Məhkəmə qərarları › İş №2-1(118)-2258/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2258/2022

01.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2258/2022 01.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X5 Mövlətxan oğlunun katibliyi ilə, Сavabdehin nüməyəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı "Abşeron rayonu, Saray qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən bir otaqlı fərdi yayış sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması, onun adına çıxarışın verilməsi və digər şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” na dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı "Abşeron rayonu, Saray qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən bir otaqlı fərdi yayış sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması, onun adına çıxarışın verilməsi və digər şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 1983-cü ilin dekabr ayının 15-də iddiaçı məhkəmə qərarı ilə Abşeron rayonu, Saray qəsəbəsi, 20 yanvar küçəsində yerləşən bir otaqlı evə iki övladı ilə köçürülmüşdür. Sonra evin kommunalı kəsildiyi üçün o övladları ilə birgə evdən çıxmışdır. Həmin evə dair order ondadır. Onun sözügedən evə kiminsə köçürülməsinə razılığı olmayıb, evi kiməsə satmamışdır. Ağdam rayon məcburi köçkünləri olan Vüsal və Vüqar adlı şəxslər və onların anaları iddiaçının evinin qapısını qıraraq orada yerləşmişdilər. O bunu biləndən sonra onlardan evinin boşaldılmasını tələb etsə də, qarşılığında iddiaçıya hücum çəkərək öz mülkləri kimi onu evdən qovmuşdular. Bu məsələ illər boyu davam edir. Onun ailəsi belə buna görə dağılmışdır. O illər boyu zərər çəkmiş, evi ola-ola kirayələrdə qalmışdır. O, yaşlı qadındır, öz evi ola-ola hazırdada qalmışdır qapılarda. İddiaçı xəstədir, maddi və mənəvi vəziyyəti çox pis vəziyyətdədir. Hazırda həmin ona məxsus evdə Vüqar, anası, həyat yoldaşı və üç uşağı yaşayır. Sözügedən evin sənədləşməsi və qanunsuz evə köçən şəxslərin evdən çıxarılması zərurəti yaranmışdır. Bu səbəbdən də, o mövcud tələblə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin 3-cü hissəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. AR İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlər edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara inzibati məhkəmələrin kompetensiyasındadır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə dəvət edilmiş, lakin məhkəmə iclasında iştirak etməmişdir. Сavabdehin nüməyəndəsi X4 məhkəmə iclasında iştirak etmiş və bildirmişdir ki, iddiasçının hər hansı bir müraciəti idarəyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia öhdəliyin icrası haqqında iddiadır. X1rılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırki iddia tələbi ilə iddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Abşeron rayonu, Saray qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən bir otaqlı fərdi yayış sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması, onun adına çıxarışın verilməsi və digər şəxslərin qeydiyyatdan çıxarılmasını tələb edir. Göründüyü kimi iddia Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-ci maddəsinə uyğun olaraq inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara aiddir. (öhdəliyin icrası haqqında iddia) Bu halda isə iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl inzibati orqana müraciət etməli, inzibati orqan imtina və ya hərəkətsizlik edərsə məhkəmədə iddia qaldıra bilər. Lakin iş materiallarından görsənir ki, iddiaçı cavab verməli orqana müraciət etməmişdir. Bundan əlavə iddiaçı onun evinə zorla girən şəxslərin evdən çıxarılmasını istəyir. Məhkəmə qeyd edir ki, bu tələb iddiaçı ilə üçüncü şəxslər arasında olan mülki hüquq münasibətlərindən yarandığına görə, həmin tələbə mülki məhkəmə icraatı qaydasında baxıla bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. İddiaçıya izah edilsin ki, yaşayış evinin digər şəxslərin istifadəsində olmasını və iddianın uğurluluq ehtimalını nəzərə alaraq mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması tələbi ilə ilkin olaraq inzibati orqana müracət edə bilər. İnzibati orqan imtina və ya hərəkətsizlik edərsə inzibati orqana müraciəti ilə əlaqədar tələblə məhkəməyə müraciət edə bilər. Evdən çıxarılma iddiası ilə isə müvafiq ümumi məhkəməyə müracət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar