Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2275/2022 04.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X1 oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “Cavabdeh iddiaçının müraciətinə baxmayaraq, onun mənzil uçotuna götürülməsi və mənzillə təmin edilənə kimi ailə üzvləri ilə birlikdə müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün qanunla müəyyən edilmiş məbləğdə kompensasiya ilə təmin edilməsi üçün qanunla müəyyən edilmiş addımları atmamasının qanunsuz hesab edilməsi və cavabdehin üzərinə göstərilənlərlə bağlı öhdəlik qoyulması”na dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ İddiaçı yuxarıda qeyd edilən iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1994-xx.xx.1997-ci, xx.xx.2012xx.xx.2020-ci il tarixlərində həqiqi hərbi xidmət keçmişdir. Bundan başqa xx.xx.2009-cu ildən xx.xx.2020-ci il tarixinədək Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində xidmət etmişdir, həmin dövrdə hər hansı əmlakla təmin edilməmişdir, xidmətini həqiqi hərbi xidmətdə olmanın son yaş həddinə çatmağı ilə əlaqədar başa vurmuşdur. Həqiqi hərbi xidmətdə olmanın son yaş həddinə çatmağı ilə əlaqədar xidməti başa vurduqdan sonra Cavabdehnə iki dəfə xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərdə ayrıayrılıqda rəsmi olaraq, iddiaçının mənzil uçotuna götürülməyi və mənzillə təmin edilənə kimi ailə üzvləri ilə birlikdə müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün qanunla müəyyən edilmiş məbləğdə kompensasiya ilə təmin edilməyi üçün müvafiq addımların atılması barədə göstəriş verməsi üçün Cavabdehnə müraciət etmiş, bundan sonra bir neçə dəfə şəxsən orada olmuş, səlahiyyətli şəxslərlə danışmış və qanunla ona verilən imtiyazdan yararlanmaq üçün müvafiq addımların atılmasını xahiş etmişdir. Buna rəğmən halhazıradək hər hansı addım atılmamışdır. Belə ki, qanununun tələbinə görə ona mənzillə təmin edildiyi günədək Abşeron rayonunda 100 (bir yüz) manat məbləğində nağdsız qaydada kompensasiya ödənilməlidir. Həmçinin bildirir ki, həyat yoldaşı ilə bərabər birgə nikahdan üç övladı vardır. Qanunla onlar üçün də aldığı kompensasiyanın 50% miqdarında nağdsız pul ödənişi verilməlidir. Xidmətini tamamlayanadək aylıq cəmi 300 (üç yüz) manat kompensasiya ona FHN tərəfindən ödənilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı Cavabdehnə poçt vasitəsilə ünvanladığı ərizə (bir səhifə) və veteran vəsiqəsinin surətindən ibarət müraciətində ehtiyata buraxılan hərbi qulluqçu olduğunu, bu səbəbdən Rayon icra Hakimiyyətində mənzil növbəsinə götürülməsinə və mənzillə təmin edilənə kimi mənzil kirayə pulu ödənilməsi barədə sərəncam verilməsinə dair xahiş etmişdir. Lakin ərizədə qaldırdığı məsələnin araşdırılması üçün müvafiq sənədləri təqdim etmədiyi səbəbindən Rayon İcra Hakimiyyəti tərəfindən ərizəçiyə xx.xx.2022-ci il tarixdə, Ə-122-059 saylı məktubla müvafiq sənədləri təqdim etməsi tövsiyə edilmişdir. Lakin RİH tərəfindən göndərilən həmin məktubu iddidaçı şəxsən imza edib qəbul etsə də (qəbz əlavə olunur), iddia ərizəsində müraciətinə cavab verilmədiyini qeyd etmiş və Cavabdeh üzərinə öhdəlik qoyulmasını tələb etmişdir. Göründüyü kimi inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilməmişdir. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Belə ki, iddiaçı onun mənzil uçotuna götürülməsi və mənzillə təmin edilənə kimi ailə üzvləri ilə birlikdə müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün qanunla müəyyən edilmiş məbləğdə kompensasiya ilə təmin edilməsini istəyir. Cavabdeh orqan isə qeyd edir ki, İddiaçı Cavabdehnə poçt vasitəsilə ünvanladığı ərizə (bir səhifə) və veteran vəsiqəsinin surətindən ibarət müraciətində ehtiyata buraxılan hərbi qulluqçu olduğunu, bu səbəbdən Rayon icra Hakimiyyətində mənzil növbəsinə götürülməsinə və mənzillə təmin edilənə kimi mənzil kirayə pulu ödənilməsi barədə sərəncam verilməsinə dair xahiş etmişdir. Lakin ərizədə qaldırdığı məsələnin araşdırılması üçün müvafiq sənədləri təqdim etmədiyi səbəbindən Rayon İcra Hakimiyyəti tərəfindən ərizəçiyə xx.xx.2022-ci il tarixdə, Ə-122-059 saylı məktubla müvafiq sənədləri təqdim etməsi tövsiyə edilmişdir. Lakin RİH tərəfindən göndərilən həmin məktubu iddidaçı şəxsən imza edib qəbul etsə də (qəbz əlavə olunur), iddia ərizəsində müraciətinə cavab verilmədiyini qeyd etmiş və Cavabdeh üzərinə öhdəlik qoyulmasını tələb etmişdir. Göründüyü kimi inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilməmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin qeyd etdiyi hallar, etiraza əlavə edilmiş sənədlərdə öz təsdiqi tapır. Belə ki, daxil olma nömrəsi Ə-122-059, daxil olma tarixi 24 mart 2022-ci il olan müraciətdən görünür ki, iddiaçı ərizədə qaldırdığı məsələnin araşdırılması üçün müvafiq sənədləri təqdim etməmişdir. İddiaçının özündə olan ərizənin sürətində qoşma sənədlər qeyd edilsədə, inzibati orqana təqdim edilən ərizədə qoşma sənədlər görsənmir. Eyni zamanda Cavabdeh tərəfindən ərizəçiyə göndərilmiş xx.xx.2022ci il tarixli, Ə-122-059 saylı məktubla müvafiq sənədləri təqdim etməsi tövsiyə edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, zəruri sənədləri cavabdeh orqana təqdim etdikdən sonra inzibati orqan imtina və ya hərəkətsizlik edərsə eyni tələblə inzibati məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-2275/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2275/2022
04.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver