Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-225/2023 25.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 İlqar oğlunun iştirakları ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “üçüncü şəxs X1 adına verilmiş JN-009A saylı, KOD 41003005 seriyalı şəhadətnamənin və 15 may 2017-ci il tarixli, RX seriyalı **********33 reyestr nömrəli çıxarışın, daşınmaz əmlakın dövlət reyestrində olan qeydin, iddiaçının 0.25 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğvi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “X1 adına verilmiş JN-009A saylı, KOD- 41003005 seriyalı şəhadətnamənin, 15 may 2017-ci il tarixli, An-157186 seriyalı – “Torpaq sahəsinin planı və ölçüsü”nün və 15 may 2017-ci il tarixli, RX seriyalı, **********33 reyestr nömrəli çıxarışın qanunsuz hesab edilməklə ləğv edilməsi, İddiaçı adına verilmiş JN-009A saylı, KOD-41003005 seriyalı şəəhadətnamə əsasında Şamaxı rayonunun Qızmeydan kəndində verilmiş 0,25 ha torpaq sahəsi üzərində hüquqların cavabdeh tərəfindən dövlət reyestrində qeydiyyata alınması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini dəqiqləşdirərək, “üçüncü şəxs X1 adına verilmiş JN-009A saylı, KOD 41003005 seriyalı şəhadətnamənin və 15 may 2017-ci il tarixli, RX seriyalı **********33 reyestr nömrəli çıxarışın, daşınmaz əmlakın dövlət reyestrində olan qeydin, iddiaçının 0.25 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğvi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1687/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə X4 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şamaxı rayonunun Qızmeydan kəndində qeydiyyatda olan İddiaçı 1997-ci ildə 0,25 hektar torpaq sahəsi verilmiş və həmin torpaq sahəsində 1 (bir) otaqlı zirzəmili ev tikmiş və həmin ev invertarlaşdırılmış və həmin evə texniki pasport almışdır. Eyni zamanda həyətyanı torpaq sahəsi Şamaxı rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli,16 saylı Qərarı ilə - İddiaçı mülkiyyətinə verilmiş müvafiq olaraq “Torpağın mülkiyyətə verilməsinə dair” JN-009A saylı, KOD 41003005 seriyalı Şəhadətnamə verilmişdir. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 14 Saylı Şamaxı Ərazi İdarəsinə torpaq sahəsinin üzərində hüquqların dövlət reyesterində qeydə alınması ilə bağlı müraciət etsə də cavabdeh tərəfindən imtina məktubu göndərilmişdir. İddiaçı məlum olmuşdur ki, X1 adına JN-009A saylı , KOD-41003005 seriyalı Şəhadətnamə,15 may 2017-ci il tarixli, AN-157186 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” və 15 may 2017-ci il tarixli,RX seriyalı, **********33 reyestr nömrəli Çıxarış verilmiş və həmin torpaq sahəsinin üzərində olan evin bir hissəsi uçurdulmuşdur və üçüncü şəxs X4 bu torpağın Qızmeydan Bələdiyyə sədri - hal-hazırda vəfat etmiş İrşad Zərbalıyev tərəfindən ona satıldığını bildirmişdir. İddiaçı aidiyyəti üzrə müvafiq qurumlara müraciətlər etmiş və Qızmeydan İcra Nümayəndələrinin Qaytanlanmış Kitabından da məlum olmuşdur həmin torpaq sahəsi qaytanlanmış kitabda iddiaçının adına qeydiyyatdadır. Lakin DTXK-nin Şamaxı Rayon Şöbəsinin Qeydiyyat Kitabında isə qeydiyyat ağardıcı ilə ağardılmış və üstündən X1 adı qeyd edilmiş və onun adına olan JN-009A saylı, KOD-41003005 seriyalı şəhadətnamənin qeydiyyat nömrəsi verilmişdir. Yerquruluşu və Layihə İnstitutunda da həmin torpaq sahəsi iddiaçının adına qeydiyyata alınmışdır. Göründüyü kimi üçüncü şəxs X1 adına verilmiş JN-009A saylı,KOD- 41003005 seriyalı Şəhadətnamə,15 may 2017-ci il tarixli, AN-157186 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” və 15 may 2017-ci il tarixli, RX seriyalı, **********33 reyestr nömrəli çıxarış saxta olmaqla qanunsuzdur. Bu tələblə o cavabdeh orqana müraciət etsə də, tələbi təmin edilmədiyindən məhkəməyə müraciət etmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 İlqar oğlu iddia tələbinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, “Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri” publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi idarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutumuş hüquqmüəyyənedici sənədlər əsasında habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. İddiaçı Ərazi idarəsinə daxil olmuş ərizəsinin araşdırılması zamanı məlum olmuşdur ki, Şamaxı rayonun Qızmeydan kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş JN-009A, kod 41003005 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsinin yerləşdiyi ərazi mübahisəli olduğu üçün, İddiaçı ərizəsinin icrası mümkün olmamışdır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər.
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - JN 009A, KOD 41003005 saylı (kitabda 014 nömrə ilə qeydə alınmış) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 16 saylı, 11 noyabr 1998-ci il tarixli qərarına əsasən Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən 0.25 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə ayrılmışdır. - JN 009A, KOD 41003005 saylı (kitabda 9252 nömrə ilə qeydə alınmış) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin surətindən görünür ki, Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 16 saylı, 11 noyabr 1998-ci il tarixli qərarına əsasən Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən 0.40 ha torpaq sahəsi X1 mülkiyyətinə ayrılmışdır. - ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən 0.256 ha torpaq sahəsi üzərində X1 mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmışdır. - Məhkəməyə sorğu əsasında daxil olmuş cavabdeh orqanın mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, elektron məlumat bazasında X2 aid JN 009A, KOD 41003005 saylı şəhadətnamə ilə mülkiyyətinə verilmiş 0.40 ha torpaq sahəsinə aid heç bir məlumat aşkar olunmadığndan JN 009A, KOD 41003005 saylı şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş 0.25 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı; elektron məlumat bazasında İddiaçı JN 009A, KOD 41003005 saylı şəhadətnamə ilə mülkiyyyətinə verilmiş 0.25 ha torpaq sahəsi haqqında məlumatlar mövcuddur; X3ən adına olan RX seriyalı **********33 reyestr nömrəli çıxarışın plan ölçü sənədində qeyd olunan koordinatlar daxilindəki torpaq sahəsi və JN 009A, KOD 41003005 saylı şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş 0.25 ha torpaq sahəsi naturada ölçülmüş torpaq ahəsinin hüdudları daxilindədir. - Məhkəməyə sorğu əsasında "xxxx" MMC-dən daxil olmuş 19 dekabr 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Şamaxı rayonu, Qızmeydan kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında X1 adı aşkar edilməmişdir. - Məhkəməyə sorğu əsasında "xxxx" MMC-dən daxil olmuş Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 16 saylı, 11 noyabr 1998-ci il tarixli qərarına əlavə edilmiş Şamaxı rayonunun Qızmeydan kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid adlı siyahıdan görünür ki, Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən 0.25 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə ayrılmışdır. - Məhkəməyə sorğu əsasında Şamaxı rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş arxiv çıxarışından görünür ki, Şamaxı rayon Qızmeydan kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyinin 2001-2005-ci illərin şəxsi hesab 256№-li təsərrüfatbaşına kitabında İddiaçı təsərrüfatında 0.25 ha həyətyanı torpaq sahəsi olması qeyd edilmişdir. - Məhkəməyə sorğu əsasında Şamaxı rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş 06 mart 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Qızmeydan kənd ərazi vahidi üzrə nümayəndəliyinin 1991-2010-cu illərin təsərrüfatbaşına kitablarında X1 adına təsərrüfat aşkar olunmamışdır. - Məhkəməyə sorğu əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən ünvanlanmış 09 oktyabr 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, elektron məlumat bazasında X2 aid JN 009A, KOD 41003005 saylı şəhadətnamə ilə mülkiyyətinə ayrılmış 0.40 ha torpaq sahəsinə aid heç bir məlumat aşkar olunmadığından JN 009A, KOD 41003005 saylı şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş 0.25 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı; JN 009A, KOD 41003005 saylı şəhadətnamə əsasında İddiaçı mülkiyyətinə verilmiş 0.25 ha torpaq sahəsinin koordinatları X1 adına tərtib edilmiş RX seriyalı, ******* saylı, xx.xx.2017-ci il tarixli çıxarışın A № 157186 saylı, xx.xx.2017-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən torpaq sahəsinin (0.256 ha) koordinatları üst-üstə düşür. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublardan görünür ki, üçüncü şəxsin adına verilmiş şəhadətnamə və çıxarışın ləğv edilməsinə dair iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 14 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 14 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 14 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 14 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRX-in 14 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktubları ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Xaçmaz rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə iş materiallarını tam, obyektiv və hərtəfəli tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 16 saylı, 11 noyabr 1998-ci il tarixli qərarına əsasən Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən 0.25 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə ayrılmışdır. Qeyd olunan qərar əsasında İddiaçı adına JN 009A, KOD 41003005 saylı (kitabda 014 nömrə ilə qeydə alınmış) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmişdir. İddiaçı qeyd edilən hüquqmüəyyənedici sənəd əsasında torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan isə həmin torpaq sahəsinə dair üçüncü şəxs X1 adına ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” tərtib edildiyi üçün onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Daha sonra iddiaçı üçüncü şəxsin adına tərtib edilmiş JN-009A saylı, KOD 41003005 seriyalı şəhadətnamənin və 15 may 2017-ci il tarixli, RX seriyalı **********33 reyestr nömrəli çıxarışın ləğv edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmişdir. Cavabdeh iddiaçıya cavab olaraq üvanladığı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublarla onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə aşağıda qeyd etdiklərinə əsasən hesab edir ki, iddia təmin edilməli və üçüncü şəxs X1 adına tərtib edilmiş JN-009A saylı, KOD 41003005 seriyalı şəhadətnamə və 15 may 2017-ci il tarixli, RX seriyalı **********33 reyestr nömrəli çıxarış, daşınmaz əmlakın dövlət reyestrində olan qeyd - iddiaçının 0.25 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Azərbaycan Respublikas Konstitusiyası 13-cü maddəsinin İ və İİ hissələri, 29-cu maddəsinin İ, İİ və İV hissələri). İddiaçıya “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin verildiyi dövrdə qüvvədə olan Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında Qanunun 9-cu maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət torpaq kadastrını formalaşdıran vahid torpaq-kadastr sənədləri sistemi tətbiq edilir. Vahid torpaq-kadastr sənədləri sistemi hüquqi və texniki kadastr sənədlərindən ibarətdir. Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən aşağıdakılar, hüquqi kadastr sənədləri hesab olunur: torpağa mülkiyyət hüququna dair dövlət aktı; torpaqdan daimi istifadə hüququna dair dövlət aktı; torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə; torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; notarial qaydada təsdiq edilmiş və qeydiyyata alınmış icarə müqavilələri. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş Dövlət torpaq kadastrının aparılması qaydaları haqqında Əsasnamənin 12-ci bəndinə əsasən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ailə tərkibi üzrə hər şəxsin adı, soyadı, torpağın sahəsi göstərilməklə, ailə başçısının adına verilirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci bəndinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 16.3-cü maddəsinə əsasən, əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Qanunun 16.4-cü maddəsinə əsasən, bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Həmin Qanunun 16.5-ci maddəsinə əsasən, dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Məcəllənin 141.2-ci maddəsinə əsasən həmin Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Sözügedən Məcəllənin 141.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Hazırki inzibati işin araşdırması zamanı müəyyən edilmişdir ki, Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 16 saylı, 11 noyabr 1998-ci il tarixli qərarına əsasən Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən 0.25 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə ayrılmışdır. Qeyd olunan qərar əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı adına JN 009A, KOD 41003005 saylı (kitabda 014 nömrə ilə qeydə alınmış) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmişdir. Eyni zamanda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən yenidən JN 009A, KOD 41003005 saylı (kitabda 9252 nömrə ilə qeydə alınmış) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” X1 adına tərtib edilmişdir. Sonuncunun adına tərtib edimiş şəhadətnamədə də Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 16 saylı, 11 noyabr 1998-ci il tarixli qərarına əsasən X2 Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən 0.40 ha torpaq sahəsinin ayrıldığı qeyd edilmişdir. Göründüyü kimi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN 009A, KOD 41003005 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” iki fərqli nüxsədə tərtib edilmişdir. Belə ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş ilkin JN 009A, KOD 41003005 saylı (kitabda 014 nömrə ilə qeydə alınmış) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 16 saylı, 11 noyabr 1998-ci il tarixli qərarına əsasən Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən 0.25 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə ayrıldığı qeyd edilmişdir. Həmçinin eyni nömrəli, kodlu şəhadətnamədə (kitabda 9252 nömrə ilə qeydə alınmış) Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 16 saylı, 11 noyabr 1998-ci il tarixli qərarına əsasən Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən 0.40 ha torpaq sahəsinin X1 mülkiyyətinə ayrıldığı qeyd edilmişdir. Qeyd edilən şəhadətnamə əsasında cavabdeh orqan tərəfindən torpaq sahəsi X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli çıxarış tərtib edilmişdir. Məhkəmə tərəfindən inzibati işin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi üçün İddiaçı adına tərtib edilmiş JN 009A, KOD 41003005 saylı (kitabda 014 nömrə ilə qeydə alınmış) və X1 adına tərtib edilmiş JN 009A, KOD 41003005 saylı (kitabda 9252 nömrə ilə qeydə alınmış) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lərin tədqiq edilməsi zərurəti yaranmışdır. Məhkəmə qeyd olunan hər iki fərqli nüxsədə tərtib edilmiş şəhadətnamələrin tədqiqi zamanı müəyyənləşdirmişdir ki, hər iki şəhadətnamədə İddiaçı və X1 mülkiyyətinə torpaq sahəsinin Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 16 saylı, 11 noyabr 1998-ci il tarixli qərarı əsasında ayrıldığı qeyd edilmişdir. Bu səbəbdən də şəhadətnamələrin verilməsinə əsas olmuş sənədin, yəni Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 16 saylı, 11 noyabr 1998-ci il tarixli qərarının araşdırılması zərurəti yaranmışdır. Məhkəməyə sorğu əsasında "xxxx" MMC-dən daxil olmuş 19 dekabr 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Şamaxı rayonu, Qızmeydan kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında X1 adı aşkar edilməmişdir. Məhkəməyə sorğu əsasında Şamaxı rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş 06 mart 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Qızmeydan kənd ərazi vahidi üzrə nümayəndəliyinin 1991-2010-cu illərin təsərrüfatbaşına kitablarında X1 adına təsərrüfat aşkar olunmamışdır. Eyni zamanda məhkəməyə sorğu əsasında "xxxx" MMC-dən daxil olmuş Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 16 saylı, 11 noyabr 1998-ci il tarixli qərarına əlavə edilmiş Şamaxı rayonunun Qızmeydan kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid adlı siyahıdan görünür ki, Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən 0.25 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə ayrılmışdır. Sorğu əsasında Şamaxı rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş arxiv çıxarışından görünür ki, Şamaxı rayon Qızmeydan kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyinin 2001-2005-ci illərin şəxsi hesab 256№-li təsərrüfatbaşına kitabında İddiaçı təsərrüfatında 0.25 ha həyətyanı torpaq sahəsi olması qeyd edilmişdir. Göründüyü kimi məhkəmə tərəfindən mübahisələndirilən, yəni X1 adına verilmiş JN- 009A saylı, KOD 41003005 seriyalı şəhadətnamənin verilməsinə hansı sənədlərin əsas olduğunun aydınlaşdırılması üçün aidiyyatı üzrə sorğular verilsə də, orqanların müvafiq cavab məktubları ilə şəhadətnamənin verilməsinə əsas olmuş sənədlərin mövcud olmadığı müəyyən edilmişdir. Göründüyü kimi şəhadətnamənin heç bir əsas olmadan üçüncü şəxin adına tərtib edilməsi qanunvericiliyin tələblərinə zidd olmuş və İddiaçı hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Belə olan halda isə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X1 adına verilmiş JN-009A saylı, KOD 41003005 seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ləğv edilməlidir. Həmçinin məhkəmə tərəfindən Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 16 saylı, 11 noyabr 1998-ci il tarixli qərarı ilə İddiaçı mülkiyyətinə ayrılmış torpaq sahəsi ilə X1 adına tərtib edilmiş JN-009A saylı, KOD 41003005 seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə ona ayrılmış torpaq sahəsinin eyni torpaq sahəsi olmasının müəyyənləşdirilməsi üçün cavabdeh orqana mütəxəssis rəyinin verilməsi üçün sorğu ünvanlanmışdır. Məhkəməyə sorğu əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən ünvanlanmış 09 oktyabr 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, elektron məlumat bazasında X2 aid JN 009A, KOD 41003005 saylı şəhadətnamə ilə mülkiyyətinə ayrılmış 0.40 ha torpaq sahəsinə aid heç bir məlumat aşkar olunmadığından JN 009A, KOD 41003005 saylı şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş 0.25 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı; JN 009A, KOD 41003005 saylı şəhadətnamə əsasında İddiaçı mülkiyyətinə verilmiş 0.25 ha torpaq sahəsinin koordinatları X1 adına tərtib edilmiş RX seriyalı, ******* saylı, xx.xx.2017-ci il tarixli çıxarışın A № 157186 saylı, xx.xx.2017-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən torpaq sahəsinin (0.256 ha) koordinatları üst-üstə düşür. Göründüyü kimi məhkəmə araşdırması zamanı iddiaçının torpaq sahəsi ilə tam olaraq üst-üstə düşən və mübahisələndirilən torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın verilməsinə əsas olan X1 adına tərtib edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN 009A, KOD 41003005 saylı (kitabda 9252 nömrə ilə qeydə alınmış) şəhadətnamənin verilməsinə əsas olduğu qeyd edilmiş Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 16 saylı, 11 noyabr 1998-ci il tarixli qərarında X2 torpaq sahəsinin ayrılmasının nəzərdə tutulmadığı müəyyən edilmişdir. Belə olan halda isə üçüncü şəxs olan X2 qanunazidd olaraq torpaq sahəsi ayrılmış, əsassız olaraq adına “Torpağın mülkiyyətə verilməsinə dair” JN 009A, KOD 41003005 saylı şəhadətnamə (kitabda 9252 nömrə ilə qeydə alınmış) və ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” tərtib edilmişdir. Beləliklə üçüncü şəxs X1 mülkiyyətinə 0.40 ha torpaq sahəsinin ayrılmasına dair “Torpağın mülkiyyətə verilməsinə dair” JN 009A, KOD 41003005 saylı şəhadətnamənin (kitabda 9252 nömrə ilə qeydə alınmış) hüquq müəyyən edici sənədlər olmadan, qanunun tələblərinə zidd olaraq tərtib edilməsi məhkəmə araşdırması ilə müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunun 21.2-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Qanunun 28.1-ci maddəsinə əsasən, inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Göründüyü kimi inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qeyd edilən halları sübutetmə yükü cavabdehin üzərindədir və cavabdeh tərəfindən məhkəməyə həmin halların mövcudluğunu təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, üçüncü şəxs X1 adına verilmiş JN-009A saylı, KOD 41003005 seriyalı şəhadətnamə və 15 may 2017-ci il tarixli, RX seriyalı **********33 reyestr nömrəli çıxarış, daşınmaz əmlakın dövlət reyestrində olan qeyd - İddiaçı 0.25 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddia təmin edilsin. Üçüncü şəxs X1 adına verilmiş JN-009A saylı, KOD 41003005 seriyalı şəhadətnamə və 15 may 2017-ci il tarixli, RX seriyalı **********33 reyestr nömrəli çıxarış, daşınmaz əmlakın dövlət reyestrində olan qeyd - İddiaçı 0.25 ha torpaq sahəsi ilə üstüstə düşən hissədə ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva