Məhkəmə qərarları › İş №2-1(118)-2261/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2261/2022

27.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2261/2022 27.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Dövlət Vergi Xidməti tərəfindən ona məxsus ********** saylı VÖEN-ə 7306,49 manat məbləğində hesablanmış borcun silinməsi”nə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia qaldıraraq “Dövlət Vergi Xidməti tərəfindən ona məxsus ********** saylı VÖEN-ə 7306,49 manat məbləğində hesablanmış borcun silinməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ********** saylı VÖEN İddiaçı adınadır. Dövlət Vergi Xidməti tərəfindən ona məxsus ********** saylı VÖEN-ə 7306,49 (yeddi min üç yüz altı manat qırx doqquz qəpik) manat məbləğində borc hesablanmışdır. İddiaçı 27 sentyabr 2020-ci il tarixindən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 11 Qarabağ müharibəsində iştirak etmişdir. Müharibə zamanı baş beynin digər dəqiqləşdirilmiş zədələnmələri, Barotravmanın və keçirilmiş QKBT-nın davamlı qalıq əlamətləri Kəllədaxili travmalarm nəticələri, Postravmatik ensefalopatiya, Postkommotsion sindrom ifadəli sefalgik insonmik, emosional affektiv və kouqitiv pozulmalar Dəmir defısitli anemiya, Essensial hipertenziya, Arterial hipertenziya İİ mərhələ Eşitmənin dəqiqləşdirilmiş konduktiv tipli itirilməsi, Sol tərəfli koxlear nevrit adlı travma almışdır. Bu səbəbdən ona üçüncü qrup əlillik təyin olunmuşdur. Bildirir ki, o, müharibə iştirakçısı olmaqla yanaşı, üçüncü qrup əlildir və məhdud əmək qabiliyyətlidir. Eyni zamanda ona məxsus ********** saylı VÖEN-ə hesablanmış borcun bir hissəsi o, 11 Qarabağ müharibəsində iştirak etdiyi zaman hesablanmışdır. İddiaçı ona hesablanan borcu ödəmək iqtidarında deyildir. Bu səbəbdən hesab edir ki, ona hesablanan borc silinməlidir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, Vergi ödəyicisinin əmək müqaviləsi bildirişləri bazasına əsasən 2020-ci ilin 2-ci rübünə 1 nəfər işçi sayı olmasına baxmayaraq dövr üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta ıqları bəyannaməsi göstəricilər olmadan təqdim edildiyi üçün kənarlaşma yaranmışdır. Qeyd olunan uyğunsuzluqla əlaqədar vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********46400 nömrəli "Kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri ənədlərin təqdim edilməsi barədə" məktub göndərilmişdir. Həmin məktuba heç bir münasibət bildirilmədiyindən dövr üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi üzrə kameral vergi yoxlaması aparılmaqla kənarlaşma aradan qaldırılmış və MDSS(siğorta edən) üzrə 125.00 manat və işsizlik(siğorta edən) üzrə 5.00 manat olmaqla cəmisi 130.00 manat əlavə vergi məbləği hesablanmışdır. Vergilərin hesablanması barədə xx.xx.2021-ci il tarixli **********634000 nömrəli Qərar vergi ödəyicisinə göndərilmişdir. Vergi ödəyicisinin əmək müqaviləsi bildirişləri bazasına əsasən 2020-ci ilin 3-cü rübünə 1 nəfər işçi sayı olmasına baxmayaraq dövr üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi göstəricilər olmadan təqdim edildiyi üçün kənarlaşma yaranmışdır. Qeyd olunan uyğunsuzluqla əlaqədar vergi ödəyicisinə xx.xx.2021-cı il tarixli **********657800 nömrəli "Kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri sənədlərin təqdim edilməsi barədə" məktub göndərilmişdir. Həmin məktuba heç bir münasibət bildirilmədiyindən dövr üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi üzrə kameral vergi yoxlaması aparılmaqla kənarlaşma aradan qaldırılmış və MDSS(siğorta edən) üzrə 187.50 manat və işsizlik(siğorta edən) üzrə 7.50 manat olmaqla cəmisi 195 manat əlavə vergi məbləği hesablanmışdır. Vergilərin hesablanması barədə xx.xx.2021-ci il tarixli **********859500 nömrəli Qərar vergi ödəyicisinə göndərilmişdir. Vergi ödəyicisinin əmək müqaviləsi bildirişləri bazasına əsasən 2021-ci ilin 3-cü rübünə 1 nəfər işçi sayı olmasına baxmayaraq dövr üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi göstəricilər olmadan təqdim edildiyi üçün kənarlaşma yaranmışdır. Qeyd olunan uyğunsuzluqla əlaqədar vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********826400 nömrəli "Kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri sənədlərin təqdim edilməsi barədə" məktub göndərilmişdir. Həmin məktuba heç bir münasibət bildirilmədiyindən dövr üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi üzrə kameral rgi yoxlaması aparılmaqla kənarlaşma aradan qaldırılmış və MDSS(siğorta edən) üzrə 168.75 manat və işsizlik(siğorta edən) üzrə 30.00 manat olmaqla cəmisi 198.75 manat əlavə vergi əbləği hesablanmışdır. Vergilərin hesablanması barədə xx.xx.2021-ci il tarixli **********65900 nömrəli Qərar vergi ödəyicisinə göndərilmişdir. Lakin xx.xx.2022-ci il tarixdə vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamə təqdim idilərək 143,75 manat əlavə vergi məbləği hesablanmışdır. Həmçinin vergi ödəyicisi tərəfindən 2020-ci ilin 1-ci rübü üzrə cəmi xərclərin 15002.08 manat məbləğində müəyyən edilməsinə baxmayaraq təqdim edilmiş bəyannaməyə əsasən vergi tutulan dövriyyə ilə (930.00 manat) çəkilmiş xərclər arasında 14072.08 manat uyğunsuzluq yaranmışdır. Eyni zamanda vergi ödəyicisi tərəfindən icarəyə götürülmüş təsərrüfat subyekti (obyekti) üzrə bağlanmış icarə müqaviləsinə əsasən hesabat dövrü üzrə müəyyən edilən icarə haqqı məbləği 600.00 manat təşkil etməsinə baxmayaraq qeyd edilən bəyannamənin müvafiq hissəsində göstəricilər qeyd edilmədiyi üçün kənarlaşma yaranmışdır. Qeyd olunan uyğunsuzluqla əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********373100 nömrəli "Kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri sənədlərin təqdim edilməsi barədə" məktub göndərilmişdir. Həmin məktuba heç bir münasibət bildirilmədiyindən qeyd edilən kənarlaşmalar kameral vergi yoxlaması ilə aradan qaldırılmaqla 365,44 manat əlavə vergi məbləği hesablanmışdır. Vergilərin hesablanması barədə xx.xx.2021- ci il tarixli **********171200 nömrəli Qərar vergi ödəyicisinə göndərilmişdir. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialar öhdəliyin icrası haqqında iddialar hesab olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Sadalanan maddələrin tələblərindən aydın olur ki, öhdəliyinin icrası haqqında iddianın mümkün sayılması üçün: mübahisə inzibati məhkəmələrin səlahiyyətlərinə aid olmalı; iddianın məqsədi inzibati oqran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi ilə bağlı olmalı; iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 6.1, 6.2 və 7-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. X6 9-cu bəndi ilə məhkəmələrə tövsiyə olunmuşdur ki, inzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-1110/22 nömrəli qərardadı ilə eyni məzmunlu iddia ərizəsi mümkün sayılmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iştirak etmiş, etirazı müdafiə etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. X1rılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırki iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1ci maddəsinə uyğun olaraq şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) aiddir. Bu halda isə iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl borcun silinməsi ilə bağlı cavabdeh orqana müraciət etməli idi. Lakin iş materiallarından görsənir ki, iddiaçı eyni tələblə ilkin olaraq inzibati orqana müraciət etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, ilkin olaraq hazırki tələblə rəsmi qaydada inzibati orqana müraciət edə bilər. İnzibati orqan imtina və ya hərəkətsizlik edərsə eyni tələblə inzibati məhkəməyə müraciət edə bilər. Eyni zamanda iddiaçı qanunsuz hesab etdiyi, vergi ödəyicisi kimi vergi məsuliyyətinə cəlb edilmə ilə bağlı barəsində qəbul edilmiş inzibati aktları (müvafiq qərarları və.s) mübahisələndirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar