Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-23/2024 29.08.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi ilə, İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayonu Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli, 14 saylı qərarı ilə cizgidə göstərilən sərhəd daxilində Quba rayonu İİ Nügədi kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün iddiaçıların birgə mülkiyyətinə verilmiş və JN 340 KOD 30320018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı tərtib edilərək İddiaçı3 təqdim edilmiş 1,26 ha torpaq sahəsinin 9648,72 kvadrat metr hissəsinin cavabdeh tərəfindən X1 mülkiyyətinə verilməsinə dair xx.xx.2008-ci il tarixli, **********4 nömrəli qeydiyyat aparılması ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi və həmin qeydiyyatın nəticələrinin, yəni MH seriyalı ******* saylı çıxarışın ləğv edilməsi, Dövlət Aktında göstərilən Quba rayonu İİ Nügədi kəndində yerləşən 9648.72 kvadrat metr torpaq sahəsinə iddiaçıların adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi” tələbinə dair iddiası üzrə işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia tələbi üzrə icraat Sumqayıt İnzibati Məhkəməsinin 29 avqust 2024-cü il tarixli qərardadı ilə təzələnmişdir. İddiaçıların vəkili elektron kabinetə ərizə yerləşdirərək iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən həmin Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 50.0.2-ci maddəsinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı iş üzrə hazırlıq icraatında iddiaçının iddiadan imtina etməsi və ya cavabdehin iddianı qəbul etməsi barədə qərardad qəbul edir. Məhkəmə hesab edir ki, inzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında mübahisə olmalı və iddiaçının həmin mübahisəni inzibati məhkəmə icraatı qaydasında davam etdirmək iradəsi mövcud olmalıdır. Lakin hazırkı işdə iddiaçının iddia ərizəsinin geri qaytarılmasını xahiş etməsi onun bu iradəsinin olmadığını göstərir. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması onun yenidən eyni tələb ilə məhkəməyə müraciət etməsini istisna etmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, qərara aldı : İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsinə şikayət verilə bilər. Hakim İmran Burcayev
Məhkəmə qərarları › İş №2-1(118)-23/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-23/2024
29.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver