Məhkəmə qərarları › İş №2-1(118)-230/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-230/2020

28.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-230/2020 28.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi ilə, Tərəflərin iştrakı olmadan, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh xx.xx.2002-ci il tarixli 102 saylı sərəncamının və xx.xx.2002-ci il tarixli 10 saylı icarə müqaviləsinin Qobustan rayonu 62M saylı Şəfi qış otlaq sahəsindən “xxxx” firmasına heyvandarlığın inkişafı şərtilə 5 hektar torpaq sahəsinin verilməsi hissəsində etibarsızlığının tanınması haqqında qərar qəbul edilməsiöhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı bildirdi ki, Abşeron Rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2012–ci il tarixli 1536 nömrəli torpaq icarəsi müqaviləsi əsasında və Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2012-ci il tarixli 1536 saylı Sərəncamı ilə Abşeron rayonunun ərazisində “Şəfi” adlanan qış otlaq sahəsində yerləşən 10 hektar torpaq sahəsi 15 il müddətinə İddiaçınə ayrılmışdır. Həmin torpaq sahəsinə dair icarə hüququ RX seriyalı ******* saylı Hüququların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış” əsasında İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin həmin torpaq sahəsinə dair xx.xx.2013–cü il tarixli “Torpaq sahəsinin plan və ölçüsü” tərtib edilmişdir. Lakin sonradan məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsinin müəyyən hissəsinə “xxxx” firması (ilkin olaraq firma kimi təsis edilmiş,sonradan məhdud məsuliyyətli cəmiyyətə çevrilmişdir) iddia edərək, həmin torpaq sahəsində olan faydalı qazıntıların (gips) istismarını və satışını həyata keçirir. Qeyd edilən iddia və fəaliyyətini isə onunla əsaslandırır ki, Cavabdeh xx.xx.2002-ci il tarixli 10 saylı icarə müqaviləsi əsasında və Cavabdeh xx.xx.2002-ci il tarixli 102 saylı sərəncamı ilə, həmin sərəncamda rayonun ümumi qış otlaq fonduna daxil olduğu göstərilən, 22M saylı, “Qarapaşa” qışlağından ümumi sahəsi 5 hektar, 62M saylı “Şəfi” qışlağından ümumi sahəsi 5 hektar, cəmi 10 hektar sahə örüş məqsədi ilə “xxxx” firmasına 15 il müddətinə ayrılmışdır. Həmin torpaq sahələrindən müvəqqəti istifadə hüququ JN-2137 saylı 30802028 kodlu və JN-2138 saylı 30802028 kodlu Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələr əsasında “xxxx” Firmasınn adına rəsmiləşdirilmişdir. Sumqayıt İnzibati–İqtisadi Məhkəməsinin xx.xx.2019–cu il tarixli 2-2 (085)-1/2019 saylı qətnaməsi ilə İddiaçı MMC-nin iddiası təmin olunmamışdır. Həmin qətnamədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28490/29729 saylı, xx xxxxxx 2018-ci il tarixli rəyi ilə İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində icarə hüququ əsasında RX seriyalı ******* saylı çıxarışla qeydə alınmış 10 ha torpaq sahəsinin koordinatları ilə “xxxx” MMC–nin adına verilmiş JN-21xx xxx 30802028 saylı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamədə qeyd edilən torpaq sahəsinin koordinatlarının üst–üstə düşdüyü, İddiaçı MMC–nin icarəsində olan icarə hüququ RX seriyalı ******* saylı çıxarışla dövlət reyestrində qeydiyyata alınmış 10 hektar torpaq sahəsinin yararsız hala düşmüs hissəsinin 5.3 hektar olduğu müəyyən edilmişdir. “xxxx” MMC-nin adına rəsmiləşdirilmiş JN–2137 və JN–2138 saylı Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələrdə qeyd edilən 30802028 saylı KOD Azərbaycan Respublikasının İnzibati ərazi bölgüsü təsnifatında Qobustan kəndinin kodudur və həmin kənd Abşeron rayonu, Pirəküşkül kənd inzibati ərazi dairəsinin tərkibinə daxildir. «Torpaq icarəsi haqqında» Azərbaycan Respublikası Qanununun 10–cu maddəsinin 2-ci bəndində göstərilir ki, dövlət və bələdiyyə torpaqlarının bilavasitə icarəyə verilməsi barədə qərar torpağı icarəyə götürmək istəyənin ərizəsi icarəyə verilən torpaq sahəsi qanuni istifadədə olduqda isə torpaq istifadəcisinin razılığı və müvafıq icra hakimiyyəti orqanının və ya bələdiyyənin rəyi əsasında qəbul olunur və icarəyə verilənlə icarəçi arasında icarə müqaviləsi bağlanılır. Cavabdeh Abşeron Rayon İcra Hakimiyyətinin inzibati ərazi vahidini daxil olan torpaq sahəsi ilə bağlı MİRAJ–X firması (hal hazırda MMC) ilə icarə müqaviləsi bağlamış və bu barədə sərəncam vermişdir. Bununla da İddiaçı MMCnin xx.xx.2012-ci il tarixli 1536 nömrəli torpaq icarəsi müqaviləsi əsasında və Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2012-ci il tarixli 1536 saylı Sərəncamı ilə Abşeron rayonunun ərazisində “Şəfi” adlanan qış otlaq sahəsində yerləşən 10 hektar torpaq sahəsi üzərində olan hüquqları pozulmuşdur. İnzibati icraat haqqında haqqında qanunun 65.1.2-ci maddəsinə əsasən müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsızdır.Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən iclaslarında iştrak edən iddiaçının nümayəndəsi eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin sonuncu iclası barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmədə nümayəndəsinin iştrakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə iddiaçının nümayəndəsinin iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə münasibət bildirməmişdir. Sonradan məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, 2002-ci ildə 22 saylı “Qarapaşa” qış otlaq sahəsi Abşeron Rayonunun inzibati ərazisində olmasına baxmayaraq, bölgüyə əsasən Qobustan Rayonu İcra Hakimiyyətinin sərəncamında olmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2006-cı il tarixli 60 nömrəli qərarı ilə 2006-cı ildən Abşeron Rayon İcra Hakimiyyətinin sərəncamına keçmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh təşkilat və Üçüncü Şəxs məhkəmədə nümayəndəsinin iştrakını təmin etməmişdirlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdeh təşkilatın və Üçüncü şəxsin nümayəndəsinin iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın xx.xx.2020-ci il tarixli BM/168 nömrəli məktubu, RX seriyalı ******* saylı Çıxarışın notarial qaydada təsdiqlənmiş surəti, JN-21xx xxx 30802028 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamənin surəti,Sumqayıt İnzibati–İqtisadi Məhkəməsinin xx.xx.2019–cu il tarixli 2-2 (085)-1/2019 saylı qətnaməsivə digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəməiş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. İddianın mümkünlüyü ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı inzibati orqanın imtinasını aldıqdan sonra qanunvericiliyin tələblərinə uyğun məhkəməyə müraciət etmişdir və iddianı mümkünsüz edən digər hər hansı bir əsas müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı deyil və təmin edilməməlidir. Belə ki, iş materiallarında olan JN-21xx xxx 30802028 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2002-ci il tarixdə Cavabdeh 102 saylı sərəncamı ilə mübahisə predmeti olan torpaq sahəsi “xxxx” Firmasına müqavilə əsasında verilmişdir. Bu fakt Cavabdeh xx.xx.2020-ci il tarixli BM/168 nömrəli məktubunda da təsdiqini tapır. Belə ki, mövcud torpaq sahəsi 2006-cı ilə kimi Cavabdeh sərəncamında olmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2006-cı il tarixli 60 nömrəli qərarından sonra Abşeron Rayon İcra Hakimiyyətinin sərəncamına keçmişdir. Həmçinin “xxxx” Firması həmin torpaq sahəsindən istifadə etməsinə görə iddiaçı tərəfindən məhkəməyə verilmiş və Sumqayıt İnzibati–İqtisadi Məhkəməsinin xx.xx.2019– cu il tarixli 2-2 (085)-1/2019 saylı qətnaməsi ilə “xxxx” MMC-yə məxsus olan JN-21xx xxx 30802028 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə”nin etibarsız hesab olunmasına dair iddiaçının tələbi rədd edilmişdir. İddia tələbinin rədd olunmasına səbəb olaraq həmin torpaq sahəsinə dair “xxxx” Firmasının istifadə hüquqları qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınması olmuşdur. Qeyd olunan qətnamə qəbul edildikdən sonra iddiaçı məhkəməyə yeni iddia tələbi ilə müraciət edərək, şəhadətnamənin deyil, şəhadətnamənin verilməsinə əsas olmuş Cavabdeh xx.xx.2002-ci il tarixli 102 saylı sərəncamının və həmin sərəncamın əsasında bağlanmış 10 saylı icarə müqaviləsinin Qobustan rayonu 62 M saylı Şəfi qış otlaq sahəsindən “xxxx” Firmasına heyvandarlığın inkişafı şərti ilə 5 hektar torpaq sahəsinin verilməsi hissəsində etibarsız hesab edilməsi ilə bağlı iddia tələbi ilə yenidən Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. İlk öncə nəzərə alınmalıdır ki, iddiaçının iddia tələbi 2 hissədən, yəni 1) Cavabdeh xx.xx.2002-ci il tarixli 102 saylı sərəncamının etibarsız hesab olunması və 2) Həmin sərəncamın əsasında bağlanmış 10 saylı icarə müqaviləsinin Qobustan rayonu 62 M saylı Şəfi qış otlaq sahəsindən “xxxx” Firmasına heyvandarlığın inkişafı şərti ilə 5 hektar torpaq sahəsinin verilməsi hissəsində etibarsız hesab olunması. İddia tələbinin 2 hissəsinin mülki hüquq müqavilələrindən irəli gəlməsinə baxmayaraq, 10 saylı icarə müqaviləsinin qəbul edilməsi üçün əsas inzibati akt hesab olunan xx.xx.2002-ci il tarixl 102 saylı sərancam olduğuna görə qeyd olunan iddia tələbinə inzibati qaydada baxılması mümkün hesab olunur. İddiaçının qeyd olunan iddia tələbi ilə bağlı gətirdiyi yeganə arqument ondan ibarət olmuşdur ki, Abşeron rayon ərazisində yerləşən torpaq sahəsinə dair Cavabdeh tərəfindən torpaq sahəsinin ayrılması səlahiyyəti yoxdur və Cavabdeh belə səlahiyyəti olmadığı tədqirdə xx.xx.2002-ci il tarixli sərəncam və sərəncamın əsasında qəbul edilmiş icarə müqaviləsi etibarsız hesab edilməlidir. Lakin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, mübahisələndirilən sərancam verildiyi vaxt qeyd olunan torpaq sahəsi Cavabdeh balansında olduğundan və 102 saylı sərəncamın etibarsız hesab edilməsi üçün digər əsaslar olmadığından iddia tələbi gətirilmiş arqument əsasında təmin edilə bilməz. Belə ki, Cavabdehndən Sumqayıt İnzibati Məhkəməsinə ünvanlanan məktubdan bəlli olmuşdur ki, mübahisəli torpaq sahəsi 2006-cı ilə kimi Cavabdeh sərəncamında olmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2006-cı il tarixli 60 nömrəli qərarından sonra Abşeron Rayon İcra Hakimiyyətinin sərəncamına keçmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini, yəni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. (İPM-14.1). Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh xx.xx.2002-ci il tarixli 102 saylı sərəncamının və xx.xx.2002-ci il tarixli 10 saylı icarə müqaviləsinin Qobustan rayonu 62M saylı Şəfi qış otlaq sahəsindən “xxxx” firmasına heyvandarlığın inkişafı şərtilə 5 hektar torpaq sahəsinin verilməsi hissəsində etibarsızlığının tanınması haqqında qərar qəbul edilməsiöhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiası əsassızdır və təmin olunmamalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı İddiaçı Cavabdehnə qarşıCavabdeh xx.xx.2002-ci il tarixli 102 saylı sərəncamının və xx.xx.2002-ci il tarixli 10 saylı icarə müqaviləsinin Qobustan rayonu 62M saylı Şəfi qış otlaq sahəsindən “xxxx” firmasına heyvandarlığın inkişafı şərtilə 5 hektar torpaq sahəsinin verilməsi hissəsində etibarsızlığının tanınması haqqında qərar qəbul edilməsiöhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar