Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-230/2022 30.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “xx.xx.2018-ci il tarixli, 55 saylı "torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləsi”nə əsasən hazırda istifadəsində olan 52 saylı "Qum- 2" qış otlaq sahəsinin qonşuluğunda yerləşən və üçüncü şəxslərin istifadəsində olmayan Abşeron rayonuna təhkim edilmiş qoyunçuluğun inkişafı məqsədi ilə 50,0 hektar digər torpaq sahəsinin icarə qaydasında 10 (on) il müddətinə fiziki şəxs İddiaçı ayrılması barədə tərtib edilmiş torpaqayırma sənədlərinin təsdiq edilməsi və həmin torpaq sahəsinin həmin fiziki şəxsə icarəyə verilməklə onunla 10 (on) il müddətinə icarə müqaviləsinin bağlanması barədə müvafiq sərəncamının verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmasına” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq “xx.xx.2018-ci il tarixli, 55 saylı "torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləsi”nə əsasən hazırda istifadəsində olan 52 saylı "Qum- 2" qış otlaq sahəsinin qonşuluğunda yerləşən və üçüncü şəxslərin istifadəsində olmayan Abşeron rayonuna təhkim edilmiş qoyunçuluğun inkişafı məqsədi ilə 50,0 hektar digər torpaq sahəsinin icarə qaydasında 10 (on) il müddətinə fiziki şəxs İddiaçı ayrılması barədə tərtib edilmiş torpaqayırma sənədlərinin təsdiq edilməsi və həmin torpaq sahəsinin həmin fiziki şəxsə icarəyə verilməklə onunla 10 (on) il müddətinə icarə müqaviləsinin bağlanması barədə müvafiq sərəncamının verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmasına” dair qərar qəbul edilməsini məhkədən xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətini üçüncü şəxs kimi göstərmiş, məhkəmə tərəfindən həmin qurum üçüncü şəxs kimi nəzərə alınmış, daha sonra həmin qurum ləğv edildiyi üçün onun iş üzrə icraatda üçüncü şəxs qismində iştirakına xitam verilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə olunmuş Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli, 166 saylı sərəncamının surətindən göründüyü kimi, həmin sərəncamla Abşeron rayonuna təhkim edilmiş 52 saylı "Qum-2" qış otlaq sahəsindən 300,0 (üç yüz) hektar otlaq sahəsinin qoyunçuluğun inkişafı məqsədi ilə icarə qaydasında 10 (on) il müddətinə fiziki şəxs İddiaçı ayrılması barədə tərtib edilmiş torpaqayırma sənədlərinin təsdiq edilməsi və həmin torpaq sahəsinin həmin fiziki şəxsə icarəyə verilməklə onunla 10 (on) il müddətinə icarə müqaviləsinin bağlanması qərara alınmışdır. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2018-ci il tarixli, 55 saylı "torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə"nin surətindən göründüyü kimi, ümumi sahəsi 300,0 (üç yüz) hektar olan 52 saylı "Qum-2" qış otlaq sahəsi, icarə haqqı xx.xx.2018-ci il tarixdən hesablanaraq hər il 300,00 (üç yüz) manat olmaqla, icarə qaydasında 10 (on) il müddətinə fiziki şəxs İddiaçı icarəyə verilmişdir. Göstərilən 300,0 (üç yüz) hektar olan 52 saylı "Qum- 2" qış otlaq sahəsinin 250,0 (iki yüz əlli) hektar sahəsi hazırda onun istifadəsindədir və həmin müqavilə üzrə üzərinə düşən öhdəliklər vaxtlı-vaxtında tərəfindən icra olunur. Abşeron rayonu inzibati ərazisində yerləşən 52 nömrəli Qış otlaq sahəsinin qoyunçuluğun inkişaf etdirilməsi məqsədi ilə X1 icarəyə verilməsi nəzərdə tutulan 300.00 hektar torpaq sahəsinin yerquruluşu planının surəti iddia ərizəsinə əlavə olunmuşdur. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan Kadastr və Yerquruluşu Layihə -Təhqiqat Mərkəzi tərəfindən təsdiq edilmiş Abşeron rayonu inzibati ərazisində yerləşən 52 nömrəli Qış otlaq sahəsinin qoyunçuluğun inkişaf etdirilməsi məqsədi ilə X1 icarəyə verilməsi nəzərdə tutulan 300.00 hektar torpaq sahəsinin yerləşdiyi ərazisinin torpaq ölçmə işlərinin aparılması və müayinə (baxış) aktının hazırlanmasına dair smetanın surəti iddia ərizəsinə əlavə olunmuşdur. 52 nömrəli Qış otlaq sahəsinin qoyunçuluğun inkişaf etdirilməsi məqsədi ilə X1 icarəyə verilməsi nəzərdə tutulan 300.00 hektar torpaq sahəsinin yerləşdiyi ərazisinin torpaq ölçmə işlərinin aparılması və müayinə (baxış) aktının tərtibi ilə bağlı dövlət rüsumunun (1.175,00 AZN) ödənilməsi barədə qəbzin surəti iddia ərizəsinə əlavə olunmuşdur. İddia ərizəsinə surəti əlavə olunmuş Abşeron rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-254/2020 nömrəli qətnaməsi ilə iddiaçı Yüzbaşov Maqsud Həsən oğlunun cavabdeh İddiaçı qarşı «zəbt olunmuş torpaq sahəsinin boşaldılması və faktiki sahibliyə qaytarılması» barədə iddia tələbinin qismən təmin edilməsi, 29 mart 2005-ci il tarixli JN- 7026 nömrəli (Kod: ********) "Torpaqdan müvəqqəti istifadə hüququna dair" Şəhadətnamədə göstərilən Abşeron rayonu, 52 saylı Qum qış otlaq sahəsinin 50,0 ha hissəsi İddiaçı tərəfindən boşaldılması və həmin 50,0 ha torpaq sahəsi naturada Yüzbaşov Maqsud Həsən oğluna qaytarılması qət edilmişdir. Həmin qətnamənin 2-ci səhifəsinin axırıncı abzasından göründüyü kimi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki eksperizasınm 26 fevral 2020-ci il tarixli 1091 nömrəli rəyindən görünür ki (mətnin ixtisarı), Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Yüzbaşov Maqsud Həsən oğlunun adına olan xx.xx.2005-ci il tarixli JN-7026 saylı (kod: ********) "Torpaqdan müvəqqəti istifadə hüququna dair" Şəhadətnamə əsasında onun 15 il müddətinə icarəsinə verilən 200,0 ha örüş sahəsinin, cavabdeh İddiaçı adına verilmiş Cavabdeh xx.xx.2019-cu il tarixli 55 nömrəli icarə müqaviləsi əsasında 10 il müddətində verilmiş sahəsi 300,0 ha olan 52 saylı "Qum-2" qış otlaq sahəsinin 50,0 ha hissəsi ilə sənəd üzrə və naturada üst-üstə düşdüyü müəyyən edilmişdir. Göründüyü kimi, icarə müqaviləsi əsasında Cavabdeh tərəfindən iddiaçının istifadəsinə verilmiş 300,0 hektar qış otlaq sahəsinin 50,0 ha hissəsi digər fiziki şəxsin istifadəsinə verilmiş torpaq sahəsi ilə faktiki olaraq üst-üstə düşür. Bununla əlaqədar hesab edir ki, pozulmuş hüquqlarının bərpa olunması məqsədi ilə hazırda istifadəsində olan 52 saylı "Qum-2" qış otlaq sahəsinin qonşuluğunda yerləşən və üçüncü şəxslərin faktiki istifadəsində olmayan 50,0 hektar torpaq sahəsi müvafiq müqavilə əsasında Cavabdeh tərəfindən 10 il müddətinə istifadəsinə verilməlidir. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2021-ci il tarixli, HP-036/2021 nömrəli Cavabdehnə ünvanlanan məktubun surətindən göründüyü kimi, xx.xx.2018-ci il tarixli, 55 saylı "torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə"sinə əsasən hazırda vətəndaş İddiaçı istifadəsində olan 52 saylı "Qum-2" qış otlaq sahəsinin qonşuluğunda yerləşən və üçüncü şəxslərin istifadəsində olmayan Abşeron rayonuna təhkim edilmiş qoyunçuluğun inkişafı məqsədi ilə 50,0 hektar digər torpaq sahəsinin icarə qaydasında 10 (on) il müddətinə fiziki şəxs İddiaçı ayrılması barədə tərtib edilmiş torpaqayırma sənədlərinin təsdiq edilməsi və həmin torpaq sahəsinin həmin fiziki şəxsə icarəyə verilməklə onunla 10 (on) il müddətinə icarə müqaviləsinin bağlanması barədə müvafiq sərəncamınm verilməsi xahiş edilmişdir. İddia ərizəsinə əlavə olunmuş, SS720796698AZ nömrəli sifarişli xəbərnaməli məktubun göndərilməsi haqqında poşt qəbzinin əslindən göründüyü kimi, həmin məktub xx.xx.2021-ci il tarixdə AZ0100 saylı poçt şöbəsinin vasitəsi ilə Cavabdehnə göndərilmişdir. İddia ərizəsinə surəti əlavə olunmuş Azərpoçt MMC-nin Abşeron poçt Filialının (AZ0100) xx.xx.2021-ci il tarixli, 14/283 nömrəli məktubunun əslindən göründüyü kimi, xx.xx.2021-ci il tarixdə Cavabdehnə göndərilən SS720796698AZ nömrəli sifarişli xəbərnaməli məktub Cavabdeh dəftərxana işçisi İsmayılovaya təhvil verilmişdir. Lakin, xx.xx.2021-ci il tarixdən hazırkı vaxta qədər 114 gün (3 ay 23 gün) keçməsinə baxmayaraq Cavabdehnə ünvanlanan məktub hazırkı vaxta qədər cavablandırılmamışdır. Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun və nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddia ərizəsini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Əvvəlki məhkəmə iclaslarında cavabdehin nümayəndəsi X3 iştirak etmiş, izahatında bildirmişdir ki, Cavabdeh xx.xx.2018-ci il tarixli, 166 nömrəli Sərəncamı ilə Abşeron rayonuna təhkim olunmuş 52 saylı “Qum-2” qış otlaq sahəsindən 300 ha otlaq sahəsi 10 il müddətinə icarəyə verilmişdir. Bundan sonra iddiaçı ilə həmin tarixdə icarə müqaviləsi bağlanmışdır. Həmin torpaq sahəsi ilə bağlı Yüzbaşov Maqsud Həsən oğlu İddiaçı qarşı zəbt olunmuş torpaq sahəsin boşaldılması və faktiki sahibliyinə qaytarılması tələbi ilə iddia qaldırmışdır. Məhkəmə qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Abşeron rayonu 52 saylı “Qum-2” qış otlaq sahəsinin 50,0 ha hissəsi iddiaçı tərəfindən boşaldıması və həmin 50,0 ha torpaq sahəsinin naturada Yüzbaşov Maqsud Həsən oğluna qaytarılması qət edilmişdir. İddiaçı 50,0 ha torpaq sahəsinin ayrılması ilə bağlı müraciət etmişdir. Müraciətlər əsasında Əmlak Məsələləri Dövlət Komitəsi Torpaqların İdarəedilməsi Agentliyinə rəy verilməsi üçün müraciət olunur. Uzun müddət keçməsinə baxmayaraq Agentlik tərəfindəndən rəy verilmir. Müvafiq rəy verilmədiyinə görə torpaq sahəsini icarəyə verilməsi mümkün olmur. Ərazidə boş torpaq sahəsi olarsa rəy daxil olduqdan sonra məsələyə baxılacaq. Lakin iddiaçı müraciətinə cavab verilmədiyi üçün məhkəmədə iddia qaldırmışdır. Hal hazırda ƏMDK-ndə struktur dəyişikliyi olmuşdur. Vətəndaşın özüdə rəy verilməsi ilə bağlı ƏMDX-dən maraqlanıb rəy verilməsini tələb edə bilər. ƏMDX-dən rəy daxil olarsa mübahisə məhkəmədənkənar həllini tapa bilər. Əsaslandırma hissəsi: Məhkəmə ilkin olaraq iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia məcburetmə haqqında iddiadır, iddiaçı bununla bağlı səlahiyyətli cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan 35 gün müddətində hərəkətsizlik etmişdir. İddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilmir. İddianın əsaslığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə alaraq cavabdeh inzibati orqan iddiaçının tələbinə baxmalıdır. Beləki, iddiaçı xx.xx.2018-ci il tarixli, 55 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləsinə əsasən hazırda istifadəsində olan 52 saylı "Qum- 2" qış otlaq sahəsinin qonşuluğunda yerləşən və üçüncü şəxslərin istifadəsində olmayan Abşeron rayonuna təhkim edilmiş qoyunçuluğun inkişafı məqsədi ilə 50,0 hektar digər torpaq sahəsinin icarə qaydasında 10 (on) il müddətinə fiziki şəxs İddiaçı ayrılması barədə tərtib edilmiş torpaqayırma sənədlərinin təsdiq edilməsi və həmin torpaq sahəsinin həmin fiziki şəxsə icarəyə verilməklə onunla 10 (on) il müddətinə icarə müqaviləsinin bağlanması barədə müvafiq sərəncamının verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmasını istəyir. Cavabdehin mövqeyi ondan ibarətdir ki, Cavabdeh xx.xx.2018-ci il tarixli, 166 nömrəli Sərəncamı ilə Abşeron rayonuna təhkim olunmuş 52 saylı “Qum-2” qış otlaq sahəsindən 300 ha otlaq sahəsi 10 il müddətinə icarəyə verilmişdir. Bundan sonra iddiaçı ilə həmin tarixdə icarə müqaviləsi bağlanmışdır. Həmin torpaq sahəsi ilə bağlı Yüzbaşov Maqsud Həsən oğlu İddiaçı qarşı zəbt olunmuş torpaq sahəsin boşaldılması və faktiki sahibliyinə qaytarılması tələbi ilə iddia qaldırmışdır. Məhkəmə qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Abşeron rayonu 52 saylı “Qum-2” qış otlaq sahəsinin 50,0 ha hissəsi iddiaçı tərəfindən boşaldıması və həmin 50,0 ha torpaq sahəsinin naturada Yüzbaşov Maqsud Həsən oğluna qaytarılması qət edilmişdir. İddiaçı 50,0 ha torpaq sahəsinin ayrılması ilə bağlı müraciət etmişdir. Müraciətlər əsasında Əmlak Məsələləri Dövlət Komitəsi Torpaqların İdarəedilməsi Agentliyinə rəy verilməsi üçün müraciət olunur. Uzun müddət keçməsinə baxmayaraq Agentlik tərəfindəndən rəy verilmir. Müvafiq rəy verilmədiyinə görə torpaq sahəsini icarəyə verilməsi mümkün olmur. Ərazidə boş torpaq sahəsi olarsa rəy daxil olduqdan sonra məsələyə baxılacaq. Lakin iddiaçı müraciətinə cavab verilmədiyi üçün məhkəmədə iddia qaldırmışdır. Hal hazırda ƏMDK-ndə struktur dəyişikliyi olmuşdur. Vətəndaşın özüdə rəy verilməsi ilə bağlı ƏMDX-dən maraqlanıb rəy verilməsini tələb edə bilər. ƏMDX-dən rəy daxil olarsa mübahisə məhkəmədənkənar həllini tapa bilər. İş materialları ilə müəyyən olunur ki, Cavabdeh Başçısının 01 iyun 2018-ci il tarixli, 166 saylı Sərəncamı ilə Abşeron rayonunun təhkil edilmiş 52 saylı “Qum-2” qış otlaq sahəsindən 300 hektar otlaq sahəsinin qoyunçuluğun inkişafı məqsədilə icarə qaydasında 10 il müddətinə fiziki şəxs İddiaçı ayrılması barədə tərtib edilmiş torpaqayırma sənədlərinin təsdiq edilməsi, 52 saylı “Qum-2” qış otlaq sahəsindən 300 hektar otlaq sahəsi fiziki şəxs İddiaçı icarəyə verilməklə onunla 10 il müddətinə icarə müqaviləsinin bağlanması qərara alınmışdır. 01 iyun 2018-ci il tarixli, 55 saylı icarə müqaviləsinə əsasən 52 saylı “Qum-2” qış otlaq sahəsindən 300 hektar otlaq sahəsi İddiaçı istifadəsinə verilmiş, müqavilə 10 il müddətinə bağlanmışdır. Məhkəmə araşdrıması zamanı müəyyən edilmişdir ki, Abşeron rayon Məhkəməsinin 2(012)-254/202 saylı, 18 may 2020-ci il tarixli qətnaməsi ilə 29 mart 2005-ci il tarixli JN- 7026 nömrəli KOD 30800001 Torpağın müvəqqəti istifadə hüququna dair Şəhadətnamədə göstərilən Abşeron rayon, 52 saylı Qum qış otlaq sahəsinin 50.0 ha hissəsinin İddiaçı tərəfindən boşaldılması və həmin 50.0 ha torpaq sahəsinin naturada Yüzbaşov Maqsud Həsən oğluna qaytarılması qət edilmişdir. Qətnamədə qeyd edilmişdir ki, məhkəmə araşdırması zamanı Torpaqdan müvəqqəti istifadə hüququna dair JN - 7026 nömrəli Şəhadətnaməyə (KOD ********) əsasən Cavabdeh başçısının 10 mart 2005-ci il tarixli 67 nömrəli Sərəncamı və 10 mart 2005-ci il tarixli icarə müqaviləsi ilə Abşeron rayonuna təhkim olunmuş 52 saylı “Qum” qış otlaq torpaq sahəsinin kənd təsərrüfatında istifadə edilməyən 200,0 ha hissəsinin müvəqqəti istifadə - kənd təsərrüfatını inkişaf etdirmək üçün 15 il müddətinə iddiaçı Yüzbaşov Maqsud Həsən oğluna verildiyi, eyni zamanda Cavabdeh başçısının 01 iyun 2018-ci il tarixli 166 nömrəli Sərəncamına əsasən 52 saylı “Qum-2” qış otlaq sahəsindən 300 hektar otlaq sahəsi qoyunçuluğun inkişafı məqsədi ilə icarə qaydasında 10 il müddətinə cavabdeh İddiaçı ayrıldığı və onunla icarə müqaviləsi bağlandığı müəyyən edilmişdir. Hazırda iddiaçı ona ayrılmış torpaq sahəsinin bir hissəsinin cavabdeh tərəfindən zəbt olunduğu əsası ilə iddia qaldırılmış, torpaq sahəsinin boşaldılması və naturada ona qaytarılması xahiş edilmişdir. Mübahisə üzrə düzgün hüquqi nəticəyə gəlinməsinin təmin olunması, yəni iddiaçının və cavabdehin istifadələrinə verilmiş torpaq sahələrinin plan-ölçüsünün yerində (naturada) koordinatlarının ayrılıqda üst-üstə düşüb-düşməməsinin, habelə iddiaçı ilə cavabdehin istifadələrinə verilmiş torpaq sahələrinin üst-üstə düşüb-düşməməsinin, müsbət halda hansı həcmdə düşməsinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin mütəxəssisləri cəlb edilməklə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Müvafiq mütəxəssisin rəyi əsasında verilmiş eksperiza rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçı Yüzbaşov Maqsud Həsən oğlunun adına olan 29 mart 2005-ci il tarixli JN-7026 saylı (kod: ********) “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamə əsasında onun 15 il müddətinə istifadəsinə verilən 200,0 ha örüş daxil olmaqla torpaq sahəsinin plan-ölçüsü ilə yerində (naturada) koordinatları üst-üstə düşür. Cavabdeh İddiaçı adına verilmiş Cavabdeh 01 iyun 2019-cu il tarixli 55 nömrəli icarə müqaviləsi əsasında 10 il müddətində verilmiş sahəsi 300,0 ha olan 52 saylı “Qum-2” qış otlaq sahəsinin plan-ölçüsü ilə yerində (naturada) koordinatları Maqsud Yüzbaşovun faktiki istifadəsində və sənəd üzrə icarəsində olan 200,0 örüş yerinin JN-7026 saylı (kod: ********) “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamədə 7026E, 7026D və 7026AA nömrəli konturları (hissələri) ilə üst-üstə düşür, yəni Maqsud Yüzbaşovun faktiki istifadəsində və sənəd üzrə icarəsində olan torpaq sahəsinin bir hissəsi təkrarən İddiaçı verilmişdir. İddiaçı Yüzbaşov Maqsud Həsən oğlunun adına olan 200,0 ha örüş sahəsinin, cavabdeh İddiaçı adına verilmiş 300,0 ha olan qış otlaq sahəsinin 50,0 ha hissəsi ilə sənəd üzrə və naturada üstüstrə düşür. Göründüyü kimi iddiaçı 300,0 ha olan qış otlaq sahəsinin 250 ha hissəsindən istifadə etsədə, 50 ha torpaq sahəsi onun məsuliyyəti olmadığı halda, onun istifadəsindən alınmışdır. İş materiallarından və məhkəmə araşdırmasının nəticələrindən göründüyü kimi iddiaçıya torpaq sahəsi Cavabdeh Başçısının 01 iyun 2018-ci il tarixli, 166 saylı Sərəncamı ilə ayrılmışdır. Məhkəmə hesab edir ki, həmin torpaq sahəsinin başqa bir torpaq sahəsi ilə üst-üstə düşməsi iddiaçının məsuliyyətinə səbəb ola bilməz, iddiaçının hazırdakı tələbi irəli sürməsi əsaslıdır. Beləki iddiaçı 300 ha olan qış otlaq sahəsini icarəyə götürüydüyü zaman nəzərdə tutduğu sahibkarlıq fəaliyyətini lazımı qaydada davam etdirə bilməsi üçün istifadəsinə 50 ha torpaq sahəsinin ayrılmasını tələb edərək gözlənən hüquqlarının bərpasına nail ola bilər, hansıkı hazırda bu hüquq istisna edəcək bir vəziyyətin mövcudluğu müəyyən edilmir. Məhkəmə qeyd edir ki, iddiaçının bu tələbi cavabdeh inzibati orqanında maraqlarına zidd deyil. Hətta bu tələbin təmin edilməsi cavabdeh inzibati orqanın maraqlarına uyğundur. Beləki iddiaçının ziyanla bağlı kompensasiya tələbi kimi digər hüquq müdafiə vasitələrindən istifadə emək imkanıda istina edilmir. Eyni zamanda məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın nümayəndəsi bildirmişdir ki, ƏMDX-dən rəy daxil olarsa mübahisə məhkəmədənkənar həllini tapa bilər. Məhkəmə hesab edir ki, idiaçının bu tələbinin reallaşmasını istisna edəcək yegənə hal iddiaçının istifadəsində olan qış otlaq sahəsinin qonşuluğunda yerləşən və üçüncü şəxslərin istifadəsində olmayan torpaq sahəsinin hazırda mövcud olmaması təşkil edə bilər. Ona görədə məhkəmə hesab edir ki, hazırkı iş üzrə konkret qərar qəbul etmək olmasada Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 73.2-ci maddəsini tətbiq etməklə iddiaçının hüquqlarını real vəziyyətə uyğun olaraq qorumaq olar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmənin mövqeyi ondan ibarətdir ki, iddiaçının inzibati orqana qarşı hazırkı tələbi irəli sürməsi əsaslı olduğuna görə, cavabdeh inzibati orqan iddiaçının xeyrinə müvafiq hərəkətlər etməli, iddiaçının faktiki istifadəsində olan 250 ha qış otlaq sahəsinin qonşuluğunda yerləşən və üçüncü şəxslərin istifadəsində olmayan 50 ha torpaq sahəsini müəyyən etməli (bu zaman inzibati icraatın tələblərinə əməl edilməli iddiaçı və maraqlarına toxuna biləcək şəxslər inzibati icraatda iştirak etməlidir), belə torpaq sahəsi müəyyən edilərsə, həmin torpaq sahəsini iddiaçıya icarə hüququ əsasında ayrılması barədə qərar qəbul edib, bununla bağlı zəruri olan bütün digər hərəkətləri etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyi nəzərə alınaraq, İddiaçı istifadəsində olan 250 ha qış otlaq sahəsinin qonşuluğunda eyni kateqoriyada 50 ha torpaq sahəsinin iddiaçının icarəsinə verilməsi ilə bağlı qərar qəbul edilməsinə yenidən baxılması öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyi nəzərə alınaraq, İddiaçı istifadəsində olan 250 ha qış otlaq sahəsinin qonşuluğunda eyni kateqoriyada 50 ha torpaq sahəsinin iddiaçının icarəsinə verilməsi ilə bağlı qərar qəbul edilməsinə yenidən baxılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Məhkəmənin mövqeyi ondan ibarətdir ki, iddiaçının inzibati orqana qarşı hazırkı tələbi irəli sürməsi əsaslı olduğuna görə, cavabdeh inzibati orqan iddiaçının xeyrinə müvafiq hərəkətlər etməli, iddiaçının faktiki istifadəsində olan 250 ha qış otlaq sahəsinin qonşuluğunda yerləşən və üçüncü şəxslərin istifadəsində olmayan 50 ha torpaq sahəsini müəyyən etməli (bu zaman inzibati icraatın tələblərinə əməl edilməli iddiaçı və maraqlarına toxuna biləcək şəxslər inzibati icraatda iştirak etməlidir), belə torpaq sahəsi müəyyən edilərsə, həmin torpaq sahəsini iddiaçıya icarə hüququ əsasında ayrılması barədə qərar qəbul edib, bununla bağlı zəruri olan bütün digər hərəkətləri etməlidir. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-230/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-230/2022
30.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver