Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2279/2021 21.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Muradova Ülkər Taleh qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair iddiaçı ilə X3 arasında bağlanan bağışlama müqaviləsinin təsdiq edilməsinin cavabdehə tapşırılması” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt Məhkəmə Kompleksində (ünvan: ünvan 3 müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair iddiaçı ilə X3 arasında bağlanan bağışlama müqaviləsinin təsdiq edilməsinin cavabdehə tapşırılması”na dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,0777 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. İddiaçının həmin evə və torpaq sahəsinə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla 10.03.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla rəsmiləşdirilmişdir. İddiaçı özünə məxsus həmin evi qızı X1 bağışlamaq istəyir. Bu məqsədlə 27.08.2021-ci il tarixdə cavabdeh orqana müraciət edərək onunla qızı arasında bağışlama müqaviləsinin bağlanmasını və notariat qaydasında təsdiq olunmasını xahiş etmişdir. Lakin həmin evdə qeydiyyatda olan X2 bu barədə razılıq vermədiyinə görə həmin notariat kontorunun notariusu bundan imtina edərək mümkün olmadığını bildirmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, İPM-in 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati orqanların təsnifatının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarında Xüsusi Notariuslar inzibati orqanların təsnifatında inzibati orqan kimi nəzərdə tutulmamış və sonuncunun fəaliyyəti “İnzibati İcraat haqqında” qanunla tənzimlənmir. Bundan başqa məhkəmə qeyd edir ki, hazırkı mübahisə sonuncunun inzibati fəaliyyətinin nəticəsi deyil. Belə ki, inzibati fəaliyyət inzibati orqanlar tərəfindən həyata keçirilən və nəticədə ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən nəticələrin yaranmasına səbəb olan inzibati aktın qəbulu ilə nəticələnən fəaliyyətdir. İnzibati akt isə inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir (İİ haqqında Qanun-2.0.2). Hazırda mübahisələndirilən Quba Regional “ASAN Xidmət” mərkəzi Notariat Ofisinin hərəkət və ya hərəkətsizliyi inzibati akt mahiyyətində deyil, ünvanlandığı şəxslər üçün hər hansı nəticə yaratmır və sonuncunun qərarı məcburilik xüsusiyyətlərinə malik deyil. İddiaçının iddia ərizəsindən məlum olmuşdur ki, Quba Regional “ASAN Xidmət” mərkəzi Notariat Ofisinin imtinası bağışlama müqaviləsinin rəsmiləşdirilməməsi ilə əlaqədar olmuşdur. Bu isə həmin mübahisənin mülki hüquq münasibətlərindən əmələ gəlməsini istisna etmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatında yalnız dövlət notariat ofisləri inzibati orqan hesab edilir. Notariat palatasının rəsmi səhifəsindən götürülmüş çıxarışdan məlum olmuşdur ki, Quba regional “ASAN Xidmət” Mərkəzinin notariat ofisinin notariusu xüsusi notariusdur. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı mübahisəyə tərəflərin subyektiv tərkibi və mübahisə predmeti baxımından inzibati məhkəmələr tərəfindən inzibati qaydada baxılmalı olmadığından Xüsusi Notariuslara qarşı irəli sürülən iddalara inzibati deyil mülki mühakimə qaydasında ümumi (rayon, şəhər) məhkəmələr tərəfindən baxılmalıdır. Bu səbədən də iddiaçı Cavabdehnə qarşı iddia ilə cavabdehin olduğu yer üzrə ümumi (rayon, şəhər) məhkəməyə müraciət etməlidir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 62 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İmran Burcayev
Məhkəmə qərarları › İş №2-1(118)-2279/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2279/2021
21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver