Məhkəmə qərarları › İş №2-1(118)-232/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-232/2020

30.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-232/2020 30.09.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X11 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin nümayəndəsi X13 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X14rşı “Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və texniki sənədlərin ona verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulmasına” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və texniki sənədlərin ona verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin həmin orqanın **********34 saylı, xx xxxxxx 2019-cu il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısısının Saray qəsəbəsi üzrə Nümayəndəsi A.Ə.Axundovun “Köhnə Saray” kəndində ata-baba yurdunun bərpası ilə əlaqədar vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması haqqında” xx xxxxxxx 1999-cu il tarixli, 36 nömrəli Sərəncamından Çıxarışa əsasən, “Köhnə Saray” kəndinin bərpası ilə əlaqədar Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx xxx 1991-ci il tarixli, 100 №-li qərarı ilə Saray qəsəbə XDS İcraiyyə Komitəsinin sərəncamına verilmiş 12 ha torpaq sahəsindən iddiaçıya 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmış və həmin sahədə ona fərdi yaşayış evi tikməyə icazə verilmişdir.Eyni məlumat Abşeron rayon Dövlət Arxivinin Abşeron rayon Dövlət Arxivi fondunun sənəd materialları əsasında ərizələrinə cavab olaraq verilmiş xx.xx.2007-ci il və xx.xx.2011- ci il tarixli məktublarında öz əksini tapmışdır. Göründüyü kimi, həmin torpaq sahəsi Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx xxx 1991-ci il tarixli 100 saylı qərarı ilə Saray qəsəbə XDS İcraiyyə Komitəsinin sərəncamına verilmiş 12 ha torpaq sahələrinə aid olmuşdur. Abşeron rayonu Saray Bələdiyyəsinin sədri N.L. Tahirovun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X17 rəisi F.İsayevə ünvanlanmış 13 nömrəli, xx xxxxx 2019-cu il tarixli məktubunda (müraciətində) deyilir ki, Abşeron rayon İHB-nın Saray qəsəbəsi üzrə Nümayəndəsinin xx.xx.1999-cu il tarixli 36 saylı sərəncamına əsasən vətəndaş X6 fərdi ev tikintisi üçün ayrılmış 0,10 ha torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə Saray bələdiyyəsi etiraz etmir Abşeron rayonu X1 Planından Çıxarışa (xx.xx.2011_ 1494; MİQYAS 1:10 000) əsasən iddiaçıya ayrılmış 0.10 ha torpaq sahəsinə dair ölçüləri, yeri dəqiq müəyyən edilməklə AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin müdiri M.Vəliyev, Abşeron rayonu X22 A.Axundov, Abşeron rayonu Saray Bələdiyyəsinin sədri Ə.Pirəliyev tərəfindən imza edilməklə təsdiq edilmişdir. İddiaçıya ayrılmış 0.10 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 fevral tarixli 536 saylı Fərmanı ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx xxxx 2011-ci il tarixdə “Torpaq Sahəsinin planı və ölçüsü” (A JV» 351452) tərtib edilmişdir. Həmin sənədə əsasən, Torpaq Sahəsinin planı və ölçüsü Abşeron rayonu Saray qəsəbəsində yerləşən Abşeron rayon İH-nın Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1999-cu il tarixli 36 nömrəli Sərəncamı Sumqayıt şəhəri, YATAQXANA, məhəllə 15, cv 16 ünvanında qeydiyyatda olan X10 fərdi yaşayış evi tikmək üçün ayrılmış 1000 (min) kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. Torpaq sahəsi Dövlət X16 iddiaçının adına xx xxxx 2011-ci il tarixdə 16664 nömrə ilə uçota alınmışdır və torpaq sahəsinin koordinatları dəqiq müəyyən edilmişdir. İddiaçı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ona məxsus 0.10 ha torpaq sahə üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınma ilə bağlı xx xxx 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmı Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X20 müraciət etmişdir lakin cavabdeh tərəfindən ünvanlanmış “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” **********34 nömrəli, xx xxxx 2019- cu il tarixli Bildirişlə (məktubla) ona imtina cavabı verilmişdir. Həmin Bildirişdə (məktubda) deyilir ki, “...Abşeron rayonu, Sarav qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınması ilə bağlı xx xxx 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli müraciətə baxılmışdır. Aparılan araşdırma zamanı, 0.10 ha torpaq sahəsinin iddiaçıya Abşeron rayon Saray qəsəbəsi üzrə İcra Nümayəndəliyinin xx xxxxxxx 1999-cu il tarixli 36 nömrəli sərəncamından çıxarışla ayrıldığı müəyyən edilmişdir. Bildirilmişdir ki, Azərbaycai Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı “nda torpaq sahələrinin ayrılması ayrılması barədə qəsəbə nümayəndəliklərin sərəncamları nəzərdə tutulmamışdır. Bundan başqa, Abşeron rayon Saray qəsəbəsi üzrə İcra nümayəndəliyinin xx xxxxxxx 1999-cu il tarixli 36 nömrəli sərəncamından çıxarışla ayrılmış 0.10 ha torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıca aktının ərizəyə əlavə edilmədiyi aşkar edilmişdir. Göstərilən səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilir.” İddiaçı hesab etmişdir ki, cavabdeh tərəfindən hüquqmüəyyənedici sənədlərin olmaması səbəb gətirməklə torpaq sahəsinin onun adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmaması üçün hüquqi əsaslar mövcud olmamışdır. Bundan başqa, qeyd edilən torpaq sahəsinin iddiaçıya ayrılması barədə Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbə nümayəndəliyinin 36 saylı xx xxxxxxx 1999-cu il tarixli sərəncamı qüvvədədir və qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunmamış və ya ləğv edilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi idarəsinə isə həmin sərəncamı məhkəmədə mübahisələndirmək hüququ qanunvericiliklə verilməmişdir. Cavabdehin etirazının əsası kimi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda torpaq sahələrinin ayrılması barədə qəsəbə nümayəndəliklərin sərəncamlarının nəzərdə tutulmamasına istinad etmişdir. Lakin qeyd edilən torpaq sahəsi iddiaçıya 1999-cu ildə ayrıldığından onun vəziyyətini pisləşdirən (ağırlaşdıran) normativ hüquqi aktların (normaların) müvafiq mübahisəyə tətbiq edilməsi (onların qüvvəsinin geriyə şamil edilməsi) yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ-ci bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Normativ hüquqi aktlar haqqında” xx xxxxxx 2010-cu il tarixli, 21-İVKQ №-li Azərbaycan Respublikası Konstitusiya Qanununun 2.2-ci maddəsində deyilir ki, normativ hüquqi aktların hüquqi qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İİ, İİİ, İV, V, Vİ hissələri və 151 -ei maddəsi ilə müəyyən edilir. AR MM-nin 7-ci maddəsində deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149- cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, miilki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Mülki hüquq subyektlərinə ziyan vurursa və yu onların vəziyyətini pisləşdirərsə, miilki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. “Hüquqların dövlət qeydiyyatından imtina”-nın əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində öz əksini tapmışdır, lakin iddiaçıda olan sənədlərə əsasən ona məxsus torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan tələblərdən heç biri müəyyən olunmamışdır. Qanunla hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin əsasları konkret olaraq göstərilmiş, lakin cavabdeh tərəfindən istinad edilən hal imtinaya əsas olan hal olaraq nəzərə tutulmamışdır. İddiaçı hesab etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı X17 hüquqların qeydiyyata alınmasından imtinası qanunsuz və əsassızdır. İddiaçı göstərilən torpaq sahəsini özbaşına zəbt etməmişdir, qeyd edilən torpaq sahəsi ona qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfinfən ayrılmış, səlahiyyətli orqanlar tərəfindən yerində koordinatları müəyyən edildikdən və ölçmə işləri aparıldıqdan sonra ona təhvil verilmiş və həmin vaxtdan başlayaraq fasiləsiz olaraq 20 ildir ki, iddiaçının qanuni sahibliyində və istifadəsindədir. Qeyd edilən torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaş əmlakın dövlət reyestrində qeydə alınmasından və müvafiq texniki sənədlərin verilməsindən cavabdeh inzibati orqanın imtina etməsi həmin torpaq sahəsi üzərində iddiaçının hüquqlarının həyata keçirilməsini məhdudlaşdırdığından və nəticədə onun hüquqlarının pozulmasına gətirib çıxardığından qanuna ziddir. Məhkəməyə təqdim edilən sənədlərdən görünür ki, iddiaçı hazırki iddia ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi vanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh **********34 nömrəli, xx xxxx 2019-cu il tarixli məktubu ilə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Sivahısı”nda torpaq sahələrinin ayrılması ayrılması barədə qəsəbə nümayəndəliklərin sərəncamlarının nəzərdə tutulmamasını, Abşeron rayon Saray qəsəbəsi üzrə İcra nümayəndəliyinin xx xxxxxxx 1999-cu il tarixli 36 nömrəli sərəncamından çıxarışla ayrılmış 0.10 ha torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının ərizəyə əlavə edilmədiyini əsas gətirərək mənim müraciətimin təmin olunmasından imtina etmiş və inzibati orqan iddiaçının iddia tələbinin təmin olunmasının qeyri- mümkünlüyünü həmin hallar ilə əsaslandırmışdır. Tərəfindən iddiaçıya məxsus torpaq sahəsinə dair hüquqmüəyyənedici və texniki sənədlərin cavabdehə təqdim edilməsinə baxmayaraq, həmin torpaq sahəsinə dair çıxarış verilməsindən imtina edilməsi iddiaçının gözlənilən mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. İddiaçı hesab etmişdir ki, onun tələbinin təmin olunmasından imtina edilməsinin əsası cavabdeh inzibati orqan tərəfindən əsaslandırılmadığı üçün bu, onun yuxarıda göstərilən hüquqlarının pozulmasına səbəb olmuşdur. Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxxx 1999-cu il tarixli, 36 saylı sərəncamına əsasən iddiaçıya ayrılmış Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinin rəsmiləşdirilməsi üçün yetərincə əsas olduğu halda cavabdeh inzibati orqan qanunsuz olaraq iddiaçının tələbinin təmin edilməsindən imtina etmişdir. Abşeron rayonu X2 Planından Çıxarış (xx.xx.2011_1494; MİQYAS 1:10 000) və iddiaçıya ayrılmış 0.10 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 fevral tarixli 536 saylı Fərmanı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx xxxx 2011-ci il tarixdə “Torpaq Sahəsinin planı və ölçüsü” (A .V« 351452) hal hazırda mövcud olduğuna və inzibati orqana təqdim edildiyinə və qeyd edilən torpaq sahəsi artıq Dövlət Torpaq Kadastrında iddiaçının adına uçota alındığına görə Abşeroı rayon Saray qəsəbəsi üzrə İcra nümayəndəliyinin xx xxxxxxx 1999-eu il tarixli 36 nömrəli sərəncamından çıxarışla ayrılmış 0.10 ha torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının inzibati orqana təqdim edilməsinə heç bir zərurət olmamışdır və hal-hazırda da yoxdur. Belə ki, qeyd edilən ilkin hiiquqmüəyyedici və texniki sənədlər olmadan səlahiyyətli orqanlar tərəfindən Abşeron rayonu X2 Planından Çıxarış (xx.xx.2011 1494: MİQYAS 1:10 000) və iddiaçıya ayrılmış 0.10 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 fevral tarixli 536 saylı Fərmanı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx xxxx 2011-ci il tarixdə “Torpaq Sahəsinin planı və ölçüsü” (A № 351452) tərtib oluna və iddiaçıya təqdim edilə bilməzdi. Başqa sözlə Abşeron rayonu X2 Planından Çıxarış (xx.xx.20111494; MİQYAS 1:10 000) Abşeron rayon Saray qəsəbəsi üzrə İcra nümayəndəliyinin xx xxxxxxx 1999-cu il tarixli 36 nömrəli sərəncamından çıxarışla ayrılmış 0.10 ha torpaq sahəsinin ilkin baş planını, iddiaçıya ayrılmış 0.10 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 fevral tarixli 536 saxlı Fərmanı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx xxxx 2011-ci il tarixdə “Torpaq Sahəsinin planı və ölçüsü” (A № 351452) həmin torpaq sahəsinin təsdiq edilmiş ayrıc aktını əvəz edir. Qeyd edilən sənədlər (torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktı) iddiaçıya təqdim edilmədiyinə və buna görə də onda olmadığına görə, ehtimal ki, həmin sənədlər səlahiyyətli orqanlar tərəfindən tərtib olunmuş və Abşeron rayonu X2 Planından Çıxarış (xx.xx.20111494; MİQYAS 1:10 000) və iddiaçıya ayrılmış 0.10 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 fevral tarixli 536 saylı Fərmanı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx xxxx 2011-ci il tarixdə “Torpaq Sahəsinin planı və ölçüsü” (A № 351452) tərtib olunan zaman səlahiyyətli orqanlara təqdim edilmişdir və həmin sənədlərin tərtib olunmasına əsas olmuş sənədlər kimi müvafiq dövlət orqanlarının arxiv sənədlərində mövcud olmaqla saxlanılır və ya müəyyən dövrə kimi saxlanılmışdır. Qeyd edilən sənədlər tərtib edilməmişdirsə buna görə iddiaçı deyil, səlahiyyətli dövlət orqanları məsuliyyət daşıyır. İddia Ərizəsinə əlavə edilmiş A seriyalı 351452 saylı “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1000 kv.metr torpaq sahəsi iddiaçının adına kadastrda uçota alınmışdır. İddia Ərizəsinə əlavə edilmiş Abşeron rayonu X2 planından çıxarışdan görünür ki, qeyd edilən torpaq sahəsinin ölçüsü 0,10 ha təşkil edir. Beləliklə, təqdim edilmiş sənədlərdən məlum olur ki, iddiaçının hazırki iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət etməyinin huquqi əsasını ona 0,10 ha həyətyanı torpaq sahəsinin ayrılması barədə Abşeron rayon Saray qəsəbəsi üzrə İcra nümayəndəliyinin xx xxxxxxx 1999-cu il tarixli 36 nömrəli sərəncamı təşkil edir. xx.xx.2001-ci il tarixinədək icra hakimiyyəti orqanları tərəfindən vətəndaşlara fərdi yaşayış evinin tikintisi üçün ayrılmış sərbəst torpaq sahələri üzərində hüquqların ilkin dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin siyahısı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2009-cu il tarixli 47 nömrəli əmri ilə təsdiq edilmiş Qaydalara 2 nömrəli Əlavədə göstərilib. Əlavəyə əsasən xx.xx.2001-ci il tarixinədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən vətəndaşlara fərdi yaşayış evinin tikintisi üçün ayrılmış sərbəst torpaq sahələri üzərində hüquqların ilkin dövlət qeydiyyatı üçün tələb olunan sənədlər bunlardır: ərizə; torpaq sahəsinin ayrılmasına dair şəhər (rayon) icra hakimiyyətinin sərəncamının və ya XDS-nin (ZDS-nin) qərarının təsdiq edilmiş surəti, zəruri hallarda, sərəncamın (qərarın) arxiv çıxarışı və torpaq sahəsinin ayrıc aktı (planı); torpaq sahəsinin planı və ölçüsü; dövlət rüsumunun ödənilməsi barədə qəbz. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 13-cü (yerli icra hakimiyyətlərinin aktları) maddəsində deyilir ki, icra hakimiyyəti başçısı səlahiyyətləri daxilində sərəncamlar və əmrlər verir. Azərbaycan Respublikası Konstitusiyasının 148-c maddəsinin V hissəsinə müvafiq olaraq öz səlahiyyətləri daxilində yerli icra hakimiyyət orqanları qanunvericilik sisteminə daxil olan aktlara zidd olmayan normativ xarakterli aktlar qəbul edə bilərlər.Yerli icra hakimiyyəti orqanlarının normativ aktları müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçdikdən sonra özlərində başqa qayda nəzərdi tutulmamışdırsa, dərc edildiyi gündən qüvvəyə minir. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 8-ci bəndinə uyğun olaraq yerli icra hakimiyyəti orqanlarının aktlarını Azərbaycan Respublikasının Prezidenti ləğv edir. Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyəti orqanlarının aktlarını həm də Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi ləğv edə bilər. Bu Əsasnamənin 7-ci maddəsinin 2-ci hissəsinin 4-cü bəndində müəyyən edilmiş hallarda rayon bölgüsü olan şəhərin icra hakimiyyəti başçısı şəhər rayonlarının icra hakimiyyəti orqanlarının aktlarını ləğv edə bilər. Yerli icra hakimiyyəti orqanının səlahiyyətləri çərçivəsində qəbul edilmiş normativ xarakterli aktlar müvafiq ərazidə yerləşən hüquqi şəxslər və vətəndaşlar tərəfindən yerinə yetirilməlidir. Abşeron rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Saray qəsəbəsi üzrə nümayəndəyə “Köhnə Saray” kəndinin bərpası ilə əlaqədar Abşeron rayon İcraiyyə Komitəsinin xx xxx 1991-ci il tarixli, 100 №li qərarı ilə Saray qəsəbə XDS İcraiyyə Komitəsinin sərəncamına verilmiş 12 ha torpaq sahəsindən vətəndaşlara torpaq sahələrinin ayrılmasına dair sərəncam vermək səlahiyyəti verilmişdir. İddiaçı hesab etmişdir ki, Abşeron rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Saray qəsəbəsi üzrə nümayəndəliyə belə bir səlahiyyət və həmin səlahiyyəti təsdiq edən sərəncam verilməsəydi, ona ayrılan torpaq sahəsinə dair məhkəməyə təqdim etdiyi sənədlər, xüsusilə də ona ayrılan torpaq sahəsinin planı və ölçüsü tərtib edilə və ona təqdim edilə bilməzdi. Başqa sözlə Abşeron rayon İcra Hakimiyyətinin başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 36 saylı, xx xxxxxxx 1999-cu il tarixli Sərəncamı torpaq sahəsinin ayrılmasına dair şəhər (rayon) icra hakimiyyətinin sərəncamını (Abşeron rayon İcra Hakimiyyətinin başçısının sərəncamını) əvəz edir. İddiaçı hesab etmişdir ki, cavabdehin iddiaçının müraciətinə dair imtinası qanunsuz və əsassızdır və buna görə məhkəmə tərəfindən iddiamın tam təmin edilməsinə dair qərar qəbul edilməlidir. İddiaçı qeyd edilən torpaq sahəsi üzərində qanuni gözləntilərə malik mülkiyyət hüququnun yaranması ilə bağlı öz mövqeyini əsaslandırmaq üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bəzi Qərarlarına və X24 Məhkəməsinin təcrübəsinə istinad etməyi zəruri hesab etmişdir. Belə ki, “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK- nın xx xxxx 2009cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2010-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu torpaq sahəsinə dair mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının, dövlət qeydiyyatı ilə əlaqələndirilməsinə dair hüquqi mövqeyini ifadə edərək şərh etmişdir ki, “mülki və torpaq qanunvericiliyinin müddəalarından göründüyü kimi tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyy ət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Konstitusiya Məhkəməsi mövqeyini bir daha təsdiq edir ki, daşınmaz əşyaların alqı- satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqav ilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. (Konstitusiya Məhkəməsi Plenumunun “F.Əhüseynovun və A.Ə.Qasımovun şikayəti ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uy ğunluğunun yoxlanmasına dair” 19 noy abr 2004-cu il tarixli qərarı). Sahiblik və istifadə hüdudlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanın mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərini, Mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbayca Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasın şətirib çıxara bilərdi." “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X12 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqnıda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli qərarında göstərilir ki, İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsaı Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Yuxarıda qeyd olunanlarla bağlı həmçinin Avropa Məhkəməsinin «İnsan Hüquqlarını və X12 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunu 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışının tətbiqi təcrübəs ilə bağlı presedentlərinə istinadən etməyi zəruri hesab etmişdir. Belə ki, İnsan Hüquqlarının və X12 Haqqında Konvensiyamı (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 sayl protokolun 1-ci maddəsinin mənası baxımından “mülkiyyət” və “əmlak” anlayışı kifayə qədər genişdir, iqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmır; hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. “Önər Yıldız Türkiyəyə qarşı” məhkəmə işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun l-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyəti; məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilkdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli maneələr üzərində titulun ərizəçiyə təqdim edilibedilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəaların məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərli həyatı, keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə malik olduğuna dair tələblərini də əhatə edə bilər. «X23rşı» məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. X24 Məhkəməsi xx xxx 2003-cü ildə “Qarrax Çexiyaya qarşı” iş üzrə qəbul etdiyi qərarında nümayiş etdirdiyi mövqeyə görə, “real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni gözləmək hüququ” mülkiyyət hüququ kimi qiymətləndirilir. Həmçinin X24 Məhkəməsinin qərarlarında qeyd edilir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, o Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi baxımından mülkiyyət kimi qəbul edilir (X3rşı və “ Yunanstan neftayırma zavodu” Strən və X4rşı işlər). Bunda əlavə “Akimova Azərbaycana qarşı” iş üzrə də X24 Məhkəməsi qeyd etmişdir ki, Məhkəmə xatırladır ki, İ saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün “mülkiyyət” kimi qəbul edilə bilər. «X30 LTD» şirkəti İrlandiyaya qarşı məhkəmə işi üzrə (A 222(1991) X24 məhkəməsi qərara almışdır ki, müəyyən halların baş verəcəyini hüquqa uyğun gözləmə 1 saylı Protokolun 1-ci maddəsinin müdafiə etdiyi hüquq sayıla bilər. Həmin işdə ərizəçi 1978-ci ildə torpaq sahəsi almış və o, aldığı icazəyə əsasən orada sənaye tikintisi həyata keçircəyini planlaşdırmışdır. X25 Məhkəməsi 1978-ci ildə qərara almışdır ki, tikinti planına icazə verən orqan səlahiyyət həddini aşıb və həmin icazə qüvvədə olan qanunvericiliyə zidd olduğuna görə etibarsızdır. Ərizəçi iddia etdi ki, Ali Məhkəmənin həmin qərarı İnsan haqları haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyət hüququna ziddir. Avropa Məhkəməsi dövlətin əleyhinə qarar çıxardı və qeyd etdi ki, ərizəçi torpağı alarkən dövlət reyestrində lazımi qaydada qeydə alınmış icazəyə malik idi və o, həmin icazənin etibarlı olduğuna ümid etməyə haqlı idi. Ona görə də, mövcud vəziyyətdə Ali Məhkəmənin qəbul etdiyi qərarın ərizəçinin mülkiyyət hüququna müdaxilə təşkil etmədiyini düşünmək “haqsız formalizm” olardı (Qərarın 51-ci bəndi}. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam verməkdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlak reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Qanunun mənasından göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti orqanları tərəfindən müvafiq olaraq dövlətə məxsus olan daşınmaz əmlakın istifadəsinə dair qəbul olunmuş aktlar mülkiyyət hüququnun qeydiyyata alınması əsas hesab olunur. Məhkəməyə təqdim etdiyim sübutlar çərçivəsində belə nəticəyə gəlmək olar ki, cavabdeh inzibati orqanın imtinası formal mülahizələrə əsaslanmaqla qanuna zidd olmuşdur və mülkiyyət hüquqlarımın pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahısının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair: şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraqdövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor \ əmri; fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənziltikint bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi tikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müv. olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfini 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar qeyd edilən Siyahıda olan sənədlərə aiddir. Azərbaycan Respublikası MM-nin 157.8-ci maddəsində deyilir ki, mülkiyyət hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsas əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası MM-nin 158-ci maddəsində deyilir ki, mülkiyyət hüququ yanaşı girov hüququ; əmlakdan istifadə hüququ və servitutlar da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. İşin yuxarıda tədqiq olunan materialları ilə tam təsdiq olunur ki, bəhs edilən ünvanda yerləşən 0.10 ha ölçüsü olan torpaq sahəsi səlahiyyətli dövlət orqanı tərəfindən qanuni əsaslarla istifadəyə verilmişdir. Beləliklə, 0.10 ha ölçüsü olan topaq sahəsinə iddiaçının istifadə hüququnun və qanuni gözləntilərə malik olan mülkiyyət hüququnun mövcudluğu həm malik olduğu hüquqmüəyyənedici sənədlərlə, həm də Qanunla müəyyən edilən qaydala əsasən tam təsdiq olunur və müəyyən edilir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş edir. İddiaçı şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etmiş, iddia ərizəsində qeyd olunanları müdafiə edərək iddianın təmin eidlməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya etirazında qeyd edilir ki, iddia ərizəsində göstərilənlər tərəflərindən araşdırılan zaman müəyyən olunmuşdur ki, səlahiyyətsiz şəxs-Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə İcra Nümayəndəliyinin xx.xx.1999cu il tarixli 36 saylı sərəncamı ilə vətəndaşın istifadəsinə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.10 ha torpaq sahəsi ayrılmışdır. Bundan başqa Abşeron rayon Saray qəsəbəsi üzrə İcra Nümayəndəliyinin xx xxxxxxx 1999-cu il tarixli 36 nömrəli sərəncamından çıxarışla ayrılmış 0.10 ha torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının ərizəyə əlavə eidlmədiyi aşkar edilmişdir. Belə ki, Topraq Məcəlləsinin 66-cı maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Məcəlləsinin 67-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Göründüyü kimi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin müddəalarına əsasən torpaq sahibliyi və torpaqdan istifadə məsələlərinin həll edilməsi İcra Hakimiyyəti başçısının müstəsna səlahiyyətlərinə aid edilmişdir, səlahiyyətsiz şəxs Saray qəsəbəsi üzrə Nümayəndəliyinin sərəncam verməsi həm də o dövrdə qüvvədə olan Mülki Məcəllənin 59-cu maddəsinin tələblərini kobud səkildə pozulması deməkdir. Həmin Məcəllənin 59-cu maddəsinə əsasən “Əqd bağlamağa müvəkkil edilməyən və ya səlahiyyət həddini aşmaqla başqasının adından bağlanılan əqd, təmsil edilən üçün mülki hüquq və vəzifələri yalnız o halda əmələ gətirə, dəyişdirə və xitam edə bilər ki, o bu əqdi bəyənmiş olsun”. Hazırki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 351.1 -ci maddəsinə əsasən əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Məcəllənin 358-ci maddəsinə əsasən də səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Eləcə də, o zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 1999- cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 36-cı maddəsinə əsasən rayon tabeli səhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, səhər, səhər rayonu icra hakimiyyətinin nümayəndəliyi rayon, səhər, səhər rayonu icra hakimiyyəti başçısının səlahiyyətlərinin həyata keçirilməsinə kömək göstərir, onun səlahiyyətlərinə aid olan məsələlərə dair təkliflər verir, tapşırıqlarını həyata keçirir, vətəndaşların qəbulunu həyata keçirir, onların şikayət, ərizə və təkliflərinə baxır və lazımi tədbirlər görür. Qanunvericiliklə müəyyən edilmiş qaydada vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparır, notariat islərini görür, vətəndaşlara onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq edən arayışlar və qanunvericiliklə nəzərdə tutulmuş digər arayışlar verir, Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirir. Araşdırılan halda isə səlahiyyətli şəxs olan Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə Nümayəndəliyinə torpaq sahəsi ayrılması səlahiyyəti verməsi mümkünsüz idi, çünki yuxarıda göstərildiyi kimi, sözügedən torpaq sahəsinin ayrılması Abşeron rayon İcra Hakimiyyəti başçısının müstəsna səlahiyyətlərinə aid edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 10.2-ci maddəsinin tələbinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün Qeydiyyat orqanına verilən ərizəyə bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti (Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlarbu Qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur) tərəfindən müəyyən edilən sənədlər əsaslar hesab edilir. Bundan başqa, AR MM-nin 139-1.1.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” müəyyənləşdirilmiş və mövcud qanunvericilik aktlarında ərazi nümayəndəliklərinin torpaq ayırması barədə qərarları nəzərdə tutulmayıb. Mülki Məcəllənin 163.1 -ci maddəsinə əsasən sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Mülki Məcəllənin 179.4-cü maddəsinə əsasən əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlakı əldə etmiş şəxsin həmin əmlaka mülkiyyət hüququ bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin Qanunun 15- ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X28 daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdətutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində aparılan daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 2015-ci il 4 iyun tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X7 görə, İdarə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Komitə sədrinin əmr, sərəncam və göstərişlərini, Kollegiyanın qərarlarını, Xidmət rəisinin əmr və göstərişlərini, Komitə və Xidmət üzrə təlimatları, digər normativ metodiki sənədləri və bu əsasnaməni rəhbər tutur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş edirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X19 iştirak etmiş, iddia ərizəsinə etiraza uyğun izahat vermiş, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə inzibati işi araşdıraraq hesab edir ki, iddia mümkün iddia olamqla bərabər, həmdə əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və X12 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının 6 (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasları müəyyən edir. Həmin qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Hazırkı işdədə iddiaçıya Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə İcra Nümayəndəliyinin xx.xx.1999-cu il tarixli 36 saylı sərəncamı ilə vətəndaşın istifadəsinə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.10 ha torpaq sahəsi ayrılmışdır. İnzibati orqanın imtinasının əsasını Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə İcra Nümayəndəsinin səlahiyyətsiz şəxs olması və Abşeron rayon Saray qəsəbəsi üzrə İcra Nümayəndəliyinin xx xxxxxxx 1999-cu il tarixli 36 nömrəli sərəncamından çıxarışla ayrılmış 0.10 ha torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının ərizəyə əlavə eidlmədiyi təşkil edir. Məhkəmə qeyd edir ki, hazırkı halda Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə İcra Nümayəndəsi səlahiyyətsiz şəxs hesab oluna bilməz. Həmin vaxt qüvvədə olan qanunvericiliyə əsasən Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə İcra Nümayəndəsinə torpaq ayırma səlahiyyəti verilməsədə, Abşeron rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Saray qəsəbəsi üzrə nümayəndəyə “Köhnə Saray” kəndinin bərpası ilə əlaqədar Abşeron rayon İcraiyyə Komitəsinin xx xxx 1991-ci il tarixli, 100 №li qərarı ilə Saray qəsəbə XDS İcraiyyə Komitəsinin sərəncamına verilmiş 12 ha torpaq sahəsindən vətəndaşlara torpaq sahələrinin ayrılmasına dair sərəncam vermək səlahiyyəti verilmişdir. İş materiallarından göründüyü kimi “Köhnə Saray” kəndinin bərpası ilə əlaqədar Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx xxx 1991-ci il tarixli, 100 №li qərarı ilə Saray qəsəbə XDS İcraiyyə Komitəsinin sərəncamına verilmiş 12 ha torpaq sahəsindən X5 0.10 ha həyətyanı torpaq sahəsi ayrılmış, həmin sahədə ona fərdi yaşayış evi tikməyə icazə verilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü və Abşeron rayonu X2 planından çıxarış da hazırlanmışdır. Azərbaycan Respublikası Abşeron rayonu Saray Bələdiyyəsinin Azərbaycan Respublikasının ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin X20 xx.xx.2019-cu il tarixli, 13 №li məktubu ilə İddiaçı Sayad oğluna fərdi ev tikintisi üçün ayrılmış 0.10 ha torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə Saray Bələdiyyəsinin etiraz etmədiyi bildirilmişdir. Buna görə də məhkəmə cavabdeh inzibati orqanın imtinasının əsasını təşkil edən dəlilləri əsasız hesab edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Avropa Məhkəməsi bu mövqeyini sonrakı qərarlarındada inkişaf etdirmişdir. Hazırkı mübahisədədə iddiaçının Abşeron rayon Saray qəsəbəsi üzrə İcra Nümayəndəliyinin xx xxxxxxx 1999-cu il tarixli 36 nömrəli sərəncamı ilə mülkiyyətinə ayrılmış torpaq sahəsindən maneəsiz istifadə etməsi ilə bağlı mübahisənin olması, müvafiq dövlət orqanlarının bu hüquqa etiraz etməsi müəyyən olunmur. Məhkəmə hesab edir ki, bu halda iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsinin reallaşmasının təminatında mühüm rol oynayacaqdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və İddiaçı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və texniki sənədlərin verilməsi Cavabdeh üzərinə vəzifən olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və texniki sənədlərin verilməsi Cavabdeh üzərinə vəzifən olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 4 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar