Məhkəmə qərarları › İş №2-1(118)-2250/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2250/2021

02.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2250/2021 02.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Muradova Ülkər Taleh qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “iddia tələbinin təmin olunması, "xxxx" ASC-nin Direktorlar Şurasının 28 mart 2011-ci il tarixli 01 saylı protokoluna əsasən 80,0 ha torpaq sahəsində yerləşən tikililərin üzərində mülkiyyət hüququnun qeydə alınması, 80,0 ha torpaq sahəsi ilə birlikdə müvafiq qaydada təsdiq edilmiş baş yerquruluşu-təsərrüfat (sutuasiya) planından çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsində (ünvan: ünvan 2nda baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “iddia tələbinin təmin olunması, "xxxx" ASC-nin Direktorlar Şurasının 28 mart 2011-ci il tarixli 01 saylı protokoluna əsasən 80,0 ha torpaq sahəsində yerləşən tikililərin üzərində mülkiyyət hüququnun qeydə alınması, 80,0 ha torpaq sahəsi ilə birlikdə müvafiq qaydada təsdiq edilmiş baş yerquruluşu-təsərrüfat (sutuasiya) planından çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə aidiyyatla bağlı məhkəmə iclası 02.11.2021-ci il tarixə təyin edilmişdir. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati iş aidiyyatı üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, işdən göründüyü kimi "xxxx" ASC-nin Direktorlar Şurasının 28 mart 2011-ci il tarixli 01 saylı protokoluna əsasən özəlləşdirilməsi və ayrılması nəzərdə tutulmuş mübahisəli daşınmaz əmlak (80,0 ha torpaq sahəsi və tikililər) Ağsu rayonun Padar kəndi ərazisində yerləşir. Hazırkı mübahisəyə xüsusi norma rolunu oynayan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinə uyğun olaraq baxılmalıdır. Həmin maddəyə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2017-ci il 11 aprel tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, kommersiya və inzibati məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən Ağsu rayonu Şəki İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Şərh olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iş baxılması üçün aidiyyəti qaydalarına uyğun olaraq daşınmaz əmlakın olduğu yerə görə Şəki İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1, 8.5 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “iddia tələbinin təmin olunması, "xxxx" ASC-nin Direktorlar Şurasının 28 mart 2011-ci il tarixli 01 saylı protokoluna əsasən 80,0 ha torpaq sahəsində yerləşən tikililərin üzərində mülkiyyət hüququnun qeydə alınması, 80,0 ha torpaq sahəsi ilə birlikdə müvafiq qaydada təsdiq edilmiş baş yerquruluşu-təsərrüfat (sutuasiya) planından çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə 2-1(118)-2250/2021 saylı iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar