Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2299/2025 17.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə pensiya) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında xx.xx.2024-cü il tarixli, 3-17-A2-C-1xx/xx/2024 saylı imtinası ilə iddiaçıya güzəştli şərtlər ilə pensiya təyinatından imtina olunmuşdur. Cavabdehin imtina məktubunda göstərilir ki, "Mərkəzi Filiala etdiyiniz Xaçmaz rayon Dövlət Arxivinin sizə dair 16 yanvar 2024-cü il tarixli 3-48- İBRA/2-Cxx-xx/2024 nömrəli arayışında xx.xx.2005-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində Xaçmaz neft bazasında əmtəə-operatoru, xx.xx.2006- 01,03.2012-ci il tarixləri arasındakı dövr ərzində isə nasos qurğularının maşinisti vəzifələrində işlədiyiniz qeyd olunub. Sözügedən dövrlər üzrə yuxarıda qeyd edilən məlumatları özündə əks etdirən iş yerinin arayışı tərəfinizdən Mərkəzi Filiala təqdim edilmədiyindən həmin dövrlər üzrə sizin güzəştli iş stajınızı müəyyən etmək mümkün deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısf'nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı (10) bəndinin neftin, qazın, qaz kondenstanm emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı (10.5) bölməsinin bu bölmədə adalrı çəkilən istehsalatda şist, kömür.qaz kondensatı,qaz neft emalında məşğulu olan aşağıda göstərilən rəhbərlər, mütəxəssislər və fəhlələr (10.5.2) yarımbölməsi nəzərdə tutulmuşdur. Eyni zamanda təqdim etdiyiniz SOCAR Petroleum QSC-nin 17 noyabr 2023-cü il tarixli, XO-xx-xx-0185-2023 nömrəli arayışında həmin idarənin X6 Bazasında xx.xx.2012xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində doldurucu, 01.1 1.2016-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində terminal opetaroru xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində zərərli neft terminalı bazasının operatoru, xx.xx.2021-xx.xx.2023cü il tarixləri arasındakı dövr ərzində süzücü-tökücü və xx.xx.2023-cü il tarixindən bugünədək nasos qurğularının maşinisti vəzifələrində işlədiyiniz qeyd olunub. Göründüyü kimi, işlədiyiniz sahə sözügedən arayışda istinad olunan, yuxarıda qeyd edilən Qərarla təsdiq olunmuş Siyahının neftin, qazın, qaz kondensatının emalı, kömür və şistin emalı bölməsində nəzərdə tutulan sahələrlə uyğun deyil, həmçinin işlədiyiniz vəzifələr həmin bölmənin “bu bölmədə adları çəkilən istehsalatda şist, kömür, qaz kondensatı, qaz, neft emalında məşğul olan aşağıda göstərilən rəhbərlər, mütəxəssislər və fəhlələr” yarımbölməsində nəzərdə tutulmayıb. Bu səbəblərdən də sizin güzəştli iş stajınız yoxdur”. 1982-ci ildə Xaçmaz şəhər X7 məktəbinin elektrik qaz qaynaqçısı peşəsi üzrə bitirmişdir və ona üçüncü dərəcəli elektrik qaz qaynaqçısı ixtisası verilmişdir. Adına açılmış xx.xx.1982-ci il tarixli əmək kitabçasından və Xaçmaz rayon Dövlət Arxivinin 16 yanvar 2024-cü il tarixli arxiv arayışından görünür ki, xx.xx.1985-ci il tarixdən Xaçmaz “Neft bazası”nda işləməyə başlamışdır, xx.xx.2005-xx.xx.2006-cı illər ərzində Xaçmaz “Neft bazası”nda əmtəə-operatoru xx.xx.2006-xx.xx.2012-ci illər ərzində nasos qurğularının maşinisti vəzifəsində işlədiyi qeyd olunub. İmtinada isə göstərilir ki, sözügedən dövrlər üzrə yuxarıda qeyd edilən məlumatları özündə əks etdirən iş yerinin arayışı tərəfinizdən Mərkəzi Filiala təqdim edilmədiyindən həmin dövrlər üzrə sizin güzəştli iş stajınızı müəyyən etmək mümkün deyil. Halbuki arxiv arayışında və əmək kitabçasında sözügedən dövrlər üzrə işləməyi tam təsdiqini tapır. Bundan başqa SOCAR Petroleum QSC-nin 17 noyabr 2023-cü il tarixli, X0-xx-xx-0185- 2023 nömrəli arayışında həmin idarənin X6 Bazasında xx.xx.2012-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində doldurucu, xx.xx.2016-01.01,2020-ci il tarixləri arasındakı dövr ərzində terminal opetaroru xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində zərərli neft terminalı bazasının operatoru, xx.xx.2021-1 1.04.2023-cü il tarixləri arasındakı dövr ərzində süzücü-tökücü və xx.xx.2023-cü il tarixindən bugünədək nasos qurğularının maşinisti vəzifələrində işlədiyi qeyd olunub. Həmin arayışda göstərilir ki, İddiaçı xx.xx.2012-ci ildən "xxxx" QSC-nin 10 nömrəli X6 Bazasında zərərli doldurucu (xx.xx.2012-ci il 084/20 saylı əmr), xx.xx.2016-cı il tarixdən 4-cü dərəcə zərərli terminal opetaroru (ştat cədvəli), xx.xx.2020-ci il tarixdən 3-cü dərəcə zərərli neft terminalı bazasının opetaroru (əmr 086 k, xx.xx.2020), xx.xx.2021-ci il tarixdən 4- cü dərəcə zərərli sürücü-tökücü (doldurucu) (ştat cədvəli) (əmr 0259, xx.xx.2020), xx.xx.2023-cü il tarixdən 4-cü dərəcə zərərli nasos qurğularının maşinisti (əmr 0399, xx.xx.2023) peşəsində çalışır. Bu peşələr “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahısı”nın 10.05.2 bəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. Bütövlükdə güzəştli şərtlərə görə pensiya təyini üçün lazım olan staj qeyd olunan sənədlərlə təsdiqini tapdığından ona pensiya təyin edilməlidir. İddiaçı uzun müddət əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə dövlət tərəfindən güzəştli şərtlərlə pensiya verilməsinə ümidli olmuşdur. Məhz güzəştli şərtlərlə pensiya təyin olunacağı ümidi ilə işləməkdə davam etmişdir, iş yerini dəyişməmişdir. Dövlətə müvafiq məcburi sığorta haqqları ödəmişdir. Yenə də ümid edir ki, dövlətin adından qərar çıxaran məhkəmə ümidlərini heçə endirməyəcəkdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hərkəsin sosial təminat hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, əmək qabiliyyətini itirdikdə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (201 7-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanuna görə 60 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməlidir. Xaçmaz “Neft Bazası”nda təxminən eyni illərdə işləmiş X2 Sumqayıt İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(85)-931/2018 saylı qərarı ilə müvafiq pensiya təyin olunmuşdur və artıq neçə ildir ki, pensiya alır. Qeyd olunan qərarda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahısı”nın 10.05.2 bəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verməsinə istinad edilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/2-C- 62954/2024 nömrəli məktubuna əsasən, iddiaçının qanunvericiliklə tələb olunan kifayət qədər güzəştli iş stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. "Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (.2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanununun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortolunanların üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqqlarının 90 faizinin və xüsusi hesabındakı vəsaitin qeydə alındığı subhesabdır. Eyni zamanda Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri. Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını. X5 qərarlarını. X5 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olubomadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını ) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də. məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlilərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. “Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası'nın 2.2.1-ci yarımbəndinə və 4.1-ci bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bununla əlaqədar olaraq, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və vəzifəyə uyqun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hügugu verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət jstiqaməti və s.) iş yerinin arayışında dəqig göstərilməlidir. Bu zaman nozərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə. vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Hazırki inzibati iş üzrə iddiaçı C.Hüseynqulu oğlunun ümumi sosial sığorta stajı mübahisələndirilmir. Lakin iddiaçının qanunvericiliklə tələb olunan güzəştli iş stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. Belə ki, iddiaçının güzəştli iş stajı yoxdur və ümumillikdə iddiaçının mübahisələndirilən güzəştli iş stajına aşağıdakı dövrlər daxildir: xx.xx.2005-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində Xaçmaz neft bazasında əmtəə- operatoru vəzifəsində işlədiyi dövr: xx.xx.2006-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində Xaçmaz neft bazasında nasos qurğularının maşinisti vəzifəsində işlədiyi dövr; X6 Bazasında xx.xx.2012-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində doldurucu vəzifəsində işlədiyi dövr; xx.xx.2016-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində terminal operatoru vəzifəsində işlədiyi dövr: xx.xx.2021-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində süzücü-tökücü vəzifəsində işlədiyi dövr: xx.xx.2023-cü il tarixdən bugünədək nasos qurğularının maşinisti vəzifəsində işlədiyi dövr, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi Xaçmaz rayon Dövlət Arxivinin 16 yanvar 2024-cü il tarixli 3-48-İBRA/2-Cxx-xx/2024 nömrəli arayışında iddiaçının xx.xx.2005-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində Xaçmaz neft bazasında əmtəə-operatoru, xx.xx.2006-xx.xx.2012-ci ıl tarixləri arasındakı dövr ərzində isə nasos qurğularının maşinisti vəzifələrində işlədiyi qeyd olunub. Sözügedən dövrlər üzrə yuxarıda qeyd edilən məlumatları özündə əks etdirən iş yerinin arayışı iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmədiyindən həmin dövrlər üzrə onun güzəştli iş stajını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda iddiaçının təqdim etdiyi SOCAR Petroleum QSC-nin 17 noyabr 2023-cü il tarixli XO-xx-xx-0185-2023 nömrəli arayışında iddiaçının X6 Bazasında xx.xx.2012-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində doldurucu, xx.xx.2016xx.xx.2020- ci il tarixləri arasındakı dövr ərzində terminal operatoru. xx.xx.2021xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində süzücü-tökücü və xx.xx.2023-cü il tarixdən bugünədək nasos qurğularının maşinisti vəziflərində işlədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz. kondensatı, kömür və şistin emalı (10) bəndinin neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı (10.5) bölməsinin bu bölmədə adları çəkilən istehsalatda şist, kömür, qaz kondensatı, qaz, neft emalında məşğul olan aşağıda göstərilən rəhbərlər, mütəxəssislər və fəhlələr (10.5.2) yarımbölməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi sahə sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş Siyahının neftin, qazın, qaz kondensatının emalı, kömür va şistin emalı bölməsində nəzərdə tutulan sahələrə uyğun deyil, həmçinin iddiaçının işlədiyi vəzifələr həmin bölmənin “bu bölmədə adları çəkilən istehsalatda şist, kömür, qaz kondensatı, qaz, neft emalında məşğul olan aşağıda göstərilən rəhbərlər, mütəxəssislər və fəhlələr" yarımbölməsində nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bu səbəbdən, iddiaçı öz iddiasını müvafiq sənədlərlə sübuta yetirə bilmədiyindən qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: İddiaçının hərbi biletinin, əmək kitabçasının surəti iş materiallarına əlavə edilmişdir. Socar Petroleum QSC-nin xx.xx.2023-cü il tarixli XO-xx-xx-0185-2023 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2012-ci ildən "xxxx" QSC-nin 10 nömrəli X6 Bazasında zərərli doldurucu (xx.xx.2012-ci il 084/20 saylı əmr), xx.xx.2016-cı il tarixdən 4cü dərəcə zərərli terminal operatoru (ştat cədvəli), xx.xx.2020-ci il tarixdən 3-cü dərəcə zərərli neft terminalı bazasının operatoru (əmr 086k, xx.xx.2020), xx.xx.2021-ci il tarixdən 4- cü dərəcə zərərli süzücü-tökücü (doldurucu) (ştat cədvəli) (əmr 0259, xx.xx.2020), xx.xx.2023-cü il tarixdən 4-cü dərəcə zərərli nasos qurğularının maşinisti (əmr 0399, 11.04 2023) peşəsində çalışır. Bu peşələr “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 10.05.2 bəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. Xaçmaz rayon Dövlət Arxivinin 16 yanvar 2024-cü il tarixli arxiv arayışı iş materiallarına əlavə edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Socar Petroleum QSC-nin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2012-ci il tarixdən etibarən İddiaçı yerinə yetirdiyi əmək funksiyasının dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin” siyahısının 10.5.1- ci bəndində nəzərdə tutulmuş fəhlə kateqoriyasına aid edilmiş "əmtəə operatoru”nun əmək funksiyası ilə eynilik təşkil etdiyindən güzəştli şərtlərlə əmək pensiyası hüququ verilə bilər. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli məktubu ilə X1 pensiya işinə dair sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, xx.xx.2023-cü il tarixdən bugünədək nasos qurğularının maşinisti vəzifəsində işlədiyi dövr, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi Xaçmaz rayon Dövlət Arxivinin 16 yanvar 2024-cü il tarixli 3-48-İBRA/2-Cxx-xx/2024 nömrəli arayışında iddiaçının xx.xx.2005-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində Xaçmaz neft bazasında əmtəə-operatoru, xx.xx.2006-xx.xx.2012-ci ıl tarixləri arasındakı dövr ərzində isə nasos qurğularının maşinisti vəzifələrində işlədiyi qeyd olunub. Sözügedən dövrlər üzrə yuxarıda qeyd edilən məlumatları özündə əks etdirən iş yerinin arayışı iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmədiyindən həmin dövrlər üzrə onun güzəştli iş stajını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda iddiaçının təqdim etdiyi SOCAR Petroleum QSC-nin 17 noyabr 2023-cü il tarixli XO-xx-xx-0185-2023 nömrəli arayışında iddiaçının X6 Bazasında xx.xx.2012-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində doldurucu, xx.xx.2016-xx.xx.2020- ci il tarixləri arasındakı dövr ərzində terminal operatoru. xx.xx.2021-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində süzücü-tökücü və xx.xx.2023cü il tarixdən bugünədək nasos qurğularının maşinisti vəziflərində işlədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı (10) bəndinin neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı (10.5) bölməsinin bu bölmədə adları çəkilən istehsalatda şist, kömür, qaz kondensatı, qaz, neft emalında məşğul olan aşağıda göstərilən rəhbərlər, mütəxəssislər və fəhlələr (10.5.2) yarımbölməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi sahə sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş Siyahının neftin, qazın, qaz kondensatının emalı, kömür va şistin emalı bölməsində nəzərdə tutulan sahələrə uyğun deyil, həmçinin iddiaçının işlədiyi vəzifələr həmin bölmənin “bu bölmədə adları çəkilən istehsalatda şist, kömür, qaz kondensatı, qaz, neft emalında məşğul olan aşağıda göstərilən rəhbərlər, mütəxəssislər və fəhlələr" yarımbölməsində nəzərdə tutulmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, mübahisənin yaranması əsasını müəyyən dövrlər üzrə arayışın təqdim edilməməsi, həmçinin sahə və vəzifə uyğunsuzluğu təşkil edir. Bu səbəbdən də iddiaçıya münasibətdə güzəştli iş stajı hesablanmamışdır. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunvericiliyin tələbinə görə iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün 12 il 6 ay güzəştli, 25 il ümumi iş stajı tələb olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndində qeyd olunur ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. Məhkəmə sorğusuna cavab olaraq Socar Petroleum QSC-nin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı xx.xx.2012-ci il tarixdə ərizəsinə əsasən Cəmiyyətin Xaçmaz Neft baza sahəsində (NBS) zərərli doldurucu peşəsinə işə qəbul edilmişdir (əsas ƏMR 084/21); xx.xx.2016-cı il tarixdən terminal operatoru xx.xx.2021-ci il tarixdən FƏ-0259 nömrəli əmrə əsasən Süzücü-tökücü (doldurucu) peşəsində çalışır. Eyni zamanda xx.xx.2016-cı il tarixdən terminal operatoru adlandırılmış fəhlə peşəsində, xx.xx.2021-ci il tarixdən isə işlədiyi peşə yenidən Fəhlə peşələri və işlərin Vahid Tarif-ixtisas Sorğu kitabçasına uyğun olaraq süzücü-tökücü (doldurucu) adlandırılmış fəhlə peşəsində işləyir. İşlədiyi peşənin adlandırılmasının fərqli yazılışına baxmayaraq işçi işlədiyi bütün dövrdə eyni əmək funksiyasını yerinə yetirmişdir. Belə ki, işçinin faktiki yerinə yetirdiyi əmək funksiyası Neft baza sahəsinə neft məhsulları daxil olarkən dəmir yol sisternasının aşağı lyukuna USN-150 neft məhsulları boşaltma qurğusunu qoşmaq, vaqonun üst qapağını açaraq xüsusi mexanizm vasitəsi ilə aşağı lyukun qapağını açıb neft məhsullarının boru vasitəsi ilə çənlərə doldurulmasını təmin etmək, boşalmış vaqonlardan USN-İ ayıraraq vaqonun qapağını bağlamaq, bundan sonra neft məhsulların satışı həyata keçirilərkən çənlərin üzərindəki siyirtmələri açmaq, ASN qurğusunun altı daxil olan nəqliyyat vasitələrinin çənlərinin üzərinə çıxıb üst qapağı açaraq ASN qurğusunun qolunu çənə daxil edib onun dolma prosesinə nəzarət etmək, nəqliyyat vasitələrinin çənləri doldurulduqdan sonra isə qapağını kip bağlamaq, dövri olaraq tərtib edilmiş qrafik üzrə NBS-nin ərazisində yanacağın qəbul edildiyi çənlərin içərisinin təmizlənməsi işini icra etməkdən ibarətdir. Bu kateqoriyadan olan işçilərin əmək haqqısına əlavə olaraq zərərli işi yerinə yetirdiyinə görə 4% ödənilir. NBS-nin ərazisi zərərli əmək şəraitinin olması mübahisəsiz haldır, həmçinin işçinin əmək haqqısına 4% zərərli şəraitdə işlədiyinə görə əmək haqqı hesablanmış əmək məzuniyyətinə isə 6 təqvim günü əlavə məzuniyyət hesablanmışdır. Göründüyü kimi xx.xx.2012-ci il tarixdən etibarən İddiaçı yerinə yetirdiyi əmək funksiyasının dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin” siyahısının 10.5.1- ci bəndində nəzərdə tutulmuş fəhlə kateqoriyasına aid edilmiş "əmtəə operatoru”nun əmək funksiyası ilə eynilik təşkil etdiyindən güzəştli şərtlərlə əmək pensiyası hüququ verilə bilər. Həmçinin, "xxxx" QSC tərəfindən “Neft terminalı bazasının İşlər bölməsinin doldurucusunun” və “Neft terminalı bzasının İşlər bölməsinin nasosxana qurğu maşinistinin” vəzifə təlimatları məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş vəzifə təlimatlarından müəyyən olunur ki, iddiaçının işlədiyi sahə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” sahəsinə uyğun olmaqla, çalışdığı vəzifələr “bu bölmədə adları çəkilən istehsalatda şist, kömür, qaz kondensatı, qaz, neft emalında məşğul olan aşağıda göstərilən rəhbərlər, mütəxəssislər və fəhlələr" yarımbölməsində “fəhlə” kateqoriyası ilə tam əhatə olunur. Həmçinin, "xxxx" QSC-nin əmək şəraiti üzrə iş yerlərinin attestasiya protokolu, iddiaçının şəxsi vərəqəsi və məzuniyyət cədvəlindən görünür ki, iddiaçının daxil olduğu kateqoriyadan olan işçilərin əmək haqqına əlavə olaraq zərərli işi yerinə yetirdiyinə görə 4% əlavə ödənilməklə, əmək məzuniyyətinə 6 təqvim günü əlavə məzuniyyət hesablanır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. İddiaçının Xaçmaz neft bazasında işlədiyi xx.xx.2006-xx.xx.2012-ci il tarixləri arasındakı dövrlər üzrə iş yerinin arayışının təqdim edilməməsinə münasibətdə məhkəmə qeyd edir ki, Xaçmaz rayon Dövlət Arxivinin 16 yanvar 2024-cü il tarixli arxiv arayışı ilə iddiaçının qeyd edilən dövləri əhatə edən əmrlərə dair arxiv çıxarışı təqdim edilmişdir. Cavabdeh tərəfindən iddiaçının qeyd edilən vəzifələrdə çalışması mübahisələndirilməmiş, iş yerindən güzəştli arayış təqdim edilmədiyindən həmin dövrlərin nəzərə alınmadığı bildirilmişdir. Qeyd ediən əmrlərdən çıxarışlardan görünür ki, iddiaçı 5-ci və 6-cı zərərli dərəcəli əmtəə operatoru vəzifələrində çalışmışdır. Formalaşmış məhkəmə təcrübəsinə əsasən hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa və ya arayışın alınması mümkün olmursa oxşar sahədə fəaliyyət göstərən müəssisə lazımi qaydada əsaslandırma aparmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin Siyahıdakı kodlarla uyğunlaşdırılmasına dair arayış verə bilər. Hazırki halda isə qeyd edilən dövrldə iddiaçının çalışdığı vəzifələr Socar Petroleum QSC tərəfindən güzəştli iş stajı barədə arayışda qeyd edilən vəzifələrlə eynilik təşkil etdiyindən iddiaçının güzəştli iş stajına hesablanmalıdır. Göründüyü kimi iş materialları və məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, iddiaçının 12 il 6 aydan çox güzəştli iş stajı mövcuddur. Məhkəmə hesab edir ki, qeyd edilənlər iddianın təmin edilməsi üçün kifayət qədər əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-2299/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2299/2025
17.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver