Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2289/2023 22.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X7 Mövlətxan oğlunun katibliyi İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Şuşa Rayon Rayon İcra Hakimiyyətinə qarşı onun təsərrüfatının atası X3 təsərrüfatından ayrılmasına dair sərəncam verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Şuşa Rayon Rayon İcra Hakimiyyətinə qarşı onun təsərrüfatının atası X3 təsərrüfatından ayrılmasına dair sərəncam verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin 2-1(112)-12516/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iş aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2-1(118)-987/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim L.Mirzəyeva). Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-98/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2-1(118)- 987/2022 nömrəli qərardadı ləğv edilmiş, inzibati iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 23 fevral 1996-cı il tarixdə X10 ilə rəsmi nikahı daxil olmuş, onların birgə rəsmi nikahlarından X4, X11, X5 və X12 anadan olmuşlar. Yasamal Rayon Məhkəməsinin 31 mart 2008-ci il tarixli 2(004)-1065/08 nömrəli qətnaməsi ilə X10 ilə rəsmi nikahları ləğv olunmuşdur. P.H.Məmmədov ilə rəsmi nikaha daxil olduğu müddətdən iddiaçının atası X13 ilə ayrı təsərrüfat aparmışlar, hal-hazırda təsərrüfatları ayrıdır. Cavabdehnə rəsmi qaydada müraciət edərək onun təsərrüfatının atası B.H.Salahovun təsərrüfatından ayrılmasına dair sərəncam verilməsini xahiş etmişdir. Lakin müraciətinə imtina cavabı verilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası şəhər və rayon icra hakimiyyətlərinin, o cümlədən Cavabdeh fəaliyyətinin dayandırılmasına, vətəndaşların müraciətlərinə baxılmasına qadağa qoyulmasına dair heç bir sərəncam, fərman və ya qərar mövcud deyildir. Qeyd edir ki, vətəndaşların müraciətlərinə baxılması vəzifəsi şəhər və rayon icra hakimiyyəti başçısı yanında Şuranın vəzifə və səlahiyyətlərinə aid deyildir, vətəndaşların müraciətlərinə İHB yanında Şuranın iclaslarında baxılmır, belə müraciətlərə şəhər və rayon icra hakimiyyəti başçılarının aparatları tərəfindən “Vətəndaşların müraciətləri haqqında” AR Qanununa əsasən baxılır. Hesab edir ki, cavabdehin imtinası vəzifəli şəxsin vətəndaşın qanuni müraciətinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxılmasının təmin edilməməsi ilə təzahür edən vəzifə hərəkətsizliyi kimi qiymətləndirilməlidir. Bundan başqa, onun X10 ilə nikahlarının ləğv olunmasına dair Yasamal rayon məhkəməsinin 31 mart 2008-ci il tarixli 2(004)-1065/08 nömrəli qətnaməsi və məhkəməyə təqdim olunan digər sənədlərlə, o cümlədən nikahın bağlanmasına dair şəhadətnamə, övladlarının doğum haqqında şəhadətnamələri, nikahın pozulmasına dair şəhadətnamə, 19 saylı Mənzil-istismar sahəsinin arayışı və s. ilə sübuta yetirilir ki, həqiqətən onun təsərrüfatı X10 ilə rəsmi nikaha daxil olduğu 23 fevral 1996-cı il tarixdən etibarən atası X3 təsərrüfatından ayrılmışdır və atası ilə iddiaçının ailəsi ayrı-ayrı təsərrüfatlar aparmış və hal-hazırda da ayrı-ayrı təsərrüfatlar aparırlar. Qeyd edir ki, onun Pənah Məmmədovla rəsmi nikaha daxil olmasına dair faktın özü atası Bəhram Salahovun təsərrüfatından ayrılmasını sübuta yetirən təkzibedilməz dəlildir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddiaçının məhkəməyə təqdim etdiyi yazılı çıxışında qeyd etmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin rəsmi sorğusuna müvəqqəti məskunlaşdığı ünvanın xidməti ərazisinə daxil olduğu ünvan 2n inzibati işin içərisində olan 26 avqust 2022- ci il tarixli 152 nömrəli və 29 avqust 2022-ci il tarixli 153 nömrəli arayışları ilə iddiaçının ailə təsərrüfatının atası X6 təsərrüfatından ayrı olması barədə rəsmi məlumatlar təqdim olunmuşdur. Həmçinin, Cavabdeh başçısının şəxsən imzaladığı inzibati işin içərisində olan 31 oktyabr 2022-ci il tarixli 22/357 nömrəli və 31 oktyabr 2022-ci il tarixli 22/358 nömrəli arayışları ilə onun ailə təsərrüfatının atası X6 təsərrüfatından ayrı olması faktı sübuta yetirilmişdir, lakin təsərrüfatların ayrı olduğu faktı təsdiq olunmaq əvəzinə yazılmışdır ki, ayrı yaşayırlar. Beləliklə, Cavabdeh başçısının şəxsən imzaladığı arayışlarla iddiaçının təsərrüfatının atası X6 təsərrüfatından ayrı olması faktı birmənalı şəkildə təsdiq edilərək sübuta yetirilmişdir, lakin Cavabdeh başçısının şəxsən imzaladığı arayışlarda təsərrüfatlarının ayrı olması əvəzinə onların ayrı yaşadıqları yazılmışdır. İddiaçı məhkəmədən iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, iddiaçının müraciətinin həlli üçün komissiya təşkil olunmuş və komissiyanın gəldiyi qənaətə əsasən vətəndaşın ayrı təsərrüfat olmaqla bağlı müraciəti müsbət həllini tapmamışdır. Belə ki, iddiaçının faktiki yaşayış yerinin ayrı olmağı, həmçinin AR X19 Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təsdiqinin də olması ev təsərrüfatlarının uçotu kitabında vətəndaşın ayrı təsərrüfat kimi qeydə alınmasını qeyri-mümkün edir. Səbəb isə iddiaçının Şuşa şəhəri, Vaqif Cəfərov küçəsi, ev 24, mənzil 36-da atası ilə birgə qeydiyyatda olmağı və ailənin yeganə övladı olması, həmçinin şəhər nümayəndəliyində faktiki yaşayış yerinin atası ilə eyni olmasıdır. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 71.1, 71.2-ci maddəsinə əsasən 71.1. Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. Həmin Qanunun 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifıkasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş Yerli icra hakimiyyətləri haqqında əsasnamə: Yerli icra hakimiyyətinin başçısı şəhərin, rayonun və şəhər rayonunun iqtisadi, sosial-mədəni və digər yerli məsələlərinə baxılması və onların həllinə dair təkliflərin hazırlanması məqsədi ilə öz yanında daimi məşvərətçi orqan olan Şura yaradır. Şuranın tərkibi 15 nəfərədək, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı yanında Şuranın tərkibi isə 25 nəfərədək müəyyən edilir. Yerli icra hakimiyyətinin başçısı yanında Şuranın tərkibinə yerli icra hakimiyyətinin başçısı, yerli icra hakimiyyəti başçısının müavinləri, Bakı şəhər icra hakimiyyəti başçısının yanında şuranın tərkibinə isə həm də şəhər rayonları icra hakimiyyətlərinin başçıları daxildirlər. Şuranın tərkibinə həmçinin yerli icra hakimiyyəti başçısının aparatının şöbə müdirləri, yanında olan orqanların və mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarının (bu Əsasnamənin 1.5-ci bəndində istisna edilən mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları da daxil olmaqla) rəhbərləri, habelə şəhərin, rayonun və şəhər rayonunun ərazisində yerləşən idarələrin, təşkilatların və müəssisələrin rəhbərləri daxil edilə bilərlər. Şuranın fərdi tərkibini yerli icra hakimiyyətinin başçısı təsdiq edir. Yerli icra hakimiyyəti başçısının yanında Şuranın iclasları ayda iki dəfədən az olmayaraq keçirilir. Şuranın iclaslarını yerli icra hakimiyyətinin başçısı, yerli icra hakimiyyətinin başçısı olmadıqda, onu əvəz edən müavini çağırır və iclasa sədrlik edir. Şuranın iclasları onun üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın iclasında qəbul edilmiş qərarlar tövsiyə xarakteri daşıyır və protokolla rəsmiləşdirilir. Şuranın iclaslarında qəbul edilmiş qərarların icrasını təmin etmək üçün yerli icra hakimiyyətinin başçısı müvafiq sərəncam və ya əmr verə bilər. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, etirazı müdafiə etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı təsərrüfatının atası X3 təsərrüfatından ayrılmasını istəyir. Cavabdeh isə qeyd edir ki, iddiaçının faktiki yaşayış yerinin ayrı olmağı, həmçinin AR X19 Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təsdiqinin də olması ev təsərrüfatlarının uçotu kitabında vətəndaşın ayrı təsərrüfat kimi qeydə alinmasını qeyri-mümkün edir. Səbəb isə iddiaçının Şuşa şəhəri, Vaqif Cəfərov küçəsi, ev 24, mənzil 36-da atası ilə birgə qeydiyyatda olmağı və ailənin yeganə övlad olması, həmçinin şəhər nümayəndəliyində faktiki yaşayış yerinin atası ilə eyni olmasıdır. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2017-ci il 27 sentyabr tarixli 22/05 №-li qərarı ilə təsdiq edilmiş Şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələrində təsərrüfatbaşına uçotun aparılmasına dair göstərişdə qeyd edilir: ev təsərrüfatı – bir şəxsdən və ya şəxslər qrupundan ibarət institusional vahiddir. Şəxslər qrupu o halda ev təsərrüfatı hesab edilir ki, onlar bir evdə (mənzildə) yaşasınlar, öz gəlir və əmlakını tam və ya qismən birləşdirsinlər və bir sıra mal və xidmətlərin, əsasən də mənzil-kommunal xidmətləri və ərzaq məhsullarının istehlakını birgə həyata keçirsinlər. şəxsi hesab – ev təsərrüfatlarına dair ilkin məlumatları özündə ehtiva edən və Azərbaycan Respublikasının şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarının müvafiq inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində fərdi uçot nömrəsi ilə qeydə alınan göstəricilər məcmusudur. Şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələrində təsərrüfatbaşına uçotun aparılmasına dair göstərişin: - İ hissəsinin 6-cı bəndinə əsasən ev təsərrüfatlarının uçotu kitabları (1 №-li forma) hər beş ildən bir yenilənir. Ev təsərrüfatlarının uçotu kitabları məsul şəxslər tərəfindən yanvarın 1-dən 30-dək şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə bütün təsərrüfatlar başdan-başa gəzilərək təsərrüfat başçısını (və ya təsərrüfatın mülki hüquq və fəaliyyət qabiliyyəti olan digər üzvünü) sorğu etmək yolu ilə yanvar ayının 1-i vəziyyətinə tərtib edilir və hər il üzrə məlumatların doğru-düzgünlüyü şəxsi hesabın son səhifəsinin aşağı hissəsində məsul şəxsin və təsərrüfat başçısının imzaları ilə təsdiq edilir. - İ hissənin 8-ci bəndinə əsasən şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyətləri və rayon (şəhər) statistika idarələri ev təsərrüfatlarının uçotu kitablarına və müvəqqəti yaşayan şəxslərin siyahılarına daxil edilən məlumatların dolğunluğunu yoxlayır, aşkara çıxarılan nöqsanların aradan qaldırılmasında məsul şəxsə kömək edirlər. - İİ hissənin 6-cı bəndinə əsasən Təsərrüfat bölündükdə mövcud təsərrüfatın tərkibindən ayrılan şəxslər şəxsi hesabdan çıxarılır və şəxsi hesabın 1-ci “Təsərrüfat üzvlərinin siyahısı” bölməsinin onlara aid sütununda çarpaz xətt çəkilir. Yeni yaranmış təsərrüfat üçün isə yerləşdiyi ərazi üzrə müvafiq ev təsərrüfatlarının uçotu kitabında yeni şəxsi hesab açılır. “Əlavə məlumatlar” adlı bölmədə isə həmin təsərrüfatlar üzrə müvafiq olaraq aşağıdakı qeydlər aparılır: “____ nömrəli təsərrüfat bölünmüşdür”, “____ nömrəli təsərrüfatdan ayrılmışdır” və təsərrüfatın bölünməsini rəsmiləşdirən sənədin adı və tarixi göstərilir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən Şuşa rayon İcra Hakimiyyəyi Başçısının Şuşa şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 22 may 20223-cü il tarixli 30 saylı arayışı təqdim edilmişdir. Arayışda qeyd edilmişdir ki, Şuşa şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyin “Ev təsərrüfatlarının uçotu kitabı”nda 372 nömrəli təsərrüfatda aşağıdaki ailə üzvləri ilə birkidə qeydiyyatdadır. Ailə tərkibi: təsərrüfat başçısı (atası): X14 oğlu: X15 qızı: X8 oğlu: X12 Halbuki, iddiaçı tərəfindən təqdim edilmiş Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 19 saylı Mənzil Kommunal İstismar Sahəsinin 26 avqust 2022-ci il tarixli 152 saylı və 29 avqust 2022-ci il tarixli 153 saylı arayışlarında qeyd edilmişdir ki, İddiaçı Y. Yasamal 1, 13 saylı evin ətrafındakı özbaşına tikilidə Şuşa rayon məcburi köçkünü kimi məşkunlaşmışdır və aşağıdakı ailə tərkibi ilə yaşayır: X4; X15; X9; X12 . X13 Y. Yasamal 1, 13 saylı evin ətrafındakı özbaşına tikilidə Şuşa rayon məcburi köçkünü kimi məşkunlaşmışdır və ayrı yaşayır. Həmçinin Cavabdeh Başçısının 31 oktyabr 2022-ci il tarixli, 22/358 və 22/357 saylı arayışlarında İddiaçı Y. Yasamal 1, 13 saylı evin arxasındakı özbaşına tikilidə müvəqqəti olaraq ailə tərkibi-X15; X9; X12 ilə yaşadığı, X3 isə Y. Yasamal 1, 13 saylı evin arxasındakı özbaşına tikilidə müvəqqəti olaraq tək məskunlaşdığı və aylıq müavinət aldığı qeyd edilmişdir. Göründüyü kimi təqdim edilmiş sənədlər üzrə iddiaçı ev təsərrüfatlarının uçotu kitabı”nda 372 nömrəli təsərrüfatda atası ilə birlikdə qeydiyyatda görünsə də faktiki olaraq onların təsərrüfatının ayrı olması arayışlarla təsdiq olunduğuna görə İddiaçı təsərrüfatının atası X3 təsərrüfatından ayrılmasına dair Cavabdeh tərəfindən sərəncam verilməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçının nikah münasibətlərinin pozulmuş olması onun atasi ilə eyni təsərrüfat aparmasının sübutu kimi qiymətləndirilə bilməz. Qeyd edilənlər iddianın əsaslı olduğunu göstərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı təsərrüfatının atası X3 təsərrüfatından ayrılmasına dair sərəncam verilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-2289/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2289/2023
22.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver