Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-23/2021 30.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan X1rşı “ona məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi B-652A nömrəli bağ sahəsi ünvanında yerləşən torpaq sahəsinin bir hissəsinin "Binəqədi-Novxanı-Corat avtomobil yolunun yenidən qurulması" layihəsi çərçivəsində yolun tikintisi altına düşdüyündən cavabdeh Azərbaycan Avtomobil Yollan Dövlət Agentliyindən iddiaçının xeyrinə bazar qiymətləri ilə məhkəmə tərəfindən müəyyən edilmiş ədalətli kompensasiyanın, habelə faizlərin tutulması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddi tələbi olunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi B-652A nömrəli bağ sahəsi ünvanında yerləşən 0.10 ha ölçüdə sahəsi və yaşayış məntəqələrinin torpaqları kateqoriyasına, həyətyanı istifadə növünə aid olan torpaq sahəsi onun mülkiyyətində olmuşdur. Müvafiq torpaq sahəsinə aid DƏDRX tərəfindən xx.xx.2007-ci il tarixli, **********34 reyestr nömrəli çıxarışı vardır. Həmin torpaq sahəsinin bir hissəsi "Binəqədi-Novxanı-Corat avtomobil yolunun yenidən qurulması" layihəsi çərçivəsində yolun tikintisi altına düşmüşdür. Cavabdeh tərəfindən ona ünvanlanmış bir neçə məktublardan görünür ki, müvafiq orqan ona dəymiş ziyanı ödəməyi yubadır. Hal-hazırda mənə dəymiş ziyan ödənilməmişdir. Hesab edir ki, məhkəmə vasitəsilə cavabdehdən onun əmlakına dəymiş ziyanın məbləği alınıb ona ödənilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili X5 iddia ərizəsinə dəqiqləşdirmə verərək bildirmişdir ki, iddiaçıının mülkiyyətində olan Sumqayıt şəhəri. Novxanı bağ massivi, B- 652A nömrəli bağ sahəsi ünvanında yerləşən torpaq sahəsinin bir hissəsinin "Binəqədi- Novxam-Corat avtomobil yolunun yenidən qurulması" layihəsi çərçivəsində yolun tikintisi altına düşməsi nəticəsində qeyd olunan torpaq sahəsinin giriş hissəsi avtomobil yolunun altında qalmış, bu səbəbdən də həmin torpaq sahəsinə daxil olmaq ümumiyyətlə qeyrimümkün olmuşdur. Başqa sözlə, mübahisəli torpaq sahəsindən mum təyinatı üzrə istifadə edilməsi qeyri- mümkün olmuşdur. Torpaq sahəsi üç tərəfdən qonşu bağ sahələri ilə əhatə olunur, dördüncü - giriş hissəsi isə, yuxanda qeyd etdiyim kimi, avtomobil yolunun altında qalmış, həmin yol torpaq sahəsinə nisbətdə 5-6 metr hündürlükdə olduğundan sahəyə girişi qeyri mümkün etmişdir. Hazırki iddia predmeti üzrə məhkəmə tərəfindən torpaq sahəsinə dəymiş ziyanın müəyyən edilməsi məqsədilə "xxxx" MMC' tərəfindən qiymətləndirmə aparılmış və x xxxxxxxx 2019-cu il tarixli mütəxəssis rəyi ilə 0.1 ha ölçüdə torpaq sahəsi ümumilikdə dəyəri orta bazar qiyməti ilə 70.000 manat, yol altınla qalan 2.8 sot hissəsi isə 19.600 manat civarında müəyyən edilmişdir. Həmin rəylə razılaşmaq mümkün deyil, belə ki, mütəxəssis tərəfindən torpaq sahəsinə baxış keçirilərkən aşkar olunmuşdur ki. həmin sahənin qeyd olunan 2.8 sot giriş hissəsi yol altında qaldığı üçün sahəyə daxıl olmasını qeyri-mümkün elmişdir, lakin mütəxəssis rəyində bu məsələyə diqqət yetirilməmiş, yalnız yol altına düşən hissə qiymətləndirilmişdir. Hesab edir ki, mübahisəli torpaq sahəsinə daxil olmam qeyri-mümkün edən avtomobil yolunun tikintisi nəticəsində ona məxsus torpaq sahəsindən məhrum olmuşdur. Ona məxsus torpaq sahəsinin bir hissəsinin avtomobil yolunun altına düşməsi, sahənin bölünməsi nəticəsində digər hissəsindən istifadəni qeyri-mümkün etdiyindən də ədalətli kompensasiya ödənilməlidir. Başqa sözlə, dəymiş ziyanın məbləği 70.000 manat hesablanmalıdır. Bundan başqa yolun tikintisindən 3 il yarımdan çox müddət keçib, bu müddət ərzində kompensasiya ödənilməyib. Mərkəzi Bank tərəfindən müəyyən edilmiş faiz dərəcəsi hazırda 12 faizdir, üstə gəl qanunla müəyyən edilmiş bir faiz, bu da edər 13 faiz, hər il ərzində 70.000 manat pulun ödənilməməsi nəticəsində 9.100 manat ziyan vurulmuş, 3 il yarım müddət ərzində isə bu edər cəmi 31.850 manat. Beləliklə İddiaçı məxsus Sumqayıt şəhəri. Novxanı bağ massivi, B-652A nömrəli bağ sahəsi ünvanında yerləşən torpaq sahəsinin bir hissəsinin "Binəqədi-Novxanı-Corat avtomobil yolunun yenidən qurulması" layihəsi çərçivəsində yolun tikintisi altına düşdüyündən cavabdeh Azərbaycan Avtomobil Yollan Dövlət Agentliyindən iddiaçının xeyrinə qeyd olunan torpaq sahəsinin yararsız hala düşməsi nəticəsində 70.000 manat kompensasiyanın, habelə 31.850 manat faizlərin, ümumilikdə 101.850 manat pul vəsaitinin tutulmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili X5 iddia ərizəsinə dəqiqləşdirmə verərək bildirmişdir ki, mübahisəli yerə yerli baxış keçirilmiş, “X7” Əmlakın Qiymətləndirilməsi və İnkişafı Mərkəzi tərəfindən verilən ekspert rəyinə görə iddiaçıya aid əmlaka dəymiş ziyana görə ümumilikdə 41000 (qırx bir min) manat tələb olunur. Ona görədə ekspertiza rəyi ilə razılaşaraq cavabdehdən tikinti altına düşən hissəyə görə 19.250 manat, iddiaçıda qalan sahəsinə giriş çıxış yolununun tikintisi üçün tələb olunan 21.750 manat, ümumilikdə 41000 (qırx bir min) manat kompensasiya məbləğinin tutularaq iddiaçıya ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili X5 eyniməzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı məxsus olan 0.10 ha torpaq sahəsinin (**********34 reyestr nömrəli çıxarış) 275.63 m2 hissəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilmiş “Binəqədi- Novxanı-Corat avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşmüşdür. Vətəndaş İddiaçı adına olan torpaq sahəsinə görə dəymiş ziyan müstəqil qiymətləndirici tərəfindən 16537.80 manat dəyərində qiymətləndirilmişdir. “Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi altına düşmüş və müvafiq qaydada mülkiyyət hüququ təsdiqlənmiş maneələrə görə sahiblərinə dəymiş ziyanla əlaqədar müstəqil ekspert tərəfindən hesablanmış və Nəzarət Orqanı ilə razılaşdırılmış kompensasiyanın ödənilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Nazirlər Kabinetinə 2018-ci il 11 yanvar tarixli 2/16-166 saylı məktubla müraciət olunmuşdur. Bundan əlavə dövlət ehtiyacları üçün alınan əmlaklar, mövcud qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və X2 verdiyi kadastr planı əsasında müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilmiş və bu zaman qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarəti “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Mazirliyi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Qiymətləndirmə fəaliyyəti haqqında qanunun 7-ci maddəsinə əsasən Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Beləliklə qiymətləndirmə sahəsində ixtisaslaşmış müstəqil qiymətləndirici “xxxx” MMC tərəfindən aparılmış iddiaçının əmlakın qiymətləndirilməsi və qiymətləndirilməsinin rəyi qüvvədədir və iddiaçı tərəfindən məhkəmədə mübahisələndirilməmişdir. İddiaçının cavabdehə ünvanlandığı bir neçə müraciətində onun torpaq sahəsinin yolun tikinti altına düşdüyünə görə və bununla əlaqədar kompensasiyanın alınması ilə bağlı ona kömək edilməsini xahiş etmişdi və ona verilmiş rəsmi cavablarda göstərilmişdir ki, qaldırdığı məsələ ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanlarına müraciət olunmuşdur. Azərbaycan Respublikası Maliyyə Nazirliyinə ünvanladığımız məktuba rəsmi cavabda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə bölgüsündə qeyd edilən yolun tikintisinin davam etdirilməsi üçün vəsait nəzərdə tutulmamışdır. Bu səbəbdən, tikinti altına düşən torpaq sahəsinə görə kompensasiya ödənilməsi gələcəkdə vəsait ayrıldığı təqdirdə öz həllini tapacaqdır. Hesab edilir ki, iddiaçıya ünvanlanmış cavab məktubları kompensasiyanın ödənilməsindən imtina kimi qiymətləndirilə bilməz. İPM-nin 2.2.7-ci maddəsinə uyğun olaraq inzibati orqanların qanunsuz qərarları (inzibat aktları), və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanin ödənilməsindən ibarətdir ki, hamin növ iddiaya mahiyyəti üzrə baxılması üçün da müəyyən şərt nəzərdə tutulmuşdur. Bu şərt isə ziyana görə kompensasiyanın ödənilməsi üçün müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət edilməsindən ibarətdir. İPM-nin 35.1-ci maddəsində göstərilir ki, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati icraat haqqında Azərbaycan Respublikasi Qanununun 89.2-ci maddəsinə əsasən maraqli şəxs kompensasiyanin ödənilməsindən imtina olunması haqqinda inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazır ki, mübahisəyə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçıya məxsus xx.xx.2007-ci il tarixli, **********34 reyestr nömrəli çıxarışın surəti Cavabdeh inzibati orqanın xx.xx.2018-ci il tarixli, 3/16-5572 nömrəli imtina məktubu, etiraz ərizəsi, “X7” Əmlakın Qiymətləndirilməsi və İnkişafı Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli, CEG-M21/207 nömrəli ekspert rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndə və vəkilinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Həmin Qanunun 20.1.6-cı maddəsinə əsasən alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə kompensasiya ödəmək öhdəliyini daşıyır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 54.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Həmin Qanunun 54.2-ci maddəsinə əsasən kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Həmin Qanunun 56.1-ci maddəsinə əsasən bu Qanuna əsasən alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən iddiaçılara ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, torpaqlarını tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları, dolanışıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları zərər və narahatlığın baş verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa edilsin, ödəniləcək kompensasiya qiymətləndirilərkən mövcud inflyasiya, torpağın bu Qanunun 58-ci maddəsinə əsasən müəyyən edilmiş bazar qiyməti, alınmanın təsirinə məruz qalan şəxsdən torpağın müəyyən hissəsinin alındığı hallarda alınan torpağın həmin şəxsin saxlanılan (alınmayan) torpağından ayrılması nəticəsində şəxsə dəyə biləcək zərər, alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər, alınma nəticəsində şəxs yaşayış, həyata keçirdiyi sahibkarlıq fəaliyyətininin həyata keçirdiyi və ya iş yerini dəyişməyə məcbur edilmişdirsə, belə yerdəyişmədən irəli gələn bütün xərclər və itkilər nəzərə alınır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq kompensasiyanın ödənişində hər hansı yubadılma ilə hüquqları pozulan şəxs belə kompensasiyanın dərhal ödənilməsinə nail olmaq məqsədi ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi B-652A nömrəli bağ sahəsi ünvanında yerləşən 0.10 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə ona xx.xx.2007-ci il tarixli, **********34 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarış verilmişdir. İddiaçıya məxsus torpaq sahəsinin bir hissəsi Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2008-ci il tarixli, 2930 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın müvafiq bəndinə əsasən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşmüş və eyni zamanda həmin torpaq sahəsinin iddiaçıda qalan hissəsinin maqistral yola giriş-çıxış yolu bağlanmışdır. İddiaçı torpaq sahəsinin bir hissəsinin yolun tikinti altına düşməsi və həmin torpaq sahəsinin yola giriş-çıxış yolu bağlanması nəticəsində ona dəymiş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2018-ci il tarixli, 3/16- 5572 nömrəli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, işin hallarından göründüyü kimi iddiaçı dövlət ehtiyacları üçün geri alınan ona məxsus torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçıya ünvanladığı məktubunda kompensasiyanın ödənilməməsinə əsas kimi müvafiq orqanlara müraciətlərə cavab gəldikdən sonra ona dəymiş ziyan ilə bağlı kompensasiya ödəniləcəkdir. Göstərilən tarixdən təqribən 3 ilə yaxın müddət keçməsinə baxmayaraq, kompensasiya iddiaçıya ödənilməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən kompensasiyanın ödənilməsi yubadılır ki, bu halda iddiaçının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə əsasən hüquqları pozulan şəxs kimi məhkəməyə müraciət etmək hüququ yaranmış, iddianın mümkünlük şərtlərinə əməl olunmuşdur. İş materiallarına əlavə olunmuş “X7” Əmlakın Qiymətləndirilməsi və İnkişafı Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli, CEG-M21/207 nömrəli Qiymətləndirmə hesabatından göründüyü kimi iddiaçının mülkliyyətində olan torpağın sahəsinin 2.75 sot hissəsi yolun tikinti altına düşmüş (1 sotun bazar dəyəri 7000 manat x 2.75 sot=19.250 manat) və torpaq sahəsinin 7.25 sot hissəsinə görə giriş çıxış yolunun tikintisi üçün çəkiləcək xərclər 21.750 manat (1 sotun bazar dəyəri 3000 manat x 7.25 sot=21.750 manat) müəyyən edilmişdir. Ümumilikdə iddiaçıya dəymiş ziyanın məbləği 41.000 manat təşkil edir. Hesabat kifayət qədər əsaslandırılmaqla torpaq sahəsinin dəyəri müəyyən olunmuşdur. Yuxarıda qeyd olunan normalara və məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallara əsasən məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşdüyündən həmin torpaq sahəsinin dövlət ehtiyacları üçün geri alınmasına görə kompensasiya iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 41.000 (qırx bir min) manat məbləğində kompensasiya cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin olunmalı, iddiaçıya, onun mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi B-652A nömrəli bağ sahəsi ünvanında yerləşən 0.10 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq 41.000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı, onun mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi B-652A nömrəli bağ sahəsi ünvanında yerləşən 0.10 ha torpaq sahəsinin tikinti altına düşən hissəsinə görə 19.250 manat, iddiaçıda qalan torpaq sahəsinə giriş çıxış yolununun tikintisi üçün tələb olunan 21.750 manat, ümumilikdə 41.000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ondan, Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-23/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-23/2021
30.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver