Məhkəmə qərarları › İş №2-1(118)-2258/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2258/2023

11.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2258/2023 11.09.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı ona xx.xx.1983-cü ildən xx.xx.2010-cu ilə qədər çalışdığı illər ümumi iş stajına daxil edilməklə 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2016-cı il tarixdən pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialina qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.1983-cü ildən xx.xx.2010-cu ilə qədər çalışdığı illərin ümumi iş stajına daxil edilməklə 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2016-cı il tarixdən pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin cavabdehlər sırasından çıxarılması və cavabdeh qismində yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. xx.xx.1980cı il tarixdən işə başlamışdır. 1980-cı il tarixdən 1983-cü il tarixədək yeraltı tuneldə çalışmışdır. 1983-cü ildən Təmir Tikinti İdarəsində qaz qaynaqçısı, 1993-cü il tarixdən 2010-cu il tarixədək Şamaxı rayon Su İdarəsində elektrik qaz qaynaqçısı vəzifəsində işləmişdir. Onun xx.xx.1980-ci il tarixdən 2010-cu il tarixədək ümumi iş stajı 30 ilə yaxın təşkil edir. xx.xx.1980-ci il tarixdən xx.xx.2006-cı il tarixədək 25 il 17 gün iş stajı vardır. 1983-cü il tarixdən 2010-cu il tarixədək qaz qaynaqçısı kimi çalışmışdır. 1983-cü il tarixdən xx.xx.2006-cı il tarixədək qaz qaynaqçısı kimi stajı 23 ilə yaxındır. O, güzə.tli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar cavabdeh orqana müraciət etdikdə ona əsassız olaraq imtina cavabı vermişlər. Halbuki, onun işlədiyi peşələr «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il tarixli 12 №-li Qərarının 1.1.2-ci bəndinin (31-ci hissəsi) Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər də elektrik qaz qaynaqçısı peşəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşəyə uyğundur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayənddəsi iddia tələbini müdafiə etdi və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izah etdi ki, İddiaçı 1983-cü il tarixdən 2010-cu il tarixədək Şamaxı Su-Kanal idarəsində qaynaqçı vəzifəsində işlədiyini iddia edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərfö yaşa görə əmək pensiyası hüququ ve-ən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın ümumi peşələr bölməsində (35) qaz qaynaqçıları peşəsi nəzərdə tutulmuşdur. Göründüyü kimi İddiaçı işlədiyini iddia etdiyi peşə yuxarıda adıçəkilən qaz qaynaqçıları peşəsinə uyğun deyildir. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur.Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiys kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkar vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminat üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı hədd qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 33938,80 hesablandığı halda, fərd hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 22236,83 manat təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmə pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan : - - İddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1959-cu il təvəllüddür. - -НЗ № ******* seriyalı hərbi biletdən görünür ki, İddiaçı 1978- 1980-cu illərdə hərbi xidmətdə olmuşdur. - - X6 filialı tərəfindən verilmiş 337 saylı xx.xx.2021-ci il tarixliarxiv arayışından görünür ki, İddiaçı 1993-1997-ci il, 1999-2002-ci il və 2003-2005-ci illərdə Şamaxı rayon Su kanalizasiya idarəsində işləmişdir. - Məhkəmənin sorğusuna əsasən 2 nömrəli Regional Sukanal İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Şamaxı Sukanal sahəsi və Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X5 müvafiq çıxarış və sənədləri məhkəməyə göndərilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.1997-ci il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 2.1.8-ci bəndinə uyğun olaraq Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İdida tələbindən görünür ki, iddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasınını təyin olunmasını xahiş etmişdir. Yuxarıda göstərilən normaların məzmunundan aydın olduğu kimi iddiaçıya 57 yaşdan əmək pensiyasının təyin olunması üçün onun xx.xx.2006-cı il tarixə qədər azı 25 il ümumi, o cümlədən azı 12 il 6 ay xüsusi staja (əmək şəraiti zərərli və ağır olan digər işlərdə işləməsi) malik olması tələb olunur. İş materiallarından müəyyən edilir ki, iddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Bakı Tuneltikinti müəssisəində bərkidici, xx.xx.1983-cü il tarixdən Şamaxı Təmir Tikinti Sahəsində qaynaqçı, xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Şamaxı Mənzil Kommunal X1ynaqçı, xx.xx.1997-ci il tarixdən yeni yaradılmış X8 keçirilmiş, xx.xx.2010-cu il tarixdə X9 İdarəsinin eleltrik qaz qaynaqçısı kimi işdən azad edilmişdir. 1993-1997-ci illərdə və 1999-2002-ci illərdə Şamaxı rayonu Su Kanalizasiya İdarəsində qaynaqçı işləmişdir. Beləliklə, iddiaçı ona xx.xx.2006-cı il tarixədək qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən 2 nömrəli Siyahı üzrə 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir. Əvvəla qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən bşqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiyi xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla bağlı iddiaçı işlədiyi peşənin hansı Siyahıya və Siyahının hansı fəslinə, şifrə və koduna uyğun olması barədə arayışı məhkəməyə təqdim etməmişdir. Buna baxmayaraq məhkəmə işə hərtərəfli baxılması prinspipinə riayət edilməsi məqsədi ilə özü iddiaçının işlədiyi peşənin 2 nömrəli Siyahıda (iddiaçıya 57 yaşdan əmək pensiyasınnı təyin edilməsi üçün onun işlədiyi peşə 2 nömrəli Siyahıda nəzərdə tutulmalıdır) nəzərdə tutulmuş peşələrlə uyğunlaşdıraraq müəyyən etmişdir ki, həmin Siyahının “Ümumi peşələr” adlanan XXXlll fəslində 23200000—11620 kodu altında “qaz qaynaqçıları” peşələri nəzərdə tutulmuşdur ki, iddiaçının işlədiyi “qaynaqçı” peşəsi ilə eyniləşdirilə bilməz. İddiaçının əmək kitabçasında onun 2010-vi ildə qaz qaynaqçısı işindən azad edildiyi qeyd olunmuşdur, lakin onun nə vaxtdan qaz qaynaqçısı işləməsi bəlli deyildir. Belə ki, əmək kitabçasında onun əmək faəliyyəti boyu peşəsi “qaynaqçı” kimi qeyd edilmişdir. Halbuki, ona 57 yaşdan əmək pensiyasının tələb olunması üçün xx.xx.2006-cı il tarixə qədər 12 il 6 ay qaz qaynaqçısı peşəsində işləməsi faktı sübuta yetirilməli idi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildir. Məhkəmə hesab edir ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmadığından iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti , 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar