Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2261/2023 20.12.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı xx.xx.1983-xx.xx.2001-ci il tarixlərdə Bakı X5nda işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1983-xx.xx.2001-ci il tarixlərdə Bakı X5nda işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1975-ci ildə rayonda orta məktəbi bitirib Salyan rayon X1 daxil olmuş, 1976-1978-ci illərdə Sovet Ordusunda hərbi xidmət keçmiş, ordudan tərxis olunduqdan sonra texnikumun qiyabi şöbəsinə keçmişdir. Sovxozda əmək fəaliyyətinə başlamışdır. İşlədiyi dövrdə 1981-ci ildə texnikumu bitirmişdir. O, "Bakı" qəzetində verilən iş elanına əsasən Bakı Mebelyığma Kombinatına gəlmiş, kadrlar şöbəsinin rəisi X2 qəbulunda olmuş və sənədlərini təqdim etmişdir. O zaman kombinat iki hissəyə ayrılmışdır - X10 və X5. O, xx.xx.1981-ci il tarixdə (ƏMR №117/ok,18,09.09.81) X6 İİ dərəcəli yardımçı fəhlə kimi işə qəbul edilmiş, xx.xx.1983-cü ildə köçürmə yolu ilə Təmir Tikinti İdarəsinə, xx.xx.1983-cü ildə isə Bakı X5na suvaqçı kimi işə qəbul edilmişdir. O, əvvəlcə iş yerindən 1 saylı yataqxanada, sonra ailə qurduğuna görə 3 saylı ailəvi yataqxanada otaqla təmin edilmişdir. Hazırda ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. O zaman yataqxananın komendantı Qasımov Alış daha sonra Şahvələdov Əlbəndə təyin edilmişdir. X8, İsmayılov Vidadi, Məcnunov Cavanşir, Məmmədov Qismət, Nəcəfov Tahir, Həsənov Üzeyir, Əliyev Məcnun, Hüseynov isa, Lalayev Şakir, həm də kombinatda iş yoldaşları olmuşlar. O, 6 saylı DOST Mərkəzinə xx.xx.2022-ci il tarixdə 65 yaşının tamam olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə rəsmi qaydada müraciət etmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının **********6 nörməli, 29 dekabr 2022-ci il tarixli məktubuna əsasən "yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında" rəsmi cavab verilmişdir. Belə ki, cavabdeh iddiaçının təqdim etdiyi sənədlərə əsasən sığorta stajını 7 İl 27 gün hesablamaqla kifayətlənmiş, qalan işlədiyi dövrü sosial sığorta stajına daxil etməmişdir. Halbuki, sığorta stajının müddəti xx.xx.1975-ci il tarixdən xx.xx.2001-ci il tarixədək olan bir dövrü əhatə edir ki, bu da 25 ildən artıqdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izah etdi ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı yaşa görə əmək pensiyası üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə (65 yaşa) xx.xx.2022-ci il tarixdə çatmışdır. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının jminimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi və 2) azı 25 il sığorta stajına malik olması. İddiaçının mübahisəli olmayan sığorta stajı xx.xx.1975-ci il tarixdən xx.xx.1978-ci il tarixədək təhsil aldığı illər və hərbi xidmətdə olduğu müddət də nəzərə alınmada ümumilikdə 07 il 27 gün təşkil edir.İddiaçının mübahisələndirilən sığorta stajı ümumilikdə 18 il 07 ay 27 gün təşkil edir. İddiaçının xx.xx.1983-cü il tarixdən xx.xx.2001-ci il tarixədək olan dövrlər sosail sığorta stajına daxil edilməmişdir. Belə ki, onun xx.xx.1983cü il tarixdə işə daxil olması və xx.xx.2001-ci il tarixdə işdən azad olması barədə qeydlər kiril qrafikası ilə olan möhürlə təsdiqlənmişdir. Bundan başqa xx.xx.2001-ci il tarixdə həmin vaxt qüvvədə olmayan Əmək Qanunları Məcəlləsinə istinad edilmişdir. Bu səbəbdən həmin qeydlərin mötəbərliyinə şübhələr yaranmışdır. İş materiallarında olan: - iddiaçıya məxsus şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1957-ci il təvəllüdlüdür. - НЗ № ******* seriyalı hərbi biletdən görünür ki, R.Kərimov 1976-1978-ci illərdə hərbi xidmətdə olmuşdur. -BT№ 049727 seriyalı diplomun surətindən görünür ki, R.Kərimov xx.xx.1975-xx.xx.1981ci illərdə Salyan rayon Kənd təsərrüfatı texnikumunda təhsil alımışdır. -iddiaçının adına açılmış ИТ № ******* seriyalı əmək kitabçasından görünür ki, o, xx.xx.1978-xx.xx.1980-cı illərdə Xanlar adına südçülük sovxozunda, xx.xx.1980xx.xx.1981-ci illərdə Neftçala rayon Dövlət Damazlıq birliyində, xx.xx.1981- xx.xx.1981-ci illərdə Qaraqaşlı südçülük sovxozunda, xx.xx.1981-xx.xx.1983-cü illərdə Bakı DSP zavodunda,xx.xx.1983-xx.xx.2001-ci illərdə Bakı X5nda işləmişdir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, ləğv olunmuş Azərbaycan SSR Meşə və X11 Nazirliyinin Bakı Mebel Kombinatlarının arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikasında 1995-1998-ci illərdə “Dövlət Mülkiyyətinin Özəlləşdirilməsinin Dövlət Proqramı"na uyğun olaraq, keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli 1002 nömrəli sərəncamı ilə “Azərmebelsənaye” Dövlət Konserninin tabeliyində olmuş Bakı X5nın bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti, 996 nömrəli sərəncamı ilə Bakı X9 zavodunun bazasında “X9” Açıq Səhmdar Cəmiyyəti yaradılmış və cəmiyyətlərin səhmlərinin özəlləşdirilməsi tam başa çatdırılmışdır. “Bakı Mebel Hissə" və “X9” açıq səhmdar cəmiyyətləri yaradılan zaman müəssisələrdə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyaları tərəfindən hazırlanmış sənədlərə görə müraciətinizdə qeyd olunan İddiaçı adı əmək kollektivinin üzvü kimi səhmləri güzəştlə almaq hüququ olan şəxslərin siyahılarında aşkar olunmamışdır. Eyni zamanda Xidmətdə mövcud olan informasiya bazasında müraciətdə qeyd olunan Bakı Mebelyığma Kombinatının nəzdində Təmir Tikinti İdarəsi barədə hər hansı bir məlumat aşkar olunmamışdır. -Məhkəmənin sorğusuna əsasən X7 filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Bakı Mebel Sənayesi Kombinatının sənədləri saxlanması və mühafizə edilməsi məqsədilə fond olaraq Abşeron rayon Dövlət Arxivinə təhvil verilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Göstərilən Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunvericiliyin normasından göründüyü kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün göstərilən yaşa çatmaq və azı 25 il sığorta stajına malik olmaq tələb olunur. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab məktubunda imtinanın onun 1983-2001-ci illərdə işlədiyi dövrün əmək kitabçasında kiril qrafikalı möhürlə təsdiq olunmaması və işdən azad olunarkən qüvvədə olmayan X4 istinad edilməsi ilə bağlı olduğunu göstərmişdir. Qeyd olunmalıdır ki, iddiaçının 1981-ci ildən 1998-ci ilə kimi işlədiyi müəssisə faktiki olaraq eyni müəssisə olmaqla ayrı-ayrı vaxtlarda başqa cür adlandırılmışdır. Əmək kitabçasında aparılan qeydlərdən göründüyü kimi iddiaçı “Azkimyatəmir” trestinə xx.xx.1981-ci il tarixdə mühəndis kimi işə qəbul edilmiş, xx.xx.1983-cü il tarixdə iqtisadçı, xx.xx.1987-ci il tarixdə baş iqtisadçı vəzifəsinə, xx.xx.1988-ci il tarixdə maddi-texniki təhcizat üzrə iqtisadçı keçirilmiş, xx.xx.1991-ci il tarixdə mərkəzi anbarın müdiri, xx.xx.1992-ci il tarixdə rextin “Təchizat” kiçik müəssəsinin alqı-satqı şöbəsinə anbar müdiri təyin edilmişdir. xx.xx.1992- ci il tarixdə “Təchizat” kiçik müəssisəsi Texniki istehsalat komplektləşdirmə idarəsi adlandırılmış, xx.xx.1993-cü il tarixdə “Azkimyatəmir” tresti “Azərikimyatikinti” tresti adlandırılmışdır. xx.xx.1993-cü il tarixdə iddiaçı Trestin materialtexniki təchizat şöbəsinə mərkəzi anbar müdiri, xx.xx.1995-ci il tarixdə həmin şöbəyə müvəqqəti olaraq mühəndis keçirilmiş, xx.xx.1995-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1995-ci il tarixdə “Azərkimyatikinti” trestinin 1 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində gözətçi vəzifəsinə qəbul edilmiş və xx.xx.1998-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi müəssisənin adının tez-tez dəyişdirilməsi də arxiv sənədlərinin yerinin müəyyən edilməsində çətinlik yarada bilər. İddiaçının arxiv sənədlərinin aşkar edilməməsi əmək kitabçasında apraılan qeydlərin mötəbərliyini şübhə altına alması üçün əsas hesab edilməməlidir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”
1. Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi əmək kitabçası ilə onun qeyd olunan müddət ərzində həmin müəssisədə işləməsi öz təsdiqini tapır. Həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Belə ki, qeyd edilən dövrlər üzrə arxiv sənədlərinin aşkar olunmaması, 2001-ci ildə möhürün kiril qrafikalı olması və ya qüvvədə olmayan Əmək Qanunları Məcəlləsinə istinad edilməsi və s. həmin dövrün iddiaçının sosial sığorta stajının hesablanmaması üçün əsas ola bilməz. Cavabdeh təşkilat tərəfindən iddiaçının əmək kitabçasında olan qeydlər həqiqiliyini şübhə altına alan dəlillər məhkəməyə təqdim edilmədiyinə görə həmin məlumatlar mötəbər hesab olunmalıdır. Bundan başqa iddiaçı işlədiyi müəssisə tərəfindən mənzillə təmin olunması və müəssisədə müəyyən illərdə Həmkarlar İttifaqının sədri və sədr müavini olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etmişdir. Məhkəmə qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən social sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Beləliklə, işin yuxarıda qeyd edilən hallarından aydın olur ki, cavabdeh tərəfindən mübahisələndirilən dövr də nəzərə alındıqda tələb olunan 25 ildən artıq sığorta stajı tamamlanır ki, bu da ona “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən pensiya (kişilərin yaşa görə əmək pensiyası) təyin edilməsinə əsas verir. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilərək təmin edilməli və İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.2001-ci il tarixədək Bakı X5nda işlədiyi dövrün onun sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.2001-ci il tarixədək Bakı X5nda işlədiyi dövrün onun sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər.
Hakim Vəfa Əzizova