Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-225/2022 23.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X5 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qarşı “N nömrəli hərbi hissə komandirinin N8 dekabr N019-cu il tarixli, 371 nömrəli əmrinin ləğv edilməsi və müddətdən artıq hərbi xidmətə işə bərpa edilməsinin, on üçüncü əmək haqqının, N019-cu ilin dekabr ayı üçün ödənilməmiş əmək haqqının və məcburi iş buraxmaqla bağlı orta aylıq əmək haqqının ödənilməsinin cavabdehin öhdəsinə qoyulmasına” dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qarşı iddia qaldıraraq “N nömrəli hərbi hissə komandirinin N8 dekabr N019-cu il tarixli, 371 nömrəli əmrinin ləğv edilməsi və müddətdən artıq hərbi xidmətə işə bərpa edilməsinin, on üçüncü əmək haqqının, N019-cu ilin dekabr ayı üçün ödənilməmiş əmək haqqının və məcburi iş buraxmaqla bağlı orta aylıq əmək haqqının ödənilməsinin cavabdehin öhdəsinə qoyulmasına” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 16.07.N014-cü il tarixdə hərbi xidmətə çağırılmış, Ağdam rayonu ərazisində-ön cəbhədə N saylı hərbi hissədə xidmət etmiş, N016-cı-ildə Gədəbəy ərazisində N saylı hərbi hissəyə-cəbhə xəttində yerləşir- müddətdən artıq hərbi xidmətə keçirilmiş və həmin hərbi hissədə N018-ci ilə qədər xidmət etmişdir. Bu hərbi hissələrdə xidmət etdiyi vaxt komandanlıq tərəfindən heç bir irad və cəza almamışdır. X1 ağır xəstəliyi ilə əlaqədar olaraq N018-ci ildə Bakı şəhərində yerləşən N nömrəli hərbi hissəyə keçirilmişdir. Bu hərbi hissədə az müddət xidmət etdikdən sonra, ona xidmətlə bağlı olmayan müxtəlif öhdəliklər irəli sürülmüş, iddiaçı onların imkanı çatanları yerinə yetirmişdir. Bununla bağlı komandanlıqla aralarında narazılıqlar yaranmışdır. Bundan sonra müxtəlif əmlaklar yoxa çıxmış və iddiaçıya qarşı daha ciddi provokasiyalar başlamışdır. Hissə komandiri hər xırda şeydən ötrü iddiaçını hədələmiş və sıxışdırmışdır. İddiaçı təmir bölüyündə xidmət etmişdir. Buna baxmayaraq takelajçı bölüyündə xidmət edən X6 qızışdıraraq guya aralarında xoşa gəlməyən münasibət yaranmış və iddiaçı ona qarşı əxlaqsız hərəkət etmişdir. Beləliklə iddiaçının şərəf və ləyaqətini ləkələyən ərizə yazdırmağa nail olmuşdurlar. Yuxarıda qeyd etdiyi kimi bu şəxs onunla bir bölükdə xidmət etməmişdir, onunla iddiaçının heç bir əlaqəsi olmamışdır. Həmçinin mütəmadi olaraq cəza almış və komandanlıq qarşısında gözü kölgəli olan X4 da qabaqcadan hazırlayıb - olmayan bir hadisədən məlumatlı olmağını təsdiq etməyə məcbur etmişdirlər (hal-hazırda o hərbi xidmətdən tərxis edilmişdir). Bu hərbi hissəyə keçiriləndən sonra 13- (on üçüncü) əmək haqqını da müxtəlif bəhanələr gətirərək verməmişlər-məhrum etmişlər , həmçinin dekabr ayı üzrə əmək haqqı da ödənilməmişdir. Araşdırmadan sonra iddiaçını məcbur etmişdirlər ki, ərizə yazsın və xidmətdən öz razılığı ilə tərxis olunsun. Qeyd olunmalıdır ki, iddiaçının anası ağır xərçəng xəstəliyindən əziyyət çəkir və xeyli müddətdir çox vəsait tələb edən müalicələr alır və işsizdir. İddiaçıdan başqa ailəsini dolandıran yoxdur. O, öz Vətəninə və Xalqına sadiq adamdır. Ailə tərbiyəsi görmüşdür. Sağlamlıq problemi yoxdur. O, xidmət etmək istəyir. Uşaqlıqdan hərbiçi olmaq istəmiş və torpaqları düşmən tapdağından azad etməkdə yaxından iştirak etmək istəmişdir. Əsassız olaraq N nömrəli hərbi hissə komkandirinin N8 dekabr N019- cu il tarixli , 371 nömrəli əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə əsasən ehtiyata buraxılmış , N8 dekabr N019-cu il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından bütün növ təminatdan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinə göndərilmişdir . Bu əmr tamamilə əsassız və qanunsuzdur. Belə ki, yuxarıda qeyd olunduğu kimi o, hər hansı bir qanunsuzluğa yol verməmişdir, hərbi xidmət keçdiyi dövrdə heç bir xəbərdarlıq və töhmət almamış və xidmətə uyğusuzluğu barədə söhbət gedə bilməz . İntizam və inzibati məsuliyyətə cəlb edilməmişdir . Lakin qeyd edilən amillər ətraflı araşdırılmadan birbaşa onun ehtiyata buraxılmağı barədə əmr verilmişdir . Bunun da nəticəsində hüquqları kobud şəkildə pozulmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, iddiaçıya iddia müddətinin ötürüldüyü bildirilmiş, eyni zamanda buraxılmış müddətinin bərpası ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddətində ötürürldüyü izah edilmişdir. İddiaçı müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı N nömrəli hərbi hissə komandirinin N8 dekabr N019-cu il tarixli, 371 nömrəli əmrinin ləğv edilməsi və müddətdən artıq hərbi xidmətə işə bərpa edilməsinin, on üçüncü əmək haqqının, N019-cu ilin dekabr ayı üçün ödənilməmiş əmək haqqının və məcburi iş buraxmaqla bağlı orta aylıq əmək haqqının ödənilməsini istəyir. Hazırki iddia İPM-nin N.N.1–ci maddəsinə uyğun olaraq şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) daxildir ki, həmin növ iddia ilə də məhkəmədə iddia qaldırılması üçün İnzibati Prosessual Məcəllədə müəyyən müddət müəyyən olunmuşdur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanunun həmin normasından göründüyü kimi inzibati aktla hüquqları pozulan şəxs bu əmrin ləğv edilməsini ancaq müəyyən müddət ərzində tələb edə bilər. İş materiallarından göründüyü kimi iddiaçı N8 dekabr N019-cu il tarixli, 371 nömrəli əmrlə “Hərbi Xidmətkeçmə” haqqında Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən ehtiyata buraxılması ilə bağlı Müdafiə Nazirinin maddi texniki təminat üzrə müavini-Maddi-Texniki Təminat Baş İdarəsi rəisinin müvafiq əmrinə əsasən iş və vəzifələrini təhvil vermiş hesab edilərək hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. İddiaçı N nömrəli hərbi hissə komandirinin N8 dekabr N019-cu il tarixli, 371 nömrəli əmrinin ləğv edilməsi və onun müddətdən artıq hərbi xidmətə işə bərpa edilməsi, on üçüncü əmək haqqının, N019-cu il dekabr ayı üçün ödənilməmiş əmək haqqının və məcburi iş buraxmaqla bağlı orta aylıq əmək haqqının ödənilməsinin cavabdehin öhdəsinə qoyulmasına dair iddia ərizəsi ilə N8.01.N0N0-ci il tarixdə məhkəməyə müraciət etmiş, Məhkəmənin N-1(118)-6N3/N0N0 saylı, 19 may N0N0-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Bundan sonra iddiaçı N3.08.N0N1-ci il tarixdə yenidən həmin tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N4.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Göründüyü kimi iddiaçı müddətin bərpasına dair ərizə verilməsi üçün yuxarıda qeyd olunan normada nəzərdə tutulmuş 1 illik müddəti də ötürmüşdür. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qarşı “N nömrəli hərbi hissə komandirinin N8 dekabr N019-cu il tarixli, 371 nömrəli əmrinin ləğv edilməsi və müddətdən artıq hərbi xidmətə işə bərpa edilməsinin, on üçüncü əmək haqqının, N019-cu ilin dekabr ayı üçün ödənilməmiş əmək haqqının və məcburi iş buraxmaqla bağlı orta aylıq əmək haqqının ödənilməsinin cavabdehin öhdəsinə qoyulmasına” dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-225/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-225/2022
23.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver