cavabdehin hüququnun dövlət qeydiyyatından imtinası açıqaşkar qərəzli və subyektiv xarakter daşıyır. İddiaçı hesab edir ki, cavabdehin imtinanın əsası kimi göstərdiyi dəlilləri bəhanədən başqa bir şey kimi qəbul etmək olmaz. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli 439 nömrəli Fərmanını müddəalarına əsasən həmin torpaq sahəsi üzərində əvəzsiz mülkiyyət hüququ birmənalı olaraq yaranmışdır. Bütün bunları nəzərə alaraq pozulmuş hüququnun müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərd i, kollektiv və kooperativ bağların,dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağlarin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin,həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət,istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 66-cı maddəsinin 2-ci hissəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 241.2-ci maddəsinə əsasən torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərətorpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümldən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ,o cümlədən mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1 -ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1 -ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüquqlarına təminat verir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Sporring və Lonnort İsveçə qarşı” işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almışdır.Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1 -ci Protokolunun 1 -ci maddəsinin pozulması faktını qeyd etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçı iştirak etdiyi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X3rşı iddia ərizəsi Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019- cu il tarixli 2-1 (085)- 1782/2019 nömrəli sərəncamına əsasən (hakim - İsmayıl Quliyev) darəyə göndərilmiş və iddiaya qarşı yazılı şəkildə münasibət (etiraz) bildirilməsi tələb edilmişdir. İddia ərizəsində göstərilən hallar araşdırılmışdır və müəyyən edilmişdir ki, iddiaçı Rzayeva X5 şəhəri, Yaşma bağlar ərazisində yerləşən "Maarif' X7 Heyətinin xx xxx 1995ci il tarixli 02 nömrəli protokolundan çıxarışı ilə əldə etdiyi 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın, habelə plan və ölçünün verilməsi ilə əlaqədar xx xxxxxx 2019-cu il tarixli ərizə ilə Cavabdehnə müraciət etmişdir və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar olaraq İddiaçı bildirilmişdir ki, 2 saylı X6 mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olubolmamasını müəyyənləşdirmək üçün torpaq sahəsinə müayinə baxışı keçirilərkən və elektron kadastr baza məlumatları araşdırılarkən torpaq sahəsinin digər şəxsə məxsus, ləğv edilmiş DT və XK-İ tərəfindən hazırlanmış torpaq sahəsinin planı və ölçüsü sənədi ilə üst-üstə düşdüyü aşkar edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1 -ci maddəsinə əsasən Sumqayıt şəhəri, Yaşma bağlar ərazisində yerləşən 0,06 ha torpaq sahəsi üzərində İddiaçı hüquqlarının dövlət qeydiyyatından imtina edilmiş və bu barədə ona xx xxxxxxxx 2019-cu il tarixli **********44 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Göründüyü kimi, hazırki iş üzrə idarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X3rşı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1 -ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibatı orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması haqqında məhkəmə qərardad qəbul edir. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmaması haqqında qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X1 iştirak etmiş iddiaya etirazı müdafiyə etmiş və məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün torpaq sahəsinə müayinə baxışı keçirilərkən və elektron kadastr baza məlumatları araşdırılarkən torpaq sahəsinin “xxxx” MMC-yə məxsus, ləğv edilmiş DT və XK-İ tərəfindən hazırlanmış torpaq sahəsinin planı və ölçüsü sənədi ilə üst-üstə düşdüyü aşkar edilmişdir. Elektron bazada “xxxx” MMC-nin 303743 kv.m torpaq sahəsi görsənir. Həmin ərazi təkcə iddiaçının yox çox vətəndaşın bağ sahəsi ilə üst-üstə düşür. Həmin vətəndaşlar ilk növbədə “xxxx” MMC ilə yranan problemi həll etməlidirlər. Sonda cavabdehin nümayəndəsi X1 iddiya etirazı müdafiyə etdiyini bildirdi. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Məhkəməyə sorğu əsasında daxil olmuş xx xxxx 2020-ci il tarixli, **********69 saylı məktubunda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X12 qeyd edir ki, idarənin xidməti istifadəsində olan xəritə məlumatlarına əsasən “Maarif’ X2 Heyətinin xx xxx 1995-ci il Tarixli, 02 saylı iclas protokolu ilə İddiaçı ayrılmış torpaq sahəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Elat-A” Məhdud Məsuliyyətli Cəmiyyətinin adına verilmiş xx.xx.2015-ci il tarixli, A 537922 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlara əsasən cəmiyyətin istifadəsində olan 30.0 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü aşkar edilmişdir. “Torpaq sahəsinin planı və ölçüsü” sənədi DTXK-nın Abşeron rayon filialı tərəfindən verildiyindən, sənədin arxiv məlumatları Xidmətin 4 saylı X11 arxiv saxlancında saxlanılır. Sorğu əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsindən daxil olmuş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş torpaq sahəsinin plan və ölçüsündən görünür ki, Abşeron rayon Pirəkəşkül kəndi ərazisində yerləşən 303743 kv.m torpaq sahəsi Abşeron rayon İHB-nın xx.xx.2014-cü il tarixli 558 nömrəli Sərəncamı və xx.xx.2014-cü il tarixli 558 nömrəli icarə müqaviləsi ilə sahibkarlıq məqsədilə “xxxx” MMC-nin istifadəsinə ayrılmışdır. Beləliklə, iddiaçı sözügedən bağ sahəsinin 1988-ci ildə “Maarif’ bağçılıq cəmiyyəti tərəfindən ona ayrıldığını bildirsə də, həmin torpaq sahəsi “Elat-A” Məhdud Məsuliyyətli Cəmiyyətinin adına verilmiş xx.xx.2015-ci il tarixli, A 537922 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlara əsasən cəmiyyətin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü aşkar edilmişdir. Göründüyü kimi bəyan olunan hüquqlarla dövlət reyestrində saxlanılan məlumatlar arasında uyğunsuzluq müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırkı işdədə bəyan olunan hüquqlarla dövlət reyestrində saxlanılan məlumatlar arasında uyğunsuzluq müəyyən edilmiş və inzibati orqan əsaslı olaraq imtina etmişdir. Buna görədə məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. İddiaçıya izah edilsin ki, xxxx MMC-nin qeydə alınmış hüquqlarını onun torpaq sahəsi ilə üst-üstə düşən hissədə mübahisələndirmək hüququ istisna edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-225/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-225/2020
09.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver