Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2285/2022 31.08.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X5 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh üzərinə vətəndaş X3 övladları Əsmanın alınıb ona verilməsi və ona dəymiş maddi və mənəvi zərərin ödənilməsi, yəni, dükana ödənilməli icarə haqlarının, xarab olmuş 2000 AZN qədər kənd təsərrüfat malları üçün kompensasiya təmin edilməsi, və adı çəkilən şəxslərin məsuliyyətə cəlb edilməsi”nə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh üzərinə vətəndaş X3 övladları Əsmanın alınıb ona verilməsi və ona dəymiş maddi və mənəvi zərərin ödənilməsi, yəni, dükana ödənilməli icarə haqlarının, xarab olmuş 2000 AZN qədər kənd təsərrüfat malları üçün kompensasiya təmin edilməsi, və adı çəkilən şəxslərin məsuliyyətə cəlb edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı X9 ilə 02 iyun 2006-c ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və birgə nikahdan xx.xx.2006-cı i təvəllüdlü Zərifə, xx.xx.2007-ci il təvəllüdlü Məhəmməd, xx.xx.2014-cü il təvəllüdlü Əsma adlı övladları dünyaya gəlmişdir. Quba rayon məhkəməsinin 2(027)-100/2021 saylı, 27 yanvar 2021-ci il qətnaməsi ilə iddiaçı X10 ilə cavabdeh İddiaçı arasında 01 iyun 2006-cı il tarixdə Quba rayon Qeydiyyat şöbəsində bağlanmış və 117 nömrə ilə qeyd edilmiş nikah qeydi pozulması, xx.xx.2006-cı il təvəllüdlü X8 xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdli X11 ataları İddiaçı himayəsində saxlanılması, xx.xx.2006-cı il təvəllüdlü X8, xx.xx.2007-ci il təvəllüdli Məhəmməd Fuad oğlu və xx.xx.2014-cü il təvəllüdlü X11 yetkinlik yaşma çatana qədər saxlanılması üçün X4 xx.xx.2021-ci il tarixdən başlayaraq, hər ay hər uşağa 100 AZN, üç uşağa görə 300 AZN sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilməsi qət edilmişdir və həmçinin ünvan 1 ünvanda yerləşən yaşayış evinin birgə nigah dövründə tikilməsinə xərclənən 36843 AZN məbləğin 40%-i 14737, 20 manat məbləğində pul vəsaiti cavabdeh İddiaçı alınıb iddiaçı X7 ödənilməsi və ekspert xərci hissəsində icra olunması üçün xx.xx.2021-ci il il tarix Cavabdehnə göndərilmiş, həmin tarixdə İcra və Probasiya şöbəsi tərəfindən qəbul edilmişdir və icra sənədi üzrə xx.xx.2021 ci il tarixdə Cavabdeh xx.xx.2021-ci il tarixli 61378/21-07 № li məktubu ilə icraata başlamaq haqqında qərar məhkəməyə daxil olmuşdur. Sözügedən icra vərəqəsi ilə bağlı Cavabdeh icra məmuru Vahid Məmmədov tərəfindən xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Hal-hazırda qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icra edilməsinə görə müraciət etmək məcburiyyətində qalmışdır. xx.xx.2021-ci il tarixdə görüş hüququ olmadan uşaqların istəyi ilə cavabdeh Aida Şahkərəmova ilə görüşə icazə verir. Lakin cavabdeh qız övladlarını iddiaçıya qaytarmır. İddiaçı bu zaman 102 çağrı mərkəzinə və Quba rayon Probasiya İdarəsinin əməkdaşı Vahid Məmmədov və həmin tarixdə rəis vəzifəsini icra edən Elçin adlı məmura və Quba rayon İcra Hakimiyyəti yanında qəyyumluq idarəsinin əməkdaşı Qəmbər adlı məmurun qəbulunda olaraq ərizə ilə müraciət etməsinə baxmayaraq dəfələrlə qız övladlarının himayəsinə qaytarılmasını tələb etmişdir və xx.xx.2021-ci il tarixdə Cavabdehnə məktub ilə müraciət edərək heç bir məlumat ala bilməmişdir. xx.xx.2022-ci il tarixdə yenidən İcra və Probasiya şöbəsinin yeni təyin olunmuş rəisinə müraciət etdikdən sonra müəyyən edilmişdir ki, vətəndaş X4 uşaqların alınıb ona verilməsinə dair heç bir sənəd yoxdur. Vahid Məmmədov tərəfindən uşaqların qaytarılması üçün onun heç bir səlahiyyətinin olmadığı cavab ərizəsi ilə bildirmişdir. Sonradan xx.xx.2021-ci il tarixdə saat 10:49-da DİN-nin 102 xidmətinə zəng edərək, eləcə də Quba RPŞ-nə şikayət ərizəsi ilə müraciət edərək, Quba rayon SUMU məhəlləsi 12-də Aida Şahkərəmovanın yaşadığı evə uşaqları götürmək üçün oğlu Məhəmməd ilə birlikdə yaxınlaşdığı zaman qaynı Şahin Şahkərəmov küçə qapısının ağzında üzərinə biçaq ilə hücum edərək sağ əli yüngül dərəcədə kəsilmişdir. Lakin bu işi təhqiqatçı Mübariz Zəkəriyev başqa cür qiymətləndirərək onun da Şahinə zərər verdiyini ekspertdən saxta olaraq bir neçə gün sonra xx.xx.2001-ci il tarixli müraciətinə əsasən iddiaçının ona şikayət verdiyi barəsində ekspert kağızı təyin etmişlər. Həmçinin bildirir ki, həmin ekspert vəzifəsində çalışan 2017-ci ildə avqust ayının 27-də iddiaçı Rusiyada olduğu halda digər etirazçı qardaşı Musayev Faiq tərəfindən onun oğlunun İddiaçı tərəfindən kəsilməsi barədə saxta bir ekspert rəyi çıxartmışdı ki, bu da ekspertin qərəzli olduğuna onların əlbir olaraq iddiaçıya şər böhtan ilə müqavimət göstərirlər. Şahinlə olan mübahisədən sonra böyük qızı Zərifəni özü ilə götürüb evə qaytarır, Əsma isə onlarda qalır. Onu da bildirir ki, övladları 2 №-li Quba rayon orta məktəbində təhsil alırdılar. İddiaçı Məhəmməd Musayevin işi barədə məktəbin direktoru Eynulla müəllimlə görüşəndə may ayı 2021-ci ildə Eynulla müəllim Əsmanın məktəbdən qovduğunu bildirərək növbəti tədris ilində onu bu məktəbə götürməyəcəyini bildirmişdir. Lakin sentyabr ayının 29-da ona məlum olur ki, anası ilə razılaşaraq Əsmanın yenidən 2 №-li məktəbdə təhsilini davam etdirir. İddiaçının əlində olan dövlətin qətnaməsi ilə uşağın iddiaçının himayəsində olduğunu bildirərək, məktəbdə uşağı Əsma ilə görüşmək istədiyi zaman şagird və müəllimlərin arasında onu təhqir edərək, 5 gün müddətində ona nəyisə göstərəcəyini vəd edir. Oktyabr ayının 4-də iddiaçı yenidən məktəbin önündə durarkən Aida Şahkərəmovanm tanışı olan İlkin adlı polis məmuru ona məxsus olan mersedes markalı maşından enərək Aida ilə görüşüb onu özlərinə tərəf dəvət edir və sonradan Post Patrul maşını çağıraraq iddiaçını polis bölməsinə aparırlar. Ertəsi gün məhkəmədə hakim Vüqar Seyidovun rəhbərliyi ilə keçirilmiş məhkəmə zamanı uşağı ilə görüşmək üçün orada olduğunu və onların iddiaçını iftira vasitəsilə polisə müqavimət bəhanəsi ilə 15 gün azadlıqdan məhrum edilmək cəzası ilə şərləmişdirlər. Hakimdən 265.4-cü maddəsinə əsasən uşağın iddiaçıya qaytarılması barədə və uşağı ondan zorla götürüldüyünü bildirərək cinayət işinin başlanmasını tələb etdikdə heç əhəmiyyət belə vermirlər. Bu hadisədən sonra 11 noyabr 2021-ci ildə iddiaçı Aida Şahkərəmova uşaqlarla ünsiyyət qurmaq üçün təşkil edilən məhkəmə zamanı hakim İlqar Məmmədovun sədrliyi ilə keçirilən məhkəmədə də 265.4-cü bəndinə əsasən cinayət işinin başlanmasına tələb etdikdə uşağın ona qaytarılmadığını bildirmişdir. X15 2(027)-13 87/2021 saylı qətnamədə uşağın onun yanında qaldığını bildirilməsi ilə kifayətlənmişdir. Bu hadisələrdən sonra 1 ay yarım işsiz qalmışdır, özü bazarda meyvə- tərəvəz satışı ilə icarəyə götürdüyü dükanda fəaliyyət göstərərək övladlarının ehtiyyaclarını ödəməkdən, dükanın kirayə pulunu ödəməkdən və dükanda qalıb xarab olmuş 2000 AZN qədər kənd təsərrüfat məhsullarını xarab olması ilə nəticələnmişdir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci madəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət, hakimiyyət, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri ictimai birliklər, siyasi birliklər, siyasi partiyalar, həmkərlar ittifaqı, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İcra haqqında qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında Məhkəmə və digər orqanların qərarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İcra haqqında qanunun 12.1-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən 2 ay müddətində icra hərəkətini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra qurumunun rəhbərini təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən bir ay müddətədək uzadıla bilər. Lakin onlar heç bir tədbir xarakterli iş görməyərək sanki Aida Şahkərəmovanı öz himayələrinə götürmüşlər. Azərbaycan Respublikası Demokratik, hüquqi dövlətdir. Məhz bunun göstəricisidir ki, Quba rayonu məhkəməsi tam ədalətli qərar qəbul edərək mənim pozulmuş hüquqlarımı bərpa etdi. Lakin hələdə mənim hüquqlarım ancaq kağız üzərində bərpa olunmuşdur. Nədənsə Cavabdeh rəhbərliyi və Quba rayon məhkəməsinin 2(027)-100/2021 saylı, 27 yanvar 2021-ci il qətnaməsini icrasını Vahid Məmmədov adlı icra məmuru öz işlərinə səhlənkar yanaşır onun hüququnu real bərpa etmir. Bu isə təkcə ona qarşı baş vermiş qanunsuzluq və özbaşınalıq deyil, bilavasitə dövlət başçısına xəyanə etməkdir. Onun etimadını doğrultmamaq, Prezidentin apardığı uğurlu daxili siyasətə kölg; salmaqdır. Ona görə də hazırki şikayət ərizəsi ilə Sizə müraciət edirəm ki, dəfələrlə Qub: rayon məmurlarının mənim konstitusiya haqqlarımı dəfələrlə pozublar. Bununla bağlı dəfələrlə Ədliyyə Nazirliyinə, Xaçmaz Regional Ədliyyə İdarəsinə, Quba rayon Probasiya şöbəsinə müraciət etsə də heç bir nəticə almamışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tərəfə hüquqi yardım edilmiş, lakin iddiaçı müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. İş materiallarından görsənir ki, iddiaçı Cavabdeh məhkəmə qərarının icrası ilə bağlı hərəkətlərindən narazıdır, və eyni zamanda ziyana görə kompensasiaya tələb edir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, İnzibati məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir”. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, “İcra haqqında” Qanun məcəlləşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə (mülki prosessual, cinayət-prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. Ona görə də, hazırkı halda icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ-hüquqi akt kimi “İcra haqqında” Qanun deyil, Mülki Prosessual və İnzibati Prosessual Məcəllələr çıxış edir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təstiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki, məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Bundan əlavə iddiaçı tələbində ona dəymiş maddi və mənəvi zərərin ödənilməsi, yəni, dükana ödənilməli icarə haqlarının, xarab olmuş 2000 AZN qədər kənd təsərrüfat malları üçün kompensasiya təmin edilməsi, və adı çəkilən şəxslərin məsuliyyətə cəlb edilməsini istəyir. Bununla bağlı məhkəmə qeyd edir ki, qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddialara baxılması üçün mümkünlük şərtləri nəzərdə tutulmuşdur ki, bu şərtlərə əməl olunmadan məhkəmədə iddia qaldırılması həmin iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Hazırki iddia da İPM-nin 2.2.7 –ci maddəsinə uyğun olaraq inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsindən ibarətdir ki, həmin növ iddiaya mahiyəti üzrə baxılması üçün də müəyyən şərt nəzərdə tutulmuşdur. Bu şərt isə ziyana görə kompensasiyanın ödənilməsi üçün müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət edilməsi, inzibati orqanın imtina etməsi və ya hərəkətsizlik etməsindən ibarətdir. X1rılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı işdə iddiaçının kompensasiyanı ilkin olaraq cavabdeh inzibati orqandan tələb etməsi müəyyən olunmur. Halbuki, İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah olunsun ki, məhkəmə qərarının icrasına nəzarət edən müvafiq məhkəməyə müraciət edə bilər. Bundan əlavə iddiaçıya izah edilsin ki, məhkəmədə inzibati orqandan hansı məbləğdə ziyanla bağlı kompensasiya tələb edilərsə, əsaslandırılmış formada eyni məbləği ilkin olaraq həmin inzibati orqandan tələb edilməlidir. İnzibati orqan bununla bağlı müvafiq qərar qəbul edərsə, imtina edərsə və ya hərəkətsizlik edərsə, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-2285/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2285/2022
31.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver