Məhkəmə qərarları › İş №2-1(118)-2295/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2295/2023

22.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2295/2023 22.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X13 Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı X3, X7 və X14, onun azyaşlı övladları X4, X2 və Əliməmmədova Pəri Mahir qızının Sumqayıt şəhəri, 6-cı mikrorayon, 30 saylı evdə yerləşən 67 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, X3, X7 və X14, X4, X8ən və Əliməmmədova Pəri Mahir qızının Sumqayıt şəhəri, 6-cı mikrorayon, 30 saylı evdə yerləşən 67 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X3, X7 və X19 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, 30 saylı evdə yerləşən 67 saylı mənzil xx.xx.2012-ci ildən iddiaçının mülkiyyətindədir. Üçüncü şəxslərdən X3 və X7 mənzilin keçmiş sakinləridir. X19 ilə iddiaçının keçmiş gəlinidir. Onunla iddiaçının oğlu arasında bağlanmış nikah pozulmuşdur. A.Fərəcova 2021-ci ilin avqust ayında uşaqları ilə birlikdə mübahisəli mənzildən çıxıb getmişdir. Daha sonra ümumi məhkəmədə mənzilə köçürməyə dair iddia qaldırmışdlr. Lakin məkəmə onun mənzildən istifadə hüququnun yaranmamasına istinad edərək iddia tələbini təmin etməmişdir. Üçüncü şəxslərin mənzilə qeydiyyatları formal xarakter daşıyır. İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilən dəlillərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh və üçüncü şəxslər şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən tərəflərin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan : - RX № ******* seriyalı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Sumqayıt şəhəri, 6-cı mikrorayon, 30 saylı evdə yerləşən 67 saylı mənzil İddiaçı mülkiyyətindədir. - DİN-in yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, X3, X7 və X19, X12, X10 və Əliməmmədova Pəri Mahir qızı Sumqayıt şəhəri, 6-cı mikrorayon, 30 saylı evdə yerləşən 67 saylı mənzildə qeydiyyatdadırlar. - Sumqayıt şəhəri, 6-cı mkr, 30 saylı sakinləri tərəfindən tərtib edilmiş və 313 nömrəli MKS tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, X3, X7 və X19 ,X12, X10 və Əliməmmədova Pəri Mahir qızı ünvan 1 ünvanda yaşamırlar. - Sumqayıt şəhər Məhkəməsinin 2 (060)-2773/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X5 cavabdehlər X6 və İddiaçı qarşı onun azyaşlı övladları 28 avqust 2008-ci il təvəllüdlü X10, 25 mart 2010-cu il təvəllüdlü Əliməmmədova Pəri Mahir qızı və 12 avqust 2018-ci ıl təvəllüdlü X12 ilə birlikdə ünvan 3 ünvanına köçürülməyə dair iddia tələbi təmin edilməmişdir. Məhkəmənin sorğusuna əsasən Sumqayıt şəhər Məhkəməsi tərəfindən verilmiş cavab məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2773/2022 saylı, 07 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X5 cavabdehlər X11 və digərlərinə qarşı "mənzilə köçürülmə'’ barədə iddiası təmin edilməmişdir.Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2773/2022 saylı, 07 iyul 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməmiş və qətnamə xx.xx.2022-cü il tarixdə qanuni qüvvəsini almışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması üçün cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, lakin cavabdeh inzibati orqan imtina məktubunda bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallar, eləcə də qeyd edilən məsələnin yaşayış sahəsinə münasibətdə hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınaraq həmin şəxsin qeydiyyatdan çıxarılması məsələsinə inzibati məhkəmə icraatı qaydasında müraciəti edilməsi övsiyyə edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan evdən üçüncü şəxslərin qeydyiyatdan çıxarılması üçün tələb hüququnun mövcudluğu müəyyən olunur. Cavabdeh inzibati orqan imtinanın əsası kimi, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmamasını göstərmişdir. Məhkəmə imtina cavabının dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, qanun yaşayış yeri üzrə qeydiyyatın məqsədini müəyyən etmişdir və bu məqsəd üçün hər bir şəxs yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdır. Şəxsin uzun müddət qeydiyyatda olduğu ünvanda yaşamaması qeyd edilən qanunun məqsədlərinə ziddir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Qərarının 3-cü bəndində göstərilmişdir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki,üçüncü şəxs A.Fərəcova hazırki iş üzrə İddiaçı qarşı mənzilə köçürməyə dair iddia qaldırmış və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddia təmin edilməmişdir. həmin məhkəmə qətnaməsinin əsaslandırma hissəsində A.Fərəcovanın mübahisəsi gedən mənzildən istifadə hüququnun yaranmadığına və Azərbaycan Respubklikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanmasını tələb etmək hüququna malik olan şəxslər sırasına aid olmadığına istinad etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Beləliklə, məhəkmə hesab edir ki, iddia tələbi təmin edilməli və X3, X7 və X14, X4, X8ən və Əliməmmədova Pəri Mahir qızının iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, 6cı mikrorayon, 30 saylı evdə yerləşən 67 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. X3, X7 və X14, X4, X8ən və Əliməmmədova Pəri Mahir qızının iddiaçı X1 mülkiyyətində olan Sumqayıt şəhəri, 6-cı mikrorayon, 30 saylı evdə yerləşən 67 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti,70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar