Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-231/2022 08.07.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Abşeron rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinə qarşı “Abşeron rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Həkim Məsləhət Komissiyasının İddiaçı müayinə və müalicə olunması barədə qərarın ləğv olunması və rəyin təqdim edilməsi vəzifəsinin “Abşeron rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Həkim Məsləhət Komissiyasının üzərinə qoyulmasına” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Abşeron rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsə qarşı iddia qaldıraraq, “Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Həkim Məsləhət Komissiyasının onun barəsində Abşeron Rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicəsi barədə qərarın ləğv edilməsi və ona pensiya təmin olunması barədə yeni qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılır ki, iddiaçı 23 ildir şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Belə ki, ilk dəfə 1998-ci ildə şəkərli diabeddən 2 gün komada olmuş və Sumqayıt Şəhər 1 nömrəli Xəstəxanasında 10 gün müddətinə müayinə və müalicə olunmuşdur. Daha sonra Sumqayıt şəhər 1 nömrəli Xəstəxanasının göndərişi ilə Bakı şəhər 4 nömrəli Şəhər Klinik Xəstəxanasına, yəni hazırki Bakı Sağlamlıq Mərkəzinə gedərək 10 gün müddətinə həmin xəstəxanada müalicə olunmuşdur. Həmçinin həmin ildə Respublika Endokrinoloji Mərkəzdə qeydiyyata düşmüşdür. Sonradan Bakı üzrə hər kəsin öz rayonunda qeydiyyata düşməsi tələbi yaranmışdır. Buna görə də 8 saylı Poliklinikada qeydiyyata alınmışdır. Bir müddət sonra Abşeron rayonuna köçdüyü üçün Abşeron rayonunda şəkərli diabet üzrə qeydiyyata alınmışdır. xx.xx.2002-ci il tarixdən başlayaraq Tibbi Sosial Ekspert Komissiyasının müayinə aktına əsasən ona Şəkərli diabed 1 tip ağır forma diaqnozu ilə ikinci qrup əlillik təyin edilmişdir. Buna görə hər il yoxlamadan keçmiş və ona eyni diaqnoz ilə ikinci qrup əlillik təyin edilmişdir. Həmçinin İİ qrup əlilliyə görə göstərilən illərdə pensiya almışdır. 2016-cı ildən başlayaraq yoxlamanın hər il deyil, 5-ildən bir aparılmalı olması barədə tələb veriləndən sonra növbəti ekspert yoxlanışı üçün 2021-ci ildə pensiya təminatı ilə bağlı ekspert komissiyasından keçmək məqsədilə Abşeron Rayon Mərkəzi Xəstəxanasının göndərişinə əsasən Mirqasımov adına xəstəxananın Endokrinologiya şöbəsində xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək müalicə olunmuşdur. Bununla bağlı Endokronoloji Şöbədən əldə olunmuş ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarış mövcuddur. Həmin sənədlər əsasında tərəfindən X2 müraciət olunsa da həmin xəstəxananın Həkim Məsləhət Komissiyasının protokolundan 20 may 2021-ci il tarixli çıxarışa əsasən Abşeron Rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicə olunmamağı əsas gətirilərək pensiya təmini ilə bağlı müraciətindən imtina edilmişdir. Hesab edirlər ki, Abşeron Rayon Mərkəzi X3 Komissiyasının protokolu və qərarı əsassızdır. Belə ki, cavabdehin imtinasının faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Şəkərli diabedin tibb elmində sağaldılmasının mümkün olmadığı halda hansı müalicədən söhbət gedə bilər? Bundan başqa həmin xəstəxanada müalicə və müayinə olunmaq üçün Endokrinoloji şöbə mövcud deyil. Belə olan halda həmin müalicənin aparılmasının mümkünlüyü şübhə altına alınır. Həmçinin İddiaçı məhz X1 göstərişi əsasında Mirqasımov adına Xəstəxanada müayinə və müalicə olunmuş və bununla bağlı həkim ekspert rəyi və epiqriz əldə olunmuşdur. Göstərilənlərə əsasən hesab edirlər ki, Abşeron Rayon Mərkəzi X3 Komissiyasının iddiaçının Abşeron Rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicəsi barədə qərarın ləğv edilməsinə və ona əlillik qrupunun təyin edilməsi barədə qərarın qəbul edilməsinə ehtiyac yaranmışdır. İddiaçı daha sonra iddiasını dəqiqləşdirərək “Abşeron rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Həkim Məsləhət Komissiyasının İddiaçı müayinə və müalicə olunması barədə qərarın ləğv olunması, İddiaçı 2021-ci ildən etibarən əlilliyin bərpası ilə əlaqədar Tibbi Sosial Ekspert Komissiyasının rəyinin təqdim edilməsi vəzifəsinin “Abşeron rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Həkim Məsləhət Komissiyasının üzərinə qoyulmasına” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı 2021-ci ildə təkrar əlillik üçün “Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Həkim Məsləhət Komissiyasına müraciət etmiş lakin ona əlilliyin bərpası ilə əlaqədar heç bir cavab verilməmişdir. Buna görə xx.xx.2021-ci il tarixli ərizə ilə Abşeron Rayon Mərkəzi Xəstəxanasına müraciət edərək ona 2021-ci ildə əlilliyin bərpası ilə əlaqədar Tibbi Sosial Ekspert Komissiyasının rəyinin təqdim edilməsini xahiş etmişdir. Buna cavab olaraq “Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Həkim Məsləhət Komissiyasının protokolundan xx.xx.2021-ci il tarixli çıxarış iddiaçıya göndərilmişdir. Həmin protokolun əsasında qəbul edilmiş qərara əsasən İddiaçı Abşeron Rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicəsi qərara alınmışdır. Göstərilənlərə əsasən İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə Abşeron Rayon Mərkəzi Xəstəxanasına edilmiş müraciət əsasında hazırki iddia tələbinin dəyişdirilməsinə ehtiyac vardır. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddianı müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, İddiaçı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdeh “Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Həkim Məsləhət Komissiyasının onun Abşeron Rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicəsi barədə qərarının ləğv edilməsi və ona pensiya təmin olunması barədə yeni qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən cavabdeh “Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Həkim Məsləhət Komissiyasının onun Abşeron Rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicəsi barədə qərarının ləğv edilməsi və İddiaçı 2021-ci İldən etibarən əlilliyin bərpası ilə əlaqədar Tibbi Sosial: Ekspert Komissiyasının rəyinin təqdim edilməsi vəzifəsinin cavabdeh “Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Həkim Məsləhət Komissiyasının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 2021-cİ ildə təkrar əlillik üçün cavabdeh “Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Həkim Məsləhət Komissiyasına müraciət etmiş, lakin ona əlilliyin bərpası ilə əlaqədar heç bir cavab verilməmişdir. Buna görə xx.xx.2021-ci il tarixli ərizə ilə Abşeron Rayon Mərkəzi Xəstəxanasına müraciət edərək ona 2021-ci ildə əlilliyin bərpası ilə əlaqədar Tibbi Sosial Ekspert Komissiyasının rəyinin təqdim edilməsini xahiş etmişdir. Buna cavab olaraq cavabdeh “Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Həkim Məsləhət Komissiyasın protokolundan xx.xx.2021-ci il tarixli çıxarış iddiaçıya göndərilmişdir. Həmin protokolun əsasında qəbul edilmiş qərara əsasən İddiaçı Abşeron Rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicəsi qərara alınmışdır. Aşağıdakılara əsasən hesab edirlərki, həmin iddia ərizəsi qanunsuz və əsassız olduğundan təmin edilməməlidir:
1. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
2. İddiaçının mübahisələndirdiyi cavabdeh “Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Həkim Məsləhət Komissiyasın protokolundan xx.xx.2021-ci il tarixli çıxarışın inzibati akt olduğu fərz edilsə bu zaman iddiaçı tərəfindən aşağıdakı pozuntuların edildiyini görərik.
3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Bu qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur.
4. Qeyd olunanlara əsasən iddiaçı ilk növbədə cavabdehə müraciət etməli, cavabdeh tərəfindən hər hansı imtina və yaxud hərəkətsizlik gördüyü halda məhkəməyə müraciət etməli idi.
5. Cavabdeh ərizəsində göstərmişdir ki, guya 10 İyun 2021-ci il tarixli ərizə ilə cavabdeh “Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə müraciət olunmuşdur.
6. Lakin həmin müraciəti təsdiqləyən sübut məhkəməyə təqdim edilməmişdir.
7. Bundan başqa guya həmin müraciətdə iddiaçıya 2021-ci ildə əlilliyin bərpası ilə əlaqədar Tibbi Sosial Ekspert Komissiyasının rəyinin təqdim olunması göstərilmişdir.
8. Belə bir müraciət daxil olmamışdır, həmin müraciətin daxil olduğu belə fərz edilsə iddiaçı nəzərə almamışdır ki, Tibbi Sosial Ekspert Komissiyasının rəyi tərəflərindən verilə bilməz. Həmin rəy Dövlət-Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilir.
9. Bundan başqa cavabdeh tərəfindən iddiaçıya heç bir sənəd göndərilməmiş və qeyd olunanlarla bağlı iddiaçı məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
10. Tələbdə göstərilənlərlə bağlı onu qeyd edirlər ki, İddiaçı Akademik Mirqasımov adına xəstəxananın Endokrinologiya şöbəsində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müalicə olmuşdur. Tərtib edilmiş xəstəlik tarixindən çıxarışda göstərilənlərlə bağlı Abşeron Rayon Mərkəzi Xəstəxanasında İddiaçı baxış keçirilən zaman orada qeyd olunanlardan fərqli vəziyyət müşayiət olunduğu üçün iddiaçıya təkrar müayinə və müalicə təklif edilmişdir. Lakin o, bundan imtina etmişdir.
11. Bundan sonra özü ilə bir neçə dəfə əlaqə saxlanılmış lakin müayinə və müalicədən imtina etmişdir. Qeyd olunan xüsuslar Ambulator xəstənin tibbi kartasında öz əksini tapmışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Əsaslandırma hissəsi:
Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddiaçı Abşeron rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Həkim Məsləhət Komissiyasının İddiaçı müayinə və müalicə olunması barədə qərarın ləğv olunması, İddiaçı 2021-ci ildən etibarən əlilliyin bərpası ilə əlaqədar Tibbi Sosial Ekspert Komissiyasının rəyinin təqdim edilməsini xahiş etsədə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı deyildir və iddiaçının əldə etmək istədiyi nəticə ona əvvəllər təyin olunmuş əlillik statusunun qanunvericiliyə uyğun olaraq yenidən bərpa olunmasından ibarətdir. Bunun üçün isə səlahiyətli tibb müəssisənin müvafiq göndərişi(Forma-88 arayışı) Tibbi Sosial Ekspert Komissiyasına göndərilməli və göndəriş əsasında əlillik müəyyən olunub, həmin status rəsmiləşdirilməlidir. Hazırkı iş üzrə cavabdeh müvafiq göndərişi (Forma-88 arayışı) Tibbi Sosial Ekspert Komissiyasına göndərilməli olduğu halda, xx.xx.2021-ci il tarixli protokol qərarı ilə müayinə və müalicə olunması barədə qərar qəbul etmişdir. Bu hərəkətlərin həyata keçirilməsi mexanizmi aşağıdakı kimi tənzimlənmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 2-ci bəndinə əsasən: 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 2.7. TSEK-in üzvləri arasında fikir ayrılığı olduğu halda və konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları Agentlik tərəfindən rəy verilməsini zəruri edən səbəbləri qeyd etməklə altsistem vasitəsilə Agentliyə ötürür. Bu Qaydanın 2.4-cü bəndində göstərilən müddət nəzərə alınmaqla, Agentliyin 3 (üç) iş günü müddətində verdiyi rəy əsasında TSEK 2 (iki) iş günü müddətində qərar qəbul edir. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEKlərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. Göründüyü kimi əlillik satatusunun verilməsi üçün səlahiyyətli tibb müəssisənin göndərişinin olması şərt olaraq müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, həmin göndərişin verilməsindən əsassız imtina edilməsi vətəndaşın əlillik əldə etmək imkanını məhdudlaşdırdığı üçün qeyd edilən imtinadan hüquq müdafiə vasitəsi olaraq məhkəməyə şikayət verilməsi imkanı məhdudlaşdırıla bilməz. Eyni zamanda səlahiyyətli tibb müəssisənin göndərişinin müvafiq quruma göndərilməsindən imtina edilməsi əlillkilə bağlı hüquqların müdafiəsini məhdudlaşdırıcı rol oynadığına və eyni zamanda əlliyin müəyyən edilməsi inzibati icraatın predmeti olduğuna görə, səlahiyyətli tibb müəssisənin göndərişinin müvafiq quruma göndərilməsindən imtina edilməsidə izibati aktın qəbul edilməsindən imtina kimi qəbul edilməlidir. Nəzərə alandakı cavabdeh publik hüquqi şəxsdir və imtina inzibati aktın qəbulundan imtina kimi qəbul edilməlidir, bu halda mübahisəyə inzibati icraat qaydasında baxılmalıdır və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilmir. İddianın mahiyyətinə gələndə isə məhkəmə hesab edir ki, cavabdeh mübahisələndirilən protokol qərarı qəbul etməli deyil, göndərişi müvafiq quruma göndərməli idi. İddiaçı ərizəsində qeyd edirki, xx.xx.2002-ci il tarixdən başlayaraq Tibbi Sosial Ekspert Komissiyasının müayinə aktına əsasən İddiaçı Şəkərli diabed 1 tip ağır forma diaqnozu ilə ikinci qrup əlillik təyin edilmişdir. Buna görə hər il yoxlamadan keçmiş və ona eyni diaqnoz ilə ikinci qrup əlillik təyin edilmişdir. Həmçinin İİ qrup əlilliyə görə göstərilən illərdə pensiya almışdır. 2016-cı ildən başlayaraq yoxlamanın hər il deyil, 5-ildən bir aparılmalı olması barədə tələb veriləndən sonra növbəti ekspert yoxlanışı üçün 2021-ci ildə pensiya təminatı ilə bağlı ekspert komissiyasından keçmək məqsədilə Abşeron Rayon Mərkəzi Xəstəxanasının göndərişinə əsasən Mirqasımov adına xəstəxananın Endokrinologiya şöbəsində xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək müalicə olunmuşdur. Bununla bağlı Endokronoloji Şöbədən əldə olunmuş ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarış mövcuddur. İddiaçının bu qeyd etdiyi hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. İddiaçı qeyd edilən sənədləri cavabdeh orqana təqdim etsə də Abşeron rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Həkim Məsləhət Komissiyasının 20 may 2021ci il tarixli protokolundan çıxarış əsasında İddiaçı müayinə və müalicə olunması əsas gətirilməklə onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Belə ki, cavabdeh qeyd edir ki, İddiaçı Akademik Mirqasımov adına xəstəxananın Endokrinologiya şöbəsində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müalicə olmuşdur. Tərtib edilmiş xəstəlik tarixindən çıxarışda göstərilənlərlə bağlı Abşeron Rayon Mərkəzi Xəstəxanasında İddiaçı baxış keçirilən zaman orada qeyd olunanlardan fərqli vəziyyət müşayiət olunmuşdur. Lakin bu halın cavabdeh tərfindən hər hansı bir əsasandırılması olmamışdır. Məhkəmə tərəfindən iddiaçının xəstəli vəziyyətinin müəyyən edilməsi üçün Məhkəmənin 2-1(118)-231/2022 saylı, 22 fevral 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi-ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. İddiaçı şəkərli diabed xəstəliyi müalicə olunaraq sağaldıla bilərmi?
2. İddaçı İddiaçı Akademik Mirqasımov adına xəstəxananın Endokrinologiya şöbəsi tərəfindən tərtib edilmiş xəstəlik tarixindən çıxarışda göstərilənlər real vəziyyətə uyğundurmu?
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsin 11 may 2022-ci il tarixli 17161 saylı məktubuna əsasən İddiaçı sağlamlıq vəziyyətinin təyininə tərtib edilmimş T 143/2022 saylı ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş ekspert rəyində tədqiqatın nəticəsi olaraq qeyd edilmişdir ki,
1. “Şəkərli diabet” xəstəliyi sağalmır, onlar endokrinoloji dispanserdə qeydiyyatda olmaqla mütəmadi endokrinoloq tərəfindən nəzarət edilməklə qanda şəkərin miqdarının korreksiya edilməsi üçün vaxtaşırı insulun inyeksiyası qəbul edirlər.
2. Vətəndaş İddiaçı xx.xx.2022-ci il tarixdə “МТE və PA Birliyi”ndə müayinədən keçərkən “Bakı Sağlamlıq Mərkəzi”nə göndərilmiş və xx.xx.2022-ci il tarixdə orada müayinə olunmuş, müəyyən edilmiş “Əsas xəstəlik: E10.7-insulindən asılı şəkərli diabet çoxsaylı ağırlaşmalarla, G63.2*- xəstəliklərdə polinevropatiya (E10-E14T ümumi dördüncü 4 işarəsi ilə). Yanaşı xəstəliklər: R51-başağrısı; R53-əzginlik (süstlük) və yorğunluq; R20.2-dərinin paresteziyası” diaqnozu onun 14.04-xx.xx.2021-ci il tarixlərində Respublika klinik xəstəxanasının endokrinologiya şöbəsində tərtib edilmiş xəstəlik tarixindən çıxarışda olan əsas xəstəlik və ağırlaşmaları ilə eynilik təşkil edir. Göründüyü kimi ekspert rəyi ilədə cavabdehin hərkətlərinin əsaslı olmadığı, iddiaçının “Əsas xəstəlik: E10.7-insulindən asılı şəkərli diabet çoxsaylı ağırlaşmalarla, G63.2*- xəstəliklərdə polinevropatiya (E10-E14T ümumi dördüncü 4 işarəsi ilə). Yanaşı xəstəliklər: R51-başağrısı; R53-əzginlik (süstlük) və yorğunluq; R20.2-dərinin paresteziyası” diaqnozu öz təsdiqini tapmışdır. Məhkəmə heab edir ki, qeyd edilən hallar iddia tələbinin təmin edilməsi üçün əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. Abşeron rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Həkim Məsləhət Komissiyasının İddiaçı müayinə və müalicə olunması barədə qərarı ləğv olunsun, İddiaçı əlilliyinin qiymətləndirilməsi üçün tibbi-sosial ekspertiza müayinəsinə göndərişin (Forma-88 arayışının) Tibbi Sosial Ekspert Komissiyasına təqdim edilməsi (Respublika klinik xəstəxanasının endokrinologiya şöbəsində tərtib edilmiş xəstəlik tarixindən çıxarışda olan əsas xəstəlik və ağırlaşmalara uyğun) öhdəliyi “Abşeron rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin (Abşeron rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin Həkim Məsləhət Komissiyası) üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev