Məhkəmə qərarları › İş №2-1(118)-229/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-229/2022

17.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-229/2022 17.01.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X8 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən X1 məxsus 0,028 ha torpaq sahəsinə RX seriyalı ******* nömrəli **********48 dövlət reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsinə” dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq “Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən X1 məxsus 0,028 ha torpaq sahəsinə RX seriyalı ******* nömrəli **********48 dövlət reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsinə” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ailə qurmamışdan qabaq, yəni ki, 2015ci il tarixindən vəfat etmiş atası X2 vaxtından yəni, 1993-1994-cü ildən Abşeron rayonu Masazır qəsəbəsində işləmişdir. Qeyd edilən torpağı 2005-cü ildə almışdır. Sonra isə o evi öz vəsaiti ilə tikmişdir. Təqribən 2005-ci ildən ailəsi ilə birlikdə o evdə yaşayır. Uşaqları qeyd edilən qəsəbədə yerləşən Masazır qəsəsbəsi 11 saylı Laçın kənd məktəbində orta məktəbini başa vurmuşdur. 2002-ci ildən ailə qurmuş və ata yurdunda 4 ailə üzvü hal-hazırda da yaşayır. Daimi işıq, qaz, su pulunu ödəyirlər. Xüsusən qeyd edir ki, o hələ kommunal xidmətlər olmamışdan, çəkilməmişdən qabaq orada yaşamışdırlar. Təqribən 16 (on altı) ildən çoxdur ki, onlara bir şəxs belə, heç bir irad bildirməmişdir. İddiaçı kimi o qəsəbədə imkansız ailələr, ev tikib ama sənədləşdirəməyənlər və fasiləsiz uzun müddət yaşayanlar çoxdur. Hətta keçən ilin aprel-may aylarında Abşeron rayon İcra Hakimiyyətindən və Masazır bələdiyyəsindən əməkdaşlar qəsəbə üzrə gələrək bütün evlərin şəkillərini çəkmişdirlər, xüsusi texniki avadanlıqla ölçülərini götürmüşdürlər. Cənab Prezidentin sərəncamı var ki, sənədsiz evlər 2021-ci ilədək tam sənədləşdiriləcək. İddiaçının burdan başqa sığınacaq başqa yeri olmamışdır və yoxdur. 17 ildir ki, qeyd edilən əmlakdan qaz, işıq, su və digər komunal xidmətlərdən istifadə edir və fasiləsiz yaşayırlar. Daha sonra 2021-ci ilin fevral aylarında tanımadıqları Kilmamas adlı şəxs peyda olmuşdur ki, o torpağı almışdır və DƏDRX-nin 4 saylı Əİ-dən çıxarışı da var. Bildirmişdir ki, DƏDRX-nin əməkdaşları torpağa baxanda evin fiziki mövcudluğunu görməmişdirlər, tikili olan, yaşayış olan əmlaka çıxarışı hansı əsasla vermişdirlər. O tikilinin tikilmə müddəti, istifadəsi və əsası araşdırılmadan. Xüsusən qeyd edir ki, onlardan qabaq o yerdə yaşayan qonşular , X15 (31.08.19710-cu il təvəllüdlü, ş/v. AZE ********), X11 (18.03.1979-cu ii təvəllüdlü, ş/v. AZE ********), X4 (10.01.1967-ci il təvəllüdlü, ş/v. AZE ********) və X14 (11.05.1967-ci il təvəllüdlü, ş/v. AZE ********) 2005-ci ildə iddiaçının atasının o torpağı aldığı və ev tikdiyini və indiyə qədər fasiləsiz yaşadığına dair akt tərtib edilmişdir və məhkəmədə şahidlik edə bilərlər və Şahid kimi dəvət edildiyi təqdirdə Məhkəməyə gəlib ətraflı suallara cavab verə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Ш bəndinə əsasən, hər kəsin mülkiyyətində daşmar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam verməkdən ibarətdir. Qeyd edilən Məcəllənin 2.2.5,-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) İnzibati məhkəmə aidiyyatma aid edilir. Qeyd edilən əmlak üzrə qeydiyyatın aparılması Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında qanunun 15.1.1.-ci maddəsinə əsasən imtina edilməli idi. ( dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə;) İddiaçı hesab edir ki, Kilmamas qızına məxsus olan Abşeron rayonu Masazır qəsəbəsi, tikmiş olduğu fərdi yaşayış evinə məxsus olan 0.028 ha torpaq sahəsinin **********48-dövlət reyestr nömrəli , RX ******* seriyalı çıxarışı etibarsız hesab edilməlidir. Belə ki qərəzli və aşkar qanun pozuntularına yol verilmişdir. 13.07.2021-ci il tarixində DƏDRX-nə və bir çox qurumlara rəsmi müraciət olunsa da indiyə qədər rəsmi cavab verilməmişdir. Qeyd edilən torpaq sahəsi alınarkən və ya sənədləşdirilərkən 16 ildir tikmiş olduğu və yaşadığı daşınmaz əmlakı DƏDRX-in 4 sayl Əİ-nin nümayəndələri baxış keçirərkən görüb və dəqiqləşdirmə aparmadan ancaq torpaq kimi qeyd etməsi, evini olmamış kimi qeyd etməsi müəyyən əsaslı şübhələr doğurur. İddiaçı hesab edir ki, aşkar formada kobud pozuntularla sənədləşdirilmiş çıxarış hüquqi əsası olmadığına görə etibarsız hesab edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil Fikrət oğlu iştirak etmiş, izahatında bildirmişdir ki, torpaq sahəsi iddiaçının atası X7 ayrılmışdır. X7 aid qeyd edilən əmlakın ayrılmasına dair sənədlər Azərbaycan Respublikası Müdafiə Nazirliyində arxiv sənədləri kimi mövcuddur. Dəfələlərlə sorğu ilə müraciət etmələrinə baxmayaraq heç bir cavab verilməmişdir. Sonda iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 05 saylı qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdırlar. Məhkəmə araşdırması əsasında müəyyən edilmişdir ki, Abşeron rayon Masazır kəndi ərazisində yerləşən 0.028 ha ehtiyat fondu torpaqları təyinatlı torpaq sahəsi üzərində X3 qızının adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 07.11.2018-ci il tarixdə **********48 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən X1 məxsus 0,028 ha torpaq sahəsinə RX seriyalı ******* nömrəli **********48 dövlət reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsini istəyir. Lakin iddiaçı belə bir tələb irəli sürməsinə özünün subyektiv hüququnun mövcudluğunu təsdiq edən hərhansı sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli əmlakdan faktiki istifadə etməsi üçüncü şəxs ilə onun arasında mülki hüquq münasibətlərinin müəyyən olunmasında müvafiq araşdırma predmeti ola bilər. Bu hal inzibati akt qəbul etmədən əmlak hüquqularını qeydə alan inzibati orqanın hərəkətlərinin qanuniliyini yoxlamaq üçün subyektiv hüquq verə bilməz. Bu halda məhkəmə hesab edir ki, iddiaçının belə bir tələb irəli sürməsinə özünün subyektiv hüququnun mövcudluğunu təsdiq edən hərhansı sübutu olmadığına görə hazırki iddia tələbi üzrə iddiaçının subyektiv hüququ yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı müvafiq sorğular edilmişdir. Təqdim edilən sənədlərdən görsənir ki, mübahisəli əmlakların dövlət əmlakı kimi özəlləşdirilmişdir. Bu halda isə iddiaçı ilkin olaraq iddiaçı həmin əmlakın özəlləşdirilməsi ilə bağlı prosedurları müəyyən edib, mülki və ya inzibati məhkəmə icraatı qaydasında hüquq müdafiə vasitələrindən istifadə edə bilər. Bu halda isə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq qərarlarının nəzərə alınması iddianın uğurluluq ehtimalı və prosessual qənaət baxımından məqsədəmüvafiq hesab edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında “20” fevral 2020-ci il tarixli qərarının 9-cu bəndinə əsasən “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına aşağıdakı əlavə və dəyişikliklər edilmişdir:

13. 17-ci bənd aşağıdakı redaksiyada verilsin: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.” İddiaçıya izah edisin ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq düzgün hüquq müdafiə vasitəsi seçməsi istina edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar