Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-226/2025 07.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X4 Təşəkkül oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə (qərarın elanında iştirak etməmişdir), İddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, Bakı-Quba yolunun 27-ci kilometrliyində yerləşən 1.2 ha torpaq sahəsinin üzərində Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınması və bu barədə çıxarışın və plan ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 30 sentyabr 2009-cu il 245 nömrəli Sərəncamına əsasən Sumqayıt Bələdiyyəsinin İstehsal sahəsi tikintisi məqsədilə Bakı-Quba yolunun 4,0 (dörd) ha torpaq sahəsinin ayrılması barədə 03 noyabr 2006-cı il tarixli, qərarını (protokol 40) obyektin razılaşdırılmış memarlıqlayihə cizgisini, Memarlıq və Şəhərsalma İdarəsinin təklifini layihələndirərək, tikinti aparılmasının mümükünlüyünə dair rəyini və aidiyyəti orqanlara müvafiq razılaşmaları nəzərə alaraq torpaq sahəsi ayrılmışdır. Həmçinin Bakı-Quba yolunun 27-ci kilometriliyində yerləşən 4,0 (dörd) ha torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən Sumqayıt Bələdiyyəsinin 31 avqust 2010-cu il tarixli, Qərarına əsasən **********03, Qeydiyyat nömrəsi ********** nömrəli, "xxxx" MMC-yə Çıxarış verilmişdir. Sözügedən torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 19 yanvar 2011-ci ildə 1,2 ha torpaq sahəsinə 3765 nömrəli Kadastr Planı verilmişdir. "xxxx" MMC rəhbərliyi tərəfindən Sumqayıt Bələdiyyəsinə ünvanlanmış 29 iyun 2010-cu il tarixli məktuba əsasən “Bakı-Quba yolunun 27-ci kilometriliyinin 1-ünvanında yerləşən 1,2 ha torpaq sahəsində yeni iş yerlərinin açılmasə məqsədilə həmin torpaq sahəsinin MMC-nin adına rəsmilləşdirlməsinə icazə verilməsinə dair müraciət olunmuşdur. Həmçinin Memarlıq və Tikinti Şöbəsinin 29 iyun 2010-cu il tarixli, Sumqayıt Bələdiyyəsinə ünvanladığı məktubunda Bakı-Quba yolunun 27-ci kilometriliyinin 1 ünvanında yerləşən 1.20 ha torpaq sahəsinin "xxxx" MMC adına rəsmilləşdirilməsi məqsədilə sənədlərin Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinə göndərilməsi təklif edilmişdir. Sumqayıt Bələdiyyəsinin Bakı-Quba yolunun 27-ci kilometriliyinin 1-ünvanında yerləşən 1.20 ha torpaq sahəsi ilə bağlı Memarlıq və Şəhərsalma İdarəsinə ünvanladığı 1126 saylı, 06 iyul 2010-cu il tarixli, müraciətinə əsasən Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin 13 avqust 2010-cu il tarixli, rəyinə əsasən Bakı-Quba yolunun 27-ci kilometriliyinin 1-ünvanında yerləşən 1,20 ha torpaq sahəsinin Sumqayıt Bələdiyyəsinin adına rəsmilləşdirilməsinə etiraz edilməməsi qeyd edilmişdir. Bakı-Quba yolunun 27-ci kilometriliyinin 1-ünvanında yerləşən 1,20 ha torpaq sahəsi ilə bağlı Sumqayıt Bələdiyyəsi 1,2 ha torpaq sahəsinin icarəyə verilməsi barədə həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması posesuduruna başlanması haqqında 31 avqust 2010-cu il tarixində Qərar qəbul edilir. Bakı-Quba yolunun 27-ci kilometriliyinin 1-ünvanında yerləşən 1,20 ha torpaq sahəsinin Sumqayıt Bələdiyyəsinin adına rəsmilləşdirilməsinə dair Sumqayıt Bələdiyyəsinin tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsinə 02 mart 2011-ci il tarixli, 573 nömrəli ərizə ilə müraciət etmişdir. Lakin Sumqayıt Bələdiyyəsinin tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsinə 02 mart 2011-ci il tarixli, 573 nömrəli ərizə ilə müraciətinə cavab olaraq Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsinin 09 aprel 2011-ci il tarixli, 14/1015 nömrəli cavab məktubunda Sumqayıt şəhər Memarlıq və Şəhərsalma idarəsinin rəyi olmadığından ərizənin icrası dayandırılması qeyd edilmişdir. Həmçinin, Bakı-Quba yolunun 27-ci kilometriliyinin 1-ünvanında yerləşən 1,20 ha torpaq sahəsi üzərində Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair Sumqayıt Bələdiyyəsi tərəfindən 10 iyun 2021-ci il tarixində 1460 nömrəli məktubla Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciəti olmuşdur. Qeyd edilən müraciətə 8-ay sonra yəni 22 fevral 2022-ci il tarixində cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi idarəsi tərəfindən bildirilmişdir ki, Bakı-Quba yolunun 27-ci kilometriliyinin 1-ünvanında yerləşən 1,20 ha torpaq sahəsi üzərində Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının icrasından imtina edilməsi məqsədə müvafiq hesab edilməsi qeyd edilmişdir. Məhz bu səbəbdəndə Bakı- Quba yolunun 27-ci kilometriliyinin 1-ünvanında yerləşən 1.20 ha torpaq sahəsi üzərində Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması dair qərar qəbul olunması üçün Sumqayıt Bələdiyyəsi tərəfindən məhkəməyə müraciət etmək qərarına gəlinmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilən hallar araşdırılmışdır və müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, Bakı-Quba yolunun 27-ci kilometrliyində yerləşən 1.2 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə iddiaçı Sumqayıt Bələdiyyəsi xx.xx.2021-ci il tarixli ərizə ilə 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq iddiaçıya bildirilmişdir ki, “idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün sözügedən torpaq sahəsinə müayinə baxışı keçirilərkən əldə olunan məlumatların idarənin istifadəsində olan elektron kadastr baza məlumatlarında yoxlanılması zamanı müəyyən olunmuşdur ki, kadastr məlumat bazasında torpaq sahəsinin 2675.0 kv.m hissəsi JN-8946 KOD 30900002 nömrəli “Torpaqdan müvəqqəti stifadə hüququna dair şəhadətnamə” sənədi ilə üst-üstə düşür və yüksək gərginlikli elektrik xətti (35kV) torpaq sahəsini 2 hissəyə bölür. Yüksək gərginlikli elektrik xəttinin mühafizə sahəsi (3939.0 kv.m) çıxıldıqdan sonra bir hissədə 115.0 kv.m, digər hissədə isə 374.0 kv.m torpaq sahəsi qalır. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, '03 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” qaydaları nəzərə alınmalıdır.Həmçinin, arxiv məlumatlarına əsasən, torpaq sahəsinə dair verilmiş xx.xx.2011-ci tarixli, 3765 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin əsli xx.xx.2012-ci il tarixdə ləğv olunmaq üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə geri qaytarılmışdır. Buna görə də, həm 3765 nömrə ilə uçota alınmış A N 317308 serialı “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin, həm də JN-8946 KOD ******* nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə” sənədinin ləğv olunubolumaması ilə bağlı "xxxx" MMC-yə ********** nömrəli, '3.03.2021-ci il tarixli sorğu ünvanlanmışdır. Sorğuya ********** nömrəli, xx.xx.2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, “Torpaq sahəsinin plan və ölçüsü” və “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə” sənədlərinin qeydiyyatı ilə bağlı məlumatlar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təhvil verilmişdir, bununla bağlı idarədə məlumat aşkar edilməmişdir. Qeyd edilənlərə əsasən iddianın tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt inzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxs ərizə ilə bildirmişdir ki, iddiaçı Sumqayıt Bələdiyyəsi Bakı-Quba yolunun 27-ci kilometrliyində yerləşən üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istədiyi 1.2 hektar torpaq sahəsini "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılması nəzərdə tutulmuşdur.Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq üçüncü şəxs və cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli **********62 nömrəli imtina məktubun surəti, etirazı, Sumqayıt Bələdiyyəsinin xx.xx.2010-cu il tarixli 08 nömrəli qərarı, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi 19 yanvar 2011-ci il tarixli, 3765 nömrəli Kadastr Planının surəti, cavabdehin xx.xx.2023-cü il tarixli məktubu, JN-8946 KOD ******* nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamənin surəti, cavabdehin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş müayinə aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə dair qərar qəbul etdiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 2 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDKR-in 2 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 2 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 2 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 2 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın xx.xx.2022-ci il tarixli **********62 nömrəli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Mübahisəli daşınmaz əmlakın Sumqayıt şəhərində yerləşməsini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, cavabdeh təşkilat tərəfindən sözügedən torpaq sahəsində yüksək gərgillikli elektirk xəttinin keçməsini bildirsə də, təqdim edilən müayinə aktında müvafiq hal aşkar edilmədi. Lakin, təqdim edilən cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reystrində qeydə almaq istədiyi 1.20 ha torpaq sahəsi JN-8946 KOD ******* nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamə ilə üst-üstə düşür. Başqa sözlə desək, faktiki olaraq elektron kadastr baza məlumatlarında torpaq sahəsinin 2675.0 kv.m hissəsi müvafiq şəhadətnamə ilə üst-üstə düşür və həmin şəhadətnamə ləğv edilmədən iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alına bilməz. Göründüyü kimi məhkəmə araşdırması nəticəsində iddiaçının iddia etdiyi torpaq sahəsinə dair elektron bazada qeydlərin olması öz təsdiqini tapmışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: -9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; -9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; -9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; -9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırkı işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə göstərilən məlumatla dövlət reyestrində saxlanılan məlumat arasında uyğunsuzluq müəyyən edilmiş, yəni arxivlərdə müvafiq dövlət aktına əsas olmuş sənədlər aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın sözügedən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinası qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1 və 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, Bakı-Quba yolunun 27-ci kilometrliyində yerləşən 1.2 ha torpaq sahəsinin üzərində Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınması və bu barədə çıxarışın və plan ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X5
Məhkəmə qərarları › İş №2-1(118)-226/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-226/2025
07.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver